Batumi

coğ. Batoumi

baton
Bavariya
OBASTAN VİKİ
Batumi
Batumi (gürc. ბათუმი; 1936-cı ilə qədər Batum) və ya Batum— Gürcüstanın Qara dəniz limanı və Acarıstan Muxtar Respublikasının paytaxtı. Şəhərin əhalisi 152 839 nəfərdir (2014). Turizm mərkəzi olan Batuminin əhalisi yay aylarında 400 000 min nəfərə çatır. Batumi Cənubi Qafqaz dəmiryolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşir. Subtropik iqlimə malikdir, sitrus meyvələri və çay yetişdirilir. Neftayırma zavodu və gəmiqayırma sənayesi ilə tanınır. == Tarixi == Batumi sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin (Batis – "dərin", Batis limen – "dərin liman") adı ilə bağlıdır. Şəhər orta əsrlərə qədər gürcü knyazlıqlarının idarəsində olmuşdur.
Batumi məscidi
Batumi məscidi (gürc. ბათუმის მეჩეთი) — Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində yerləşən məscid. == Tarixi == Batumi məscidi gürcü mənşəli müsəlman zadəgan — Aslan-bəy Ximşiaşvilinin ailəsinin sifarişi ilə 1886-cı ildə tikilib. Batumi məscidi hazırda mövcud olmayan Əzizə camisi ilə Əhməd-paşa camisi arasında ucaldıldığından, onu Orta cami də adlandırırlar. 1932-ci ildən 1946-cı ilədək sovet hakimiyyəti tərəfindən bağlanan məscid, 1946-cı ildə yenidən fəaliyyətini bərpa edib. == Təsviri == Ağ rəngdə olan məscid iki mərtəbədən ibarətdir. Bir minarə və qızılı rəngli günbəzə malikdir. Məscidin divarları Laz qardaşları tərəfindən naxışlarla bəzədilib. Batumidə fəaliyyət göstərən yeganə məsciddir.
Batumi Stalin Muzeyi
Batumi Stalin Muzeyi Gürcüstanın Batumi şəhərində yerləşir. Muzey İosif Stalinin 1901-1902-ci illərdə Batumi şəhərində apardığı təbliğat işlərinin xatirəsini anmaq məqsədilə fəaliyyət göstərirdi. 2013-cü ildə az saylı ziyarət üzündən bağlanmışdır.
Dinamo Batumi FK
Dinamo Batumi FK – Gürcüstanın futbol klubu.
Batumi dəniz limanı
Batumi dəniz limanı (gürc. ბათუმის საზღვაო პორტი ) — Gürcüstanın ən böyük konteyner, bərə və ümumi yük dəniz limanı. Liman Batumi şəhərində, Qara dənizin cənub-şərq sahilində yerləşir və həm də Qazaxıstan və Azərbaycandakı neft emalı üçün əsas tranzit liman kimi istifadə olunur. Limanın beş terminalı var: neft terminalı, quru yük terminalı, konteyner terminalı, dəmir yolu-bərə keçidi və sərnişin terminalı. Bu terminallar müvafiq kranlarla təchiz olunub ki, bu da yüklərin vaxtında və keyfiyyətli emalını asanlaşdırır və limanın müştərilərinin tələblərinə cavab verir. == Tarixi == Batumi dəniz limanının tarixi Roma imperiyasına, Adrianın hakimiyyəti dövründə Batumi limanının Romanın ticarət şəbəkəsinin ən mühüm nöqtələrindən biri olduğu zamana gedib çıxır. Batumi limanı geostrateji və təbii üstünlükləri ilə seçilib və hələ də seçilməyə davam edir. Limann təbii dərin suda yerləşməsi böyük tonajlı gəmilərin girişinə icazə verir. 19-cu əsrin ikinci yarısında mövcud qlobal iqtisadi şəbəkənin formalaşması zamanı limanın yuxarıda göstərilən üstünlükləri Batumi limanının 1878-ci ildən 1885-ci ilə qədər “Porto-Franko” (freeport) statusu alması ilə nəticələnmişdir. Batumi şəhərinin və limanının inkişafında əsas amil Bakıdan Batumiyə dəmir yolu ilə daşınan neft idi.
Batumi Beynəlxalq Hava Limanı
Batumi Beynəlxalq Hava Limanı (gürc. ბათუმის საერთაშორისო აეროპორტი) (IATA: BUSS, ICAO: UGSB) — Gürcüstanda, Batumi şəhərindən 2 km cənubda yerləşən beynəlxalq hava limanı. Hava limanı Türkiyənin Hopa şəhərindən 20 km şimal-şərqdə, Gürcüstan və şimal-şərq üçün daxili və beynəlxalq hava limanı kimi xidmət göstərir. == Haqqında == Batumi Gürcüstanda fəaliyyət göstərən üç beynəlxalq hava limanından biridir. Yeni hava limanı terminalı 26 may 2007-ci ildən fəaliyyət göstərir. Ümumi sahəsi 4,256 kvadratmetr olmaqla, ildə 600 min sərnişin qəbul edə bilir. Batumi Beynəlxalq Hava Limanı 2007-ci ildə TAV Airports Holding tərəfindən həyata keçirilən təmirdən bu yana sərnişin sayının əhəmiyyətli bir artım göstərdiyini qeyd etdi. 2011-ci ildə hava limanında bir əvvəlki ilə görə 51% artımla 134 min sərnişin qəbul edildi.
Müqəddəs Ruh Kilsəsi (Batumi)
Müqəddəs Ruh Kilsəsi(ing. Church of the Holy Spirit) — Müqəddəs Ruh Kilsəsi (gürcü: სულიწმიდის კათოლიკური ეკლესია), Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində, Qara dənizdəki Roma Katolik kilsəsidir.
Şota Rustaveli adına Batumi Dövlət Universiteti
Şota Rustaveli adına Batum Dövlət Universiteti (gürc. ბათუმის შოთა რუსთაველის სახელობის სახელმწიფო უნივერსიტეტი) — Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə yerləşən ali təhsil müəssisəsi. Universitetə orta əsr gürcü şairi Şota Rustavelinin adı verilmişdir. Acarıstanda təhsil sisteminin qurulması və inkişafı Gürcüstan cəmiyyətinin uzun müddətdir məşğul olduğu məsələ idi. 1893-cü ildə bölgədə Kişi Gimnaziyası fəaliyyətə başlamışdır. 26–27 iyun 1893-cü il tarixində şəhər bələdiyyəsi tərəfindən Kişi Gimnaziyasına 2.623.95 kvadrat metr ərazi verildi. Layihə hərbi mühəndis Sedelnikov tərəfindən dizayn edilmişdir. Binanın birinci mərtəbəsində idman zalı, ikinci mərtəbəsində kilsə, akt zalı, səkkiz sinif otağı, sənət dərsi, fizika iş otağı, laboratoriya və kitabxana fəaliyyət göstərirdi. Kişi Gimnaziyasında dərslər 1897-ci ilin iyul ayında başlandı. Həmçinin 26 sentyabr 1900-cü il tarixində bölgədə Qız Gimnaziyasının da açılışı baş tutdu.