BİŞMİŞ
BİTƏRƏF
OBASTAN VİKİ
Bit
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub, iki mümkün məntiqi qiymətdən birini ifadə edir. Bu qiymətləri adətən "0" və "1" (ikilik kod) kimi işarə edirlər. Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir. Bir neçə ikilik ədəddən ibarət sıra bit sətri və ya bit vektoru adlanır. Bir çox kompüter sistemlərində səkkiz bitdən ibarət qrup bayt adlanır, lakin bəzi sistemlərdə bu oktet kimi də adlandırılır. Bir baytın yarısı (dörd bit) nibbl adlanır. Bir bit informasiya istənilən iki müxtəlif vəziyyəti olan rəqəmsal qurğu və ya digər fiziki sistem tərəfindən saxlanıla bilər. Bunlar triggerlərin iki stabil vəziyyəti, elektrik açarı, dövrənin iki müxtəlif cərəyan şiddəti və gərginlik səviyyələri, maqnitləşmə və polyarizasiyanın iki istiqaməti və s.
Bit (böcək )
Lələkyeyənlər (lat. Phthiraptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan parvdəstəsi.
Bit bazarı
Bit bazarı (alm. Flohmarkt‎, fr. Marché aux puces, ing. Flea market, Car boot sale, Swap meet, fin Kirpputori) — insanların köhnə, işlənmiş və ya sadəcə olaraq faydalı olmayan əşyaları satıb aldıqları yer. Həm də bit bazarında antikvarlar, əntiq əşyalar, kolleksiya əşyaları və digər xüsusi maraq doğuran mallar satılır və alınır. Mallar adətən olduqca ucuzdur və onların keyfiyyəti istehsal yeri, üsul (əldə qayırma və ya zavod), bu anda əşyanın populyarlığı, habelə birja bazarının özünün ölçüsü kimi bir neçə amildən asılıdır. Bəzən bir bit bazarında malların qiyməti bütövlükdə şəhər üzrə orta qiymətlərdən asılı ola bilər. "Bit bazarı" adı və anlayışı fransızcadan gəlir. Bu tip bazar çox vaxt mövsümi olur. Bununla belə, son illərdə bu cür bazarların "formal" və "daimi" olmasıda müşahidə olunur.
Bit cərəyanı
Bit cərəyanı (ing. The Beat Generation) — 1940-cı illərin ortalarında Kolumbiya Universitetinin tələbə dairəsində formalaşmağa başlamışdır. 1940-cı illərdə Nyu Yorkdakı Kolumbiya Universitetində ədəbi çevrədə tanış olan bir qrup gənc tələbə, Böyük böhrandan sonra məqsədsizcə otostop ilə Amerikanı gəzməyə başlayır. Getdikləri hər əyalətdə yeni insanlarla tanış oldular və adı hələ qoyulmasa da sistemə, ənənəyə və həyat tərzlərinə müxalif bir kütlə meydana gəlməyə başladı. Nyu York mərkəz olmaq üzrə, Denver və San Fransiskoda toplaşdılar. Qrup daxilində incəsənətin fərqli sahələri ilə maraqlananlar olsa da, Bit cərəyanı ən çox ədəbiyyat sahəsindəki işləri ilə ön plana çıxırdı. Cek Keruakın «Yolda» (On The Road, 1957), Allen Qinzberqin «İnilti» (Howl, 1956), Vilyam Berrouzun «Çılpaq səhər yeməyi» (Naked Lunch, 1959) əsərləri dövrün ən çox tanınan əsərləri idi. "Bit Cərəyanı" birləşməsi ilk dəfə 1948-ci ildə Cek Keruak tərəfindən dilə gətirilmişdir. Cərəyanın əsas nümayəndələri isə Keruak'la yanaşı Allen Qinzberq və Vilyam Berrouz olmuşdur. 1960-cı illərdə Bit cərəyanı, Amerikan gənclərinə ilham qaynağı olmuş, musiqidən kinoya, şerdən romana hər sahədə təsirini göstərməyə başlamışdı.
Bit doldurma
Bit doldurma (Bit stuffing) – ötürülən verilənlər axınına əlavə bitlərin artırılmasıdır. Bu ona görə edilir ki, hər hansı xüsusi bitlər ardıcıllığı yalnız qəti müəyyənləşdirilmiş mövqelərdə dursun. Məsələn, HDLC, SDLC və X.25 kimi verilənlərin ötürülməsi protokollarında bir sətirdə ardıcıl altı ədəd 1 yalnız kadrın (verilənlər blokunun) başlanğıcında və sonunda gələ bilər. Ona görə də axında ardıcıl beş bitin qiyməti 1 olursa, bit doldurma vasitəsilə axına qiyməti 0 olan bit əlavə edilir. Artırılmış sıfırlar qəbuledici stansiya tərəfindən uzaqlaşdırılır, bununla da verilənlərin ilkin şəkli bərpa edilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bit müstəvisi
Bit müstəvisi– kompüter qrafikasında: birlikdə pikselin rəngini göstərən çoxqatlı bit toplusunun bir “qatı”; Ənənəvi olaraq pikseli göstərən bitlər ardıcılllığı yaddaşın bir baytında saxlanılır. Bit müstəvilərində isə pikselin bütün bitləri yaddaşın müxtəlif sahələrində saxlanılır; götüntünün hər bir pikselinin birinci informasiya biti bir sahədə (müstəvidə, qatda), ikinci bitlər qrupu başqa sahədə və s. saxlanılır. Bir bit müstəvisi vasitəsilə iki rəngi (adətən, ağ və qara), iki bit müstəvisi vasitəsilə dörd rəngi və s. göstərmək olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bit-yönlü protokol
Bit-yönlü protokol(bit-oriented protocol)– verilənlərin ötürülməsinin simvol sətrləri kimi yox, bitlərin arasıkəsilməz axını kimi aparıldığı protokol. Ötürülən bitlər hər hansı simvollar toplusunun simvolları kimi məzmun daşımadığından bit-yönlü protokolda idarəetmə üçün ehtiyat simvollardan deyil, bitlərin xüsusi ardıcıllığından istifadə edilir. Bit-yönlü protokola misal olaraq Beynəlxalq Standartlaşdırma Təşkilatının (INTERNATIONAL ORGANIZATION FOR STANDARDIZATION, ISO) müəyyənləşdirdiyi HDLC (High-Level Data Link Control) protokolunu göstərmək olar. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
8-Bit (studiya)
8-Bit (株式会社エイトビット, Kabushiki-gaisha Eito Bito) — 2008-ci ilin sentyabrında təsis edilmiş Yaponiya animasiya studiyası.
11 Bit Studios
11 bit studios S.A. — Polşa videooyun istehsalı şirkəti. Mərkəzi Varşavada yerləşir. Studiya 2010-cu ildə "CD Projekt" və "Metropolis Software" şirkətlərinin keçmiş üzvləri tərəfindən yaradılmışdır. Studiya ən çox "Anomaly: Warzone Earth" (2011), "This War of Mine" (2014) və "Frostpunk" (2018) videooyunlarının istehsalçısı kimi tanınır. Şirkət rəsmi olaraq 11 sentyabr 2010-cu ildə yaradılmışdır. Onun əsası "CD Projekt" və "Metropolis Software" tərtibatçıları və işçilər tərəfindən qoyulmuşdur. Şirkətin məqsədi həm hardkor geymerlər , həm də gündəlik geymerlər üçün uyğun oyunlar yaratmaqdır. Onlar real vaxt strategiyası olan qüllədən müdafiə oyunu "Anomaly: Warzone Earth", və Sarayevonun mühasirəsinə bənzər mühasirə altında olan şəhərdə mülki insanları təsvir etdiyinə görə tənqidçilər tərəfindən tez-tez təriflənən "This War of Mine" ilə tanınırlar. Studiyanın ən son buraxılışı olan "Frostpunk" ilk üç gündə 250,000-dən çox kopya satmışdır. "Frostpunk" şaxtanın ələ keçirdiyi distopiyada, XVIII əsrin sonlarında İngiltərəni təsvir edir.
Eight Bit (studiya)
8-Bit (株式会社エイトビット, Kabushiki-gaisha Eito Bito) — 2008-ci ilin sentyabrında təsis edilmiş Yaponiya animasiya studiyası.
Ən kiçik qiymətli bit
Ən kiçik qiymətli bit (en. least significant bit (LSB)) – bir və ya daha artıq bayt ardıcıllığında: ikilik ədədin aşağı mərtəbə (adətən, ən sağdakı) biti. Kompüterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit — ikilik rəqəm) adlanır. Bit — informasiyanın ən kiçik ölçü vahididir. Bit çox kiçik vahid olduğundan, kompüter texnikasında informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Baytda hər bir bit yalnız iki qiymət — 0 və 1 ala bilər. Ən kiçik qiymətli simvol (en.
Sonic the Hedgehog (16-bit)
Sonic the Hedgehog (16-bit) (yap. ソニック・ザ・ヘッジホッグ Sonikku dza Xedzixoqqu, azərb. Kirpi Sonik‎) — "Sonic Team" oyun kompaniyası tərəfindən 1991-ci ildə yaradılan, macəra oyunudur. İlk dəfə Şimali Amerika və Avropada 23 iyun 1991-ci l tarixində istehsal edilmişdi. Yaponiyada isə həmin ilin 26 iyul tarixində buraxılmışdı. Bu versiyada çoxlu sayda qrafikaların düzəlişi edilmişdi. "Sonic the Hedgehog" videooyunu tənqidçilər tərəfindən müsbət rəy qazanmışdır. Videooyunun istehsalı kommersiya cəhətdən müvəffəqiyyət əldə etmişdir. Bu isə oyunların hazırlanması ilə məşğul olan "Sega Mega Drive/Genesis" kompaniyasını məşhurlaşdırmış və "Kirpi Sonik" personajı bu kompaniyanın rəmzinə çevrilmişdi. Videooyunun məşhurluğu digər seriyaların yaradılmasına şərait yaratmışdı.
Sonic the Hedgehog (16 bit)
Sonic the Hedgehog (16-bit) (yap. ソニック・ザ・ヘッジホッグ Sonikku dza Xedzixoqqu, azərb. Kirpi Sonik‎) — "Sonic Team" oyun kompaniyası tərəfindən 1991-ci ildə yaradılan, macəra oyunudur. İlk dəfə Şimali Amerika və Avropada 23 iyun 1991-ci l tarixində istehsal edilmişdi. Yaponiyada isə həmin ilin 26 iyul tarixində buraxılmışdı. Bu versiyada çoxlu sayda qrafikaların düzəlişi edilmişdi. "Sonic the Hedgehog" videooyunu tənqidçilər tərəfindən müsbət rəy qazanmışdır. Videooyunun istehsalı kommersiya cəhətdən müvəffəqiyyət əldə etmişdir. Bu isə oyunların hazırlanması ilə məşğul olan "Sega Mega Drive/Genesis" kompaniyasını məşhurlaşdırmış və "Kirpi Sonik" personajı bu kompaniyanın rəmzinə çevrilmişdi. Videooyunun məşhurluğu digər seriyaların yaradılmasına şərait yaratmışdı.
Sonic the Hedgehog (8-bit)
Sonic the Hedgehog (8-bit) (yap. ソニック・ザ・ヘッジホッグ Sonikku ca Xedzixoqqu, azərb. Kirpi Sonik‎) — Ancient oyun şirkəti tərəfindən 1991-ci ildə yaradılan, macəra oyunudur. Bu oyun versiyası 16-bit versiyasından dizayn və raundlarına görə fərqlənir. "Sonic the Hedgehog (8-bit)" versiyasının hekayəsi "Sonic the Hedgehog (16-bit)" versiyasının hekayəsi ilə eynidir.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Bitərəflər fraksiyası
Bitərəflər fraksiyası — — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri. 1919-cu ilin oktyabr ayınadək 12 nəfər parlament üzvü fraksiyaya daxil idi: 1919-cu ilin oktyabr ayından sonra 4 nəfər parlament üzvü fraksiyaya daxil idi: 1919 ilin oktyabrında fraksiyada parçalanma baş verdi. 8 nəfərdən ibarət böyük əksəriyyət — Fətəli xan Xoyski, Mirzə Əsədullayev, Əsədulla Əhmədov, Cəlil bəy Sultanov, Yusif Əhmədzadə, Baxış bəy Rüstəmbəyov, Abuzər bəy Rzayev və Ağa Aşurov Müsavat fraksiyası ilə birləşərək Parlamentdə həlledici səsə malik olan Müsavat və bitərəflər fraksiyasını yaratdılar. Müsavatla birləşən bitərəflər, eyni zamanda, müstəqil səsvermə hüquqlarını özlərində saxladılar. "Bitərəflər" fraksiyasından ayrılmış 4 nəfər — Əhməd bəy Ağaoğlu, Bəhram bəy Axundov, Behbud xan Cavanşir və Əbdüləli bəy Əmircanov isə müstəqil olaraq yenidən bitərəflər qrupunu yaratdılar. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Ağac (bitki)
Ağac — qol-budağı və gövdəsi oduncaqlaşmış çoxillik bitki. Ağac, ağacların və digər bitkilərin əsas gücləndirici və qida keçirici toxuması və ən bol və çox yönlü təbii materiallardan biridir. Həm gimnospermlər, həm də angiospermlər də daxil olmaqla bir çox botanika növləri tərəfindən istehsal olunan ağac müxtəlif rənglərdə və taxıl naxışlarında mövcuddur. Ağırlığına görə güclüdür və elektrik enerjisini izolyasiya edir və arzu olunan akustik xüsusiyyətlərə malikdir. Bundan əlavə, o, metal və ya daş kimi rəqabət aparan materiallarda olmayan “istilik” hissi verir və nisbətən asanlıqla işlənir. Material olaraq ağac insanlar Yer üzündə görünəndən bəri istifadə olunur. Bu gün texnoloji tərəqqiyə və metallar, plastiklər, sement və digər materiallarla rəqabətə baxmayaraq, ağac ənənəvi rollarının əksəriyyətində yerini qoruyur və onun xidmət qabiliyyəti yeni istifadələr hesabına genişlənir. Taxta, mebel və kontrplak kimi məşhur məhsullara əlavə olaraq, ağac ağac əsaslı panellər, sellüloz və kağız və bir çox kimyəvi məhsullar üçün xammaldır. Nəhayət, odun hələ də dünyanın əksər hissəsində mühüm yanacaqdır. İnkişaf etmiş kök, gövdə, yarpaq, çiçək, meyvə və toxuma malik olan ağaclar ali bitkilərdir.
Ağcaqovaq (bitki)
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Balina bitləri
Balina bitləri (lat. Cyamidae) — xərçəngkimilər yarımtipinə aid fəsilə. Balina bitləri enli olmaları ilə seçilirlər. Ayaqları güçlü olub, üçüncü və dördüncü seqmentlər istisna olaraq digər yerlər ayalarla ördülüdür. Bu seqmentlərdə kisəyə bənzər qəlsəməyə sahibdirlər. Xərçənkimilərə daxil balina bitləri parazitlərdir. Onlar Balinakimilərin dərilərində yaşayırlar. Əsasən dəliklər olan sahələrə yapışırlar. Dəridəki hüceyrələrlə qidalanırlar. Uzun zaman dərində qaldıqları zaman burada xorlar əmələ gətirirlər.
Bamiyə (bitki)
Bamiyə (lat. Abelmoschus esculentus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin abelmoş cinsinə aid bitki növü. Hündürlüyü 1,5 m-ə çatır. Xarici görünüşünə və çiçəklərinə görə pambıq koluna oxşayır. Vətəni Şərqi Afrikadır. Bamiyənin yetişməmiş meyvəsi tərəvəz kimi işlədilir (xörəyə tökülür, salat və konserv hazırlanmasında istifadə edilir); gövdəsindən qaba lif alınır. Qovrulmuş toxumundan qəhvə surroqatı hazırlanır. Tropik və subtropik ölkələrdə, Şimali Amerika və Cənubi Avropada bir çox sortu yetişdirilir. Bamiyə Azərbaycanda da (əsasən Xaçmaz rayonunda) əkilir. Bamiyə sözünün mənşəyi ərəbcə eyni məna daşıyan باميا (bāmiyā) sözünə əsaslanır.
Banksia biterax
Dryandra baxteri (lat. Dryandra baxteri) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Bidens biternata
Bidens biternata (lat. Bidens biternata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
BitClout
BitClout — açıq mənbəli kriptovalyuta və sosial media platformu. Nader əl-Nəci 2019-cu ilin əvvəlində "sosial media ilə investisiyanı birləşdirmək" haqda araşdırmağa başladı. 2019-cu ilin mayında blokçeyn yaratmağa başladı amma bunu 2020-ci ilin noyabrında qədər heç kimə demədi. 2020-ci ilin payızında yeni iş üçün iş elanları paylaşdı. BitClout-un ilk bloku 18 yanvar 2021-ci ildə buraxıldı. Növbəti blok isə 1 mart 2021-ci ildə buraxıldı. Beləcə mayninq sürətləndi. 24 mart 2021-ci ildə beta versiyadan çıxdı. Sequoia Capital, Andreessen Horowitz və digər şirkətlər layihənin ilk investorları olmuşdur. 12 iyun 2021-ci ildə BitClout-un dövriyyəsi 10,8 milyon koinlə məhdudlaşdırıldı.
Bitaga
Bitaga (gürc. ბითაგა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 720m hündürlüktə, Suxumidən 70 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 433.
Bitboks
Bitboks (ing. Beatboxing) — heç bir musiqi aləti işlənmədən ağız, dodaq, dil ve digər orqanlarını işlədərək musiqi yaranmasına deyilir.
Bitch I'm Madonna
Bitch I'm Madonna (azərb. Qancıq, mən Madonnayam‎) — ABŞ müğənnisi Madonnanın “Rebel Heart” adlı XIII solo albomundan olan mahnı. Trinidadlı repçi Nikki Minajın da qonaq ifaçı kimi iştiark etdiyi mahnı əsasən, Madonna, Diplo və Britaniyalı elektron musiqiçisi Sofi tərəfindən, MoZella, Tobi Qad, Ariel Rextşad və Nikki Minajın iştirakı ilə yazılmışdır. Mahnı, albomun üçüncü sinqlı kimi, “Interscope Records” tərəfindən 15 iyun 2015-ci ildə çıxarılmışdır. Elektron rəqs musiqisi və vaporveyv janrında olan mahnıda Madonna şənlənmək üçün nazal tonda "Bitch I'm Madonna" deyir, fonda isə "she's Madonna" ifadəsi səslənir. Musiqi tənqidçilərinin mahnı haqqında fikirləri iki qrupa bölünmüşdür; bəziləri mahnını “energetik” adlandıraraq Minajın rep hissəsini alqışlasalar da, başqa bir qrup mahnını “təəssüf doğuran şok” adlandırır. ABŞ-də mahnı son üç il ərzində Madonnanın “Billboard Hot 100” hit paradına girə bilən ilk mahnısı olmaqla, 84-cü yerə kimi yüksəlmişdir. Mahnı, “Hot 100” hit paradına girə bilmiş Minajın 63-cü, Madonnanın isə 57-ci mahnısı olmaqla, həmin hit paradda ən çox iştirak etmiş qadın müğənnilərin siyahısında Minajı üçüncü, Madonnanı isə dördüncü yerə yüksəltmişdir. Dünyada, uğurlu nəticələr göstərən mahnı, Finlandiya, Macarıstan və İsveçdə ilk üçlüyə daxil olmuşdur. Mahnı üçün Conas Akerlandın rejissorluğu ilə çəkilmiş musiqi videosunda Madonna ilə yanaşı Minaj və Diplonu da görmək mümkündür.
Bitcoin
Bitcoin — 2008-ci ildə Satoşi Nakamoto adlı naməlum şəxs və ya qrup tərəfindən ixtira olunmuş və 2009-cu ildə açıq-mənbəli proqram təminatı kimi istifadəyə verilmiş kriptovalyutadır. Bu valyuta kriptoqrafik protokola əsaslanır və hər-hansı mərkəzdən aslı deyil. Bitcoin heç bir maliyyə qurumuna ehtiyac olmadan kompüter və ya smartfonlar vasitəsilə birbaşa köçürülə bilir. Bitcoin əməliyyatların təhlükəsizliyi bitcoin miner adlanan datapacklər tərəfindən təmin edilir. Bitcoinləri almaq və ya başqa bir hesaba köçürmək üçün istifadəçinin bir və ya birdən çox bitcoin hesabı ola bilər. Bitcoin hesabı onlayn ola bilər: kompüterə, smartfona "rəqəmsal pulqabı" adlanan proqram yükləməklə əldə etmək olar. Bitcoin-in Satoshi Nakamota adlı şəxs tərəfindən yaradıldığı düşünülür. Həmin şəxsin gizliliyi hələ də qorunur. Bitcoin 3 yanvar 2009-cu ildə qurulmuşdur. Məqalənin tərtibatçısı Satoshi Nakamotadır.
Bitcoin Fog
Bitcoin Fog — Bitcoin üçün mərkəzləşdirilmiş kriptovalyuta tambleri. 2013-cü ilin dekabr ayında sayt Sheep Marketplace soyğunlarından gələn 96000 BTC-nin bir hissəsini yumaq üçün istifadə edilmişdir. 2015-ci ilin fevral ayında Çin eksçeynci olan Bter.com saytından 7170 bitcoin oğurlandı. Bu hadisədən sonra Bitcoin Fog öz kriptovalyuta bazarında nüfuzunu bərpa etdi.
Bitdefender
Bitdefender — Rumıniya kiber təhlükəsizlik və antivirus proqramı şirkətidir. 2001-ci ildə hazırda icraçı direktor olan Florin Talpeș tərəfindən qurulmuşdur. Bitdefender antivirus proqramı, internet təhlükəsizlik proqramı, brauzer təhlükəsizlik proqramı və digər kiber təhlükəsizlik məhsulları və xidmətləri hazırlayır və satır. 2018-ci ildən etibarən proqramın dünya üzrə 500 milyon istifadəçisi var. 20 Mart 2010-cu il tarixdə, Bitdefender Windows-un 64-bit versiyaları altında işləyən kompüterlər, hər bir işləyən proqramı və .dll fayllarını da virusa yoluxmuş kimi təsnif edən səhv işləmiş bir yeniləmədən təsirləndi. Bu faylların hamısı 'Trojan.FakeAlert.5' olaraq qeyd edildi və karantinaya salındı. Bu hərəkət proqramı və sistemlərin bütün dünyada istifadəçiləri təsir edən nasazlıqlarına səbəb oldu. Bitdefender təmsilçiləri, 2008 versiyasını istifadə edənlər xaricində təsirli olan istifadəçilər üçün səhv yeniləmənin və bir həll yolunun qaldırıldığını elan etdilər.
Bitdili
Yeniabad (əvvəlki adı: Bitdili) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi 1789 nəfərdir ki, onunda 897 nəfəri kişi, 892 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. CIRTDANLARIN tarixi: FIRILDAQ necə dönüb "xalq hərəkatı" oldu.
Bitişikqəlsəməkimilər
Bitki
Bitki (lat. Plantae və ya lat. Vegetabilia) — mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biri. Bəzi mütəxəssislər[kimlər?] yosunları bütünlüklə, bəziləri[kimlər?] isə onların bir qismini bitkilər qrupuna aid edirlər. Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTB ETİ) — Azərbaycanda fəaliyyət göstərən elmi-tədqiqat müəssisəsi, kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici, alaq otlarından mühafizə xidməti. 6 oktyabr 2022-ci ildə Kənd təsərrüfatı naziri İnam Kərimovun sərəncamına əsasən, İbrahim Cəfərov Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun (3 şöbə) bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Aqrar sahədə məhsuldarlığın artırılması və qorunub saxlanması çox vacib amillərdən biridir. Zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi məhsulun qorunmasında başlıca rol oynayır. Bu məqsədlə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTB ETİ) zərərli orqanizmlər haqqında geniş elmi tədqiqat işləri aparılır, onlara qarşı mübarizə tədbirləri hazırlanır. Eyni zamanda texniki bitkilər (pambıq) sahəsində məhsuldar, lif çıxımı yüksək yeni sortların alınması, rayonlaşdırılması, məhsuldarlığın artırılması üçün əlverişli texnologiyaların işlənib hazırlanması istiqamətində elmi tədqiqat isləri aparılır. Həmçinin BMTBETİ-nin Texnologiya laboratoriyasında hər il xam pambıq tədarükü mövsümünə növlər üzrə maşın və əl yığımından ibarər etalonların hazırlanması istiqamətində işlər davam etdirilir. Respublikada yeganə pambıq etalonu bu laboratoriyada hazırlanır. BMTB ETİ-nin Abşeron Təcrübə Stansiyasında pambıq sovkası, alma meyvəyeyəni, üzüm salxım yarpaqbükəni və s.
Sonic the Hedgehog 2 (16-bit)
Sonic the Hedgehog 2 (Sonic the Hedgehog 2 (16-bit)) - Sega oyun kompaniyası tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur. Oyunun bu seriyasında məşhur Kirpi Sonikə Miles "Tails" Power adlı tülkü dostu kömək edir. Bu oyunun birinci hissəsindən sonra ən çox satılan oyun olmuşdur. Bu oyunda ilk dəfə olaraq Kirpi Sonikə kömək edən Miles "Tails" Power adlı tülkü kömək edir. Onun iki quyruğu olduğuna görə ləqəbi "Teyls" olur. Oyunda 12 raund vardır. Telz Sonikin çətin anda köməyinə gəlir. Həmçinin, Teylz ilə mümkündür. Sonik 50 üzük topladıqdan və tullandıqdan sonra "Super Sonik"ə çevrilir.
Sonic the Hedgehog 2 (16 bit)
Sonic the Hedgehog 2 (Sonic the Hedgehog 2 (16-bit)) - Sega oyun kompaniyası tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur. Oyunun bu seriyasında məşhur Kirpi Sonikə Miles "Tails" Power adlı tülkü dostu kömək edir. Bu oyunun birinci hissəsindən sonra ən çox satılan oyun olmuşdur. Bu oyunda ilk dəfə olaraq Kirpi Sonikə kömək edən Miles "Tails" Power adlı tülkü kömək edir. Onun iki quyruğu olduğuna görə ləqəbi "Teyls" olur. Oyunda 12 raund vardır. Telz Sonikin çətin anda köməyinə gəlir. Həmçinin, Teylz ilə mümkündür. Sonik 50 üzük topladıqdan və tullandıqdan sonra "Super Sonik"ə çevrilir.
Sonic the Hedgehog 2 (8-bit)
Sonic the Hedgehog 2 (8-bit) - "Aspect" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur. Videooyunun bu versiyasında hekayə 16-bit versiyadan fərqlənir. Kirpi Sonik Həkim Robotnik üzərində qələbə çaldıqdan sonra adaya evinə gəlir. Amma bir müddət sonra Sonik adada sıxıntı hissi keçirdiyi ucbatından buranı tərk edərək yeni macəralarla qatlaşır. Qısa müddətsən sonra Sonik aya qayıdır. Amma qayıdan zaman Sonik adada olan bütün heyvanların yoxa çıxdığını görür. Bu zaman Sonik bir məktub görür və onu oxuyur. Məktəbu yazan onun ən yaxın dostu olan Maylz qaçırılan zaman yazmışdır. Məktub yazılır ki, özü də daxil olmaqla, adada yaşayan bütün heyvanlar Həkim Robotnik tərəfindən qaçırılmışdır. Bunu oxuyan Sonik dostu Maylz və heyvanları xilas etmək üçün yeni macəraya yollanır.

Digər lüğətlərdə