Bostançı (Xaçmaz)
Bostançı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Dədəli inzibati ərazi vahidində kənd. Bostançı bələdiyyəsinin mərkəzidir.
== Coğrafiyası ==
Kənd Samur-Dəvəçi ovalığındadır.
== Oykonimi ==
Oykonimi etnotoponim hesab edən tədqiqatçıların fikrincə, toponim bostan (qırğızlarda və özbəklərdə boston) tayfa adından və -"çı" mənsubiyyət şəkilçisindən düzəlib. Bostançı oykoniminin bu kənddə yaşayan əhalinin qədim məşğuliyyəti (tərəvəz yetişdirmə) ilə də bağlı olması da ehtimal olunur.Kəndin adı bəzi mənbələrdə Osmanlı imperiyasını idarə edən sultanların saray işlərini idarə edən bostançıbaşı ailəsinin Azərbaycana köçməsi ilə əlaqələndirilir.
Ermənistanda da Bostançı Xaraba, Gürcüstanda Bostançı, Özbəkistanda Bostanlık, Bustan, Tacikistanda Bustankala toponimləri qeydə alınmışdır.
== İnfrastruktur ==
Kənddə tam orta məktəb, kitabxana, tibb məntəqəsi, mədəniyyət klubu vardır. Kəndin mərkəzində məscid yerləşir.