blastema 2021
blefarit
OBASTAN VİKİ
Blef (film, 1976)
"Blef", adının digər variasiyası - "Blef - fırıldaqçıların və kələkbazların hekayəsi" (it. Bluff – Storia di truffe e di imbroglioni) - 1976-cı ildə baş rollarda Adriano Çelentano və Entoni Quinnin çəkildiyi italyan cinayət komediya filmidir. Bu filmdəki roluna görə Çelentano “David di Donatello” İtaliya Milli Film Mükafatını qazanmışdır. == Süjet xətti == Filmdəki hadisələr təxminən 1930-cu illərin əvvəllərində Fransada baş verir. Ölümcül gözəlliyi olan Bell-Dukun (mafiyanın başçısı və kazino sahibi) dəmir barmaqlıqlar arxasında vaxtını keçirən məşhur fırıldaqçı Filip Banq ilə köhnə hesabları vardır. Filip Banq yol getdikləri qatarın məhbuslar üçün nəzərdə tutulmuş olan tualetindəki ventilyasiyadan qaçmağa qərar verir, lakin işlər elə gətirir ki, onun yerinə Feliks adlı başqa bir fırıldaqçı qaçır. Onu Banqla səhv salan Bell-Dukun əlaltıları onu qadının yaxtasına aparırlar və burada oyundan sonra aldadıldıqları üzə çıxır. Feliks də onu görən an yoxa çıxmış və onun üçün zanbaq çiçəyi qoymuş füsunkar bir qəriblə tanış olur. Filiplə barışmaq üçün Bell-Duk və onun əlaltıları Feliks adlı bu fırıldaqçını Filip Banqın həbsdən qaçışını təşkil etməyə məcbur edirlər. Qaçış müvəffəqiyyətli olsa da, bir neçə fırıldaqçı da Bell-Duku aldatmağa və onun burnunun dibindən yoxa çıxmağa nail olurlar.
Blefarit
Blefarit — göz qapağının kənarında, kirpiklərin xaricə doğru uzandığı və arxasında da yağ bezlərinin olduğu hissədə görülən bir xəstəlikdir. Bu, çox məşhur bir problemdir və ümumiyyətlə; dərisi yağlı olan, kəpək problemi ya da gözləri quru olan kəslərdə görülər. Bu vəziyyətə tahriş, ya da infeksiya niyə/səbəb ola bilər. Blefarit çox vaxt, müalicə edilməsi güc olan, xroniki bir narahatlıqdır. Bu şikayət, görmə bacarığında qalıcı bir təxribata səbəb olmaz ancaq yenə də narahatlıq vericidir və əhəmiyyət verilməsi lazımdır. == Əlamətləri == Ən sıx rast gəlinən blefarit növündə; göz qapaqlarında kızarıklık və şişlik; kirpik diblərində isə qabıqlanma görülər. Bu qabıqlar qalınlaşdıqca çapak meydana gələr və səhərlər gözkapaklarının bir-birinə yapışmasına səbəb olar. Əgər müalicə edilməzsə bu vəziyyət daha da pisə gedər və gözün digər hissələrinə də yayılaraq daha ciddi bir vəziyyətin ortaya çıxmasına səbəb olar. Bakteriya gözkapağını enfekte edə bilər və kiçik qabıqlı yaralar meydana gələ bilər, bu da kirpiklərin tökülməsinə səbəb olar. == Müalicəsi == Blefarit olduqca inadçı bir göz xəstəliyidir.
Blefarospazm
Blefarospazm (yun. βλέφαρον - göz qapağı və σπασμός - spazm) — gözün dairəvi əzələsinin hər hansı anormal daralması. Blefarospazm miokimiya və ya fassikulyasiya kimi tanınan göz qapaqlarının daha çox yayılmış və daha yüngül qeyri-iradi titrəməsindən ayırmaq lazımdır. Əksər hallarda blefarospazm simptomları bir neçə gün davam edir və sonra müalicə olunmadan yox olur, lakin bəzi hallarda seğirmələr xroniki və qalıcı olur və ömürlük problemlər yaradır. Blefarospazm 2 növ olur: essensial (əsas) və reflektor. Xoşxassəli əsas blefarospazm (BEP) fokal distoniyadır, göz ətrafında qeyri-iradi və davamlı əzələ daralmalarını əhatə edən nevroloji hərəkət pozğunluğudur. Dəqiq səbəbi bilinmir, lakin yorğunluq, stress və ya qıcıqlandırıcılar səbəb ola bilər. Blefarospazm bəzən xoşxassəli fasikulyasiya sindromunun bir hissəsidir. == Müalicəsi == Blefarospazmın müalicəsində botulinum toksin enyeksiyonlarından istifadə olunur. Botulinum toksin inyeksiyaları lokallaşdırılmış, qismən iflicin yaranmasına səbəb olmaq üçün istifadə edilir.

Digər lüğətlərdə