Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədxahlar (film, 2017)
Bədxahlar (ing. Hostiles)— Skot Kuperin filmi XIX əsrin sonlarında ağdərililərlə yerli amerikalılar arasında irqi ədavət və barış mövzusundadır. Ağdərililər və yerli amerikalılar arasında savaşlardan illər sonra ordu kapitanı Cozef Blokerə vaxtikən qatı düşməni olan "Sarı Şahinlər" ordusunun başçısı, hazırda isə ölməsinə az qalmış Şayeni Nyu-Meksikadan Montanaya qədər müşayiət etmək əmr olunur. Belə bir siyasi qərara Vaşinqtonda ABŞ ordusunun yerli amerikalılara qarşı qəddar münasibəti ilə bağlı mətbuatda çıxan xəbərlərdən sonra gəlinir. Yerli amerikalılara qarşı amansız hücumları ilə tanınan ABŞ ordusunun kapitanı obrazını canlandıran Cozef Bloker haqqında Kristian Bey vurğulayır: "Burada dəhşət elementi mövcuddur. Ətrafın gözəlliyinə, eyni zamanda Amerikanın bu gözəl mənzərəsində baş verən dəhşətlərə baxanda mənim oynadığım surət özünü həbsxanadakı kimi hiss edir. O, bu torpaqda çox sayda dostunu itirib". "Bədxahlar" filmində fərqli mənşədən olan insanların metaforik və fiziki aspektləri göstərilir. Məsələn, Komançilər tərəfindən hücuma məruz qalaraq, ailəsini itirən ağdərili gənc ana, və ya öz qəddarlıqları üzündən ağlını itirmiş əsgər. Bununla belə, filmin əsas diqqət mərkəzi iki qatı düşmən, Kapitan Bloker və aktyor Ves Stadinin oynadığı "Sarı Şahinlər"in başçısının tədricən yaxınlaşmasına yönəlir.
Məddah
Meddah - kiçik qruplara o cümlədən qəhvəxana və ya çayxanalarda kiçik auditoriyaya Türk tarixini danışan şəxslərə deyilir. Bu şəxslər 16-ci əsrdə Osmanlı imperiyası dövründə daha məşhurlaşmışdır. Bu dövrdə meddahlar hər hansı hekayəni və ya tarixi bir hadisəni özləri müxtəlif improvizələr edərək danışır və ətrafdakı insanların diqqətini buna cəlb edirdilər. Meddahlar hər zaman çətir, papaq və digər baş geyimlərində istifadə edərək, ifadə etdikləri şəxslərin xarakterini, səsini və dialektini təsəvvür edirdilər. Tamaşanın limiti yox idi və yaxşı meddah onu əhatə edən auditoriyanı fikrini öz bacarığı ilə hekayədən asılı etməyi bacarmalı idi. Meddahlar adətən gəzən artistlər mənasını verir. Çünki onlar böyük şəhərlərdən kiçik kəndlərə gedərək yol boyu gördüklərini kənd camaatına hekayə edərək danışırdı. Bu adət ənənə Homerin dövründən başlandığı təsadüf edilir. Onların vəzifələri Yunanıstan o cümlədən Odessa hekayəçilərinin vəzifələrinə oxşayırdı. O dövrdə yaranmış hekayə olan Xosrov və Şirin və Leyli və Məcnunda meddahlar tərəfindən yayıldığı ehtimal edilir.
Bərxan Şimşək
Bərxan Şimşək (1 mart 1957, Bayburt) — Türkiyə kinoaktyoru və siyasətçisi. == Həyatı == Bərxan Şimşək 1957-ci ildə Bayburtda dünyaya gəlib. İbtidai təhsilini Bayburtda, orta təhsilini İstanbul Əbdülhaqhəmid Gecə Orta məktəbində, lisey təhsilini Vəfa Axşam Liseyində alıb. Hazırda Açıqöyrətim fakültəsinin İşlətmə şöbəsində oxuyur. 1970-ci illərdə peşəkar kinoaktyor karyerasına başlayıb, "Xudahafiz sabah", "Uzlaşma", "İpəkçə", "İşıqlar sönməsin" kimi filmlərdə çəkilib. Televiziya və serial rejissoru da olan Bərxan Şimşək Maqazin Qəzetçiləri Dərnəyinin "Ən yaxşı aktyor", 1994-cü il Ankara Kinofestivalının "Ən yaxşı ikinci paln aktyoru" mükafatlarına layiq görülüb. 78-cilər Vəqfı və Çağdaş Kinoaktyorlar Dərnəyinin qurucusu olan Bərxan Şimşək, "Günaydın" qəzetinin köşə yazarı da olub. 1999-cu ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 10-cu Növbədənkar Qurultayında partiya məclisinə üzv seçilib və 5 dönəm partiya məclisi üzvü olub. 22-cı çağırış Türkiyə Böyük Millət Məclisinə (2002–2007) CHP-dən İstanbul millət vəkili seçilib. Bu dönəmdə Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının üzvü, Türkiyə-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri olub.
Yusif Məddah
Yusif Məddah (az-əbcəd. یوسف مداح‎) — Azərbaycan şairi. O, "Vərqa və Gülşa" əsəri ilə məşhurdur. Onun həyatı haqqında çox az şey məlumdur, lakin onun XIV əsrin əvvəllərində yaşadığı təxmin edilir. Məddah yaxşı təhsil almış, Azərbaycan, ərəb və fars dillərini mükəmməl bilirdi. Onun ən məşhur əsəri ərəb xalq nağılı əsasında yazılmış, 1,700-ə yaxın beytdən ibarət və əruz vəznində olan "Vərqa və Gülşa" məsnəvisidir. Məddahın "Vərqa və Gülşa"dan başqa "Xamuşnamə", "Dastan-ı İblis əleyhüllanə" və "Məqtəl-i Hüseyn" kimi əsərləri var. Şair əsasən Yusif Məddah təxəllüsündən istifadə etmişdir. Buna baxmayaraq, onun digər təxəllüsləri arasında "Yusifi" və "Yusuf-i Məddah" da var. Türk alim İ. Hikmət onun adını Yusifi Məddah kimi təqdim edir.
Vərqa Və Gülşa (Yusif Məddah)
Vərqa və Gülşa — XIV əsrdə yaşamış Azərbaycan şairi Yusif Məddah tərəfindən qələmə alınmış əsər. Ərəb əfsanəsi olan, buna baxmayaraq ilk dəfə İran ədəbiyyatında məsnəvi kimi görünən Vərqa və Gülşa hekayəsi Qəznəvilər dövründə Əyyuqi adlı bir şair tərəfindən qələmə alınıb. Bu mövzu İran ədəbiyyatının digər məsnəvi mövzuları kimi geniş yayılmayıb. Vərqa və Gülşa mövzusu türk ədəbiyyatında ilk dəfə 1368–1369-cu ildə Yusif Məddah tərəfindən işlənilib. Yusif Məddahın həyatı haqqında çox məlumat yoxdur. XIV əsrdə yaşadığı məlumdur. Lakin onun doğum və ölüm tarixi məlum deyil. Onun adı sadəcə Şeyxoğlunun "Kənzül Kübəra və Məhəkkül-Uləma" adlı əsərində çəkilir. Müəllif həmçinin əsərinə Vərqa və Gülşa məsnəvisindən aşağıdakı beyti daxil edib: "Sənligün gedər hicab olmuş sənəSən onun üzünə onsuz baxsana" İ. Hikmət şairi daha çox Azərbaycan ərazisində xalq arasında dolaşan və öz əsərlərini xalq kütlələrinə oxuyan bir dərviş hesab edir. Bu mülahizəni söyləyərkən о, əsasən, Yusif Məddahın fars dilində yazdığı ''Xamuşnamə'' məsnəvisindəki fikirlərə əsaslanır.
Bedlam
Bedlam ilk olaraq Londonda yerləşən ruhi xəstələr üçün hospitaldır. Daha sonra bedlam sözü xaos, qarmaqarışıqlıq mənasını verməyə başladı. == Tarixi == Bedlam hospitalı məşhur Taueronun qabağında tikilmişdir. Onu 1330-cu ildə burada xəstəxana tikilmiş, 1377-ci ildə isə ruhi xəstələr üçün xəstəxanaya çevrilmişdir. 1403-cü ildə burada cəmi 9 xəstə var idi. 1815-ci ildə bu xəstəxananın yerində burada nəhəng ruhi hospital tikilmişdir. Burada xəstələri zəncirlə bağlayıb, ac saxlayırdılar.
Meddah
Meddah - kiçik qruplara o cümlədən qəhvəxana və ya çayxanalarda kiçik auditoriyaya Türk tarixini danışan şəxslərə deyilir. Bu şəxslər 16-ci əsrdə Osmanlı imperiyası dövründə daha məşhurlaşmışdır. Bu dövrdə meddahlar hər hansı hekayəni və ya tarixi bir hadisəni özləri müxtəlif improvizələr edərək danışır və ətrafdakı insanların diqqətini buna cəlb edirdilər. == Dekorasiya == Meddahlar hər zaman çətir, papaq və digər baş geyimlərində istifadə edərək, ifadə etdikləri şəxslərin xarakterini, səsini və dialektini təsəvvür edirdilər. Tamaşanın limiti yox idi və yaxşı meddah onu əhatə edən auditoriyanı fikrini öz bacarığı ilə hekayədən asılı etməyi bacarmalı idi. == Ümumi məlumat == Meddahlar adətən gəzən artistlər mənasını verir. Çünki onlar böyük şəhərlərdən kiçik kəndlərə gedərək yol boyu gördüklərini kənd camaatına hekayə edərək danışırdı. Bu adət ənənə Homerin dövründən başlandığı təsadüf edilir. Onların vəzifələri Yunanıstan o cümlədən Odessa hekayəçilərinin vəzifələrinə oxşayırdı. O dövrdə yaranmış hekayə olan Xosrov və Şirin və Leyli və Məcnunda meddahlar tərəfindən yayıldığı ehtimal edilir.
Kedah
Kedah— Malayziya yarımadasının şimal-qərb hissəsində yerləşən Malayziya ştatı. Ştatın ərazisi ümumilikdə 9,000 km²-dir . Kedah materik hissə və Lanqkavi arxipelağından ibarətdir. Materik hissəsi nisbətən hamar relyefə malikdir və düyü becərilməsi üçün istifadə olunur. Lanqkavi adalardan ibarət arxipelaqdır və ərazisinin çox hissəsində məskunlaşma yoxdur. Kedah Tailandın Yala və Sonqkhla əyalətləri ilə beynəlxalq sərhədlərə malikdir. Ştat həmçinin şimaldan Perlis, cənubdan Perak, cənub-qərbdən Pinanq ştatı ilə həmsərhəddir. Ştatın inzibati mərkəzi Alor Setardır. Digər əsas şəhərlər materik ərazisində yerləşən Sunqai Petani və Kulim, arxipelaq ərazisində yerləşən Kuahdır.
Bediha Tunadağı
Bediha Tunadağı (20 avqust 1985, Qaziantep) — Türkiyəli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Bediha Tunadağı İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır. == Karyerası == 1.63 m boyu olan Bediha öz doğma şəhərini təmsil edən Qaziantep Halter İhtisas S.K klubunun üzvüdür. Bedihanın baş məşqçisi Mehmet Doğandır. 2012-ci ilin iyul ayında Bediha beynəlxalq turnirlərdə karyerasının ən yaxşı nəticəsini əldə etmişdir. O, bu uğura Rusiyanın Kazan şəhərində keçirilən Avropa Çempionatında dördüncü yeri tutmaqla nail olmuşdur. Bediha 2012 Yay Olimpiya Oyunlarında təsnifat mərhələsində iştirak etmişdir.
Berxan Şimşək
Bərxan Şimşək (1 mart 1957, Bayburt) — Türkiyə kinoaktyoru və siyasətçisi. == Həyatı == Bərxan Şimşək 1957-ci ildə Bayburtda dünyaya gəlib. İbtidai təhsilini Bayburtda, orta təhsilini İstanbul Əbdülhaqhəmid Gecə Orta məktəbində, lisey təhsilini Vəfa Axşam Liseyində alıb. Hazırda Açıqöyrətim fakültəsinin İşlətmə şöbəsində oxuyur. 1970-ci illərdə peşəkar kinoaktyor karyerasına başlayıb, "Xudahafiz sabah", "Uzlaşma", "İpəkçə", "İşıqlar sönməsin" kimi filmlərdə çəkilib. Televiziya və serial rejissoru da olan Bərxan Şimşək Maqazin Qəzetçiləri Dərnəyinin "Ən yaxşı aktyor", 1994-cü il Ankara Kinofestivalının "Ən yaxşı ikinci paln aktyoru" mükafatlarına layiq görülüb. 78-cilər Vəqfı və Çağdaş Kinoaktyorlar Dərnəyinin qurucusu olan Bərxan Şimşək, "Günaydın" qəzetinin köşə yazarı da olub. 1999-cu ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 10-cu Növbədənkar Qurultayında partiya məclisinə üzv seçilib və 5 dönəm partiya məclisi üzvü olub. 22-cı çağırış Türkiyə Böyük Millət Məclisinə (2002–2007) CHP-dən İstanbul millət vəkili seçilib. Bu dönəmdə Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının üzvü, Türkiyə-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri olub.
Bedia Güləryüz
Bedia Güləryüz (türk. Bedia Güleryüz) — türk rəssam. İlk türk qadın rəssamlardan olan Bedia xanım, nəsillər boyu xəttatlıq ilə maraqlanan və məşğul olan bir ailədən gəlməsinə baxmayaraq, rəssamlıq sənətinə yönəlmiş və İnas Sanayi-i Nefise Məktəbinə daxil olmuş, dizayn dərslərini Feyhaman Duran, sənət tarixini Əhməd Haşim və anatomiya dərslərini Nurəddin Əli Bəydən almışdır. Burada impressionizm ixtisası üzrə təhsil almış və bundan sonra Berlində, sonra isə Nyu-Yorkda ali təhsilini davam etdirmişdir. Berlində qaldığı müddət ərzində Artur Kampf ilə çalışan Güləryüz, Türkiyədə Gözəl Sənətlər Birliyinin son dövrlərində Nazlı Ecevit ilə birlikdə sərgilərdə iştirak etmişdir. Açıq hava rəssamı olan Bedia xanım əsərlərinə təbiətlə başlayıb və təbiətlə bitirmişdir. 49-cu Ankara Rəsm Sərgisinə "Boğaziçi Çubuqlu", "Köhnə İstanbul-Zeyrək", "Natürmort və Çiçəklər" adlı əsərləri ilə qatılmışdır.
Bedia Müvahhit
Bedia Müvahhit (türk. Bedia Muvahhit; doğum adı Əminə Bedia Şekip, Emine Bedia Shekip; 1896, Kadıköy, İstanbul ili – 20 yanvar 1994, İstanbul) — Türkiyə aktrisası. O, ilk müsəlman aktrisalarından biri hesab olunur. == Bioqrafiya == Bedia Müvahhit 16 yanvar 1897-ci ildə Osmanlı imperiyasının paytaxtı İstanbulun Kadıköy məhəlləsində prokuror Şekip bəyin və həyat yoldaşı Refiki xanımın ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Böyükada adasındakı Müqəddəs Antuan məktəbində almışdır. Müvahhit məktəbi bitirdikdən sonra İstanbulda Notr-Dam-de-Sion Fransız liseyinə daxil olmuşdur. Bedia türk və fransız dillərinə əlavə olaraq, yunan dilini də bilirdi. Bedia Müvahhit 20 yanvar 1994-cü ildə İstanbul Universiteti Xəstəxanasında vəfat etmişdir. O, Aşyan qəbiristanlığında dəfn edilmişdir.
Bedra qəzası
Bədrə qəzası (ərəbcə: قضاء بدرة) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Bədrə şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 3.650 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Bədrənahiyyəsi (ərəbcə: ناحية بدرة), Сasuən nahiyyəsi (ərəbcə: ناحية جصان) və Zəhəb nahiyyəsi (ərəbcə: ناحية الذهب). == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 20.601 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Bədrə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 2,26%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəza əhalisi əsasən türkmanlar olsa da burada həm də az sayda ərəblər və kürdlər da məskunlaşıblar. Türkmanlar qəzanın inzibati mərkəzi Bədrə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.
Kedah sultanlığı
Kedah sultanlığı (كسلطانن قدح) — Malay yarımadasında müsəlman dövlət. Əvvəlcə müstəqil dövlət kimi çıxış etmiş, lakin 1909-cu ildə Britaniya protektoratına çevrilmişdir. Kedah monarxiyası Malay İttifaqına əlavə edildikdən sonra ləğv edilmiş, lakin sonradan bərpa edilərək və Malay Federasiyasına əlavə olunmuşdur.
Müzzil şah (Kedah)
Paduka Şri Sultan Muzzil Şah ibni əl-Marhum Sultan Məhəmməd Şah (v. 1280) — dördüncü Kedah sultanı. Onun hakimiyyəti 1237–1280-ci illəri əhatə edir. O, dövlətin paytaxtını Kota Meryamdan Kota Sunqay Mas şəhərinə köçürmüşdür.
Məhəmməd şah (Kedah)
Paduka Sri sultan Məhəmməd şah ibni Mərhum sultan Müəzzam şah (v. 1236) — üçüncü Kedah sultanı. Onun hakimiyyəti 1202-ci ildən 1237-ci ilə qədərki dövrü əhatə edir. Kedahda istifadə edilən ilk qızıl sikkənin bir tərəfində "Məhəmməd şah", digər tərəfində isə "əl-Sultan əl-Kedah" sözləri vardır.
İbrahim şah (Kedah)
Paduka Sri sultan İbrahim şah ibni Mərhum sultan I Mahmud şah — altıncı Kedah sultanı. Onun hakimiyyəti 1321-ci ildən 1373-cü ilə qədərki dövrü əhatə edir. 1323-cü ilin mayında Kota Seputih şəhərini paytaxt təyin etmişdir.
I Mahmud şah (Kedah)
Paduka Sri sultan I Mahmud şah ibni Mərhum sultan Müzzil şah (v. 1321) — beşinci Kedah sultanı. Onun hakimiyyəti 1280-ci ildən 1321-ci ilə qədərki dövrü əhatə edir. O, Tenasserim qəbiləsindən Kota Seputih və Kota Di Hulu Sunqay Merpah qalalarının tikilməsini əmr etmişdi.
I Süleyman şah (Kedah)
Paduka Sri sultan Süleyman şah I ibni Mərhum sultan İbrahim şah (v. 1423) — yeddinci Kedah sultanı. Onun hakimiyyəti 1373-cü ildən 1423-cü ilə qədərki dövrü əhatə edirdi. Onun hakimiyyəti dövründə Kedah Pasey sultanlığı tərəfindən hücuma məruz qalmışdı.
I Müzəffər şah (Kedah sultanı)
Paduka Sri sultan I Müzəffər şah (v. iyul 1179, Kedah sultanlığı) — "Kedah annalları"na görə, əfsanəvi padşah və Kedahın birinci sultanı. O, Kedahın son hindu padşahı idi. İslamı qəbul etdikdən sonra Kedah sultanlığının qurucusu olmuşdur.