boyaq-bəzək
boyaq-bəzəksiz
OBASTAN VİKİ
Bəzəkli
Bəzəkli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km cənub-qərbdə, Qarasu çayının sol sahilində yerləşir. == Tarixi == "Bəzəkli" toponiminin Bozox oğuz boylarının adı ilə əlaqədar olduğu, tədricən deyiliş təhrifinə uğrayaraq Bəzəkli halına gəldiyi ehtimal edilir. == Əhalisi == Kənddə 1870-ci ildə 19 ailədə 159 nəfər, 1926-cı ildə 70 ailədə 405 nəfər azərbaycanlı yaşayırdı.17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 763 nəfər əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir.1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 778 nəfər əhali yaşayır. == Təhsil == Kənddə bir baza məktəbi (doqquzillik) fəaliyyət göstərir. Azərbaycandilli olan məktəbdə 113 nəfər şagird təhsil alır.
Bəzəkli dağı
Bəzəkli dağı - Kəngərli rayonu ərazisində dağ (hünd. 1978,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Çalxanqala kəndindən 2,5 km qərbdə yerləşən zirvə. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım hissəsində müşahidə edilən eyniadlı qılıcvari antiklinalın şimal-şərq qanadında yerləşir. Zirvə hissəsi və şimal-şərq yamacından cənub-şərq istiqamətli üstəgəlmə keçir.
Bəzəkli qalası
Bəzəkli qalası, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda arxeoloji abidə. == Bəzəkli qalası I == Qalanın mərkəzində narınqala yerləşir. Qala üçbucaq formalı quruluşa malikdir. O bir tərəfdən iri qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Divar qalıqları bəzi yerlərdə 1 m hündürlükdə qalmışdır. Divarlar yanlarda iri daşlardan tikilmiş, onların arası isə kiçik həcmli qaya parçalan ilə doldurulmuşdur. Qala cənub tərəfdən iki qat divarla əhatə olunmuşdur. Sahəsi 1125 m2-dir. Sahəsi kiçik olduğu üçün onun gözətçi məntəqəsi kimi istifadə olunduğunu söyləmək olar. Qala kənd yerinə gedən yolun üzərində strateji cəhətdən əlverişli mövqedə yerləşdirilmişdir.
Bəzəkli qərənfil
Parlaq qərənfil (lat. Dianthus superbus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Boyaq alkannası
Boyaq alkannası (lat. Alkanna tinctoria) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin alkanna cinsinə aid bitki növü.
Boyaq bitkilər
Boyaq bitkilər - kök, gövdə, budaq, qabıq, yarpaq, çiçək, meyvə və ya toxum hissələrindən boyaq məhlulu hazırlayıb yun, ipək və pambıq məmulatlarını boyamaq üçün istifadə olunan bitkilər. M.Qasımova (1980) görə, respublikamızda rast gəlinən boyaq bitkiləri 110 fəsilə və 358 cins daxilində birləşərək ümumi floramızın 36%-in təşkil edir. Boyaçılıq sənayesi üçün geniş istifadəsi mümkün olan bitkilərdən boyaqotu, sarağan, sumaq, dəli çətənə, sarı kol, yapon stifnolobiumu, qoz, nar, zirinc, palıd, şabalıd, murdarça, tut, qızılağac, çaytikanı, zəfəran, əvəlik, dazıotu, gəndəlaş, ətirşah, söyüd, andız, qaraqınıq, yemişan, heyva və s-ni göstərmək olar.
Boyaq dazı
Boyaq dazı (lat. Hypericum androsaemum) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. Hündürlüyü 40-100 sm, gövdəsi qəhvəyitəhər, adətən düzduran və az budaqlanmış yarımkoldur. == Yarpaq == Yarpaqları oturaqdır, çılpaqdır, uzunsov və enli yumurtavari, uzunluğu 4-10 sm, eni 2-6 sm olub, kütdür, oyuqlu və ya qısa itiucludur, qaidə hissəsi dəyirmidir, alt tərəfdən tünd-göydür. == Çiçək == Çiçəkləri uzunluğu 2-6 sm olan, qalxanşəkilli və ya çətirşəkilli çiçək qrupunda toplanmışdır, yuxarı yarpaqların yaxınlaşmasından əmələ gəlmiş qını vardır. Ləçəkləri uzunsov-yumurtaşəkilli olub, kütdür. == Meyvə == Qutucuq giləmeyvəşəkillidir, demək olar ki, qara rəngdədir, kasacığa bərabərdir, açılan deyil, tez töküləndir. Toxumlarının uzunluğu 1 mm-dir, qısa silindrşəkilli və ya ovaldır, tor kimi deşiklidir, buruncuğu vardır. == Çiçəkləməsi == May == Meyvə verməsi == İyun-İyul (Avqust) == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, Lənkəran dağlıq. Aşağı və orta dağ qurşağında.
Boyaq fibraureyası
Boyaq fibraureyası (lat. Fibraurea tinctoria) - fibraurea cinsinə aid bitki növü.
Boyaq indiqoferası
Boyaq indiqoferası (lat. Indigofera tinctoria) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin i̇ndiqofera cinsinə aid bitki növü.
Boyaq koreopsisi
Boyaq koreopsisi (lat. Coreopsis tinctoria) - koreopsis cinsinə aid bitki növü.
Boyaq nazı
Boyaq nazı (lat. Genista tinctoria) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Təbii yayılması == Аvrоpа və Аsiyаdа yаyılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m оlаn pоlimоrf kоldur. Оduncаqlаşаn və düz dаyаnаn gövdəsində süpürgəyəbənzər, çоxlu budаqlаnаn uzun yаn zоğlаrı оlur. Zоğlаrı yаşıl, çılpаq və yа sıx tüklüdür. Yаrpаqlаrı nеştərvаri оlub, uclаrı bir qədər iti, yаxud küt, çılpаq və yа sıx tükcüklüdür. Yаrpаqаltıqlаrı bizvаri, 1-3 mm uzunluqdаdır. Mаydаn iyulа qədər çiçəkləyir. Bеcərildiyi şərаitdən аsılı оlаrаq çiçəkləmə müddəti dəyişilir.
Boyaq sarıçiçəyi
Boyaq sümürgəni
Boyaq alkannası (lat. Alkanna tinctoria) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin alkanna cinsinə aid bitki növü.
Boyaq ulaxqanqalı
Boyaq ulaxqanqalı (lat. Carthamus tinctorius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ulaxqanqalı cinsinə aid bitki növü.
Boyaq çüyütotu
Boyaq rəngotu
Boyaq rəngotu (lat. Isatis tinctoria) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin rəngotu cinsinə aid bitki növü.
Bəzəkli ağ akasiya
Robinia hispida (lat. Robinia hispida) — yalançı akasiya cinsinə aid bitki növü. == Təbii yayılması: == Şimali Amerika, Virciniya, Kentukkidən Gürcüstan və Alabamaya qədər olan ərazilərdə bitir. == Botaniki təsviri: == Hündürlüyü 5 metrə çatan, kürəvari çətirə malik, hər tərəfə çoxlu kök pöhrələri verən koldur. Ləçəklərindən başqa bitkinin bütün hissələri sərt, bir qədər uzun, qırmızımtıl-palıdı rəngdə tükcüklərlə örtülüdür. Budaqları tikansız, sarımtıl-qonur, ikiillik budaqları isə qırmızımtıl-qəhvəyi rəngdədir. Yarpaqları parlaq yaşıl rəngli, təklələkvari, 7-13 yarpaqcıqdan ibarət olub, 15-23 sm uzunluqdadır. Yarpaqcıqları dairəvi-ellips formalı, 2-5 sm uzunluqda, 1,5-3,5 sm enindədir. Qısa saplaqlıdır. Çiçəkləri çox gözəl quruluşlu, çəhrayı və ya qırmızımtıl-çəhrayı rəngdə olub, qoxusuz.
Aktiv Boyaq Maddələri
Aktiv boyaq maddələri – molekulunda atom və ya atomlar qrupu saxlayan və boyama zamanı liflərin makromolekullarının funksional qrupları (OH, NH2) ilə möhkəm kovalent rabitə yaradan (məsələn: amid, mürəkkəb efirlər) sintetik boyalar. Aktiv boyaq maddələri rəngin davamlılığını təmin edir. Aktiv boyaq maddələri sellülozlu lif materiallarının, təbii ipək və yunun, az hallarda poliamid liflərin boyanmasında (bəzək vurul masında) geniş istifadə edilir. Aktiv Boyaq Maddələri molekulunda reaksiyaya qabil qruplar (məsələn, 1,3,5 — trixlorazin qalığı, 2,4,6-trixlor və ya 2,4,5,6-tetraxlorpirimidin, 2-bromakrilamid, vinilsulfon qrupu) boyağın rəngini təyin edən xromofor sistemlə əlaqədardır. Reaksiyayaqabil qrupları daxil etməklə rəngi sarıdan qarayadək dəyişən istənilən xromofor sistemli aktiv boyalar almaq olur. Belə ki, aktiv monoazoboyalar sarı, yaşıl və qırmızı, antraxinonlu Aktiv Boyaq Maddələri göy, mis ftalosianın əsasında olan Aktiv Boyaq Maddələri isə füruzəyi rənglərə boyayır. Sellülozlu lifli materiallar üçün xlortriazinli, xlorpirimidinli, vinilsulfonlu Aktiv Boyaq Maddələri daha çox tətbiq edilir. Dixlortriazinli Aktiv Boyaq Maddələri (məsələn, formul I) başlıca olaraq monoazoboyaların və ya onların metallarla komplekslərinin sianurxloridlə emalından (formul II), həmçinin 1-amino-4 — brom-antraxinon 2-sulfoturşunun (formul III) aromatik diaminlərlə arilaminləşmə məhsullarından alınır. Monoxlortriazin Aktiv boyaq maddələri (məsələn, formul IV) dixlortriazinli Aktiv boyaq maddələrində xlor atomlarının amin və ya alkoksi qrupla əvəz edilməsindən alınır. Pirimidinli Aktiv Boyaq Maddələri, məsələn, dixlorpirimidinli Aktiv boyaq maddələri (formul V) triazinlərə analoji olaraq 2,4,6-trixlor və ya 2,4,5,6-tetraxlorpirimidindən istifadə edilərək alınır.