Həşəratda ağız orqanlarının quruluş tipləri
Həşəratda ağız orqanlarının quruluş tipləri— Qidanın müxtəlifliyindən asılı olaraq, həşratda ağız orqanları müxtəlifdəyişikliyə uğramışdır.
Bununla yanaşı onlar nə qədər dəyişsələr də və bir-birindən fərqlənsələr də ayrı-ayrı hissələrin quruluşuna və yerləşməsinə görə bir-birinə oxşardırlar. ağız orqanları üst dodaqdan, 3 cüt ağız ətraflarından və dilbənzər çıxıntıdan ibarətdir. Ağız ətraflarında bir cüt çənələr (mandibula) bir cüt alt çənələr (maksilla) və birdə buğumlu alt dodaq aiddir.
Təkamül prosesində qidalanma xüsusiyyətindən asılı olaraq həşəratda bir neçə tip ağız orqanları inkişaf etmişdir:gəmrici, gəmirici-yalayıcı, sorucu, sancıcı-sorucu, kəsici-sorucu, yalayıcı.
Gəmirici tipli ağız orqanları bərk qida ilə qidalanmağa uyğunlaşan həşəratada inkişaf etmişdir. Bu tip ağız orqanları buğumlanmamış üst çənələrdən, bir cüt buğumlu alt çənələrdən, xaricdən cüt olmayan alt dodaqdan ibarətdir. Ağızın üst hissəsində isə üst dodaq yerləşmişdir. Gəmirici ağız orqanlarında üst çənələr buğumsuz olmaqla yanaşı möhkəmdir, qidanın qoparılmasına və xırdalanmasına xidmət edir. Bu tip ağızlarda üst çənələr yaxşı inkişaf etmişdir.