Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi — Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən biri.
Binəqədi rayon MKS-nin direktoru: Rəna Fikrət qızı Biləndərli
Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 saylı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" haqqında Sərəncamının Tədbirlər Planının 2.1.5 bəndinə uyğun olaraq 2011-ci ildə yaradılıb.
Binəqədi rayonunda yerləşən 8 kitabxana (V. Q. Korolenko ad. Mərkəzi Şəhər Gənclər Kitabxanası, 8-ci mkr. kütləvi kitabxanası, Ş. Qurbanov ad. kütləvi kitabxana, Biləcəri qəsəbə kütləvi kitabxanası, Hüseyn Cavid ad. kütləvi kitabxana, Xoca-Həsən qəsəbə kütləvi kitabxanası, Binəqədi qəsəbə uşaq kitabxanası və Süleyman Rüstəm ad. kütləvi kitabxana) bazasında Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılıb. Hal-hzırda MKS-də 7 kitabxana fəaliyyət göstərir.
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) tərkibində 6 şöbə — Oxuculara xidmət şöbəsi, Uşaq şöbəsi, İnformasiya resurs şöbəsi, Komplektləşdirmə və kitabişləmə şöbəsi, Metodika və biblioqrafiya şöbəsi, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi fəaliyyət göstərir.