Bermud adaları

coğ. Bermudes f pl

Berlin
Bern
OBASTAN VİKİ
Bermud Adaları
Bermud üçbucağı (və ya Şeytan üçbucağı) — Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anomal zona sayılır. Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km²) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir. Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlərin statistikaları bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər. On illər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməmiş və dərc edilməmişdir. Simsiz rabitənin çox inkişaf etmədiyi vaxtlarda bu cür hekayələrin danışıldığı məlumdur. Çünki 1960-cı illərdən sonra bu bölgədə batan gəmilərin yoxa çıxması xeyli azalmışdır.
Hamilton (Bermud adaları)
Hamilton (ing. Hamilton) — Bermud adalarının inzibati mərkəzi. Eyni adl dairənin olmasına baxmayaraq, şəhər Pembruk dairəsinə daxildir. Şəhər 1778-1794-cü illərdə oranın qubernatoru olmuş Henri Hamiltonon şərəfinə adlandırılıb. Həmin dövrdə şəhər atrıq mövcud idi. == Əhalisi == Əhalisi 969 nəfərdir, ancaq 1500 nəfər olduğu da iddia edilir. Yeganə rəsmi şəhər olsa da, tarixi Sent-Corc şəhərindən kiçikdir. == Biznes == Şəhərdə Accenture (keçmiş «Andersen Konsaltinq») şirkətinin mənzil-qərargahı yerləşir. Həmçinin Bacardi, ACE Ltd. və Tyco International şirkətləri də burada qeydiyyatdan keçib.
Somerset (Bermud adaları)
Aqar adası (ing. Agar's Island) — Bermud adalarına daxil olan mərcan adası. Bermudların qərbində yerləşir və 2,84 km² ərazini əhatə edir. Bu isə ümumilikdə Sendis vilayəti yarıdan çox ərazisini deməkdir. Meyn-Aylendlə Somerset açılan körpüsü ilə birləşir. "Somerset Island". 2013-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-07.
Bermud ardıcı
Bermud ardıcı (lat. Juniperus bermudiana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Bermud dolları
Bermud dolları (kod ISO 4217: BMD) — 1970-ci ilin fevralından qüvvədə olan Bermud adalarının pul vahididir. 1 Bermud dolları 100 sentə bərabərdir. Bermud dolları Bermud funtunun (1 Bermud funtu = 2,40 Bermud dolları) yerinə dövriyyəyə daxil edilmişdir. == Valyuta məzənnəsi rejimi == Baxmayaraq ki, Bermud adaları Böyük Britaniyanın xarici ərazisidir, Bermud dollarının məzənnəsi 1:1 nisbətində Amerika dolları ilə əlaqələnmişdir..
Bermud üçbucağı
Bermud üçbucağı və ya Şeytan üçbucağı — Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anormal zona sayılır. Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir. Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi, qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlərin statistikaları bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər. == Bermud üçbucağı == 1964-cü ildə Vinsent Qaddis adında Amerikalı yazıçı Arqosy jurnalında tarixdə ilk dəfə olaraq "Bermud üçbucağı" ifadəsini işlətmiş və onun faktiki sahəsinin Mayami, San Xuan, Puerto-Riko və Bermud adalarının birləşməsi kimi geometrik olaraq göstərmişdir. Lakin digər alimlər onun bu fikirlərini heç də ciddiyə almırlar. Onların fikrincə isə, Bermud üçbucağının ümumi sahəsi 1.3 milyon km2-dən 3.9 milyon km2 arasında dəyişir.
Bermud adaları 2018 Qış Olimpiya Oyunlarında
Bermud adaları 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Artıq ardıcıl 3-cü dəfədir ki, Bermud adalarını Takker Merfi təmsil edəcəkdir. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Bermud adaları «B» kateqoriyası üzrə 15 km-lik yürüşdə iştirak hüququ əldə etmişdir. Ölkəsini təmsil etmək hüququ Takker Merfiə məxsusdur.
Bermud Milli Kitabxanası
Bermud Milli Kitabxanası —Bermuda adasındakı milli kitabxanadır və Hamilton paytaxt şəhərində yerləşir. Bu kitabxana 1839-cu ildən 1846-cı ilə qədər Bermud adalarının qubernatoru və baş komandanı olmuş britaniyalı əsgər, inzibatçı və meteoroloq Sir Uilyam Rid tərəfindən 1839-cu ildə təsis edilib və o zamanlar bugünkü Nazirlər Kabinetinin binasında yerləşirdi. == Ümumi baxış == O, indi paytaxtın Kilsə və Cəbhə küçələri arasında, Kraliça küçəsi və Par-la-vil yolunun kənarındakı Par-la-vill Parkında yerləşir. O, yalnız bazar ertəsindən cümə gününə qədər ənənəvi gündüz saatlarında və şənbə günləri açıqdır. Kitabxana qeydiyyatdan keçən və üzvlük nömrəsi əldə edən sakinlərə onlayn xidmətlər təklif edir. Kitabxana üzvlüyü olanlar üçün xidmətlərə onlayn kataloq, EBSCO, verilənlər bazası kolleksiyasının sahibi, mikrofişdə qorunan tarixi qəzetlərin arxivləşdirilmiş nəşrlərinin rəqəmsal kolleksiyası, elektron kitab yükləmələri, Freegal musiqi yükləmələri, Project Gutenberg, Freading, Britannica Online və Repetitor vasitəsilə onlayn repetitorluq tutor. com daxildir. Rəqəmsal kolleksiya 1933-cü ilə aid Bermuda Recorder (kağız 1925-ci ildə başlasa da), 1784-cü ilə aid nəşrləri olan Royal Gazette, Bermud Günəşi, Mid-Okean Xəbərləri, Workers Voice kimi qorunan əsərlərin onlayn arxivləşdirilmiş anbarını təklif edir. Fame Magazine və Bermuda Sports (1951-ci ildən 1957-ci ilə qədər)hələ də nəşr olunur. Bundan əlavə, onlar tezliklə Bermuda Life and Times və Bermuda Beaconun rəqəmsal nəşrlərini təqdim edəcəklər.
Dünya adaları
Dünya adaları (ərəb. جزر العالم‎) və ya The World — Dubay əmirliyinə aid məhəlli sularında süni şəkildə yaradılmış, quş baxışı olaraq yer kürəsini xatırladan süni arxipelaq. Adalar sahildən 4 km aralıda yerləşir. Dünya adaları inzibati cəhətdən Dubay əmirliyi ərazisinə daxildir və Palma adalarının yaxınlığında salınmışdır. Adalar əsasən şelf dayazlığında yerləşən qumlardan təşkil olunmuşdur. The World layihəsinin təşəbbüskarı Nakheel şirkəti olmuşdur. Dünya adalarının yaradəlması ideyası vəliəhd və BƏƏ Müdafiə naziri şeyx Məhəmməd ibn Rəşid əl-Məktum olmuşdur. Gələcəkdə arxipelaqın sahəsini yeni adaların hesabına artırmaq düşünülür. == Təsviri == Arxipelaqın sahəsi 55 km² təşkil edir. Bu göstərici ilə süni adalar arasında birinci yeri tutur.
Fici adaları
Fici (rəsmi adı Fici Respublikası) — Sakit okeanın cənub hissəsində, Melaneziya adalar qrupunda yerləşən ada dövlətidir. Fici 300 adadan təşkil olunan arxipelaqdan və 500-ə qədər kiçik adacıqlardan ibarətdir, 300 adadan yalnız 110-unda məskunlaşma mövcuddur. == Coğrafiyası == Vanuatudan şimal-şərqdə, Tonqadən qərbdə və Tuvaludan cənubda yerləşir. == Ərazisi == Bu ölkə 322 adadan ibarət arxipelaqdan və 522 kiçik adadan ibarətdir. == Əhalisi == Əhalisinin 87%-i iki ən iri ada Viti-Levu və Vanua Levuda yaşayır. == Turizm == Ficinin günəşli və unikal təmiz təbiəti, 100 mil insan tərəfindən korlanmamış qumlu çimərlikləri, qeyri-adi koral bağları, mavi laqunaları, əsrarəngiz gözəllikləri olan yerləri var.
Firnley adaları
Firnley adaları — Rusiyanın Krasnoyarsk diyarı ərazisində, Kara dənizinin şərqində yerləşən arxiprlaq. Materikdən 30 km məsafədə yerləşir. Dörd bir xət üzrə uzanır. Onlar arasında 1,5–3 km məsafə vardır. Adalar Fritof Nansen tərəfindən təşkil edilən Norveç Qütb ekspedisiyası zamanı kəşf edilmişdir.
Flanan adaları
Flanan adası (ing. Flannan Isles) - Şotlandiyanın ərazisinə daxil olan arxipelaq. Digər bir adı Yeddi ovçu adasıdır. Adalar Şotlandiya sahillərindən 32 km (20 mil) məsafədə yerləşir. Flanan adaları VII əsrdə yaşamış irland din xadimi və abbatı Müqəddəs Flananın şərəfinə adlandırımışdır. 56 hektar ərazisi olan ada da eyni adlı mayak yerləşir. 1899-cu ildə inşa olunan və 1971-ci ilə qədər istifadə edilən Flanan mayakında 1900-cu ildə baş vermiş mistik hadisədən sonra Flanan adasının məşhurluğu artmışdır. Ərazidən keçən yük gəmilərinə yol göstərmək vəzifəsini icra edən üç mayak işçisi 1900-cu ilin dekabr ayında mistik şəkildə itkin düşmüşdür. Həmin tarixdən etibarən mayakçıların heç bir izinə rast gəlinmədi. Məşhur hadisədən 71 il sonra da fəaliyyət göstərən mayakın istifadəsi 1971-ci ildə dayandırılmışdır.
Foks adaları
Foks adaları (ing. Fox Islands) — Aleut adaları silsiləsinin şərq hissəsində yerləşən bir qrup ada. "Foks" ingilis dilindən tərcümədə "tülkü" deməkdir. Adalar inzibati cəhətdən Amerikanın Alyaska Ştatının bir hissəsidir. == Coğrafiya == qərbdən şərqə: Aduqak; 31 m; 52°54′17″ şm. e. 169°10′28″ q. u. Ananqula); 53°00′02″ şm. e.
Folklend adaları
Folklend adaları — Argentina ilə Böyük Britaniya arasında Atlantik okeanının cənub-qərb hissəsində yerləşən mübahisəli ərazi. İki böyük adalardan – Şərqi Folklend (Soledad) və Qərbi Folklend (Qrand-Malkina) və 200-ə yaxın kiçik adalardan ibarətdir. Onun sahəsi 12,1 min km2, əhalisi 3 min nəfərdir. Rəsmi dil ingilis dilidir. Hakim din protestant, inzibati mərkəzi Port-Stenli şəhəridir, Şərqi Folklend adasındadır. == Tarix == Argentina uzun zamandır ki, Malvin adaları adlandırdığı bu adaları öz ərazisi hesab edir. Folklend adaları əslində arxipelaqdır. Arxipelaq ilk dəfə 1591-ci ildə ingilis dəniz səyyahı Con Deyvis tərəfindən kəşf edilib. Lakin buraya ilk dəfə özlərinin ayaq basdıqlarını iddia edirlər. Atlantik okeanından Sakit okeana üzən gəmilər üçün xüsusi önəm daşıyan bu mühüm coğrafi məntəqə üstündə ingilislərlə ispanlar uzun onillər boyu mübarizə aparıblar və bu yolda xeyli qan töküblər.
Habibas adaları
Habibas adaları (ərəb. حبيباص‎, fr. Îles Habibas) Əlcəzair sahilindən 12 km aralıda yerləşir. Arxipelaqa daxil olan əsas adanın uzunluğu 1,3 km-dir. Adanın ümumi sahəsi 40 ha-dır. Maksimal hündürlüyü 105 metrdir. Adalar vulkanik mənşəllidir. Habibas adaları Bu-Zecar əyalətinin Ayn-Temuşet vilayətinə daxildir. Adalarda yaşayış məntəqəsi olmasa belə, burada priçal, mayak (1879-cu ildə inşa edilmiş) və bir neçə bina vardır. Adalar İl-Habibas dəniz təbiət parkına daxildir.
Heyberq adaları
Heyberq adaları — Kara dənizində yerləşən adalar qrupu. Taymır уarımadası ilə Şimal Torpağı arasında yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir (Rusiya). Arxipelaqa 4 elədə böyük olmayan ada daxildir: Severnıy, Zapadnıy, Srednıy və Vostoçnıy. Böyük Arktik qoruğu ərazisinə daxildir. Adalar Frityof Nansen tərəfindən kəşf edilir və Norveç Fram qütb ekspedisiyasını maliyyələşdirən Aksel Heyberqin şərəfinə adlandırılır. == Tarixi == 1940-cı ildə arxipelaqda Şimal Dəmiz yolunda naviqasiyanı təmin etmək məqsədilə qütb stansiyası quraşdırılmışdır.
Kalamian adaları
Kalamian adaları (taqal Calamian) — Cənubi Çin dənizində yerləşən, Filippinə məxsus adalar qrupu. == Coğrafiyası == Adalar qrupuna 128 ada daxildir. Adaların ümumi sahəsi 1753 km²-dir. Mindoro və Palavan adalrı arasında yerləşir. Ən iri adaları — Busuanqa, Kunlon, Koron. adaların relyefi dağlıqdır. Tropik meşələrlə örtülüdür. == Əhalisi == Adalar 4 inzibati vahidliyə bölünüe və burada 98 022 nəfər yaşayır. Busuanqa (Busuanga) — 21 358 nəf. Koron (Coron) — 42 941 nəf.
Kamennıe adaları
Kamennıe adaları — Kara dənizində yerləşən və 4 adanı özündə birləşdirən arxipelaq. Adalar Pyasin körfəzində, Sibir sahillərindən şimalda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir. Arxipelaqın tərkibinə daxil olan adalar. Qərbi Kamennıe adası, dairəvi formalıdır, diametri 8,5 km-dir, ən hündür nöqtəsi — 159 m. Şərqi Kamennıe adası, ən iri adasıdır, 17 km uzunluğa və 9 km enə malikdir, ən hündür nöqtəsi — 46 m. Rastorquev adası, uzunsov formaya malik olan ada, ən hündür nöqtəsi — 132 m. Morjov adası, arxipelaqın ən kiçik adasıdır, diametri 4 km-dir, ən hündür nöqtəsi −80 m. Adalar materikdən Kuroçkin boğazı ilə ayrılır. Materikə ən yaxın ada Morjov adasıdır.
Kayman adaları
Kayman Adaları və ya həmçinin Kaymanova adaları (ing. Cayman Islands) — Kayman adalarında yerləşən Karib dənizinin Vest-Hindistanın Böyük Britaniyanın dəniz əraziləri. Rəsmi adı — Kayman adası (KY, CYM). == Coğrafiya == Kayman adaları Yamaykadan 290 km şimal-qərbdə yerləşir. Üç adanın (Böyük Kayman, Kiçik Kayman və Kayman-Brak) ümumi sahəsi — 260 km². == Hökumət == Ölkənin hazırkı baş naziri — Olden Mak-Loflin (V.2013 etibarən) == Demoqrafiya == 1970-ci ildə keçirilmiş siyahıyaalmaya görə Kayman adalarında 10 068 sakin yaşayırdı; 2010-cu ildəki siyahıyaalmada əhalinin sayı artıq 55 036 nəfərə gəlib çatdı.2015-ci ilin ehtimalına görə, burada 57 minlik əhali var. == Dil == Ölkənin həm rəsmi, həm də danışıq dili — ingilis dilidir.
Kazan adaları
Kazan adaları (yap. 火山列島) və ya İvo adaları — üç adadan ibarət olan adalar qrupu. Bonin adalarının cənubunda yerləşir. Oqasavara adaları ilə Marian adaları arasında qərarlaşan adalar Tokiodan 2000 km cənubda yerləşir. İnzibati cəhətdən Tokio prefekturası ərazisində yerləşir. == Coğrafiya == Vulkanik adalardır. Kazan adaları üç adadan ibarətdir: Şimali İoto (yap. 北硫黄島) "Şimal şimal ada" — sahəsi 5,57 km², hündürlüyü 792 m (Sakaqiqamine dağı) İoto (yap. 硫黄島) "Şimal ada" — sahəsi 20,6 km², hündürlüyü 169 m (Suribati dağı) Cənubi İoto (yap. 南硫黄島) "Şimal cənub ada" — sahəsi 3,54 km², hündürlüyü 916 m İotoda Yaponiyanın özünümüdafiə dəniz qüvvələrinə məxsus avia baza yerləşir.
Kempbell adaları
Kempbell adaları (ing. Campbell) — Vulkan məşəlli adalar Sakit okeanın cənubunda yerləşir. Yeni Zelandiyanın Cənub adasından 600 km cənubda qərar tutur. Kempbell adası UNESCO Ümumdünya irsi siyahısına daxildir == Coğrafiya == Adaların ümumi sahəsi — 113,31 km² təşkil edir. Kempbell adası (Campbell Island) (52°32,40′ c. e. 169°8,70′ ş. u.) 112.68 km² Dent adası (Dent Island) (52°31,15′ c. e. 169°3,75′ ş.
Kerama adaları
Kerama adaları (yap. 慶良間諸島) — 22 adadan ibarət olan arxipelaq Okinava adasından cənub-qərbdə yerləşir == Coğrafiya == Dörd adada daimi yaşayış vardır: Tokasikicima (yap. 渡嘉敷島, Camamicima (yap. 座間味島, Akacima (yap. 阿嘉島, Qerumacima (yap. 慶留間島) Adalar Simaciri dairəsinə daxildir. == Tarixi == 26 mart 1945 ildə İkinci dünya müharibəsinin tərkibi olan Okinava döyüşünün başlamasın bir necə gün qalmış ABŞ adalara 77-ci piyada diviziyasını yerləşdirmişdir. Adalarda döyüş 5 gün davam etmişdir. Adlar işğa edildikdən sonra Okinava adasına hücumlar məhz buradan başlamışdır. == Maraqlı fakt == Akacima və Camamicima adalarında bir-birinə bağlı olan Merilin və Siro itlərinin həyatı bir çox insanları maraqlandırır.
Komandor adaları
Komandor adaları (rus. Командорские острова) — Rusiyanın şərqində Sakit okeanın Berinq dənizinin cənub-qərbində yerləşir. İnzibati cəhətdən Kamçatka diyarının Aleut rayonu ərazisində yerləşir. Arxipelaq onu ilk dəfə 1741-ci ildə kəşf etmiş Vitus Berinqin ekspedisiyasının gəmisi şərəfinə adlandırılmışdır. Arxipelaqın ən iri adası Berinq adasıdır. Adada Berinqin qəbri yerləşir. Şimal turizminin inkişafına geniş imkanlar vardır. == Tarixi == Adalara ilk ayaq basanlar 1741-ci ildə İkinci Kamçatka ekspedisiyası zamanı olmuşlar. Hətta onların gəmisi Berinq adası yaxınlığında qəzaya uğramışdır. Mednı adası isə Yemelyan Basov tərəfinfən aşkarlanmışdır.
Komor adaları
Komor adaları, Qəmər adaları, rəsmi adı Komorlar İttifaqı, daha çox Komor adaları adı işlədilir (2002-ci ilədək — Federativ İslam Komor Adaları Respublikası) — Hind okeanında dövlət. Mozambik körfəzində Madaqaskar adasının şimalı ilə Mozambikin şimalı arasında yerləşir. Ərazisi — 1862 km² (Mayotta (Maore) adası ilə 2235 km²). Federativ Respublika olan Komor adaları 3 muxtar vilayətdən (adadan) ibaretdir: Nqazidja (Qrand Komor), Ndzvani (Anjuan) və Mvali (Moheli). Paytaxtı — Moroni şəhərinin 54 min sakin (2011-ci il) var. Ölkənin adı ərəb sözü olan əl-qəmər (al-kamr)dən yaranıb, "ay" deməkdir. Ayın təsviri bayrağında da vardır. 6 iyul 1975-ci il tarixindən Komor adaları müstəqil dövlətdir. Ölkənin prezidenti 26 may 2016-cı ildən başlayaraq – Azali Assoumani, eyni zamanda o, həm baş nazirdir. == Tarix == Komor Adalarının doğru adı Qəmər adalarıdır.
Komsomolskie adaları
Komsomolskie adaları — Frans-İosif Torpağına daxil olan adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Xüsusiyyətləri == Arxipelaq 4 adadan ibarətdir. Demək olar ki, buzdan tam azaddırlar. Adalardan biri, digərləri isə kiçik adalardır. Ən hündür nöqtəsi 34 metrdir. İri adanın şimalında rəsədxana yerləşir. == Yerləşməsi == Adalara ən yaxın quru parçası Heys adasıdır. Heys adasından Avstriya boğazı ilə ayrılır. Demək olar ki, eyni məsafədə isə Vilçek Torpağı yerləşir.