BOYAQ

сущ. 1. кил. boya 1); 2. бот. дувулрикай ранг хкуддай хъач, векь ва мс.
BOYAKARLIQ
BOYAQÇI
OBASTAN VİKİ
Boyaq alkannası
Boyaq alkannası (lat. Alkanna tinctoria) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin alkanna cinsinə aid bitki növü.
Boyaq bitkilər
Boyaq bitkiləri — kök, gövdə, budaq, qabıq, yarpaq, çiçək, meyvə və ya toxum hissələrindən boyaq məhlulu hazırlayıb yun, ipək və pambıq məmulatlarını boyamaq üçün istifadə olunan bitkilər. M. Qasımova (1980) görə, respublikamızda rast gəlinən boyaq bitkiləri 110 fəsilə və 358 cins daxilində birləşərək ümumi floramızın 36%-ini təşkil edir. Boyaçılıq sənayəsi üçün geniş istifadəsi mümkün olan bitkilərdən boyaqotu, sarağan, sumaq, dəli çətənə, sarı kol, yapon stifnolobiumu, qoz, nar, zirinc, palıd, şabalıd, murdarça, tut, qızılağac, çaytikanı, zəfəran, əvəlik, dazı, gəndəlaş, ətirşah, söyüd, andız, qaraqınıq, yemişan, heyva və s-ni göstərmək olar.
Boyaq dazı
Boyaq dazı (lat. Hypericum androsaemum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Arealı == Afrikada (Tunis, Əlcəzair), Avropada, Asiyada (Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Dağıstan, Türkmənistan) yayılmışdır. == Botaniki xarakteristikası == Hündürlüyü 40-100 sm, gövdəsi qəhvəyitəhər, adətən düzduran və az budaqlanmış yarımkoldur. Yarpaqları oturaqdır, çılpaqdır, uzunsov və enli yumurtavari, uzunluğu 4-10 sm, eni 2-6 sm olub, kütdür, oyuqlu və ya qısa itiucludur, qaidə hissəsi dəyirmidir, alt tərəfdən tünd-göydür. Çiçəkləri uzunluğu 2-6 sm olan, qalxanşəkilli və ya çətirşəkilli çiçək qrupunda toplanmışdır, yuxarı yarpaqların yaxınlaşmasından əmələ gəlmiş qını vardır. Ləçəkləri uzunsov-yumurtaşəkilli olub, kütdür. Qutucuq giləmeyvəşəkillidir, demək olar ki, qara rəngdədir, kasacığa bərabərdir, açılan deyil, tez töküləndir. Toxumlarının uzunluğu 1 mm-dir, qısa silindrşəkilli və ya ovaldır, tor kimi deşiklidir, buruncuğu vardır. May ayında çiçəkləyir, iyun-iyul (avqust) aylarında meyvə verir.
Boyaq fibraureyası
Boyaq fibraureyası (lat. Fibraurea tinctoria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin fibraurea cinsinə aid bitki növü.
Boyaq indiqoferası
Boyaq indiqoferası (lat. Indigofera tinctoria) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin i̇ndiqofera cinsinə aid bitki növü.
Boyaq koreopsisi
Boyaq koreopsisi (lat. Coreopsis tinctoria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid bitki növü.
Boyaq nazı
Boyaq nazı (lat. Genista tinctoria) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. == Təbii yayılması == Аvrоpа və Аsiyаdа yаyılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m оlаn pоlimоrf kоldur. Оduncаqlаşаn və düz dаyаnаn gövdəsində süpürgəyəbənzər, çоxlu budаqlаnаn uzun yаn zоğlаrı оlur. Zоğlаrı yаşıl, çılpаq və yа sıx tüklüdür. Yаrpаqlаrı nеştərvаri оlub, uclаrı bir qədər iti, yаxud küt, çılpаq və yа sıx tükcüklüdür. Yаrpаqаltıqlаrı bizvаri, 1-3 mm uzunluqdаdır. Mаydаn iyulа qədər çiçəkləyir. Bеcərildiyi şərаitdən аsılı оlаrаq çiçəkləmə müddəti dəyişilir.
Boyaq sarıçiçəyi
Boyaq sümürgəni
Boyaq alkannası (lat. Alkanna tinctoria) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin alkanna cinsinə aid bitki növü.
Boyaq ulaxqanqalı
Boyaq ulaxqanqalı (lat. Carthamus tinctorius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ulaxqanqalı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Calcitrapa tinctoria (L.) Röhl. Carduus tinctorius (L.) Falk Centaurea carthamus E.H.L.Krause === Heterotipik sinonimləri === Carthamus glaber Burm.f. Carthamus tinctorius var. spinosus Kitam.
Boyaq çüyütotu
Boyaq rəngotu
Boyaq rəngotu (lat. Isatis tinctoria) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin rəngotu cinsinə aid bitki növü.
Boyaq bitkiləri
Boyaq bitkiləri — kök, gövdə, budaq, qabıq, yarpaq, çiçək, meyvə və ya toxum hissələrindən boyaq məhlulu hazırlayıb yun, ipək və pambıq məmulatlarını boyamaq üçün istifadə olunan bitkilər. M. Qasımova (1980) görə, respublikamızda rast gəlinən boyaq bitkiləri 110 fəsilə və 358 cins daxilində birləşərək ümumi floramızın 36%-ini təşkil edir. Boyaçılıq sənayəsi üçün geniş istifadəsi mümkün olan bitkilərdən boyaqotu, sarağan, sumaq, dəli çətənə, sarı kol, yapon stifnolobiumu, qoz, nar, zirinc, palıd, şabalıd, murdarça, tut, qızılağac, çaytikanı, zəfəran, əvəlik, dazı, gəndəlaş, ətirşah, söyüd, andız, qaraqınıq, yemişan, heyva və s-ni göstərmək olar.
Aktiv Boyaq Maddələri
Aktiv boyaq maddələri – molekulunda atom və ya atomlar qrupu saxlayan və boyama zamanı liflərin makromolekullarının funksional qrupları (OH, NH2) ilə möhkəm kovalent rabitə yaradan (məsələn: amid, mürəkkəb efirlər) sintetik boyalar. Aktiv boyaq maddələri rəngin davamlılığını təmin edir. Aktiv boyaq maddələri sellülozlu lif materiallarının, təbii ipək və yunun, az hallarda poliamid liflərin boyanmasında (bəzək vurul masında) geniş istifadə edilir. Aktiv Boyaq Maddələri molekulunda reaksiyaya qabil qruplar (məsələn, 1,3,5 — trixlorazin qalığı, 2,4,6-trixlor və ya 2,4,5,6-tetraxlorpirimidin, 2-bromakrilamid, vinilsulfon qrupu) boyağın rəngini təyin edən xromofor sistemlə əlaqədardır. Reaksiyayaqabil qrupları daxil etməklə rəngi sarıdan qarayadək dəyişən istənilən xromofor sistemli aktiv boyalar almaq olur. Belə ki, aktiv monoazoboyalar sarı, yaşıl və qırmızı, antraxinonlu Aktiv Boyaq Maddələri göy, mis ftalosianın əsasında olan Aktiv Boyaq Maddələri isə füruzəyi rənglərə boyayır. Sellülozlu lifli materiallar üçün xlortriazinli, xlorpirimidinli, vinilsulfonlu Aktiv Boyaq Maddələri daha çox tətbiq edilir. Dixlortriazinli Aktiv Boyaq Maddələri (məsələn, formul I) başlıca olaraq monoazoboyaların və ya onların metallarla komplekslərinin sianurxloridlə emalından (formul II), həmçinin 1-amino-4 — brom-antraxinon 2-sulfoturşunun (formul III) aromatik diaminlərlə arilaminləşmə məhsullarından alınır. Monoxlortriazin Aktiv boyaq maddələri (məsələn, formul IV) dixlortriazinli Aktiv boyaq maddələrində xlor atomlarının amin və ya alkoksi qrupla əvəz edilməsindən alınır. Pirimidinli Aktiv Boyaq Maddələri, məsələn, dixlorpirimidinli Aktiv boyaq maddələri (formul V) triazinlərə analoji olaraq 2,4,6-trixlor və ya 2,4,5,6-tetraxlorpirimidindən istifadə edilərək alınır.
Adi boyaqotu
Adi boyaqotu (lat. Rubia tinctorum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin boyaqotu cinsinə aid bitki növü. == Arealı == Vyetnam, eləcə də Avropanın cənub-şərqindən Himalaya qədər yayılmışdır. Azərbaycanda Böyük Qafqaz (Quba), Abşeron, Kür-Araz ovalığı, Naxçıvanın düzənlik və dağlıq ərazilərində, Lənkəran ovalığında, ümumiyyətlə, ovalıq və dağlarda orta dağ qurşağına qədər yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 80-100 sm-ə qədər olan çoxillik ot bitkisidir. Kökümsovları oduncağabənzər olub, uzundur, qalınlığı 1,5 sm-ə qədərdir, zoğ vermir; kökləri çoxbudaqlanan, oduncağabənzərdir və qırmızımtıl-qonur rəngli soyulan qabığı vardır. Gövdəsi qismən düzduran və ya yuxarı hissəsi dırmaşan, qonşu bitkilərə sarmaşandır, çox qısa qabarıq tüklərlə örtülmüş, bəzən çılpaq, yalnız buğumlarda tükcüklüdür, dördtillidir, qalınlaşmış tillərlə üzüaşağı qatlanmış tikanlar yerləşmişdir. Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök sisteminə malik, torpağın dərinliyinə qədər üfqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir. Gövdəsi budaqlanan, zəncir halqasına bənzər, dördtilli, kənar hüdudu boyunca tikanlı nahamar olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir.
Boyaqlar
Boyaqlar (azobayaqlar) — kimyəvi tərkib etibarilə azoboyaqlar, azobenzolun hidroksilli və ya aminli törəmələridir. Onların ən sadələri oksiazobenzol C6H5—N=N—C6H4OH və aminazobenzol C6H5—N=N—C6H4NH2-dir == Alınması == Azoboyaq almaq üçün əvvəlcə amini dnazolaşdırır, sonra onu ikinci komponent — amin və ya fenol ilə bitişdirirlər. Duazolaşdırmaq üçün amin duzu ilə turşu qarışığını yaxşı soyutmaqla qarışdıraraq, üzərinə natrium-nitrit əlavə edirlər. Dbazobirləşməni amin və ya fenolla kondensləşdirdikdə azoboyaq alınır. Müxtəlif aminlər, fenollar və onların müxtəlif törəmələrini götürməklə, müxtəlif tərkibli, müxtəlif rəngli boyaqlar almaq olar. azoboyaq alınması reaksiyanın sürəti, həmin reaksiyada iştirak edən diazobirləşmənin və ikinci komponentin quruluşundan asılıdır. == Azobirləşmələr == Azobirləşmələr intensiv boyadıcı kimi istifadə olunan üzvi maddələrdir. Molekulun strukturundan asılı olaraq, onlar intensiv sarı, çıhrayı, qırmızı, yaşıl və ya göy rəngdə ola bilərlər. Buna görə onlardan boyaqlar kimi istifadə olunur. Müasir sənayedə alınan boyaqların yarısı demək olar ki, azoboyaqlardır.
Boyaqlı
Boyaqlı - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası == Boyaqlı kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. XIX əsrdə Kəlbəcər kəndinin əhalisinin yaylaq yurdu olmuşdur. Boyaq bitkiləri cox olduğu üçün yurd belə adlandırılmışdır. Sonralar kəndin kəlbəvəli və mərdanlı nəsillərinə mənsub bir qrup camaatı yaylaq yurdunda məskunlaşmış, yeni yaşayış məntəqəsi yurdun adını saxlamışdır. == Tarixi == Bu kəndin ərazisində boyaq otları vardır. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kəndin adı buradan götürülmüşdür.
Boyaqlı (Kəlbəcər)

Boyaqlıyer yaşayış yeri
Boyaqlıyer yaşayış yeri — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ахurа kəndinin cənub-qərb hissəsində, Ахurаçаyın sоl sаhilində hündür оlmаyаn uzunsоv təpələr üzərində yеrləşir. Yаşаyış yеrinin uzunluğu təхminən 6 hеktаrdır. Bоyаqlı yеr yаşаyış yеrində 3 х 3 mеtr ölçüdə kəşfiyyаt qаzıntısı аpаrılmışdır. Qаzıntı sаhəsində tikinti qаlığınа təsаdüf еdilmədi. Burаdаn 13 ədəd müхtəlif növ sахsı məmulаtı tаpıldı. Оnlаr əsаsən küp tipli qаblаrın müхtəlif hissələrinin kiçik ölçülü sınıqlаrınа аiddir. Qаblаrdаn аltısı bоyаlıdır. Оnlаr dulus çаrхındа səliqəli şəkildə hаzırlаnmış və yахşı bişirilmişdir. Yаşаyış yеrindən аşkаr еdilmiş sахsı məmulаtı еrаmızın 1–4 əsrlərinə аiddir.
Boyaqotu
Boyaqotu (lat. Rubia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi. Boyaqotu Azərbaycanda qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biridir. Boyaqotu adı ilə tanınan bu bitkidən toxuculuqda qırmızı rəng kimi istifadə edildiyi üçün ona qızıl boya adının verilməsi də təsadüfi deyildir. Azərbaycanda yabanı halda bitdiyini və toxuculuqda rəng üçün geniş istifadə edildiyini nəzərə alsaq, onun bu ərazidə hələ eramızdan çox-çox əvvəl becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda geniş becərilməsi tamamilə qanunauyğun bir haldır. Bu dövrdə feodalizmin təşəkkülü, şəhərlərin yaranması və inkişafı bu şəhərlərdə toxuculuğun geniş miqyas alması və bununla əlaqədar olaraq rəngə olan tələbat boyaq kökünün daha bol istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaqotu bitkisinin əkin sahəsi də artırdı. Əsrlər boyu boyaqotu bitkisinin becərilməsində elə bir əsaslı dəyişiklik olmamışdır. Başqa bitkilər kimi, boyaqotu bitkisi xam torpaqda daha çox məhsul verir.
Boyaqotu (Gürcü boyaqotu)
Boyaqotukimilər
Boyaqotukimilər (lat. Rubiaceae) — ikiləpəlilərin acıçiçəkkimilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 600-dən çox cins və 10 000-dən çox növ daxildir.
Boyaqçılı (Nəmin)
Boyaqçılı (fars. بوياقچي لو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (21 ailə). == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 25 km şimaldadır.
Gürcü boyaqotu
Adi boyaqotu (lat. Rubia tinctorum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin boyaqotu cinsinə aid bitki növü. == Arealı == Vyetnam, eləcə də Avropanın cənub-şərqindən Himalaya qədər yayılmışdır. Azərbaycanda Böyük Qafqaz (Quba), Abşeron, Kür-Araz ovalığı, Naxçıvanın düzənlik və dağlıq ərazilərində, Lənkəran ovalığında, ümumiyyətlə, ovalıq və dağlarda orta dağ qurşağına qədər yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 80-100 sm-ə qədər olan çoxillik ot bitkisidir. Kökümsovları oduncağabənzər olub, uzundur, qalınlığı 1,5 sm-ə qədərdir, zoğ vermir; kökləri çoxbudaqlanan, oduncağabənzərdir və qırmızımtıl-qonur rəngli soyulan qabığı vardır. Gövdəsi qismən düzduran və ya yuxarı hissəsi dırmaşan, qonşu bitkilərə sarmaşandır, çox qısa qabarıq tüklərlə örtülmüş, bəzən çılpaq, yalnız buğumlarda tükcüklüdür, dördtillidir, qalınlaşmış tillərlə üzüaşağı qatlanmış tikanlar yerləşmişdir. Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök sisteminə malik, torpağın dərinliyinə qədər üfqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir. Gövdəsi budaqlanan, zəncir halqasına bənzər, dördtilli, kənar hüdudu boyunca tikanlı nahamar olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir.
Rozanilin boyaqları
Rozanilin boyaqları – trifenilmetan boyaqlarıdır. Onlar amin qrupları olan əsas xassəli boyaqlardır. Onların ən sadələri ikiaminli malaxit yaşılı və üçaminli parafuksindir. Malaxit yaşılı, diamintrifenilmetanın dördmetilli homoloqudur. Malaxit yaşılı almaq üçün əvvəlcə iki molekul dimetilanilin və bir molekul benzoy aldehidini sinkxlorid və ya sulfat turşusu vasitəsi ilə kondensləşdirir və leykəsası alırlar. Alınan leykəsası-tetrametildi amintrifenilmetanı PbO2 ilə oksidləşdirərək, tetrametil diamintrifenilkarbinola çevirirlər, sonra ona xlorod turşusu ilə təsir etməklə malaxit yaşılı boyağı əldə edirlər. Malaxityaşılı, məhlulda göyümtül-yaşıl rəngli olur. O, əsasən pambıq və ipək parçaları boyamaq üçün işlədilən qəşəng yaşıl boyaqdır. Pambıq parçaları trifenilmetan boyaqları ilə boyamaq üçün rəngab olaraq tannin işlədirlər. Dietalanilini benzoy aldehidi ilə kondensləşdirməklə malaxit yaşılının homoloqu (dörd metil qrupu əvəzinə dörd etil qrupu olan) brilyant yaşılı alınır.

Digər lüğətlərdə