BATAQLIQ
BATDAQ
OBASTAN VİKİ
Batalyon
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır. Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir. Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir. == Motaatıcı tabor == Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor. 3 motaatıcı bölük Minaatan batareya Artilleriya batareya Yükdaşıyan avtomobil taqımı Tankəleyhinə taqım Qumbaraatan taqım Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Tank taboru == Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor. 3 tank bölüyü Rabitə taqımı Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Rabitə taboru == Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir. Tabor qərargahı Radio bölüyü Estafet bölüyü Təmir dəstəsi == Təmir taboru == Baxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir.
Yenilməz batalyon
Yenilməz batalyon — Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film. Filmdə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır. Film quruluşçu rəssam Rafiz İsmayılovun kinoda ilk işidir. Film aktyor Muxtar Avşarovun kinoda ilk işidir. Film yazıçı Qılman Musayevin Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə "Qalada üsyan" romanı əsasında ekranlaşdırılmışdır. Filmdə Azərbaycan hərbi dairəsinin hissələri iştirak etmişlər. Film Şəkidə çəkilib. Motros Romanov Rozanın dükanına daxil olub oturanda eynək onun gözündədir. Bir kadr sonra onu göstərəndə eynək gözündə yoxdur. Növbəti kadrda isə o eynəyi gözlərinin üzərindən yenicə götürür.
Batalyon (film, 2016)
Batalyon tammetrajlı sənədli filmi rejissor Nizami Abbas tərəfindən 2016-cı ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər Batalyonu haqqındadır. == Məzmun == Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər Batalyonu haqqındadır. Film batalyonun keçdiyi şərəfli döyüş yolundan bəhs edir. == Film haqqında == Filmin çəkilişləri Ağdərə rayonunun işğaldan azad olunmuş ərazilərində aparılmışdır.
Yenilməz batalyon (film, 1965)
Yenilməz batalyon — Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film. Filmdə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır. Film quruluşçu rəssam Rafiz İsmayılovun kinoda ilk işidir. Film aktyor Muxtar Avşarovun kinoda ilk işidir. Film yazıçı Qılman Musayevin Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə "Qalada üsyan" romanı əsasında ekranlaşdırılmışdır. Filmdə Azərbaycan hərbi dairəsinin hissələri iştirak etmişlər. Film Şəkidə çəkilib. Motros Romanov Rozanın dükanına daxil olub oturanda eynək onun gözündədir. Bir kadr sonra onu göstərəndə eynək gözündə yoxdur. Növbəti kadrda isə o eynəyi gözlərinin üzərindən yenicə götürür.
772 saylı Xüsusi Təyinatlı batalyon
772 saylı Xüsusi Təyinatlı batalyon — Birinci Qarabağ müharibəsində uğurlu əməliyyatları olan, lakin gizli saxlanılan xüsusi təyinatlı batalyon. == Yaradılması == 772 saylı batalyonun yaradılması təşəbbüsü 1992-ci il fevral ayında sadə zəvod fəhlələri olan Kazlov Vladimir və Malinov Vladimir tərəfindən irəli sürülmüşdür. Həmin ildə onlar televiziya vasitesi ilə xalqa müraciət etdilər. Çağrışlarına Bakıda yaşayan müxtəlif millətlərin nümayəndələri toplandı. Bunlar rus, ləzgi, talış, ukraynalı, tatar, yəhudi və azərbaycanlılar idi. Fevralın 25-nə qədər 125 nəfər toplanmışdı. Azərbaycanlılar arasında "əfqan" döyüşçüləri də çox idi. Onlar Əfqanıstanda xidmət keçmiş təcrübəli döyüşçülər idi. 772-ci hərbi hissə reyd dəstəsi formasında yaradılmışdı. Komanda mart ayının 17-si 128 nəfərlik tərkiblə Müdafiə Nazirliyi tərəfindən təsdiq edildi.
Yenilməz Batalyon (Teymurun Mahnısı) (mahnı)
Yenilməz Batalyon (Teymurun Mahnısı) - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. Mahnının sözləri Qılman İlkinə, bəstə Cahangir Cahangirova, aranjemanı isə Qara Dərvişə aiddir.
Bergmann xüsusi təyinatlı batalyon
Berqman — İkinci dünya müharibəsi zamanı Vermaxta tabe olan tabor. Tabor ermənilər, gürcülər və azərbaycanlılardan təşkil olunmuşdu. Tabor İkinci dünya müharibəsinin gedişində almanlara əsir düşən əsgərlərdən təşkil edilmişdi. Taborun əsası azərbaycanlı və erməni əsgərlədən ibarət idi. Sonderverband Bergmann 1941-ci ilin 14 noyabrında Aşağı Sileziyanın Vehrau kəndində yaradılmışdır. Sonralar tabor Vermaxta tabe olan Ahuverin tabeliyinə keçmişdir. Taborda az sayıda tatar əsgələri də vardı. 1942-ci ildə Fransada hitler tərəfdarı bir qrup qafqazlı döyüşcü, könüllü olaraq tabora qoşulmuşdur. Bergmann taboru Teodor Oberlanderin rəhbərlik etdiyi Bau-Lehr z.b. V 800 adlı hərbi birləşmənin tərkibinə qatılmışdır.
Arabo batalyonu
Arabo könüllü dəstəsi (erm. Արաբո կամավորական ջոկատ, latın qraf. Arabo kamavorakan jokat) və ya Arabo batalyonu — Qarabağ müharibəsində əsasən Ermənistan erməniləri və xaricdən gələn ermənilərdən təşkil olunmuş millətçi paramilitarist qruplaşma. == Adı == Dəstənin adı ilk vaxtlar “Qaregin Njde” olub. Lakin, digər erməni dəstələri daxilində “Qaregin Njde” adlı dəstələrin ortaya çıxması, dəstənin adının “Arabo” adı ilə əvəzlənməsinə səbəb olub. "Arabo" XIX əsrdə Osmanlıya qarşı qiyam edən və sonda kürd dəstələri tərəfindən öldürülən Stepanos Mixitaryan adlı şəxsin təxəllüsü olub. == Tarixi == Dəstə 1989-cu ildə Livan, Fələstin, Suriya və Fransadan gəlmiş erməni millətçilərinin, həmçinin Sovet İttifaqı Silahlı Qüvvələrində xidmət keçmiş təcrübəli döyüşçülərin iştirakı ilə İrəvanda yaradılıb. Dəstəni yaratmazdan öncə, Manvel Yeğiazaryan bir neçə şəxslə birgə bir neçə dəfə Gorus, Cermuk və Naxçıvan sərhədləri ətrafına, o cümlədən digər ərazilərə gedərək ümumi kəşfiyyat aparıb. Nəticədə, 4 oktyabr 1989-cu ildə Manvel Kerri Xaçik, Hayk və Civan adlı şəxslərlə birlikdə, Yeğeqnadzor rayonunun Xaçik kəndində yerləşən sərhədə yaxın hissələrə gedərək çadırlar qurub və burada Arabo dəstəsinin ilkin prinsiplərini müəyyənləşdirib. Tədricən yeni üzvlərin Məlik, Roman və Samvel adlı şəxslərin qatılması ilə dəstə daha da genişlənməyə başlayır.
Azərbaycan Qarabağı batalyonu
Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsi (kiril qraf. Азәрбајҹан Гарабағы көнүллү мүдафиә дәстәси) və yaxud qısaca Qarabağ batalyonu — Qarabağ müharibəsində könüllülərdən təşkil olunmuş müdafiə dəstəsi. Şuşa şəhərinin müdafiəsində iştirak edib. Azərbaycan Müdafiə Nazirliyinin 1 fevral 1992-ci il tarixli 12014 nömrəli əmri ilə şəxsi heyəti 109 nəfərdən ibarət Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsi qeydə alınıb.
Baqramyan adına erməni batalyonu
Baqramyan adına erməni batalyonu (erm. Բաղրամյանի անվան գումարտակ) və ya Marşal İvan Baqramyan adına motoatıcı batalyon — 1993-cü ildə gürcü-abxaz münaqişəsi zamanı abxaz silahlı qüvvələrinin tərkibində SSRİ marşalı İvan Baqramyan adına yaradılmış separatçı batalyon. Üzvləri əsasən erməni terrorçulardan və hemşinlilərdən ibarət olub. Batalyon gürcü silahlı qüvvələrinə qarşı döyüşüb. Müharibədən sonra batalyon dağılıb. == Qısa tarixçə == SSRİ-da həyata keçirilən 1989-cu il siyahıyalınmasına əsasən 525.061 minlik Abxaziya əhalisinin cəmi 95.853 nəfəri abxaz 76.541 nəfəri isə erməni olmuşdur. Gürcüstandakı vətəndaş müharibəsindən sonra bölgədə olan gürcü çoxluq oranı tərk edir və nəticədə ermənilər sayca ikinci yerdə qərarlaşırlar. == Batalyonun yaradılması == Gürcüstanda vətəndaş müharibəsi yeni başladıqda ilkin olaraq Qaqrada silahlanan ermənilər təxribatçı qruplar təşkil edərək, gürcü qüvvələrinə və mülki əhaliyə qarşı basqınlar edirdi. Qruplar sürətlə silahlanaraq demək olar ki, hər yerdə qurulurdu. Nşan Karagözyan Mexadrda, Sarkis Karekyan Salmada, Karapet Raqanyan Xapuşsedə, Vağarşak Kosyan Baqnaridə, Eduard Melkonyan rayonun Lenin adına kolxoz idarəçiliyində, Eduard Kiviryan Açmardada, Sergey Zabelyan Tsandripş qəsəbəsində və Dəmirçiyan Baranovkada gürcülərə qarşı təxribat xarakterli əməliyyatların həyata keçirmələri ilə seçilirdilər.
Beyləqan ərazi özünümüdafiə batalyonu
Beyləqan ərazi özünümüdafiə batalyonu (kiril qraf. Бејләган әрази өзүнүмүдафиә баталјону) və ya qısaca Beyləqan batalyonu — Qarabağ müharibəsində Beyləqan rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu. == Yaranması == Beyləqan Dağlıq Qarabağ Muxtar Vilayəti ilə həmsərhəd olmasa da, həmin ərazilərə yaxınlığı ilə seçilir. Qarabağ münaqişəsinin ilk vaxtlarında XX əsrin 80-cı illərinin sonunda Beyləqan əhalisi, xüsusilə gənc nəsil könüllü qaydada döyüş bölgələrinə Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Ağdam, Laçınlarına üz tutur, orada yerli əhalinin özünümüdafiə dəstələrinə yardım edirlər. 1991-ci ilin oktyabr ayından etibarən respublikada milli müdafiə batalyonlarının yaradılmasına başlanılır. O dövrdə ancaq Dağlıq Qarabağ və Ermənistanla sərhəd rayonlarda özünümüdafiə batalyonların yardılmasına icazə verilir. Bu səbəblə Beyləqan kimi münaqişə ocağından nisbətən aralı rayonda batalyonun yaradılmasına Müdafiə Nazirliyi əmr verməmişdi. Lakin rayon rəhbərliyi, hərbi komissarlıq, xüsusilə rayon gəncləri belə bir batalyonun yaradılmasını arzulayır. 1991-ci ilin payızından etibarən Beyləqan əhalisi müdafiə məqsədilə lazımi hazırlıqlara başlayır, rayon ərazisində olan idarə, müəssisə və təşkilatlar yerli əhali ilə birlikdə batalyonların yaradılmasında iştirak edir, vəsait toplanır. 1991-ci ilin sonlarında Müdafiə Nazirliyinin nümayəndələri tez-tez Beyləqan rayonunda olur, rayon rəhbərliyi və hərbi komissarlığın nümayəndələri hər dəfə onlarla görüşdükdə rayonda könüllülərdən ibarət özünümüdafiə batalyonun yaradılması firkini irəli sürür və batalyon yaratmağa hazır olduqlarını bildirirlər.
Laçın özünümüdafiə batalyonu
Laçın ərazi özünümüdafiə batalyonu (kiril qraf. Лачын әрази өзүнүмүдафиә баталјону) və ya qısaca Laçın batalyonu — Qarabağ müharibəsində Laçın rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu. De-yure 1 oktyabr 1991-ci il tarixindən 27 mart 1992-ci il tarixinə kimi mövcud olmuş batalyonun komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında birbaşa Müdafiə Nazirliyinə tabe olan 811 saylı Laçın əlahiddə dağ-atıcı alayı yaradılıb. == Yaranması == 1980-ci illərin sonlarından başlayaraq ermənilər Laçının kəndlərinə xırda hücumlar edib, yollara primitiv üsullarla hazırlanmış minalar basdırırdılar. Həmin vaxtlar rayon ərazisinin mühafizəsini təşkil edən Laçın rayon polisinin sayı yetərli olmadığından rayon rəhbərliyi Müdafiə Komitəsi yaradır. Müdafiə Komitəsinə rayon rəhbərliyinin göstərişi ilə inzibati bina, nəqliyyat və telefon vasitələri verilir. Beləliklə ilk Laçın könüllüləri polislə birgə sərhəd kəndlərdə yerləşən məntəqələrdə keşik çəkməyə başlayırlar. 1991-ci ilin sentyabr ayının sonlarında milli ordunun yaranacağı ilə bağlı söz-söhbətlərin ardınca Bakıdan cəbhə zonasında yerləşən rayonlardan bir neçə nəfərin seçilib Bakıya göndərilməsi göstərişi gəlir. Bakıda hərbi şəxslər tərəfindən o şəxslərin arasından rayonlarda yaranacaq özünümüdafiə batalyonlarına komandirlər müəyyənləşdirilir.
Laçın ərazi özünümüdafiə batalyonu

Noman Çələbicihan batalyonu
Noman Çələbicihan batalyonu (ukr. Батальйон імені Номана Челебіджіхана, Krım tatarca: Noman Çelebicihan Batalyonı) — Krım Xalq Respublikasının sədri olmuş Noman Çələbi Cihanın şərəfinə adlandırılmış, Krım tatarlarından ibarət batalyon. Batalyon Krımın anneksiyasında sonra 2015-ci ildə formalaşdırılıb və 18 sentyabr 2016-cı ildə qurulduğunu elan edib. Əsasən Krım sərhəddindəki Xerson bölgəsində fəaliyyət göstərirlər. 560 üzvü olan batalyon Krımın sərhəddində yerləşən Ukrayna Dövlət Sərhəd Mühafizəsi Xidmətinin dəstəsinə kömək göstərir.
Qarabağ müharibəsində Azərbaycan ərazi özünümüdafiə batalyonlarının siyahısı
Bu siyahıda Qarabağ müharibəsində Azərbaycan ərazi özünümüdafiə batalyonları əks olunub. Mövcud gərgin vəziyyəti nəzərə alaraq Azərbaycan Müdafiə Nazirliyi 1991-ci ilin sentyabr ayında cəbhə bölgəsində yerləşən rayonlarda özünümüdafiə batalyonlarının yaradılmasını qərara aldı. Bu məqsədlə hərbi şəxslər tərəfindən rayonlarda yaranacaq özünümüdafiə batalyonlarına komandirlər müəyyənləşdirildi. 1991-ci ilin oktyabr ayından etibarən Azərbaycanda özünümüdafiə batalyonları yaranmağa başladı. 14 fevral 1992-ci il tarixli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayaz Mütəllibovun Qarabağ bölgəsi ərazisində vahid komandanlığın yaradılması haqqında əmriylə ərazi özünümüdafiə batalyonları və yerli müdafiə qüvvələrinin Tahir Əliyevə tabe edilməsi, general-mayor Dadaş Rzayevin isə mövcud hərbi bölmələrdən hərbi hissə təşkil etməsi əmr olundu. Bu əmrlə bağlı olaraq özünümüdafiə batalyonlarının bazasında hərbi hissələr təşkil edildi.
Qubadlı ərazi özünümüdafiə batalyonu
Qubadlı ərazi özünümüdafiə batalyonu və ya qısaca Qubadlı batalyonu (kiril qraf. Губадлы баталјону) — Qarabağ müharibəsində Qubadlı rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu.
Təcili cavab batalyonu (Banqladeş)
Təcili cavab batalyonu (benq. র‌্যাপিড অ্যাকশন ব্যাটেলিয়ান, ing. Rapid Action Battalion) — 26 mart 2004-cü ildə qurulan və ölkənin polis, silahlı qüvvələr, eləcə də sərhəd qoşunlarından ibarət Banqladeşin xüsusi elit birliyi. RAB rəhbəri (direktoru) hal-hazırda General Benazir Əhməddir (əvvəllər, Dəkkə Polis Komissarı olub).
Tərtər Batalyonu
Tərtər Ərazi Özünü Müdafiə Batalyonu — Qarabağ müharibəsi başlayanda Ermənistanla qonşu olan rayonlarda olduğu kimi Tərtər rayonunda da rayonun müdafiəsini təşkil etmək məqsədilə Azərbaycanın Milli Qəhrəmanı, mayor Elman Süleyman oğlu Hüseynovun təşkilatçılığı altında 12.11.1991-ci ildə MN-nin 813 sayli əmri ilə ilk hərbi hissələrindən biri olan Tərtər Ərazi Özünü Müdafiə Batalyonu yaradıldı. Azərbaycan Respublikası Müdafiə Nazirinin 12.11.1991-ci il tarixli əmri ilə Hüseynov Elman Süleyman oğlu Batalyonun komandiri , Pənah Ağamalı oğlu Məmmədov Batalyonun qərərgah rəisi təyin olunurlar. Qısa zaman ərzində 1992-ci ildə Ağdərənin 20 yaxın yaşayış məntəqəsi və Ağdərə şəhəri Tərtər Batalyonun apardığı uğurlu əməliyyatlar nəticəsində düşməndən təmizləndi. Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Batalyonun 200 yaxın döyüşçüsü qəhrəmancasına şəhid oldu,yüzlərlə döyüşçüsü əlil oldu. Batalyon hazırda Tərtərdə yerləşən MN-nin N saylı Hərbi hissəsi dislokasiya olduqdan sonra 1993-cü ildə əlahiddə h/h olaraq ləğv olundu. Batalyon iki döyüşçüsü : Batalyon komandiri Elman Hüseynov və Vəzir Orucov ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına, onlarla döyüşçüsü Azərbaycanın Respublikasının müxtəlif orden medal və ali fəxri adlarına layiq görülmüşdür. Batalyonun keçdiyi rəşadətli döyüş yolu haqqında 2017-ci ildə rejissor Nizami Abbasın rejissorluğu ilə "Batalyon" sənədli filmi çəkilmişdir.
Tərtər ərazi özünümüdafiə batalyonu

Şuşa ərazi özünümüdafiə batalyonu
Şuşa ərazi özünümüdafiə batalyonu (kiril qraf. Şuşa әрази өзүнүмүдафиә баталјону) və ya qısaca Şuşa batalyonu — Qarabağ müharibəsində Şuşa rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu. 816 nömrəli Şuşa batalyonu 19 noyabr 1991 yaranmışdır. Batalyonda müxtəlif zabitlərim var idi. Amil Əhmədov, Əvəz Məmmədov, Əvəz Nəsirov, Xudayar Mirzəyev, İlham Əşrəfov.
836 saylı Ağdam ərazi özünümüdafiə batalyonu
836 saylı Ağdam ərazi özünümüdafiə batalyonu, həmçinin Ağdam özünümüdafiə batalyonu və ya sadəcə Ağdam batalyonu — Azərbaycan milislərinin Ağdam şəhərindən olan bölməsi. 1991-ci ilin sentyabrında yaradılmışdır. Azərbaycanda yaradılan ilk ərazi özünümüdafiə batalyonudur. Mərkəzi Ağdam rayonunun Əlimədədli kəndi idi. Batalyonun ilk komandiri Allahverdi Bağırovdur (müavini Əkbər Rüstəmov olmuşdur), onu 1992-ci ilin yazından dekabrına qədər Yaqub Rzayev əvəz etmişdir. Batalyon ASQ-nin 708-ci briqadası kimi yenidən təşkil edilmiş, Goranboy əməliyyatında və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Axundov, Rizvan. Ağdamım canım qanım. Bakı: «Apostroff». 2015.
Ağdam batalyonu

Ağdam özünümüdafiə batalyonu

Ağdam ərazi özünümüdafiə batalyonu

Turan batalyonu
Turan batalyonu — Rusiya–Ukrayna müharibəsində döyüşən Ukrayna Silahlı Qüvvələrində türk xalqlarından formalaşmış könüllü batalyon. 20 noyabr 2022-ci ildə Aydos Sadıqov adlı qazaxıstanlı müxalifət fəalı öz "Telegram" kanalında qrupun yaradılmasını elan etmişdir. O, Qırğızıstan əsilli, Rusiyada bərbər işləyən Almaz Qudabəyi qrupa komandir təyin etmişdir. Almaz Qudabəy qrupun təqdimat videosunda çıxış edərək qrupun məqsədinin Rusiyanın "türk xalqlarına qarşı soyqırımı" ilə mübarizə aparmaq olduğunu bildirmiş, həmçinin Vladimir Putin və Ramzan Kadırovu hədələmişdir. Qırğızıstanın Ukraynadakı səfiri İdris Qədirqulov Qudabəyə Qırğızıstana qayıtmağı təklif etmiş, lakin Qudabəy bu təklifi rədd etmiş və Ukraynada döyüşməyə getmişdi. 2023-cü ilin yanvarında verdiyi müsahibədə Almaz Qudabəy Turan batalyonunda 600-ə yaxın döyüşçünün olduğunu demiş və Kadırovun onun qətli üçün başına 500 min dollar qoyduğunu iddia etmişdir. Turan batalyonunun tərkibində Rusiyadan və Şimali Qafqazdan olan etnik qazaxlar, qırğızlar, azərbaycanlılar, uyğurlar, tatarlar, Krım tatarları və digər müxtəlif türk xalqları var. Batalyona Rusiya–Ukrayna müharibəsinin döyüşçüsü, "Qazaxıstan Rembo"su adlandırılan Jasulan Duysembin də qoşulmuşdur.
Beynəlxalq Azadlıq Batalyonu
Beynəlxalq Azadlıq Batalyonu (BAB; türk. Enternasyonalist Özgürlük Taburu; kürd. Tabûra Azadî ya Înternasyonal; ərəb. تابور الحرية العالمي‎) — Rojava inqilabına dəstək və Suriya vətəndaş müharibəsində Türkiyə Silahlı Qüvvələri, Suriya Milli Ordusu və İslam Dövlətinə qarşı Xalq Müdafiə Birlikləri üçün döyüşən solçu əcnəbi döyüşçülərdən ibarət inqilabi sosialist silahlı qrup. BAB-nin yaradılması 2015-ci ilin iyununda Rəsulaynda elan edilmişdir. Qrup üçün ilham İspaniyada vətəndaş müharibəsi zamanı yaradılmış Beynəlxalq Briqadalardan gəlmişdir. Mübarizlərin siyasi ideologiyalarına anarxizm, marksizm–leninizm, xocaçılıq, maoizm və anarxo-kommunizm daxildir.

Digər lüğətlərdə