Balloter
Banderol
OBASTAN VİKİ
Ban Pain
Ban Pain (Norfolk dili Ban Pain) — Norfolk adasının ən iri şəhəri. Adanın əsas kommersiya mərkəzi, faktiki paytaxtı. Adanın bir kənarından digərinə yol şəhərdən keçir. == Əhalisi == Dəqiq əhali sayı məlum deyil. Müəyyən mənbələrə görə onun əhalisi 180 nəfərdir (2007-ci il) == İdarəetmə == Şəhərin bələdiyyəsi və dəqiq sərhədi yoxdur. Şəhərin ticarət-sənaye palatası sahibkarların şəhərin idarə edilməsində iştirakını təmin edir. Şəhərin emblemi və hansısa fərqlənmə nişanı yoxdur.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Ray-Ban
"Ray-Ben" (ing. Ray-Ban) — Amerika şirkəti Bausch & Lomb Inc., tərəfindən yaradılmış günəş eynəkləri və korreksiyaedici optika çərçivələri brendi, hazırda İtaliyanın Luxottica Group S.p. şirkətinə məxsusdur.
Ban Ki-mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Ban Ki Mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Custina Banasiak
Custina Banasiak (2 may 1986, Şetsin) — Polşanı təmsil edən bədii gimnast. Custina Banasiak Polşanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Daqo (Bandunq)
Daqo — Bandunq, Qərbi Yava, İndoneziyada ərazidir. Calan H. Cuanda (H. Cuanda küçəsi) və ətraf ərazini əhatə edir. Calan Merdeka yaxınlığında yerləşən aşağı (cənub) Daqo sahəsi mağazalar, alış-veriş mərkəzləri, kafelər, butiklər və bir çox restoran və əyləncə mərkəzləri ilə Bandunqun əyləncə sahələrindən biridir. Üst (şimal) ərazisində bir çox köhnə holland villaları və küçələrə uzanan hündür ağacları olan geniş bulvarlar var. Hollandiya müstəmləkəsi dövründə tikilən məşhur "Daqo Çay Evi" burada yerləşir. Bandunq Texnologiya İnstitutu (ITB) yuxarı Daqo bölgəsinin qərbində yerləşir və Bandunq Zooparkı ilə qonşudur. Böyük xüsusi xəstəxana olan St. Boromeus da küçədə yerləşir. Əsas ictimai nəqliyyat terminalı da yaxındadır. Aşırı şimal hissələrinə "Daqo Pakar" deyilir.
Depozit bankı
Depozitar bank
Depozitar bank və ya kastodial bank (ing. custodian bank) — müştərilərin qiymətli kağızlarının və digər maliyyə aktivlərinin saxlanmasını və idarə edilməsini həyata keçirən bank. Belə tip bank klirinq, valyuta əməliyyatları, qiymətli kağızlarla əməliyyat və s. operasiyalar həyata keçirir. Kastodian aşağıdakı vəzifələri həyata keçirir: kasdodial xidmətə verilmiş maliyyə vəsaitləri üzrə hesab açır xidmətə verilmiş maliyyə vəsaitləri üzrə uçot aparır nominal dəyər həyata keçirir əqd üzrə ödəmə agenti vəzifəsini həyata keçirir müştərinin əməliyyatları üzrə hüququnu təsdiq edir kastodial xidmətə verilmiş maliyyə imkanları üzrə gəlirlərin hesabını aparır və müştərilərin hesabına keçirir emitentin tapşırığı üzrə müştəriyə lazımi məlumatları çatdırır kastodil xidmət üzrə müştəriyə müqavilə üzrə digər xidmətlər göstərir hüquqi və maliyyə sənədlərinin saxlanmasını həyata keçirir kastodial xidmətə görə müqavilə şərtlərini yerinə yetirmək depozitə verilmiş maliyyə resurslarının saxlanma və uçotunu şəffaf aparmaq qanuna uyğun olaraq müştərinin hesablarının aparılması texnologiyasına əməl etmək müştərinin tələbinə uyğun olaraq müştəriyə hesablarınının hesabatını vermək qanunla məxfi sayılan məlumatların qorunmasını təmin etmək JPMorgan Chase Bank of America Credit Suisse Citibank Brown Brothers Harriman Goldman Sachs Bank of Ireland Securities Services ICICI Bank Standard Chartered Bank Asia Pacific Banking Investment Group Bank of New York Mellon BNP Paribas Securities Services Banco de Oro Unibank CIBC Mellon Comerica Bank Fifth Third Bank Kasbank N.V. Arxivləşdirilib 2011-08-29 at the Wayback Machine KeyBank HSBC MAIC Northern Trust RBC Dexia Union Bank of California Standard Bank State Street Bank and Trust Company Wells Fargo Bank Deutsche Bank UBS HDFC Bank NAB Estrategia Investimentos Euroclear Japan Trustee Services Bank The Master Trust Bank of Japan UMB Fund Services Bank Qiymətli kağız Wolfgang Gerke: Börsenlexikon. Gabler, 1. Auflage 2002. ISBN 3-409-14603-2 Hans E. Büschgen: Das kleine Bank-Lexikon. Verlag Wirtschaft und Finanzen im Schäffer-Pöschel-Verlag, 3. Auflage 2006.
Deutsche-Bank-Hochhaus
Deutsche-Bank-Hochhaus (Almaniya Bankının ekiz göydələnləri) — "Doyçe-Bank"ın mənzil-qərargahı - ekiz göydələnlər. Almaniyanın Frankfurt-Mayne şəhərində yerləşir. Avropanın ən hündür binaları siyahısında 80-ci, Avropa Birliyində 53-cü, Frankfurt-Maynedə 10-cu yerdədir.
Deutsche Bank
Deutsche Bank dünyanın yetmiş iki ölkəsində maliyyə xidmətlərinin göstərilməsi ilə məşğul olur, depozitlərin həcminə görə bank Avropada aparıcı mövqelərdə qərarlaşıb. Deutsche Bank-ın tarixi 22 yanvar 1870-ci ildə nizamnamənin qəbul edilməsi ilə başlamışdı. Bank mövcudluğunun ilk onilliyində sürətlə inkişaf edərək dünyanın ən mühüm bir neçə iqtisadi layihəsini idarə edirdi. O, Almaniyada metallurgiya, kimya və elektrotexniki sənayenin inkişafında əsas rollardan birini oynadı. 1929-cu ildə bank digər yerli alman bankları ilə birləşir və Almaniyanın bank işi tarixində ən böyük birləşmə olan Deutsche Bank und DiscontoGesellschaft əmələ gəlir. 1937-ci ildə bankın adı yenidən Deutsche Bank olur. İkinci dünya müharibəsi zamanı bank yəhudilərin mülkiyyətinin müsadirəsində iştirak etmişdir ki, sonradan buna görə külli miqdarda kompensasiya ödəməyə məcbur oldu. Müharibə bitdikdən sonra bankı on regional şöbəyə böldülər, lakin onlar 1952-ci ildə üç bank – Rheinisch-Westfälische Bank AG, Süddeutsche Bank AG və Norddeutsche Bank AG adı altında birləşdilər. Öz növbəsində 1957-ci ildə bu üç bank birləşərək Deutsche Bank AG bankı formalaşdırırlar. Deutsche Bank dünyanın yetmiş iki ölkəsində fəaliyyət göstərir və onun fəaliyyəti korporativ və fərdi müştərilər üçün maliyyə məhsul və xidmətlərinin göstərilməsindən ibarətdir.
Direktiv bant (film, 1932)
Direktiv bant — 1932-ci ildə çəkilmiş səssiz Azərbaycan filmi. Filmdə keçmişin qalıqları, yeni həyat quruculuğuna mane olan mənfi hallar kəskin satira atəşinə tutulur. Film İlf və Petrovun əsəri əsasında ekranlaşdırılmışdır. Əsərin Müəllifi: İlya İlf, Yevgeni Petrov Quruluşçu rejissor: Ağarza Quliyev Quruluşçu operator: Əsgər İsmayılov, Mirzə Mustafayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32.
Donatas Banionis
Donatas Banionis — Litvalı aktyor Donatas Yuozoviç Banionis 28 aprel 1924-cü ildə Kaunas şəhərində anadan olub. Teatr studiyasında, Litva Dövlət Konservatoriyasında (1982–1984) təhsil alıb. Uzun müddət Panevejis Teatrında aktyor, daha sonra rəhbər kimi çalışıb. Səhnədə 100-dən çox obraz canlandırıb. Kinoda 1959-cu ildən çəkilir. Panevejis şəhərinin fəxri sakini (1999), Litva (1973) və SSRİ xalq artistidir (1974). 4 sentyabr 2014-cü ildə Vilnüsdə vəfat etmişdir.
Dorji Banzarov
Dorji Banzarov (təx. 1822, Kutetyev ulusu, Selenga çöl duması, Zabaykal vilayəti, indiki Cidin rayonu Buryatiya – 1855, İrkutsk) — ilk buryat alimi. Dorji Banzarov əslən buryat-kazaklardandır. 1822-ci ildə anadan olmuşdu. Atası təqaüdə çıxmış kazak əllibaşısı Banzar Borxonov idi.1833-cü ildə Ataman-Nikolayev məktəbini bitirmişdi.1835-ci ilin sentyabr ayına kimi hərbi məktəbi tamamlamışdı. Hərbi məktəbi bitirdikdən sonra Kazan gimnaziyasına göndərilmişdi. 25 yanvar 1836-cı ildə gimnaziyanın 1-ci sinifinə qəbul olmuşdu. İyun 1842-ci ildə gimnaziyanı qızıl medalla bitirmişdi.Sentyabr 1842-ci ildə Kazan Universitetinin fəlsəfə fakültəsinə qəbul olmuşdu.Monqolşünaslığın banilərindən biri Osip Kovalevskinin tələbəsi olmuşdu. Dorji Banzarov iyun 1846-cı ildə universiteti bitirmişdi. Universitetdə monqol, kalmık, mancur, sanskrit və türk dillərini öyrənmişdi.
Drina banovinası
Drina banovinası (serb-xorv. Дринска бановина/Drinska banovina) — 1929-1941-ci illər arasında Yuqoslaviya krallığında mövcud olmuş vilayət (banovina). Drina banovinası krallığın mərkəzi hissəsi, müasir Bosniya və Herseqovina və Serbiya ərazisində yerləşirdi. Banovinanın bu adı burada axan Drina çayı görə verildi. Şimalda Sava və Dunay banovinaları, şərqdə Dunay və Morava, cənubda Zeta və qərbdə Sahil və Vrbas banovinaları ilə həmsərhəd idi. Banovinanın inzibati mərkəzi Sarayevo idi. 1939-cu ildə banovina ərazisinin bir hissəsi Xorvatiya banovinasının tərkibinə daxil oldu. 1941-ci ildə banovina ərazisi Müstəqil Xorvatiya Dövləti və Üçüncü Reyx işğalı altında olan Serbiya arasında bölündü.
Drosera banksii
Drosera banksii (lat. Drosera banksii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Dukla Banska-Bistritsa FK
Dukla (Banska-Bistritsa) — Slovakiyanın futbol klubu
Echinops bannaticus
Echinops bannaticus (lat. Echinops bannaticus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. Echinops quercifolius Freyn Echinops rochelianus Griseb. Echinops ruthenicus Rchb.
Echinops bannaticus subsp. bannaticus
Elmar Məmmədov (bankir)
Məmmədov Elmar Məmməd oğlu (9 oktyabr 1967, Bakı) — "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri. Elmar Məmmədov 9 oktyabr 1967-ci ildə anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Maliyyə və kredit", 1996-cı ildə Bakı Dövlət Universitetini "Hüquqşünas" ixtisası üzrə bitirmişdir. 1987–1989-cu illərdə Azərbaycan Sənaye-Tikinti Bankında, 1990–1995-ci illərdə Azərbaycan Dövlət Vergi Müfəttişliyində, 1995–2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankında, 2004–2005-ci illərdə BUS Bankda, 2005–2009-cu illərdə "Kapital Bank" ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. 2009–2013-cü illərdə "Kapital Bank" ASC-nin, 2014 –2015-ci illərdə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri olmuşdur. 2015-ci ilin iyulundan 2016-cı ilin dekabrına qədər "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edib.
Elmar Məmmədov (bankçı)
Məmmədov Elmar Məmməd oğlu (9 oktyabr 1967, Bakı) — "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri. Elmar Məmmədov 9 oktyabr 1967-ci ildə anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Maliyyə və kredit", 1996-cı ildə Bakı Dövlət Universitetini "Hüquqşünas" ixtisası üzrə bitirmişdir. 1987–1989-cu illərdə Azərbaycan Sənaye-Tikinti Bankında, 1990–1995-ci illərdə Azərbaycan Dövlət Vergi Müfəttişliyində, 1995–2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankında, 2004–2005-ci illərdə BUS Bankda, 2005–2009-cu illərdə "Kapital Bank" ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. 2009–2013-cü illərdə "Kapital Bank" ASC-nin, 2014 –2015-ci illərdə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri olmuşdur. 2015-ci ilin iyulundan 2016-cı ilin dekabrına qədər "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edib.
Ermənistan Respublikası Mərkəzi Bankı
Ermənistan Respublikasının Mərkəzi Bankı (erm. Հայաստանի Հանրապետության Կենտրոնական Բանկ) — Ermənistannın mərkəzi bank funkiysaını yerinə yetirən qurum. Ermənistan Respublikasında yeganə təsisçisi olan, hüquqi şəxs, bank tənzimlənməsi və bank nəzarəti orqanıdır. Mərkəzi bankiın əsasən hədəfi ölkədə qiymətlərin stabil qalmasını təmin etməkdir. Əsas vəzifələri Ermənistan Respublikasının bank sisteminin sabitliyinə, likvidliyinə, ödəmə qabiliyyətinə və normal fəaliyyətinə zəruri şəraitin yaradılması və səmərəli ödəniş-hesablaşma sisteminin təşkili və inkişafıdır. Mərkəzi Bank öz səlahiyyətlərini həyata keçirərkən icra hakimiyyətindən asılı deyildir. Mərkəzi Bankın sədri Mərkəzi Bankın ən yüksək vəzifəli şəxsidir. O, Ermənistan Respublikasının Prezidentiinin təklifi ilə altı il müddətinə Ermənistan parlamenti tərəfindən təyin edilir. Ermənistan Respublikasının Prezidenti tərəfindən Mərkəzi Bankın sədr müavinləri 6 il müddətinə, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə beş il müddətinə təyin edilir. Ermənistan Respublikasının Mərkəzi Bankının sədri 2008-ci ilin iyun ayından — Artur Cavadyan.
Estoniya Mərkəzi Bankı
Estoniya Mərkəzi Bankı (est. Eesti Pank, ing. Bank of Estonia) — Estoniyanın mərkəzi bankıdır, ölkənin iki pilləli bank sisteminin üst qatı, Avropa Mərkəzi Banklar Sisteminin üzvüdür. Estoniya Bankı Müvəqqəti Hökumətin bankın nizamnaməsini təsdiqlədiyi və xəzinədən 10 milyon marka bank hesabına köçürdüyü 1919-cu ildən bəri il dönümünü sayır. İlk əskinaslar 1921-ci ildə buraxılmışdır. 1940-cı ildə bank SSRİ Dövlət Bankının respublika idarəsinə çevrilir. Kronlardakı əmanətlər 1 kron = 8.10 rubl həqiqi alıcılıq qabiliyyəti ilə 1 kron = 1.25 rubl nisbətində Sovet rubluna dəyişdirilir. 1941-1944-cü illərdə bank Almaniya işğal orqanlarının nəzarəti altında olur. 1944-1990-cı illərdə SSRİ Dövlət Bankının respublika bankı kimi fəaliyyət göstərir. 1989 il: 15 dekabrda Estoniya Respublikasının Ali Şurası, 1919-cu ildə qurulan Estoniya Bankının hüquqi varisi olaraq 1 yanvar 1990-cı ildən Estoniya Bankının yenidən qurulmasını elan edir.
Faktor-bank
Fransa Mərkəzi Bankı
Fransa Mərkəzi Bankı (fr. Banque de France) — Fransa Respublikasının mərkəzi bankı.
Fərdi bankçılıq
Fərdi bankçılıq — imkanlı şəxslər üçün müştərinin pulu ilə əməliyyatların həyata keçirilməsini, onun sərvətinin qorunmasını və artırılmasını nəzərdə tutan bank xidməti. İngilis dilli ölkələrdə bu, sərvətlərin idarə edilməsi, yəni özəl kapitalın idarə edilməsi kimi də tanınır. Çox vaxt özəl bankçılıq, investisiya və məsləhət xidmətlərini əhatə edir. Bank depozitləri müxtəlif yollarla gəlir gətirə bilər. Onlardan ən sadəsi kapital qoyulmadıqda və yalnız illik faiz toplamaqla artım əldə edildikdə “faizlə yaşamaq”dır. Başqa bir seçim fərdi proqram çərçivəsində müxtəlif aktivlərə investisiya qoymaqdır. Genişləndirilmiş xidmətlər üçün müxtəlif variantlar var və müştərinin bank hesabına xidmət göstərilməsi ilə bağlı xidmətlər dəsti hər bir müştəri üçün fərdi olaraq seçilir. PricewaterhouseCoopers (PWC) şirkətinin məlumatına görə, Rusiyanın özəl bank bazarının həcmi 10-12 milyard dolları ötməyib, rus zənginlərinin isə təxminən 300-400 milyard dollarlıq “pulsuz” pulları var idi.Merrill Lynch-ə görə, 44 “dollar” milyarder və 88 min dollarlıq milyonerlər. Eyni zamanda, PWC-nin məlumatına görə, varlı müştərilər Rusiya banklarında və idarəetmə şirkətlərində (MC) 10 000-dən çox olmayan hesab açıblar. Beləliklə, məlum olur ki, özəl bank xidmətləri bazarının potensial Rusiya müştərilərinin 10%-dən çoxu bank xidmətləri ilə əhatə olunmayıb.
Grevillea banksii
Benks qrevilleyası (lat. Grevillea banksii) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Hakea banksii (R.Br.) Christenh. & Byng Stylurus banksii (R.Br.) O.Deg. Grevillea banksii f. albiflora (O.Deg.) O.Deg. & I.Deg. Grevillea forsteri T.Moore Stylurus banksii f. albiflora O.Deg.
Hapalochilus bandischii
Bulbophyllum arminii (lat. Bulbophyllum arminii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Papua-Yeni Qvineya üçün endemik növdür.
Hassane Bande
Boureyma Hassane Bande (30 oktyabr 1998-ci ildə anadan olub) — Belçika Birinci Diviziya A təmsilçilərindən olan Mexelen klubunda hücumçu kimi çıxış edən peşəkar Burkina-Fasolu futbolçudur. Bande peşəkar karyerasında debütünü Mexelen klubu ilə 19 avqust 2017-ci ildə Belçika Birinci Diviziya A-da Royal Antverpen klubuna qarşı oyunda etmişdir. O, sonradan meydana daxil olmuş və komandasının yeganə qolunun müəllifi olmuşdur. 4 dekabr 2017-ci ildə Bande Mexelen klubunu tərk edərək Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. Bande Burkina-Faso milli futbol komandası ilə debütünü 14 noyabr 2017-ci ildə 2018 Dünya Kubokunun təsnifat mərhələsində Kabo-Verde millisinə qarşı oyunda etmişdir.
Həsən Təhsin Banquoğlu
Həsən Təhsin Banquoğlu (1 yanvar 1904 və ya 1904, Drama – 3 mart 1989 və ya 1989, İstanbul) — Türk siyasətçi, türkoloq, professor. 1929-cu ildə İstanbul Darülfünun Ədəbiyyat Fakültəsi Türk dili və ədəbiyyatı bölümünü bitirdi. Berlin və Breslau universitetlərində Osmanlı türkcəsi üzrə 1932–1936-cı illər arasında doktorluq çalışmasını apardı. Döndüyü ildə Ankara universiteti Dil Tarix Coğrafya Fakültəsi Türk dili dosentliyinə təyin edildi. 1943-cü ildə Bingöl milletvekilliğine seçildi. 1948–1950-ci illər arasında təhsil naziri oldu. 1955–1958-ci illər arasında Londa Üniversitetində müqayisəli Türk dilləri dərsi verdi. 1959–1961-ci illərdə Ankara universiteti İlahiyat və İstanbul Universiteti ədəbiyyat fakültələrində müəllim kimi işlədi. 1961-ci ildə CHP Ədirnə senatoru seçildi. Cumhuriyet Senatosu Edirne Üyeliği (15 oktyabr 1961 – 2 iyun 1968)-ci illər arasında davam etdi.

Digər lüğətlərdə