bor-karbid

bor-karbid
bor-ftorid
bor-üzvi 2021
OBASTAN VİKİ
Bor
Bor (B) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 5-ci elementdir. == Tətbiqi == Amorf bor, fərqli olan yaşıl rəngli olduğu üçün pirotekni (fişəng) sahəsində və atəşləyici olaraq raketlərdə istifadə edilir. Tennis raketlərinin, nüvə stansiyalarında istifadə edilən tənzimləyicilərin və istiliyə dayanıqlı şüşə məhsullarının istehsalında da əhəmiyyət daşıyır. Borun ən əhəmiyyətli ticarət qarışığı, izolyasiya məqsədilə şüşə lifinin və bir ağardıcı olan natrium perboratın istehsalında istifadə edilir. Digər bor birləşmələri də, borosilikat şüşələrin istehsalında istifadə edilir. Toxuculuq sahəsində əhəmiyyət daşıyan bir digər bor qarışımı isə, bor turşusudur. Elektrikə qaşı izolyatorik davranarkən, bir metalinkinə bənzər istilik keçiriciliyi göstərən boron nitrit qarışığı, eyni zamanda, qarışdırıldığı hər hansı bir maddəni almaz sərtliyinə gətirici xüsusiyyətdədir. Titan və volfram ilə birlikdə istifadəsi nəticəsində, çəkisi aşağı olur ancaq istiliyə qarşı müqavimətli ərintilər əldə edilir. Boron-10 izotopu, nüvə stansiyalarında mühitdəki neytronları sürətlə əmərək reaksiyaları ləngitmək və ya dayandırmaq üçün, nüvə radiasiyasına qarşı qalxan olaraq və neytron müəyyənləşdirici alətlərdə istifadə edilir. Yaxın zamanda artrit (oynaqların iltihabı) müalicəsində istifadə edilməyə başlanan bor birləşmələri də ümid vəd edir.
Bor (Niğdə)
Bor (türk. Bor) — — Niğdə ilinin ilçəsi.
Bor (Rusiya)
Bor — Rusiya Federasiyasının Nijeqorod vilayətində şəhər.
Bor (şəhər)
Bor — Rusiya Federasiyasının Nijeqorod vilayətində şəhər.
Bor hadisəsi
Bor hadisəsi— dünyanın bir çox rayonlarında çaylar ensiz körfəzlərə (estuarilərə) tökülür. Su qalxaraq çaylara daxil olan zaman qabarma dalğalarının hündürlüyü kəskin şəkildə yüksəlir. Bu hadisə bor adlanır. Ona həmçinin maskare (Çində) və ya pororoka da (Amazonda) deyilir. Bor Böyük Britaniyada, Bristol körfəzinə tökülən Severn çayının mənsəbində müşahidə edilir. Cənubi Amerikada olan Amazon çayında 5–6 metr hünürlüyü olan pororoka yüksək sürətlə axın boyu üzü yuxarı hərəkət edir. Çində axan Fuçuntszyan çayı özünün maskaresi ilə məşhurdur. Burada qabarma səddinin hündürlüyü 3 metrə çatır.
Bor maqnetonu
Bor maqnetonu — elektronun maqnit momentini xarakterizə edən fiziki sabit və ya təbii ölçü vahidi. BS vahidlərində aşağıdakı şəkildə ifadə olunur: μ B = e ℏ 2 m e {\displaystyle \mu _{\mathrm {B} }={\frac {e\hbar }{2m_{\mathrm {e} }}}} SQS vahidlərində isə aşağıdakı kimi verilir: μ B = e ℏ 2 m e c {\displaystyle \mu _{\mathrm {B} }={\frac {e\hbar }{2m_{\mathrm {e} }c}}} Bu düsturlarda e elementar yük, ħ Plank sabiti, me elektronun kütləsi, c isə işıq sürətidir. Bor maqnetonunun düsturunu elektron barədə söhbət açmadan, daha ümumi şəkildə yazmaq olar: μ B = q ℏ 2 m q c {\displaystyle \mu _{\mathrm {B} }={\frac {q\hbar }{2m_{q}c}}} SQS vahidlərində q hər hansı bir zərrəciyin yükünü, mq isə kütləsini ifadə edir.
Bor mikrogübrəsi
Bor mikrogübrəsi Bor təbiətdə geniş yayılmışdır. Demək olar ki, bora hər yerdə rast gəlmək olar. Bor bütün torpaqlarda, süxurlarda , suda, çayda, göllərdə , dəniz bitkilərinin tərkibində və heyvan orqanizmində olur. Borun müxtəlif birləşmələrinin (əsasən bor turşusu və boraks) toxumun cücərməsinə və müxtəlif bitkilərin böyüməsi və inkişafına təsirini öyrənmişlər. Uzun müddət tədqiqatçılar borun bitkiyə yalnız zərərli olduğunu təsdiq etmişdir. Bunun səbəbi o idi ki, təcrübələrdə bitkiyə normadan artıq bor birləşmələri verilirdi. Məsələn , 1 faizli bor turşusu , belə doza bitki üçün zərərlidir. Sonra bor birləşmələrinin duru məhlulunu işlətdikdə müəyyən edilmişdir ki, bor bitkinin böyüməsinə müsbət təsir göstərir. Hazırda məlumdur ki, 100-dən çox kənd təsərrüfatı bitkisi – çuğundur, günəbaxan, tütün , pambıq və s.borsuz inkişaf edə bilmir. Hər bir bitkinin orqanizmində bor mütləq vardır.
Bor modeli
Bor atom modeli — Nils Henrik Bor tərəfindən 1911-ci ildə, Rezerford atom modelindən yararlanılaraq önə sürülmüşdür. Bor atom modelindən əvvəl digər atom modellərində, atomun nüvəsində, + yüklü protonların olduğu, nüvənin ətrafında isə dairəvi hərəkət istiqamətində hərəkət edən - yüklü elektronların olduğu ifadə edilmişdir.Bu elektronların nüvə ətrafında hansı istiqamətdə hərəkət etdiyi onların sürət və impulsu haqqında heç bir fikir irəli sürülməmişdir.Bor isə nəzəriyyəsində elektronların hərəkətini bu nöqteyi nəzərdən təcrübə etdi. == Bor postulatları == 1913-cu ildə Nils Bor, hidrogen atomunun spektr xətlərini və Plank'ın kvant qanunlarından istifadə edərək Bor postulatlarını irəli sürdü.Bu məlumatlar əsasında Bor qanunları (postulatları) aşağıdakı kimidir: Bir atomdakı elektronlar nüvədən müəyyən uzaqlıqdakı orbitallarda hərəkət edə bilər və bu orbitalların bucaq impulsu ℏ(h/2π)-in tam misilləridir( burada h, Plank sabitidir). Hər dayanıqlı halın sabit bir enerjisi vardır. Hər-hansı bir dayanıqlı enerji səviyyəsində elektron dairəvi bir istiqamətdə hərəkət edir. Bu istiqamətlərə isə enerji səviyyələri və ya energetik səviyyələr deyilir. Elektron stasionar halda olarkən atom enerji şüalandırmaz. Ancaq yüksək enerji səviyyəsindən daha aşağı enerji səviyyəsinə keçərkən, səviyyələr arasındakı enerji fərqinə bərabər bir enerji şüalandırar. Burada ∆E = Eson-Eilk=hυ Elektronun hərəkətinin mümkün olduğu stasionar səviyyələr, K, L, M, N, O kimi hərflərlə və ya ən kiçik enerji səviyyəsi 1 götürülmək şərti ilə, hər enerji səviyyəsi + bir tam ədəd ilə müəyyən olunur və ümumi olaraq "n" İlə göstərilir. (n: 1,2,3 ...¥) === Həyəcanlanmış atom === Bor atom modelinə görə, nüvəyə ən yaxın enerji səviyyəsində dairəsəl hərəkət edən elektron stasionar haldadır, enerji şüalandırmaz.
Bor oksidi
Bor oksidi–B2O3 – bor turşusunun anhidridi , rəngsiz , şüşəvari və ya kristallik, acı dada malik dielektrikdir. Şüşəvari təbəqəli quruluşa malikdir. ( təbəqələr arasındakı məsafə 0,185 nm).B2O3 kristallik maddədir , 450ºC-də əriyir, 2250ºC-də qaynayır, ərintini soyutduqda şüşəyəbənzər faza əmələ gəlir. Şüşə halında B2O3 polimerdir, quruluşunda mərkəzdə B və təpələrdə O atomları olan üçbucaq fraqmentlər yerləşir. == Xassələri == B2O3 hiqroskopikdir.Su ilə əvvəlcə ümumi formulu (HBO2)n olan müxtəlif metaborat turşuları əmələ gəlir.Sonrakı sulaşma orta borat turşusunun H3BO3 əmələ gəlməsinə səbəb olur. Ərimiş B2O3 bir çox elementlərin oksidlərini yaxşı həll edir.Metal oksidləri ilə borat duzları əmələ gətirir. B2O3 turşu anhidrididir, çox zəif amfoterlik əlamətləri var. Bor oksidinin 1000°C yüksək temperaturda elementar borla qızdırdıqda, buxarda termiki davamlı O=B-B=O xətti molekulu mövcuddur. Buxarın 300°C-dən aşağı temperatura sürətli soyutsaq müəyyən ərimə temperatur nöqtəsinə malik olmayan (B2O2)n ağ bərk polimeri əldə etmək olar.60 min atmosfer təzyiq altında və 1500°C temperaturda bor oksidi elementar borla aşağıdakı reaksiya ilə qarşılıqlı təsirə girir.Bu bor oksidi qrafit kimi təbəqəli quruluşa malikdir. == Alınması == Ən təmiz bor borhidroksidin pirolizi ilə alınır.
Nils Bor
Nils Henrik David Bor (7 oktyabr, 1885 – 18 noyabr 1962) – Danimarkalı fizik, müasir fizikanın banilərindən biri. Atomun ilk kvant nəzəriyyəsini hazırlamış, atomun quruluşu və kvant mexanikasının əsaslarının işlənilməsində iştirak etmişdir. Eyni zamanda atom nüvəsi nəzəriyyəsi və nüvə reaksiyaları məsələlərinə fundamental töhfələr vermişdir. O həmçinin Manhetten layihəsi üzərində işləmiş fiziklər qrupuna daxil idi. Oğlu Age Nils Bor da atası kimi XX əsrin böyük fiziklərindən biri olmuş və 1922-ci ildə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Nils Bor Kopenhagen Universitetinin fiziologiya fakültəsi professoru Kristian Bor və nüfuzlu yəhudi əsilli bankir və parlamentarilər ailəsindən olan Ellen Adlerin ailəsində anadan olmuşdur. 1908-ci ildə Bor Kopenhagen universitetini bitirir. Burada o özünün maye axınlarının rəqsi hərəkəti və metalların klassik elektron nəzəriyyəsinə dair ilk elmi tədqiqatlarına başlayır. 1911–1912-ci illərdə Kembricdə C. C. Tomsonun və Mançestrdə E. Rezerfordun laboratoriyalarında çalışır. 1913-cü ildə Rezerfordun nəzəriyyələri əsasında özünün atomun quruluşu modelini irəli sürür.
Norman Bor
Norman Loftus Bor (irl. Norman Loftus Bor; 2 may 1893 – 22 dekabr 1972[…]) — İrlandiya botaniki. Norman Loftus Bor toxumlu bitkilər üzrə ixtisaslaşıb.. Borinda Stapleton cinsi Norman Loftus Borun şərəfinə adlandırılmışdır. Barnhart, J. H. Biographical Notes Upon Botanists. — Vol. 1. — P. 220.
Sosnovu Bor
Sosnovu Bor (rus. Сосно́вый Бор, tərc. "Şam ağacı meşəsi") — Rusiyanın Leninqrad vilayətində şəhər (1973-cu ildən).
Bor-e-Bar
Bor-e-Bar (fr. Bor-et-Bar, oks. Vòrs e Bar) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12029. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 45 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 184 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 96 yaşında (15-64 yaş arasında) 65 nəfər iqtisadi cəhətdən fəal, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,7%, 1999-cu ildə 69.4%).
Norman Loftus Bor
Norman Loftus Bor (irl. Norman Loftus Bor; 2 may 1893 – 22 dekabr 1972[…]) — İrlandiya botaniki. Norman Loftus Bor toxumlu bitkilər üzrə ixtisaslaşıb.. Borinda Stapleton cinsi Norman Loftus Borun şərəfinə adlandırılmışdır. Barnhart, J. H. Biographical Notes Upon Botanists. — Vol. 1. — P. 220.
Şuşenski bor Milli Parkı
Şuşenski bor Milli Parkı - Rusiyanın Krasnoyarsk diyarının Şuşen rayonu ərazisindəki milli park. Milli park Rusiya Federasiyasının Təbii Sərvətlər və Ekologiya Nazirliyi tərəfindən idarə olunur. Altay-Sayan ekoregion qoruqları və milli parkları birliyinin bir hissəsidir. Şuşenski bor Milli Parkı 3 noyabr 1995-ci ildə təşkil edilir. Lakin 1927-ci ildən bəri milli parka yaxın yerlərdə vəhşi təbiətin mühafizəsi uzun bir tarixə malikdir. 1940-cı ildə ərazi artıq V.İ.Lenin adına bir qoruğa çevrilmiş və 1956-cı ildə sərhədləri genişlənmişdir. 1968-ci ildə "Şuşenski bor" landşaft memorial meşə parkı, 1970-ci ildə xüsusi "Şuşenski bor" meşə təsərrüfatı, 1987-ci ildə 4,4 min hektar ərazisi olan "Şuşenski bor" eksperimental meşə təsərrüfatı və nəhayət 1995-ci ildən milli park statusu alır. Sahəsi isə artıq 39,2 min ha əraziyə sahibdir. Krasnoyarsk ərazisinin cənubunda bir milli parkın təşkili bölgənin bənzərsiz təbiətini qorumaq, insan fəaliyyəti və təbiəti idarəetmə arasında bir uzlaşma tapmaq ehtiyacından qaynaqlandı. Parkın ümumi sahəsi 39200 ha-dır.
Bor-azot-kükürd saxlayan alkilfenolyat aşqarları
Bor-azot-kükürd saxlayan alkilfenolyat aşqarları - molekul tərkiblərinə müxtəlif fraqmentlər halında daxil edilən azot, kükürd, bor atomları daxil edilən aşqarlardır. == Ümumi məlumat == Alkilfenol tipli aşqarların dünya miqyasında yağlara əlavələri kimi alınması və tətbiqi 70-80 il əvvələ təsadüf edir. Sovetlər birliyində bu aşqarların sənayedə istehsalı 1950-ci illərdən başlamışdır. Onların nümayandələri yüksək kül ədədinə və aşağı qələviliyə malik barium duzlarından ibarət olmuşdur. Inkişaf edən texnika ilə bağlı, mühərriklərin müasir tələblərinə cavab verə bilmədikləri üçün az küllü və yüksək qələvili kalsium duzları ilə əvəz edilmişlər. Alkilfenolyatları əlverişli motor yağı əlavələri edən onların çoxfunksiyalı olmalarıdır. Bu keyfiyyətlər neytrallaşdırıcı-yuyucu və dispersedici, korroziya, oksidləşmə, yeyilməyə qarşı, termiki stabillik, mühafizə edici, suya davamlıq kimi xassələrdir. Göstərilən xassələr onların molekul tərkiblərinə müxtəlif fraqmentlər halında daxil edilən azot, kükürd, bor, heteroatomları, karboksil, hidroksil qrupları, fenolyat, karbonat, karboksilat kimi qələvilik mərkəzləri ilə bağlıdır. Bütün bunlar motor yağı vasitəsi ilə mühərrik detallarına çatdırılaraq, onun istismar müddətinin uzanmasına səbəb olur. == Alınması == Fenolyatların alınmasında mühüm şərtlərdən biri korroziyon aqressiv fenol OH-larının qapanmasıdır ki, bunun da ən əlverişli yolu qələvi metal hidroksidləri, xüsusən Ca(OH)2 ilə mümkün olur.