BAN

BAN I is. Arabanın təkərlərindən yuxarı olan hissəsi, qutusu, gövdəsi. Araba cırıldamaqdan, ban cırıldayır (Ata. sözü).

BAN II is. Xoruz səsi. Üçüncü xoruz banı qadın açdı; Yenə bağladı darvazanı (R.Rza).

BAN III is. Dam, çardaq. Sürücü maşının banına dırmaşdı.

BAMİYƏ
BANK
OBASTAN VİKİ
Ban Pain
Ban Pain (Norfolk dili Ban Pain) — Norfolk adasının ən iri şəhəri. Adanın əsas kommersiya mərkəzi, faktiki paytaxtı. Adanın bir kənarından digərinə yol şəhərdən keçir. == Əhalisi == Dəqiq əhali sayı məlum deyil. Müəyyən mənbələrə görə onun əhalisi 180 nəfərdir (2007-ci il) == İdarəetmə == Şəhərin bələdiyyəsi və dəqiq sərhədi yoxdur. Şəhərin ticarət-sənaye palatası sahibkarların şəhərin idarə edilməsində iştirakını təmin edir. Şəhərin emblemi və hansısa fərqlənmə nişanı yoxdur.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Ray-Ban
"Ray-Ben" (ing. Ray-Ban) — Amerika şirkəti Bausch & Lomb Inc., tərəfindən yaradılmış günəş eynəkləri və korreksiyaedici optika çərçivələri brendi, hazırda İtaliyanın Luxottica Group S.p. şirkətinə məxsusdur.
Ban Ki-mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Ban Ki Mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Dünya Bankı
Dünya Bankı (ing. World Bank) — dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir. == Strukturları == == Əsas məqsədi == Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir.
Echinops bannaticus
Echinops bannaticus (lat. Echinops bannaticus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Echinops quercifolius Freyn Echinops rochelianus Griseb. Echinops ruthenicus Rchb.
Echinops bannaticus subsp. bannaticus
Ehtiyat Bankı (Yeni Zelandiya)
Yeni Zelandiya Ehtiyat Bankı (ing. Reserve Bank of New Zealand) — Yeni Zelandiyanın mərkəzi bankı. == Tarixi == Uzun müddət Yeni Zelandiyanın pul dövriyyəsində təkcə Britaniya deyil, həm də xarici sikkələrdən (İspan, Hindistan, Portuqal, Danimarka, Hollandiya) istifadə olunurdu. 1840-1881-ci illərdə özəl istiqrazlar, 1857-1881-ci illərdə isə özəl mis tokenlər buraxılmışdır. İmperator Sikkə Qanununa (1870) əsasən, 1897-ci ildən Britaniya sikkələri yeganə qanuni ödəniş vasitəsi oldu. Dövriyyədə altı özəl bankın əskinasları da var idi (Oklend Bankı, Avstralaziya Bankı, Yeni Cənubi Uels Bankı və s.). 1 aprel 1934-cü ildə Yeni Zelandiyanın Ehtiyat Bankı Aktı qəbul edildi. 1934-cü il avqustun 1-də bank fəaliyyətə başladı və əskinaslar buraxıldı. 1936-cı ildə bank milliləşdirildi. == İstinadlar == == Ədəbiyyat == Бутаков Д.Д., Золотаренко Е.Д., Рыбалко Г.П. Валюты стран мира: Справочник (5-е изд., перераб.
Elektron bank sistemi
Elektron bank sistemi — XX əsrin 80-ci illərinin əvvəllərindən sürətlə inkişaf etməyə başlamışdır. Bank sistemində elektron bankçılığın tətbiqi inkişaf etmiş texnologiyaların tətbiqindən, azad rəqabət mühitünün olmasından asılıdır. Müasir bank sisteminin mühüm elementləri arasında kredit kartları, hesaba erişi kartları otomotik vezneler, satış nöqtəsi terminallarının, nağd hesablaşma formalarının xüsusi rol oynaması böyük əhəmiyyət kəsb edir. Azərbaycanın müstəqilliyindən sonra bank sistemi daha da inkişaf etmiş, dövlət bankları ilə yanaşı çoxlu sayda özəl banklar da yaranmışdır. Burda elektron bankçılığın çox geniş olan depozit uyğulamalarından sadəcə beynəlxalq və ölkələrarası çərçivədə ən çox istifadə edilən, əməliyyatın sürətini artıran, işçi ehtiyaclarını azaldan xidmət vasitələrindən və elektronik bankçılıq sistemlərindən, Azərbaycanda elektronik daşıyıcılar vasitəsilə banklararası hesablaşmaların təşkili nəzərdə tutulur. == Elektron bank sisteminin növləri == Ev və İş Yerində Bankçılıq Şöbələrdən kənarda baş verən bankçılıq xidmətlərindən bir başkalarıda ev ya da iş yerində bankçılıqdır. Bu xidmətlərdə müştərilər öz mikro kompüterini ya da videomətin sistemlerindən istifadə edirlər. Müştəri öz komyuterlərindən modem və telefon xətti köməyilə bankın ana kompüterinə bağlanması ilə bankın təklif etdiyi bütün xidmətlərdən faydalana bilir. Bunlar informasiya alma, vergi ödəmə, hesabdan hesaba pul köçürməsi, satın alma, kredit götürmə xidmətləri aid edilir. Videomətn Çoxlu sayda abonentin bir mərkəzi kompüterlə iki tərəfli əlaqə ilə idarə edildiyi bir sistemdir.
Elmar Məmmədov (bankir)
Elmar Məmmədov (bankçı)
Ermənistan Respublikası Mərkəzi Bankı
Ermənistan Respublikasının Mərkəzi Bankı (erm. Հայաստանի Հանրապետության Կենտրոնական Բանկ) — Ermənistannın mərkəzi bank funkiysaını yerinə yetirən qurum. Ermənistan Respublikasında yeganə təsisçisi olan, hüquqi şəxs, bank tənzimlənməsi və bank nəzarəti orqanıdır. Mərkəzi bankiın əsasən hədəfi ölkədə qiymətlərin stabil qalmasını təmin etməkdir. Əsas vəzifələri Ermənistan Respublikasının bank sisteminin sabitliyinə, likvidliyinə, ödəmə qabiliyyətinə və normal fəaliyyətinə zəruri şəraitin yaradılması və səmərəli ödəniş-hesablaşma sisteminin təşkili və inkişafıdır. Mərkəzi Bank öz səlahiyyətlərini həyata keçirərkən icra hakimiyyətindən asılı deyildir. Mərkəzi Bankın sədri Mərkəzi Bankın ən yüksək vəzifəli şəxsidir. O, Ermənistan Respublikasının Prezidentiinin təklifi ilə altı il müddətinə Ermənistan parlamenti tərəfindən təyin edilir. Ermənistan Respublikasının Prezidenti tərəfindən Mərkəzi Bankın sədr müavinləri 6 il müddətinə, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə beş il müddətinə təyin edilir. Ermənistan Respublikasının Mərkəzi Bankının sədri 2008-ci ilin iyun ayından — Artur Cavadyan.
Estoniya Mərkəzi Bankı
Estoniya Mərkəzi Bankı (est. Eesti Pank, ing. Bank of Estonia) — Estoniyanın mərkəzi bankıdır, ölkənin iki pilləli bank sisteminin üst qatı, Avropa Mərkəzi Banklar Sisteminin üzvüdür. == Tarix == Estoniya Bankı Müvəqqəti Hökumətin bankın nizamnaməsini təsdiqlədiyi və xəzinədən 10 milyon marka bank hesabına köçürdüyü 1919-cu ildən bəri il dönümünü sayır. İlk əskinaslar 1921-ci ildə buraxılmışdır. 1940-cı ildə bank SSRİ Dövlət Bankının respublika idarəsinə çevrilir. Kronlardakı əmanətlər 1 kron = 8.10 rubl həqiqi alıcılıq qabiliyyəti ilə 1 kron = 1.25 rubl nisbətində Sovet rubluna dəyişdirilir. 1941-1944-cü illərdə bank Almaniya işğal orqanlarının nəzarəti altında olur. 1944-1990-cı illərdə SSRİ Dövlət Bankının respublika bankı kimi fəaliyyət göstərir. 1989 il: 15 dekabrda Estoniya Respublikasının Ali Şurası, 1919-cu ildə qurulan Estoniya Bankının hüquqi varisi olaraq 1 yanvar 1990-cı ildən Estoniya Bankının yenidən qurulmasını elan edir.
Euphorbia banae
Euphorbia banae (lat. Euphorbia banae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Ever Baneqa
Ever Baneqa (29 iyun 1988 Rosario) Argentinalı futbolçu. Hal-hazırda Argentinanın CA Newell's Old Boys klubunda oynayır. == Klub karyerası == Futbola Boka Cuniors'un uşaq məktəbində başlamış, peşəkar futbola isə 2006-2007 mövsümündə başlamışdır. O, Boka Cuniors'un heyətində 28 oyuna çıxsa da, qol vura bilməmişdir. 2008-ci ildə Valensiya ilə razılaşan Baneqa, 2008-2009 mövsümündə icarə əsasında Atletikoya keçmışdir. 2014-cü ildə isə icarə əsasında Nevels Old Boyz da oynamış, 14 oyuna 1 qol vurmuşdur. Lakin elə həmin il Sevilyaya transfer olunmuşdur. .
Faktor-bank
Fransa Mərkəzi Bankı
Fransa Mərkəzi Bankı (fr. Banque de France) — Fransa Respublikasının mərkəzi bankı.
Fərdi bankçılıq
Fərdi bankçılıq — imkanlı şəxslər üçün müştərinin pulu ilə əməliyyatların həyata keçirilməsini, onun sərvətinin qorunmasını və artırılmasını nəzərdə tutan bank xidməti. İngilis dilli ölkələrdə bu, sərvətlərin idarə edilməsi, yəni özəl kapitalın idarə edilməsi kimi də tanınır. Çox vaxt özəl bankçılıq, investisiya və məsləhət xidmətlərini əhatə edir. Bank depozitləri müxtəlif yollarla gəlir gətirə bilər. Onlardan ən sadəsi kapital qoyulmadıqda və yalnız illik faiz toplamaqla artım əldə edildikdə “faizlə yaşamaq”dır. Başqa bir seçim fərdi proqram çərçivəsində müxtəlif aktivlərə investisiya qoymaqdır. Genişləndirilmiş xidmətlər üçün müxtəlif variantlar var və müştərinin bank hesabına xidmət göstərilməsi ilə bağlı xidmətlər dəsti hər bir müştəri üçün fərdi olaraq seçilir. PricewaterhouseCoopers (PWC) şirkətinin məlumatına görə, Rusiyanın özəl bank bazarının həcmi 10-12 milyard dolları ötməyib, rus zənginlərinin isə təxminən 300-400 milyard dollarlıq “pulsuz” pulları var idi.Merrill Lynch-ə görə, 44 “dollar” milyarder və 88 min dollarlıq milyonerlər. Eyni zamanda, PWC-nin məlumatına görə, varlı müştərilər Rusiya banklarında və idarəetmə şirkətlərində (MC) 10 000-dən çox olmayan hesab açıblar. Beləliklə, məlum olur ki, özəl bank xidmətləri bazarının potensial Rusiya müştərilərinin 10%-dən çoxu bank xidmətləri ilə əhatə olunmayıb.
Grevillea banksii
Benks qrevilleyası (lat. Grevillea banksii) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea banksii (R.Br.) Christenh. & Byng Stylurus banksii (R.Br.) O.Deg. === Heterotipik sinonimləri === Grevillea banksii f. albiflora (O.Deg.) O.Deg. & I.Deg. Grevillea forsteri T.Moore Stylurus banksii f. albiflora O.Deg.
Gürcüstan Milli Bankı
Gürcüstanın Milli Bankı (gürc. საქართველოს ეროვნული ბანკი) — Gürcüstanın mərkəzi bankı. Gürcüstanın Milli Bankı 1991-ci ildə SSRİ Dövlət Bankının Gürcüstan Respublika Bankı təməlində yaradılmışdır. == Tarixi == Gürcüstanın Milli Bankı 1919-cu ildə təsis edilib və 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqil bir qurum kimi fəaliyyətə başlamışdır. Daha sonra Gürcüstanın Ali Şurasının qərarı ilə Gürcüstan Milli Bankı sovet maliyyə və kredit strukturuna əsasən yaradılmışdır. Rəsmi olaraq müstəqil Gürcüstan Mərkəzi Bankı 1991-ci ilin avqustunda qəbul edilmiş "Gürcüstan Respublikası Milli Bankı haqqında" qanuna əsasən yaradılmışdır. Bununla yanaşı, Mərkəzi Bankın pul siyasəti sahəsində fəaliyyətinin əsas aspektlərini müəyyən edən "Gürcüstan Respublikasında Pul Tənzimləmə haqqında" Qanun qəbul edilmişdir. Milli Bankın mövcud vəziyyəti Gürcüstan Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın 95-ci maddəsinə əsasən, Milli Bank öz fəaliyyətində müstəqildir. Milli Bankın hüquq və vəzifələri, fəaliyyətinin qaydası və müstəqilliyin təminatı, 23 iyun 1995-ci ildə Gürcüstan Parlamenti tərəfindən qəbul edilmiş "Milli Bank haqqında" Qanunla müəyyən edilir.
Gürcüstan Xalq Bankı
Azadlıq Bankı (gürc. ლიბერთი ბანკი, libert'i banki), əvvəllər Gürcüstan Xalq Bankı (gürc. საქართველოს სახალხო ბანკი , sak'art'velos sakhalkho banki), Gürcüstanda özəl bir bankdır, 2017-ci ilin iyun ayına olan vəziyyətə görə 5,6% bazar payı ilə ölkənin aktivləri arasında üçüncü yerdədir. Gürcüstanda ən böyük filial şəbəkəsinə malikdir. == Tarix == Liberty Bank, 1994-cü ildə özəlləşdirilən və 2002-ci ildə "Gürcüstan Xalq Bankı" olaraq adlandırılan dövlətə məxsus "AgroMretsvBank"-ın varisidir. Gürcüstan Xalq Bankı, Gürcüstanda ən böyük müştəri xidməti şəbəkəsinə sahib idi. Georq Qoquadzenin rəhbərliyi altında bank ölkə daxilində 210 filial açdı. Qoquadzenin strategiyası ölkə daxilində geniş əhatə dairəsi yaratmaq olduğundan, bank pensiya və digər sosial müavinətlərin verilməsi hüquqları üzrə dövlət tenderini qazana bildi. Qoquadzenin Xalq Bankında icra əməliyyatının son ili olan 2008-ci ilin sonunda bankın bütün Gürcüstan əhalisinin təxminən 30%-ni təmsil edən 1,5 milyon müştərisi vardı. 2009-cu ilin sentyabr ayında Gürcüstanın keçmiş Baş naziri Lado Qurqenidze və Rumıniya maqnatı Dinu Patriciunun yeni qurulan Liberty Investments Holding BV şirkəti tərəfindən səhmlərinin 91,2%-i satın alındı və bankın adı Liberty Bank olaraq dəyişdirildi.
Hacı Bani hamamı
Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. == Haqqında == Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur. Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir. Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir. Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur. 2017-ci il Martın 18-də “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün tarixi hamamın ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.
Hacı Bani məscidi
Hacı Bani məscidi — XVI əsrə aid İçərişəhərdə yerləşən tarix-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Hacı Bani məscidi İçərişəhərdə Şirvanşahlar saray kompleksi yaxınlığında yerləşir. Minarəsi və günbəzi yoxdur. Məscid fasadı üzərindəki qısa epiqrafik kitabəyə əsasən memar Hacı Bani tərəfindən XVI əsrdə inşa edilib. Hicri-qəməri təqvimlə 1320-ci ildə bərpa edilib. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Hacı Banu məscidi
Hacı Bani məscidi — XVI əsrə aid İçərişəhərdə yerləşən tarix-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Hacı Bani məscidi İçərişəhərdə Şirvanşahlar saray kompleksi yaxınlığında yerləşir. Minarəsi və günbəzi yoxdur. Məscid fasadı üzərindəki qısa epiqrafik kitabəyə əsasən memar Hacı Bani tərəfindən XVI əsrdə inşa edilib. Hicri-qəməri təqvimlə 1320-ci ildə bərpa edilib. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Hyalosema bandischii
Bulbophyllum bandischii (lat. Bulbophyllum bandischii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bismark arxipelaqı üçün endemik növdür.
Kakek Bantal
Malik İbrahim (tam adı: Mövlanə Malik İbrahim əs-Səmərqəndi; ö. 7 aprel 1419) və ya Sunam Qirsik və ya Kakek Bantal — Azərbaycan torpaqlarından olan qafqazlı din xadimi. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır. Həmçinin, onun övladları da İslam dininin İndoneziyada yayılmasında yaxından iştirak etmiş və tanınmış din xadimi kimi fəaliyyət göstərmişdir. == Həyatı == Malik İbrahimin nəsəbi haqqında məlumat tam olaraq bilinməsə də ümumi nəzərə əsasən onun Yavanın xaricindən gəldiyi qəbul edilmişdir. Malik İbrahim XIV əsrin birinci yarısında dünyaya gəlmişdir. O, "Babad Tanah Yavi" və digər mətnlərdə bir çox adlarla tanınır. J. J. Meinsmanın müəllifi olduğu əsərdə onun adı Məxdum İbrahim əs-Səmərqəndi (Şeyx İbrahim Əs-Səmərqəndiyə lokallaşdırılmış) olaraq keçir. Bu indiki Özbəkistanda yerləşən Səmərqənd şəhəri ilə əlaqələndirilir.
Kamal Bani Hani
Kamal Bani Hani (ərəb. كمال الدين بني هاني‎; d. 5 dekabr 1958, İrbid, İordaniya) — İordaniyanın Haşimi Universitetinin prezidenti. Mədə-bağırsaq cərrahıdır. == Həyatı == Kamal Bani Hani 5 dekabr 1958-ci ildə İordaniyanın İrbid şəhərində anadan olmuşdur. O, 1984-cü ildə İraqın Bağdad Tibb Universitetinin Kollecini, 1992-ci ildə Birləşmiş Krallıqda Qlazqo Kral Kollecini bitirmişdir. 2002-ci ildə Lids Universitetində doktorluq dərəcəsini almışdır. 2008-ci ilin sentyabrından 2010-cu ilin oktyabrına qədər İordaniya Elm və Texnologiya Universitetinin Tibb fakültəsinin dekanı olmuşdur. 2011-ci ildən İordaniyanın Haşimi Universitetinin prezidentidir.
Kommersiya bankı
Kommersiya bankları – bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır. Kommersiya vəzifəsi kreditdə vasitəçilikdir, onlar bunu müəssisə fondlarının dövriyyəsi prosesində müvəqqəti azad olmuş pul vəsaitinin və özəl şəxslərin pul gəlirlərinin yenidən bölüşdürülməsi vasitəsilə həyata keçirir. Kommersiya bankı – pul vəsaiti toplamaq məqsədi ilə pul bazarında müxtəlif əməliyyatlar həyata keçirən və müştərilərin tapşırıqlarını yerinə yetirən kredit təşkilatıdır. Ümumiyyətlə kommersiya sözünün hərfi mənası latın mənşəli söz olub (commercium), ticarət deməkdir. Uzun müddət ərzində bank sistemi yalnız Kommersiya bankları kimi fəaliyyət göstərmişdir, lakin sonralar bir sıra səbəblərlə, ilk növbədə isə, pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır.
Kölgə bank sistemi
Kölgə bank sistemi ənənəvi kommersiya banklarına bənzər, lakin normal bank qaydalarına uyğun olmayan xidmətlər göstərən Bank olmayan kredit təşkilatı üçün nəzərdə tutulmuş termindir. BOKT-lara misal olaraq sığorta firmaları, lombardlar, kassir çekləri, çeklərin nağdlaşdırılması yerləri, maaş günlərinin verilməsi, valyuta birjaları və mikrokredit təşkilatları daxildir. “Kölgə bankçılıq” ifadəsi bəziləri tərəfindən alçaldıcı hesab edilir və alternativ olaraq “bazar əsaslı maliyyə” termini təklif edilmişdir. Kölgə bankçılıq ənənəvi depozitar bankçılığı ilə rəqabət aparmaq üçün əhəmiyyətini artırdı və 2007-2008-ci illərin subprime ipoteka böhranında və ondan sonra baş verən qlobal tənəzzülün amili oldu.

Digər lüğətlərdə