Buynuzcuqlu buynuzlalə
Buynuzcuqlu buynuzlalə (lat. Glaucium corniculatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin buynuzlalə cinsinə aid bitki növü.
== Morfoloji təsviri ==
Birillik, bəzən ikiillik, göyümtül, qıvrım tüklü bitkidir. Gövdəsi düz, küncvari şırımlı, budaqlanan, (5) 10-40 sm hündürlükdədir. Yarpaqları dərin lələkvari yarılmış, uzunsov qeyri-bərabər dişli hissələrlə, gövdə yarpaqları oturaq, gövdəni yarım bürüyəndir. Ləçəkləri tərsyumurtavari və ya dairəvi, çox vaxt şərab-qırmızı, çəhrayı və ya sarı, 1-3 sm uzunluğunda olur. Yumurtalıq sıx ağ tüklüdür. Meyvə saplağı düz, yoğunlaşmış qısa, 5 sm uzunluğundadır. Buynuzmeyvə düz və ya azacıq əyilmiş, düzduran, 25 sm uzunluğunda, 3-4 mm qalınlıqda, cavan buynuzmeyvələr sıx yarım sıxılmış nazik ağ tüklərlə örtülmüşdür, yetişmişlər az tüklü olur.
== Yayılması ==
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.