BUXARİ MƏHƏMMƏD

(194/810 – 256/870) – görkəmli hədis və fiqh alimi olmuşdur. Buxarada doğulmuş və bütün həyatını orada keçirmişdir. Tam adı – Əbu Abdullah Məhəmməd ibn İsmail ibn İbrahim ibn Müğirə ibn Bərdizbə Buxari Cufidir. Buxari atasını erkən yaşlarında itirdiyindən, onu anası böyütmüşdür. On yaşından başlayaraq hədislərə maraq göstərən Buxari, onları əzbərləməyə başlamışdır. Onun əzbərdən bildiyi hədislərin ümumi sayı yetmiş mini ötüb keçmişdir. İlk dövrlərdə Məhəmməd hədisləri tanınmış alimlərdən Məhəmməd ibn Salamdan, Müsnididən, Məhəmməd ibn Yusif Bəykəndidən öyrənmişdir. Sonralar o, anası ilə birlikdə səfərə çıxmış, Bəlxdə, Kufədə və Dəməşqdə elm hasil etmişdir. Hədis alimi kimi tanınan Məhəmməd çoxlu sayda rəvayət olunmuş hədis toplamışdır. Hələ o, öz sağlığında ikən etibarlı mühəddis kimi tanınmışdır. Sonralar isə Müslim, Tirmizi və İbn Hüzeymə kimi hədis alimləri, onun tətbiq etdiyi metodlarla toplanan hədisləri öz kitablarında vermişdirlər. Buxari hədis rəvayətçisi olmasından başqa, eləcə də ilk dəfə olaraq hədislərin asan bir şəkildə seçilməsi üçün özünə məxsus metodun əsasını qoymuşdur. Ondan sonrakı hədisçilər isə onun bu metodundan istifadə etmişdirlər. Buxari bacarıqlı fiqh alimi kimi də tanınmışdır. Buxaridən öncə mühəddislər, hədisin səhih sayılması üçün ravilərin doğru danışan və inanclı mömin olması şərtini irəli sürmüşdür. Ancaq, Buxari təkcə bu şərtlə kifayətlənməmiş, yeni metodunu ortaya qoymuşdur. Bu metoda görə ravilərin bir-biri ilə görüşməsi faktı sübuta yetirilməli idi. Ayrıca, bunu başqaları da təsdiq etməli idilər. Bu şərt yoxdursa, onda hədis etibarlı hesab edilmirdi. Çünki, ravilər bir-birləri ilə görüşməyiblərsə, onda hədis də ötürülə bilməzdi. Beləliklə, hədislərin etibarlı sayılması üçün, hədis ravilərinin görüşmək şərti ilə ardıcıl silsiləsi sübuta yetirilməli, bundan başqa ravilərin soyu, doğum və ölüm tarixləri, yaşayış yeri və müəllimləri bilinməli idi. Buxarinin ən məşhur əsəri “Cəmiüs- Səhih” (Etibarlı hədislər toplusu) kitabıdır. Bu əsərində o, irəli sürdüyü metoda uyğun ən etibarlı hədisləri toplamışdır. Rəvayətlərə görə o, bu əsəri 600 minə yaxın hədisi araşdırdıqdan sonra, on altı il müddətində yazmışdır. Ancaq, bunların az hissəsi tətbiq etdiyi seçim metoduna uyğun olmuşdur. Buna görə orada yalnız 7397-yə yaxın hədis vardır. “Cəmiüs-Səhih” kitabında olan bütün hədislər mövzularına görə ayrı-ayrı fəsillərə bölünmüşdür. Sıralama isə fiqhi mövzulara uyğun aparılmışdır. Beləliklə də, Buxarinin əsəri təkcə hədislərin toplusu deyil, hüquqi hökmlərin verilməsi üçün də faydalı bir dərslik olmuşdur. Buna görə də, orada ehtiyac olanda, bəzi hədislər təkrar olunur. Təkrar olunan hədislərin sayı isə 2762-dir. Bəzi müsəlman alimləri Buxarinin tətbiq etdiyi metodu tənqid etmişlər. Buna baxmayaraq onun “Cəmiüs-Səhih” kitabı hədis və fiqh elmində özünə layiq yerini tutmuşdur. Bu əsərin bəzi yerlərdə bir-birindən fərqlənən və bir neçə qədim əlyazma nüsxələri günümüzə gəlib çatmışdır.
BUHTUNNƏSR
BURAQ
OBASTAN VİKİ
İmam Məhəmməd Buxari
Buxari və ya tam adı ilə Əbu Abdullah Məhəmməd ibn Əbülhəsən İsmayıl ibn İbrahim əl-Muğirə ibn Əhnəf Bərdizbəh əl-Cufi əl-Buxari (810-869) — tanınmış hədis alimi. Buxari əslən Səmərqənd Buxara şəhərində anadan olub. Buxari ərəb olub. Uşaq yaşlarından atasını itirən Buxari anasının tərbiyəsi ilə böyüyüb və kiçik yaşında artıq Qurani Kərimi əzbərlədi və ərəb dilini öyrəndi. Atasından qalan sərvət onun heç kimə möhtac olmadan elm öyrənməsinə yararlı oldu. On bir yaşında hədis öyrənməyə başlayan Buxari 16 yaşında anası və qardaşı Əhmədlə həcc ziyarəti edir. Anası və qardaşı Buxaraya qayıdanda o, elm öyrənmək istəyi ilə Məkkədə qalır. On səkkiz yaşında "Kitabi Kadyas-Səhabə vət Tabiin" ilə "ət-Tarixül-Kəbir" adlı əsərlərini yazan Buxari elmini artırmaq üçün Şam, Misir, Bəsrə və Bağdada səfər edir. Bu səbəblə altı il Hicazda qalan Buxari hədis öyrənmək və nəql etməklə yanaşı şeirlə də maraqlanırdı. Döyüş idmanlarına maraq göstərir, at minir, ox atırdı.
Buxari
Buxari və ya tam adı ilə Əbu Abdullah Məhəmməd ibn Əbülhəsən İsmayıl ibn İbrahim əl-Muğirə ibn Əhnəf Bərdizbəh əl-Cufi əl-Buxari (810-869) — tanınmış hədis alimi. == Həyatı == Buxari əslən Səmərqənd Buxara şəhərində anadan olub. Buxari ərəb olub. Uşaq yaşlarından atasını itirən Buxari anasının tərbiyəsi ilə böyüyüb və kiçik yaşında artıq Qurani Kərimi əzbərlədi və ərəb dilini öyrəndi. Atasından qalan sərvət onun heç kimə möhtac olmadan elm öyrənməsinə yararlı oldu. On bir yaşında hədis öyrənməyə başlayan Buxari 16 yaşında anası və qardaşı Əhmədlə həcc ziyarəti edir. Anası və qardaşı Buxaraya qayıdanda o, elm öyrənmək istəyi ilə Məkkədə qalır. On səkkiz yaşında "Kitabi Kadyas-Səhabə vət Tabiin" ilə "ət-Tarixül-Kəbir" adlı əsərlərini yazan Buxari elmini artırmaq üçün Şam, Misir, Bəsrə və Bağdada səfər edir. Bu səbəblə altı il Hicazda qalan Buxari hədis öyrənmək və nəql etməklə yanaşı şeirlə də maraqlanırdı. Döyüş idmanlarına maraq göstərir, at minir, ox atırdı.
Xacə Bəhaəddin Məhəmməd Buxari
Xacə Bəhaəddin Məhəmməd Buxari (1318, Buxara – 1389, Buxara) — Nəqşibəndiyyə təriqətinin yaradıcısı, İslam alimi, övliya. Məhəmməd Bəhaəddin 1318-ci ildə Buxaranın sonralar Kəsri-Arifan adlanan kəndlərindən birində anadan olmuşdur. Nəqşibənd ("naxış vuran" deməkdir) uşaq ikən Xacəqan təriqəti şeyxlərindən Məhəmməd Baba Səmmasi (ö.740/1339) tərəfindən mənəvi övladlığa götürmüş, onun tərbiyəsi ilə məşğul olmağı müridi Əmir Gülala həvalə etmişdir. Öz növbəsində Məhəmməd də, Əmir Gülalın elmindən bəhrələnərək onun təriqətinə bağlanmışdır. Lakin qaynaqlarda Nəqşibəndin gerçək şeyxinin, özündən xeyli əvvəl vəfat etmiş Abdulxaliq Qucduvani olduğu bildirilmişdir. Təsəvvüfdə bu cür tərbiyə metoduna "Uveysilik yolu" deyilir. Nəqşibənd Şeyx Səmmasinin vəfatından sonra dərvişlərin söhbətlərində iştirak etmiş, Əmir Gülalın icazəsi ilə Yəsəvi şeyxlərindən Kusəm Şeyx və Xəlil Atay ilə görüşüb, bir sıra fikir mübadiləsi aparmışdır. Nəqşibəndin Kəsri Arifanda bir məscid tikdirdiyi və iki dəfə Həcc ziyarətinə getdiyi rəvayət edilir. Bəzi mənbələrdə onun tez-tez şeyxi Əmir Gülal ilə görüşmək üçün Nəfəsə getdiyi qeyd edilmişdir. Hənəfi məzhəbinə bağlı olan Bəhaəddin Nəqşibənd Kəsri-Arifanda 1389-cu ildə yetmiş üç yaşında vəfat etmişdir.
Səhih Buxari
Səhihi-Buxari (ərəb. صحيح البخاري‎) — Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan ("Kutubi Sittə"-dən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"-dən) biridir. Ərəbcə səhih sözü həqiqi, mötəbər kimi tərcümə olunur. Əhli Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilir. Müəllifi Buxaridir. Əsərin əsil adı "əl-Camius-Səhih" (Yəni səhih hədislərin cəmi) olsa da müəllifinə nisbətlə "Səhihi-Buxari" olaraq anılır. Əbu Abdullah Məhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Mugirə ibn Mərdəzbəhə əl-Cufi Əl-Buxari 810-cu ildə Buxarada doğulmuşdur. Xorasan, İraq, Hicaz və başqa yerlərə səfər etmiş və hədis toplamışdır. Buxari 869-cu ildə Səmərqənddə vəfat etmişdir. Müslim ibn Həccac, Əbu Davud, Tirmizi, Nəsai və b.
Səhihi-Buxari

Səhihi Buxari

Əbdülkərim Buxari
Əbdülkərim Buxari (?, Buxara-1830, İstanbul)—Buxaralı səyyah və tarixçi. Həyatı haqqında geniş bilgi yoxdur. Ehtimalən 1760-cı ildı Buxarada doğulmuşdu. On altı yaşında ikən Kəşmirə getdi və Herat, Qəndəhar, Kabil, Pişavər, Müaffərabad yoluyla geri döndü. İkinci və uzun səyahətini 1789-cu ildə gerçəkləşdirdi; Qaşqar, Yarkənt, Tibet və Kəşmiri dolaşdı. 1799-cu ildə Buxaraya sığınan və səkkiz ay burada qalan Şah Mahmud Dürraniyə intisap etdi. 1804-cü ildə Rusiyaya gedən Buxara elçilik heyətində önəmsiz bir vəzifə aldı. Sankt-Peterburqda doqquz ay qaldıqdan sonra Moskva-Həştərxan yoluyla geri döndü. Dönüş sırasında Xivədə ikən Xivə xanının Buxaraya qarşı bir çapavul səfəri hazırlamaq üçün başladığı hazırlıqlara şahid oldu. Vəziyyəti Buxara əmiri Heydər xana bildirsə də, buna lazımi əhəmiyyət verilmədi.
Əl-Buxari
Buxari və ya tam adı ilə Əbu Abdullah Məhəmməd ibn Əbülhəsən İsmayıl ibn İbrahim əl-Muğirə ibn Əhnəf Bərdizbəh əl-Cufi əl-Buxari (810-869) — tanınmış hədis alimi. Buxari əslən Səmərqənd Buxara şəhərində anadan olub. Buxari ərəb olub. Uşaq yaşlarından atasını itirən Buxari anasının tərbiyəsi ilə böyüyüb və kiçik yaşında artıq Qurani Kərimi əzbərlədi və ərəb dilini öyrəndi. Atasından qalan sərvət onun heç kimə möhtac olmadan elm öyrənməsinə yararlı oldu. On bir yaşında hədis öyrənməyə başlayan Buxari 16 yaşında anası və qardaşı Əhmədlə həcc ziyarəti edir. Anası və qardaşı Buxaraya qayıdanda o, elm öyrənmək istəyi ilə Məkkədə qalır. On səkkiz yaşında "Kitabi Kadyas-Səhabə vət Tabiin" ilə "ət-Tarixül-Kəbir" adlı əsərlərini yazan Buxari elmini artırmaq üçün Şam, Misir, Bəsrə və Bağdada səfər edir. Bu səbəblə altı il Hicazda qalan Buxari hədis öyrənmək və nəql etməklə yanaşı şeirlə də maraqlanırdı. Döyüş idmanlarına maraq göstərir, at minir, ox atırdı.
Səhih əl-Buxari
Səhihi-Buxari (ərəb. صحيح البخاري‎) — Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan ("Kutubi Sittə"-dən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"-dən) biridir. Ərəbcə səhih sözü həqiqi, mötəbər kimi tərcümə olunur. Əhli Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilir. Müəllifi Buxaridir. Əsərin əsil adı "əl-Camius-Səhih" (Yəni səhih hədislərin cəmi) olsa da müəllifinə nisbətlə "Səhihi-Buxari" olaraq anılır. Əbu Abdullah Məhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Mugirə ibn Mərdəzbəhə əl-Cufi Əl-Buxari 810-cu ildə Buxarada doğulmuşdur. Xorasan, İraq, Hicaz və başqa yerlərə səfər etmiş və hədis toplamışdır. Buxari 869-cu ildə Səmərqənddə vəfat etmişdir. Müslim ibn Həccac, Əbu Davud, Tirmizi, Nəsai və b.
Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Məhəmməd Daud Məhəmməd
Məhəmməd Daud Məhəmməd (d. 1 mart 1996) — Somalini təmsil edən yüngül atlet. Məhəmməd Daud Məhəmməd Somalini 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. Məhəmməd Daud Məhəmməd birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında Daud Məhəmməd 14:57.84 saniyə nəticəyə imza atdı və 24-cü yeri tutdu. Məhəmməd Daud Məhəmməd həmdə Rio-de-Janeyro Olimpiadasının açılış mərasimində Somalinin dövlət bayrağını apardı.
Dost Məhəmməd
Dost Məhəmməd — ad. Dost Məhəmməd (siyasətçi) — Pakistan siyasətçisi. Dost Məhəmməd xan Dost Məhəmməd xan (Əfqanıstan əmiri) — Əfqanıstan əmiri (1834-cü ildən). Dost Məhəmməd xan (Moğolustan xanı) — Moğolustan xanı.
Dərviş Məhəmməd
Dərviş Məhəmməd xan (1524 – 1551, Şəki) — Şəki hökmdarı (1524-1551). Atası Həsən sultanın Gürcü çarı ilə döyüşdə həlak olmasından sonra Şəki əhalisi onu "hökumət taxtına əyləşdir"mişdi. Dərviş Məhəmməd xan 1538-ci ildə Buğurt qalasını mühasirəyə almış qızılbaşlara gecə basqınları etsə də, az sonra onlarla münasibətləri yaxşılaşdıra bilmiş və hətta I Şah Təhmasibin bacısı ilə evlənmışdi. 1549-cu ildən etibarən isə Dərviş Məhəmməd xan ilə Səfəvilər dövləti arasında münasibətlər yenidən pisləşməyə başladı. Belə ki həmin ildə Şah Təhmasib Şəkiyə cəza dəstəsi göndərərmiş və bu ölkəni qarət etdirmişdi. 2 il sonra, 1551-ci ildə isə Şah Təhmasib özü böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. Həmin istehkamlardan Dərviş Məhəmməd xanın sığındığı "Gələsən-Görəsən" qalası istisna olmaqla, digər ikisinin müdafiəçiləri 20 günlük inadlı müqavimətdən sonra təslim olmağa məcbur edildi. Bundan sonra Dərvişməhəmməd xan bir gecə 400 nəfərlə "Gələsən-Görəsən"dən çıxdı.
Eliyah Məhəmməd
Eliyah Məhəmməd (ing. Elijah Muhammad; 7 oktyabr 1897[…] – 25 fevral 1975[…], Çikaqo) — ABŞ ictimai və din xadimi. 1934–1975-ci illərdə afroamerikalıların "İslam milləti" təşkilatının lideri. Eliyah Pul 7 oktyabr 1897-ci ildə Corciyanın Sandersville şəhərində anadan olmuşdur. 16 yaşında evini tərk edərək, ölkə boyu səyyahətə başladı. 1917-ci ildə Klara Evans ilə evləndi. 1923-cü ildə Detroitə köçərək, orada avtomobil zavodunda işləməyə başladı. 1930-cu illərin əvvəllərində şəhərdə "İslam Məbədi"ni quran Uolles Fərd Məhəmməd ilə tanış oldu. Uolles Fərd Məhəmmədin təbliğ etdiyi din təlimi İslamla oxşar idi, lakin bir çox cəhətdən ondan fərqlənirdi. Eliyah Pul soyadını Məhəmməd olaraq dəyişdirdi.
Həzrət Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Keçəçioğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.
Molla Məhəmməd
Molla Məhəmməd (tam adı: Məhəmmədqulu ????; d. 1950, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 23 fevral, 2010, Maştağa, Bakı, Azərbaycan) — azərbaycanlı meyxanaçı. 1950-ci ildə Bakının Maştağa kəndində doğulub. Uşaqlığı Bakı şəhərinin Yasamal rayonunda yerləşən Sovetski məhəlləsində keçib. 13-14 yaşında olarkən hazırcavablığına görə ustadı Hacı Kazım tərəfindən "Molla" ləqəbini qazanıb. 15 yaşında aktrisa Nəsibə Zeynalova onu "Bizim Cəbiş müəllim" filminə dəvət edib. Onun səsləndirdiyi "Çağırsa ellər gedərəm davaya" meyxanası filmə əlavə olunsa da, meyxanaçı dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir. 1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxs ona yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vuraraq yaralayır.
Məhəmməd (ad)
Məhəmməd (Ərəbcə:مُحَمَّد-Muhammad-Muhəmməd) ya Məmməd ərəb mənşəli bir ad və H-M-D kökündəndir; Həmd. Ərəblər ilə yanaşı bir çox fərqli müsəlman millətlər tərəfindən istifadə edilmiş və istifadə edilməkdədir. İslamda, Məhəmməd, Allahın son peyğəmbəri olub. Məhəmməd ərəbcə Pasif fel sifəti və H-M-D (Həmd-Həmd olmuş) kökündən gəlir və tərifəlayiq həmd olmuş, yüksək qiymətləndirilmiş, yüksək təqdir edilmiş anlamındadır. Muhəmməd (Muhammad مُحَمَّد),Muhammed,Mohamed,Mahammad(Məhəmməd),Mohammed və Mohamad:Ərəb ölkələri Mohəmməd(Mohammad محمد), Məhəmməd:İran, Əfqanıstan, Pakistan Muhammed, Muhamed, Muhammet, Muhamet ya Mehmet :Türkiyə,Albaniya Muhammed, Muhamed:Bosniya və Herseqovina Mamadou:Seneqal Mahometus:Latın dilində Maometto:İtalyan dilində Μωάμεθ (Moameth):Yunan dilində Mahoma:İspan və Katalan dillərində Mamede: Qalisiya dilində Мухаммад (Mukhammad-Muxammad), Магомед (Magomed-Maqomed): Rus dilində Maxamed:Somali dilində Мұхаммед (Mukhammed-Muxamed):Qazax dilində 穆罕默德 (Mùhǎnmòdé): Çin dilində Məhəmməd, Məmməd:Azərbaycan dilində və Fars dilində Məhəmməd:Peyğəmbər, İslam dininin banisi Məhəmməd Füzuli:görkəmli orta əsr Azərbaycan Türk şairi və mütəfəkkiri. Şeyx Məhəmməd Xiyabani:İranın inqilab tarixində görkəmli yer tutan böyük alim, mütəfəkkir və siyasətçi. Məhəmməd Cahan Pəhləvan: Atabəylər dövlətinin hökmdarlarından biri, Atabəy Şəmsəddin Eldənizin oğlu. Məhəmməd ibn Heysam: Şirvanşahlar dövlətinin ikinci hökmdarı Məhəmməd Hacıyev (işıqçı):işıqçı Məhəmməd ibn Zəkəriyə əl-Razi:Fars tibb və kimya elm adamı Məhəmməd Musaddıq:28 aprel 1951 – 19 avqust 1953-cü illərdə İranın baş naziri. Məhəmməd Behişti:İranın Ədliyyə başçısı Məhəmməd Fazil Lənkərani:İslam dünyasının və şiə məzhəbinin böyük alimi, müctəhidi və mərcəyi-təqlidi. Molla Məhəmməd Ömər:"Taliban" hərəkatının lideri Məhəmməd Əbdüh: XIX–XX əsr İslam dünyasında mühüm rol oynamış alim, ictimai, siyasi və dini xadim.
Məhəmməd (dəqiqləşdirmə)
Məhəmməd: Məhəmməd — Peyğəmbər, İslam dininin banisi Məhəmməd surəsi — Quranda bir surə Məhəmməd (ad) — Oğlan adı və tərifəlayiq, həmd olunmuş anlamındadır. Məhəmməd xan Ziyadlı-Qacar — İrəvan xanlığının hakimi (1805—1806).
Məhəmməd Abbasquliyev
Məhəmməd Abbasquliyev (14 fevral 1965, Kalbaoruc Dizə, Naxçıvan rayonu – 22 noyabr 2013, Bakı) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sabiq müavini. Məhəmməd Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kalbaoruc Dizə, kəndində anadan olub. O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001–2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub. Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə Məhəmməd Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib. General-mayor Məhəmməd Abbasquliyev 2013-cü il noyabrın 22-də infarkt nəticəsində dünyasını dəyişib. II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Məhəmməd Abduh
Məhəmməd Abduh (1849–1905) — Misirdəki İslam modernizminin banilərindən biri. Məhəmməd Abduh (1849–1905) Cəmaləddin Əfqaninin hərarətli tələbəsi və davamçısı idi. Abduh on beş illik yaxın dostuluqları zamanı ustadının dərslərini o qədər mükəmməl öyrəndi ki, hətta onu keçərək geridə daha konkret, mühüm və qalıcı bir miras buraxdı. Bu mirası yazılarında, konfrans və vaazlarında və bir də Əzhər Universitetində müəllimlik, idarə heyəti üzvlüyü və Misir baş müftülüyü kimi sahələrdə əldə etdi. Məhəmməd Abduh 1849-cu ildə Misirdə orta təbəqədən bir əkinçi ailəsində dünyaya gəlmişdir. On yaşında bir kənd məktəbində oxumağı və yazmağı öyrəndikdən sonra Quranı əzbərləməsi və qiraətini gözəl öyrənməsi üçün Quran hafizi yetişdirən bir məktəbə göndərildi. Iki il içərisində bu vəzifəsinin öhdəsindən gəldi və 1862 ci ildə Tantadakı Əhmədi məscidi məktəbinə getdi. Üç il yarımlıq əzbərələmə metoduna uyğun təhsil ərəfəsində müəllimlərinin dərslərini başa düşməkdə böyük çətinliklər çəkən, üstəlik çöldə-bayırda oynamağa çox düşkün olan gənc Abduh, məktəbi onu qane etməyən metodlar üzündən ümidsiz halda tamamən tərk etdi. Atası və qohumlarından bir çoxu kimi əkinçi olmaq üçün kəndinə döndü və orada 16 yaşında evləndi. Evliliyindən qırx gün sonra Məhəmməd Abduh onun ümidlərini doğrultmayan köhnə məktəbə dönməsi üçün atası tərəfindən məcbur edildi.
Məhəmməd Abdullayev
Məhəmməd Abdullayev (6 aprel 1999) — Azərbaycanı təmsil edən boksçu. Məhəmməd Abdullayev 2016-cı ilin noyabrında Rusiyanın St. Peterburq şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2017-ci ildə Antalya şəhərində U-18 Avropa Çempionatının qalibi olan Məhəmməd Abdullayev 2019-cu ildə Vladiqafqaz şəhərində U-22 Avropa Çempionatının da qızıl medalına sahib oldu. Məhəmməd Abdullayev 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə apardı. Turnirin 1/16 final mərhələsində o, Bolqarıstan nümayəndəsi Petar Belberova məğlub oldu (1:4) və mübarizəsini dayandırdı. Daha sonra Məhəmməd Abdullayev 2019-cu ildə Rusiyada baş tutan Dünya Çempionatında çıxış elədi. Turnirin 1/16 final mərhələsində Çin nümayəndəsi Bayihevuzi Danabieheya 4:1, 1/8 final mərhələsində isə Misir təmsilçisi Yusri Hafeza 3:2 hesabı ilə qalib gələn Məhəmməd Abdullayev, 1/4 final mərhələsində Avstraliya nümayəndəsi Custin Huniyə məğlub oldu (0:5) və mübarizəsini başa vurdu. 2020-ci ilin martında isə Məhəmməd Abdullayev London şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbilə turnir nəticələri saxlanılmaqla 2021-ci ilin aprelinə Paris şəhərinə (Fransa) təxirə salındı.
Məhəmməd Abduyev
Məhəmməd Abduyev Abdu oğlu (7 iyul 1961, Krasnoselsk rayonu) Coğrafiya elmlər doktoru Abduyev Məhəmməd Abdu oğlu 1961-ci ildə Ermənisatan Respublikasının Krasnoselo rayonunda anadan olub. 1978-ci ildə orta məktəbi bitirib. 1983-cü ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin əyani şöbəsinin I kursuna daxil olmuş və 1988-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək təyinatla AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutuna göndərilib. 1989-cu ildə Coğrafiya İnstitutunun əyani aspiranturasına daxil olub.1995-ci ildə dissertasiyanı müdafiə edərək, coğrafiya elmləri namizədi, 2013-cü ildə isə "Azərbaycanın dağ çaylarının hidrokimyəvi xüsusiyyətlərinin tədqiqi və su ilə təminatın ekoloji təklükəsizliyinin qiymətləndirilməsi" mözusunda dissertasiya müdafiə edərək, coğrafiya elmləri doktoru elmi adını alıb. 1992-ci ildən 2013-cü ilədək AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb.İşlədiyi müddətdə 15 elmi hesabatı yerinə yetirib və 126 elmi məqalə nəşr etdirib, 35 yerli və Beynəlxalq səviyyəli konfransda iştirak edib, sertifikat və diplomlarla təltif olub AMEA-nın 60 illiyi ilə əlaqədar Yer elmləri bölməsinin təşəkkürnaməsini və AMEA Rəyasət Heyətinin Fəxri Fərmanını alıb. AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən DO1.091 Dissertasiya Şurasının və ADPU-nun "Xəbərlər" jurnalının Redaksiya Heyətinin üzvüdür. 2014-cü ildən ADPU-nun Tarix və Coğrafiya fakültəsinin "Ümumi coğrafiya" kafedrasında müdir vəzifəsində çalışır.
Məhəmməd Abutrika
Məhəmməd Abutrika(ərəb. محمد أبو تريكة‎; 7 noyabr 1978, Giza) — Misir futbolusti, Misir milli futbol komandasının yarımmüdafiəçisi. Məhəmməd Abutrika 1978-ci il noyabr ayının 7-də Misirin Giza şəhərində anadan olub. O, böyük futbola 25 yaşında gəlib. Misirin "Əl-Əhli" klubunda oynayan yarımmüdafiəçi iki dəfə Afrika çempionu olub, 3 dəfə isə klubu ilə birgə Afrika Çempionlar Liqasının kubokunu qazanıb. Peşəkar karyerasının ən əlamətdar oyununu Misir milli futbol komandasının heyətində Braziliya millisinə qarşı keçirib. FİFA Konfederasiyalar Kuboku çərçivəsində küçirilən bu oyunda Abutrikanın Kakaya qarşı oynadığı futbol yüksək qiymətləndirilib və məğlub olmasına baxmayaraq Misir yığması əla təsir bağışlayıb. Misir milli futbol komandasının 2006-cı ildə Afrika çempionu olmasında da Məhəmməd Abutrikanın rolu danılmazdır. Futbolçu ilə bağlı yadda qalan daha bir məqam 2008-ci ildə Afrika Kuboku oyunları çərçivəsində onun Sudan yığmasının qapısına vurduğu qoldan sonra futbolkasını çıxarması və maykasındakı "Qəzzada baş verənlərə görə təəssüf edirəm" yazısını nümayiş etdirməsi olmuşdur.
Məhəmməd Abuxousa
Məhəmməd Abuxousa (30 dekabr 1992) — Fələstini təmsil edən atlet. Məhəmməd Abuxousa Fələstini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Məhəmməd Abuxousa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.89 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı.