Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lətafət
Lətafət — Qadın adı. Lətafət Ələkbərova — televiziya və radio aparıcısı, aktrisa və müğənni. Lətafət Əlizadə — həkim-ginekoloq. Lətafət Məmmədova — rəssam.
Lətafət Məmmədova
Lətafət Məmmədova (1954, Bakı) — rəssam. == Həyatı == Lətafət Hafiz qızı Məmmədova 1954-cü ildə Bakıda anadan olmuşdur. O, əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. Lətafət Məmmədova Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. Lətafət Məmmədova bir müddət Azərbaycan Dövlət Pedaqoji Universitetinde kafedra müdiri vəzifəsində işləmişdir. O, 2001-ci ildə Türkiyə dövlətinin dəvəti ilə İstanbulun müxtəlif sənət qurumlarında dərs demişdir. 2005-ci ildə İstanbulun Yeşilkoy səmtində öz sənət emalatxanasını yaratmışdır. Türkiyədə təşkil etdiyi sərgilərdə əsərlərim auksioniarda satışa çıxarılmış, bir çöx əsərləri Türkiyənin muzeyləri tərəfindən satın alınmışdır. Lətafət Məmmədova Türkiyədə 10 fərdi sərgi açmışdır. Onun əsərləri Rusiyanın, Avropanın, ABŞ-nin muzey və kolleksiyalarında saxlanılır.
Lətafət Əlizadə
Lətafət Əlizadə (tam adı: Lətafət Məmməd qızı Əlizadə; 1942, Kirovabad – 2018, Bakı) — həkim-ginekoloq. == Haqqında == Lətafət Məmməd qızı Əlizadə 1942-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1969-cı ildən Ana və Uşaqların Mühafizəsi ETU-nda kiçik elm işçi kimi çalışıb. Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında Əmək Veteranları Komitəsinin sədri, Yasamal rayonu Ağbircəklər Cəmiyyəti İdarə Heyətinin üzvü olub. 1992-ci ildən 1999-cı ilədək Təhsil Nazirliyinin nəzdində Tələbə və Müəllimlərin Xeyriyyə Fondunda sədr müavini işləyib. 2000-ci ildən Azərbaycan Respublikası Qadın Xeyriyyə Fondunda sədr müavini vəzifəsində ictimai fəaliyyətlə məşğul olub. Lətafət xanım Əlizadə Müharibə Veteranları Hərbçilər İctimai Birliyinin üzvü, ehtiyatda olan fəxri böyük leytenantdır. == Mükafatları == Lətafət Məmməd qızı Əlizadə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. == Ölümü == Lətafət Əlizadə 2018-ci ildə ürək çatışmazlığından vəfat edib.
Lətafət Ələkbərova
Lətafət Ələkbərova (tam adı: Lətafət Nadir qızı Ələkbərova) (21 iyul 1976, Bakı) — televiziya və radio aparıcısı, aktrisa və müğənni (1996-cı ildən). == Həyatı == Lətafət Nadir qızı Ələkbərova Bakıda doğulmuşdur. Orta təhsilini Nərimanov rayonu 39 saylı məktəbdə almışdır. Məktəb illərində çox fəal olan Lətafət məktəbdə keçirilən ictimai tədbirlərdə aparıcılıq etmiş, önəmli tədbirlərdə, şeir müsabiqələrində, olimpiyadalarda şəhər birinciliyi əldə etmişdir. Qarabağ müharibəsi illərində yaralı əsgərlərlə, veteranlarla görüşlərin keçirilməsində daim fəal iştirak etmişdir. 90-cı illərdə ölkənin ən populyar qəzetlərində vətənpərvərlik mövzularında məqalə və şeirləri dərc olunmuşdur. Bir övladı var (Rəna Cəfərzadə, 2007) == Təhsili == 1993 – 1997-ci illərdə yüksək nəticələrlə Bakı Slavyan Universitetinin Filologiya fakultəsinə qəbul olunaraq təhsilni davam etdirmişdir. Təhsil aldığı dövrlərdə müəllimləri SSRİ Xalq Artisti, Beynəlxalq Televiziya və Radio Akademiyasının Akademiki, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Xalq Artisti Sabir Ələsgərovun, Əməkdar İncəsənət Xadimi, alim, Teleradio Akademiyasının rektoru Etibar Babayevin və Xalq Artisti, "Şöhrət" ordenli Vasif Babayevin rəğbətini qazanmışdır. Bütün bunların nəticəsi olaraq 1996-cı ildə o dövrdə ölkədə məşhur olan Sara TV-də aparıcı kimi fəaliyyətə başlamış, 1996 – 1999-cu illərdə bir çox televiziya və radio proqramlarında aparıcılıq etmişdir. 2003 – 2005-ci illərdə Bakı Slavyan Universitetinin Filologiya ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir.
Ləyaqət
Ləyaqət — İnsanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, həmçinin, bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Mənəvi kateqoriya kimi şəxsin öz-özünə hörmətidir. İnsan həyatının ən böyük dəyəri hər kəsdə ləyaqətin olması nəzərdə tutulur. Fərdi mənəvi və etik keyfiyyətlər də buna daxildir. Şərəf anlayışı ilə ləyaqət anlayışı əsasən üst-üstə düşür. Şərəf digər fərdi mənəvi və etik keyfiyyətlərin qiymətləndirilməsidir.
Mətanət
Mətanət — Qadın adı.
Lətifə
Lətifə — latın, isim, yumoristik məzmun daşıyan kiçik hadisə və ya tam fikri ifadə edən cümlə. Bəzəmələr də adlanan lətifələrdə dövrün eybəcərlikləri, ictimai həyatdakı yaramazlıqlar gülüşdoğurucu şəkildə tənqid edilir. Lətifələrdəki gülüş həm incə yumor, həm də acı istehza və kinayə şəklində olur. Azərbaycan lətifələrinin tarixi Molla Nəsrəddinin adlı tarixi-mifik şəxsin adı ilə bağlıdır. O, hazırcavablığı ilə diqqəti cəlb edir. Sən, zarafatcıl, bəzən də avam görünən Molla cəmiyyətdəki bir çox eybəcərlikləri və yaramaz əməlləri ifşa edir. Azərbaycan lətifələrinin bir hissəsi də Bəhlul Danəndə, Hacı dayı, Abdal Qasım, Ayrım Tağı və digərləri ilə bağlı yaranmışdır. Epik növün digər janrlarına nisbətən lətifələr həcmcə qısa olur və adətən, nəsr şəklində söylənilir. Lətifələrin əsas məğzi onun sonunda aydınlaşır. Bəzən bu sonluqlar xalq arasında məsəl kimi də işlənir.
Ətalət
Ətalət – cismə başqa cisimlərin təsiri olmadıqda sürətin saxlanması hadisəsinə deyilir. Ətalət hadisəsi nəticəsində çox qısa müddətdə cismin sürətini artırmaq və sürətlə hərəkət edən cismi ani olaraq dayandırmaq qeyri-mümkündür. Cismin Nyutonun birinci və ikinci qanunlarını ödəyən xassəsidir. Kütlə cismin ətalət ölçüsüdur.
Ləyaqət medalı
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
Mətanət A
Mətanət Abdurrəhmanova
Mətanət Əhəd qızı Abdurrəhmanova — SSRİ Ali Sovetinin deputatı. 1961-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olub. Səməd Vurğun adına kolxozda pambıqçı işləyib. 1984-cü il tarixdə XI çağırış (1984—1989) SSRİ Ali Sovetinin deputatı seçilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilib. III dərəcəli “Əmək şöhrəti” ordeni ilə təltif olunub. Zərdab rayonunun Məlikumudlu kəndində yaşayır.
Mətanət Atakişiyeva
Mətanət Ağazair qızı Atakişiyeva (16 may 1962, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikanın Əməkdar artisti (2002). Mətanət Atakişiyeva 16 may 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu teatrın səhnəsində çox sayda tamaşada rol almışdır. Bundan başqa aktrisa bir neçə teletamaşada və filmdə çəkilmişdir. M. Atakişiyeva 2002-ci ildə Azərbaycan Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ilin mayında teatr sahəsindəki xidmətlərinə görə "Humay" milli mükafatını almışdır. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. İblis (H. Cavid) — qaraçı Atabəylər (N. Həsənzadə) — kəniz Sehrli alma (Y. Lada) — dayə Nişanlı qız (S. Rəhman) — Qəmər Od gəlini (C. Cabbarlı) — 2-ci qız Ah, Paris… Paris!..
Mətanət Ağamirli
Mətanət Ağamirli (tam adı: Mətanət Mirsadiq qızı Ağamirli; d. 21 dekabr Ağdam rayonu) — Əməkdar jurnalist, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İcraçı katibi Mətanət Ağamirli Ağdam rayonunda anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Politologiya ixtisası üzrə bitirmişdir. 1995–2000-ci illərdə "Press Fakt" və "Gündəlik xəbərlər", "Bizim Əsr" qəzetlərində çalışmışdır. 2000-ci ildən etibarən Lider televiziyasında jurnalist, aparıcı, prodüser kimi çalışır. 2004–2005-ci illərdə Lider TV-nin Türkiyə üzrə təmsilçisi kimi fəaliyyət göstərmişdir. Ötən illər ərzində "Sədadan sonra", "Mövqe", "Portretlər silsiləsindən", "Səda+", "Gender", "Səda 24", "Seçim" kimi bir sıra ictimai-siyasi proqramların müəllifi və aparıcısı kimi tanınır. 2000–2003-cü illərdə Ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi dövründə onun xarici səfərlərini, fəaliyyətini işıqlandıran jurnalist qrupunun üzvü olmuşdur. 2011-ci ildən paralel olaraq YAP Qadınlar Şurasının nəşri olan "Zəriflik" jurnalının redaktorudur. 2016-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla "Əməkdar jurnalist" fəxri adı ilə təltif olunmuşdur.
Mətanət Eres
Mətanət Əhmədova (31 dekabr 1975, Sumqayıt) — aktrisa. Mətanət Əhmədova 1975-ci il dekabırın 31-də Sumqayıt şəhərində doğulmuşdur. 1992-ci ildə elə Sumqayıtda orta məktəbi bitirdikdən sonra, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram, teatr və kino aktyorluğu fakültəsinə daxil olub. İkinci kursdan etibarən 16 il İlham Miniatür Teatrında çalışmışdır. Hazırda Şuşa Musiqili Dram teatrında fəaliyyət göstərir. Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Pərvanələrin rəqsi (serial, 2012) — Xatirə Tək olanda qorxma...
Mətanət Musayeva
Mətanət Musayeva — coğrafiya üzrə fəlsəfə doktoru, hidrometeoroloq. Musayeva (Əzizova) Mətanət Ağayar qızı 4 iyul 1968-ci ildə Əli Bayramlı şəhərində (indiki Şirvan) ziyalı ailəsində anadan olmuşdur. 1975-ci ildə Qazıməmməd şəhəri 6 N-li məktəbdə 1-ci sinifə getmiş və 1985-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir Həmin il sənədlərimi Leninqrad (indiki Sankt-Peterburq) Hidrometeorologiya İnstitutuna vermiş və qəbul olmuşdur. 1990-cı ildə institutun Qurunun hidrologiyası fakültəsini mühəndis hidroloq ixtisası üzrə bitirmişdir. Həmin il Hidrometeorologiya Komitəsində işə başlamış və qisa müddət ərzində texnik vəzifəsindən şöbə rəisi vəzifəsinə qədər yüksəlmişdir. 2002-ci ildə AMEA-nın akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi vəzifəsində çalışmışdı. 2008-ci ildə ETSN-nin Milli Hidrometeorologiya Departamentində şöbə rəisi vəzifəsində işləmişdir. 2008-2012-ci illərdə aspiranturanı bitirib.2014-cü ilin 26 sentyabrında AMEA-nın akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda "İqlim dəyişmələrinin Böyük Qafqazın şimal-şərq yamacında qar-buz örtüyünə təsirinin qiymətləndirilməsi" mövzusunda dissertasiya müdafiə etmiş və coğrafiya üzrə fəlsəfə doktoru elmisi dərəcə almışdır. Oğlu Orxan Vüqar oğlu Quluzadə 1995-ci ildə Bakı şəhərində anadan olub. Kipr Türk Cumhuriyyətinin Dövlət Universitetində oxuyur.
Mətanət İsgəndərli
Mətanət Məhəmmədəli qızı İsgəndərli (17 iyun 1963) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2006). Mətanət İsgəndərli 17 iyul 1963-cü ildə anadan olub. Orta məktəbi bitirdkdən sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" xorunda oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının tərkibində Türkiyədə qastrol səfərində olub. 1994-cü ildə "Sən ol mənim həmdəmim" adlı ilk albomu işıq üzü görüb. Bu günə qədər 11 kompakt diski buraxılıb. Xarici ölkələrdə solo-konsertlərlə çıxış edib. 1998-ci ildə Heydər Əliyev adına Sarayda ikigünlük konsert verib. Bir çox dövlət tədbirlərində çıxış edib. Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi çalışır.
Mətanət Əfəndiyeva
Mətanət Əfəndiyeva (azərb. Əfəndiyeva Mətanət Tələt qızı‎, rus. Эфендиева Метанет Талат кызы; 1960, Bakı) — Rusiya alimi, Tibb elmləri doktoru (2003), professor (2011). RBTKEM‑in baş həkiminin elmi‑tədqiqat və klinik‑sınaq işləri üzrə müavini (2004). RF Dövlət İxtiralar Reyestrində ixtiralarına 7 patenti qeydiyyatdan keçib. Əfəndiyeva Mətanət Tələt qızı 1960-cı ildə Bakıda anadan olub. 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) "müalicə işi" ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında təcili yardım həkimi kimi başlayıb. 1987-ci ildə Moskvada Ümumittifaq Elmi-Tibbi Reabilitasiya və Fiziki Terapiya Mərkəzi nəzdində aspiranturaya qəbul olub. Vaxtından qabaq tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün hələ aspiranturanı bitirməzdən əvvəl "Xəstələrin qida borusunda cərrahi müdaxilədən sonra bərpaedici müalicəsi" mövzusunda dissertasiya müdafiə edib.
Mətanət Əhmədova
Mətanət Əhmədova (31 dekabr 1975, Sumqayıt) — aktrisa. Mətanət Əhmədova 1975-ci il dekabırın 31-də Sumqayıt şəhərində doğulmuşdur. 1992-ci ildə elə Sumqayıtda orta məktəbi bitirdikdən sonra, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram, teatr və kino aktyorluğu fakültəsinə daxil olub. İkinci kursdan etibarən 16 il İlham Miniatür Teatrında çalışmışdır. Hazırda Şuşa Musiqili Dram teatrında fəaliyyət göstərir. Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Pərvanələrin rəqsi (serial, 2012) — Xatirə Tək olanda qorxma...
Mətanət Əzimova
Mətanət Əzimova (azərb. Əzimova Mətanət Əlirasim qızı;‎) — Azərbaycan Televiziyası və Radio Verilişləri (QSC)- Radionun Proqram Direktorloğunun böyük redaktoru, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasının müəllimi, Azərbaycan Respublikasının əməkdar jurnalisti Əzimova Mətanət Əlirasim qızı 29 iyun, 1963-cü ildə müəllim ailəsində anadan olub. 1971–1981-ci illərdə Astara rayonu Ərçivan kənd orta məktəbində oxumuşdur. 1992-ci ildə Bakı Dövlət Üniversitetinin filologiya fakültəsinin tam kursunu bitirmişdir. Tələbə olduğu dövrdən Azərbaycan radiosu və televiziyası ilə müntəzəm əməkdaşlıq edib. 1993-cü ilin noyabr ayından etibarən rəsmi işçi kimi Azərbaycan Radiosu və Televiziyasında işləyir. Televiziyanın "Xəbərlər, "Səhər", "Hərbi" proqramlar redaksiyasında fəaliyyət göstərib. Radioda isə dövr üçün böyük ictimai-siyasi əhəmiyyət kəsb edən "Misri", "Ön cəbhəyə doğru", "Qan yaddaşımız" kimi verilişlərin müəllifi və aparıcısı olmuşdur. Müəllifi və aparıcısı olduğu bu verilişlərin süjet və müsahibələrini birbaşa ön cəbhədən-Qarabağdan hazırlamışdır. Eyni zamanda geniş dinləyici auditoriyasına malik "Deməsəm olmur", "Borc", "Ailə", "Dünya bir pəncərədir" və Ümummilli lider Heydər Əliyevə həsr olunan "Zamanın sahibi" adlı silsilə verilişlərin də müəllifi və aparıcısı olmuşdur.
Ləyaqət inqilabı
Maydan inqilabı, 2014 Ukrayna inqilabı və ya Ləyaqət inqilabı (ukr. Революція гідності), 18 Fevral 2014 - 23 Fevral 2014 tarixləri arasında Ukrayna Prezidenti Viktor Yanukoviçə qarşı təşkil edilmiş və nəticədə Ukrayna hökumətinin devrilməsi ilə başa çatmış olan inqilabın adıdır. 2000-ci illərdən etibarən Ukraynada hakimiyyətə gəlmiş olan hökumətlər Avropa İttifaqı ilə sıx əlaqələrə malik idilər. Yanukoviç hökuməti də 2012-ci ildən etibarən Aİ ilə tərəfdaşlıq üçün danışıqlar aparırdı. Aİ ilə imzalanması gözlənilən bu cür hərtərəfli razılaşma Rusiya ilə münasibətlərə mənfi təsir göstərəcəkdi lakin Yanukoviç mövcud problemləri həll edə biləcəyini düşünürdü. Bununla belə, Yanukoviç müvafiq razılaşmanı mütəmadi olaraq təxirə salırdı. Bunu razılaşmadan imtinanın birinci addımları kimi qəbul edən Ukrayna xalqı Avromeydan adlı etiraz aksiyalarını təşkil etməyə başlamışdı. Nümayişçilər ilə polislər arasında baş vermiş olan qarşılıqlı zorakılıq zamanla qarşıdurmaya çevrilmiş və bu hadisələr nəticəsində 18-i polis olmaqla 130 Ukrayna vətəndaşı həlak olmuşdur. Üsyan davam etdikcə, o dövrdəki Ukrayna prezidenti olan Yanukoviçin ictimaiyyət arasında olan rəğbəti də azalırdı. Nəhayət, Yanukoviç Rusiyaya sığınır və elə həmin gün Ukrayna parlamenti tərəfindən yekdilliklə onun vəzifəsindən uzaqlaşdırılması haqqında qərar qəbul edilir.
Mətanət Məmmədova
Mətanət Elmixan qızı Məmmədova (tam adı:Məmmədova Mətanət Elmixan qızı) — Naxçıvan Muxtar Respublikasının "Əməkdar jurnalisti" (2008), Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" (2020), Azərbaycan Yazıçılar Birliyinin üzvü. Məmmədova Mətanət Elmixan qızı 10 mart 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbəsində (indiki Şahbuz şəhəri) anadan olub. 1980–1990-cı illərdə Şahbuz qəsəbə orta məktəbində təhsil alıb. 1991–1997-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb. Ailədir. İki övladı var. 1990–2011-ci illərdə Şahbuz rayonunda nəşr olunan "Oğuz səsi" qəzeti redaksiyasında müxbir, məsul katib və redaktor vəzifələrində çalışıb. 2011–2017-ci illərdə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 2017–2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan "Şərq qapısı" qəzetində müxbir və baş redaktorun müavini vəzifələrində işləyib. Çalışdığı mətbu orqanlarda, eyni zamanda ölkə mətbuatında bütün qəzet janrlarında, xüsusilə publisistik janrda yüzlərlə yazısı dərc olunub.
Lətifə (1989)
Lətifə — 1989-cu ildə çəkilmiş Azərbaycan filmi. == Məzmun == Kinokomediyada təsvir olunan hadisələr real həyatdan götürülmüşdür. Əsərdə üç süjet xətti var və onlar vahid bir məcrada birləşir. İlk süjetdə hadisələr partiya komitəsi katibinin kabinetində, ikincisində katibin qəbul otağında, üçüncüsündə isə liftdə cərəyan edir. XX əsrin 80-ci illərinin sonu. Partiya məmurlarının fəaliyyətsizliyi, mənasız işlərlə məşğul olmaları, prokurorların satqınlığı, komsomol rəhbərlərinin maymaqlığı-bütün bunlar gündəlik ictimai həyat normasına çevrilmişdir: yeni mikrorayona kanalizasiya çəkilməmişdir, yerli əhali üçün nəzərdə tutulmuş məhsullar yenidən emal olunmuş məqsədilə xaricə göndərilir... Müəlliflər burada sözləri ilə əməlləri düz gəlməyən adamların iç üzünü açmağa çalışmışlar. Hadisələr gülüşlə müşayiət olunur. Lakin bu gülüşün arxasında ciddi problemlər durur. == Film haqqında == Filmin süjeti də, qrotesk çəkiliş üslubu da, ideyası da Azərbaycan kinosu üçün yenidir.
Lətifə Abbasova
Lətifə Ramazan qızı Abbasova — kolxozçu. == Həyatı == 1947-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1973-cü ildən Sov. İKP üzvüdür, natamam orta təhsili var. Naxçıvan MSSR-in İliç rayonundakı N. Nərimanov adına kolxozun üzvüdür. Azərbaycan SSR Ali Soveti təbiəti mühafizə komissiyasının üzvüdür. Səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Qıvraq seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Lətifə Cahandarqızı
Lətifə Cahandar qızı Əliyeva (1 iyul 1944, Yuxarı Salahlı, Qazax rayonu) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018),Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006-cı ildən). == Həyatı == Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. Teatr İnstitutunda dram – kino aktyorluğu fakültəsində təhsil alıb (1964–1964). 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. Ana rollarının mahir ifaçılarından biridir. Kliplərə çəkilib. İran istehsalı olan "Divlər zindanı" (1992) və "Arzular" (200?) filmlərində çəkilib. 2000-ci ildə Əməkdar artist, 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildən Prezident təqaüdçüsüdür.. == Teatr sahəsində rolları == Qaraca qız (S. S. Axundov, Abdulla Şaiq) — meymun Şamdan bəy (N. Nərimanov) — Nazlı Komsomol poeması (İ. Coşğun) — Gülcamal Mənim nəğməkar bibim (Ə. Əylisli) — Sənubər Tamahkar (S. S. Axundov) — Nabat Aycan (X. Əlibəyli) — Pitrağ; Çayır Çal oyna (İ. Coşğun) — tülkü Məhəbbət bir bəladır (Ə. Orucoğlu) — Gövhər Sirli dəyirman (F. Məmmədov) — küpəgirən qarı Olmuş əhvalat (A. Babayev) — qadın Ağ dəvə (Elçin) — Əminə xala Hacı Qara (M. F. Axundov) — Teyyibə Sən həmişə mənimləsən (İ. Əfəndiyev) — Nəzakət Yağış, yağmur və daldan atılan daş (N. Vəzirov) — Pəri; oğlan evi; Əşrəf bəyin anası; Ağa Səftarqulu; Şahsənəm Güc birlikdədir (R. Tohidoğlu) — nənə Yaddaş ağrısı (H. Mirələmov) — Yaxşı Nənənin kələyi (Ə. Orucoğlu) — Nurcahan nənə Məkkəyə gedən yol (C. Məmmədquluzadə) — Şərəf Sərgüzəşti-vəziri-xani-Lənkəran (M. F. Axundzadə) — Pəri xanım Göyçək Fatma (Azərbaycan xalq nağılı) — Qarı nənə Mən səni sevirəm – M. S. S (Ə. Əmirli) — Səkinə Hacı Qara (M. F. Axundzadə) — Teyyubə xanım Müsyö Jordan və Dərviş Məstəli şah (M. F. Axundzadə) — Xanpəri Sarıköynəklə Valehin nağılı (İ. Əfəndiyev) — Güllübəyim == Filmoqrafiya == 72 km (film, 2014) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — rol: əsgər anası Almas Yıldırım (film, 2004) Anamın kitabı (film, 1994) Bəyin oğurlanması (film, 1985) Bircəciyim (film, 1986) Cəza (film, 1996) Dəvətnamə (film, 1989) Əqrəb mövsümü (teleserial, 2022) Gənc qadının kişisi (film, 1988) Girişmə, öldürər!
Lətifə Məmmədova
Lətifə Adil qızı Məmmədova (19 avqust 1961, Bakı) — publisist, tarixçi, politoloq, kitabxanaşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitabxana sektorun müdiri (2004–2018), UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin sədri (2011–2018), tarix üzrə fəlsəfə doktoru. == Həyatı və fəaliyyəti == 1961-ci ilin avqust ayının 19-da Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin (h/h BDU) tarixçi, tarix müəllimi ixtisası üzrə bitirmiş, komsomol, sovet və partiya orqanlarında çalışmışdır. 1980–1987-ci illərdə Bakı şəhər Sovetinin (XVII, XVIII, XIX çağırışlar) deputatı seçilmişdir. 1985–1989-cu illərdə Bakı şəhər Əmircan qəsəbə Sovetinin deputatı (XIX və XX çağırışlar) və İcraiyyə Komitəsinin məsul katibi vəzifəsinə seçilmişdir. 1989–1990-cı illərdə Bakı şəhər Ordconikidze (Suraxanı) rayon partiya komitəsinin təlimatçısı vəzifəsində işləmişdir. 1980-ci ildən mətbuatda publisistik məqalələri dərc olunur ("Бакинский рабочий", "Respublika", "Вышка", "Azad Azərbaycan", "Dirçəliş", "Возрождение", "Hərbi bilik", "Mədəniyyət", "Mədəniyyət. Culture", "Carçı", "Elm və təhsil", "Tarixin səhifələri" və s.) 1990–1992-ci illərdə Bakı Ali Partiya Məktəbində, sonralar Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (BSİPİ) politologiya ixtisası üzrə təhsil almış və institutu fərqlənmə diplomu ilə bitirmişdir (Politoloq, ali məktəblərdə ictimai-siyasi fənlər müəllimi ixtisası üzrə). Həmin illərdə elmi işlə məşğul olmağa başlamış və 1997-ci ildə "Azərbaycanda erməni siyasi təşkilatlarının fəaliyyəti (1918–1920-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1992–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun, 1999–2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) tarix kafedrasının baş müəllimi, dosenti, 2002–2004-cü illərdə DİA-nın Elmi Kitabxanasının müdiri vəzifəsində çalışmış, Elmi Şuranın üzvü olmuşdur.
Estafet
Estafet (fr. estafette - elçı, mesajçı) — komanda üzvlərinin müəyyən bir yarış marşrutunun hissələrini tamamladığı yarışmadır. Estafet yarışları peşəkar yarışlar və həvəskar oyun forması kimi keçirlir. Estafet zamanı qaçış, oriyentasiya, üzgüçülük, xizək sürmə, biatlon və ya konkisürmə geniş yayılmışdır. Olimpiya Oyunlarında yüngül atletikanın bir hissəsi olan bir neçə növ estafet yarışları mövcuddur. Əksər estafetlərdə komanda üzvləri bərabər məsafələri əhatə edir: həm kişilər, həm də qadınlar üçün olimpiada tədbirlərində məsafə 400 metr (4 × 100 metr) və 1600 metr (4 × 400 metr)-dir. Bəzi qeyri-olimpiada estafetləri 800 m, 3200 m və 6000 m məsafələrdə keçirilir. == İdman yarışlarında estafet == === Üzgüçülük === Dörd üzgüçüdən ibarət üzgüçülük estafeti adətən bu strategiyanı izləyir: ikinci ən sürətli, üçüncü ən sürətli, ən yavaş, sonra ən sürətli (lövbər). Bununla belə, ya ikinci yarıqda ən yavaş üzgüçünün yarışmasını (ən sürətli ikinci, ən yavaş, üçüncü ən sürətli və daha sonra ən sürətli sıralama yaratmaq) və ya ən yavaşdan ən sürətliyə (ən yavaş, üçüncü ən sürətli, ikinci ən sürətli, ən sürətli).[sitat lazımdır] FINA qaydaları tələb edir ki, gələn komanda yoldaşı divara toxunarkən (və ondan əvvəl) ikinci, üçüncü və ya dördüncü üzgüçünün ayağı platforma ilə təmasda olmalıdır; başlanğıc üzgüçü artıq hərəkətdə ola bilər, lakin bu, adi startla müqayisədə 0,6-1,0 saniyəyə qənaət edir. Bundan əlavə, bir çox üzgüçülər komanda ruhu atmosferi sayəsində estafetdə fərdi yarışdan daha yaxşı çıxış edirlər.
Getafe
Getafe(isp. Getafe) — İspaniyada şəhərdir və bələdiyyədir, muxtar cəmiyyət tərkibində Madrid əyalətinə daxildir. Bələdiyyə Area-Metropolitana rayonunun tərkibindədir. Sahə 78,74 км² tutur. Əhali 169130 insan (2010-cu ildə). Əyalətdən inzibati mərkəzə qədər məsafə — 13 kilometrdir. De los Anxeles İsanın anası şəhərin himayəçisi hesab edilir. == Tarixi == Şəhərin əsası 1326-cı ildə qoyulmuşdur. == Maddi baza == Şəhərdə: Rektorluq III Karlos adına Madrid universiteti, humanitar və hüquq elmlərinin fakültələri, həmçinin "de los Rios Fernandosunun" tələbə yataqxanası. Universitet hospitalı Getafe.