Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Torlu Qaymaqçiçəyi
Torlu qaymaqçiçəyi (Elmi adı - Ranunculus arachnoideus) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. 5-6 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzun saplaqlıdır, yarpaq ayası dairəvi-ürəkvari, qalın, göyümtül, əsasən dərin 3 bölümlüdür. Orta dilimi enli, tərs-yumurtavaridir. Yan tərəfdəkilər romb şəkilli, 2 dərin bölümlüdür. Gövdə yarpaqları kiçilmiş, əsasından 3 lansetvari və ya uzunsov – lansetvari, tamkənarlı və ya dişli seqmentlərə bölünmüşdür. Nektarlığı 12-16 mm uzunluqda, qızılı-sarı, geniş yumurtavaridir. Meyvələri 3-3,5 mm uzunluqda, tərs-yumurtavari, yan tərəfədn sızılmış, hamar, təpə hissədən qarmaqvaridir.
Torlu iridodiktum
Torlu piton
Torlu piton (lat. Python reticulatus) – pitonlar fəsiləsinin əsl pitonlar cinsinə aid heyvan növü. Reticulated python life history Arxivləşdirilib 2019-08-27 at the Wayback Machine at Reticulatedpython.info Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. Yoxlanılıb 01.03.2011 Python reticulatus Arxivləşdirilib 2009-09-17 at the Wayback Machine at Exotic-pets.eu. Accessed Yoxlanılıb 01.03.2011.
Torlu süsən
Torlu süsən (lat. Iris reticulata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Ön Asiya bitki növü olub, Azərbaycanda az rast gəlinir. Abşeron (Altıağac kəndi), Şamaxı (Çuxurdyurd və Mərəzədə), Xaçmaz (Qusarçay kəndi), Ağsu (aşırım) rayonları. Azərbaycandan kənarda –Cənubi Dağıstan, Gürcüstan, Balkan yarımadası və Kiçik Asiyada yayılmışdır. Ortu, daşlı və çınqıllı yamaclarda, meşə kənarlarında bitir. Kökümsovu və toxumu vasitəsilə çoxalır. Antropogen amillər — Sahənin çalınması, otarılması və s. üzündən azalır. Azərbaycan Botanika İnstitutunun Botanika bağında becərilir.
Corlu
Corlu — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kəndin mərkəzindən keçən Bum çayının kənarlarında Şah-Daş bəndi çəkilib. Dağ çaylarının məcradan çıxmasının qarşısını almaqdan ötrü qurulan bəndin möhkəmlənməsi üçün əlavə fəhlə qüvvəsi ilə yanaşı, kənd camaatı da səfərbər olunub. Kənddə altı artezian quyusu qazılıb və bütün məhəllələrdə istifadəyə verilən su həyətlərin əksəriyyətinə çəkilib. Kəndarası yollar yüksək səviyyədə asfaltlaşır. Çuxur Qəbələyə gedən yolun üzərinə beton örtüyü çəkilib. Corlu oyk., sadə. Qəbələ r-nunun Mirzəbəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin adı peçeneqlərin cor tayfa adı ilə əlaqələndirilir və "corlar yaşayan kənd" kimi izah edilir.
Torul
Torul — Qara dəniz regionunda Gümüşxanə ilinə bağlı ilçə və ilçə mərkəzi.
Arzular tortu
Kosmos tortu
Kosmos tortu-Qlazurlu və xamalı tort.Tort üç qatdan ibarətdir. == Tarixi == SSRİ dövründən tortun satışına icazə verilmişdir.Klassik tort qəhvəyi rəngli qlazurdan ibarət olub, bezedən ibarət deyil. 2000-ci ildən isə tortun hazır korjlarının satışına başlanmışdır.
Napoleon tortu
Napoleon tortu bir neçə qayda ilə hazırlanır:əsl qat-qat xəmirdən, tez hazırlanan qat-qat xəmirdən və bu reseptdəki kimi adi yağlı xəmirdən. Kremi isə "zavarnoy" kremdir. Əgər sizin özünüzün bildiyi və bəyəndiyi krem varsa, burdakı kremlə əvəz edə bilərsiniz. Avropada ilk olaraq 1733-cü ildə Mille-fuelle(min vərəq) adı ilə hazırlanan tort daha sonralar üzəri mürəbbə ilə örtülmüş və 1876-ci ildə Urbena Dubois tərəfindən yeni resepti hazırlanmışdır. Digər versiyalar: Rusiyada 1812-ci ildə Napaleon üzərində qələbədən sonra Çar bu əlamətdar tarixin yüzüncü ildönümünü qeyd olunması şərəfinə diqqətli hazırlıq işləri görülməsinin əmr etdi.Aşpazlar da görkəmli bir tort hazırlamaq qərarına gəldilər. Napoleon tortunun macar versiyasında, xidmət edərkən tort mütləq kublara kəsildiyi diqqəti çəkir.Bu Kremeşin mənşəyinə bağlıdır.Məşhur miqnon tortunun ixtiraçısı Jak Miqnon yalnız dünyəvi xanımların kiçik çərəzlərə meyilli olduğunu,digər insanların isə böyük hissələr üstünlük verdiyini deyir. 200 q soyuq kərə yağı - iri-iri doğrayın 4 stəkan un 1 yumurta 1 stəkan xama 3 yumurta 1 stəkan yarım şəkər tozu 6 xörək qaşığı un (qaşığı çox doldurmayın) 4 stəkan süd 200 q kərə yağı Əvvəlcə kremi hazırlayın. Kasada yumurta və şəkəri bir az rəngi açılana qədər çalın. Alınan kütləni bir qazana boşaldın. Üstünə un və südü əlavə edin və yaxşıca qarışdırın kı, un açılsın.
Opera tortu
Opera tortu (fr. Opéra) — fransız biskvit desertidir. Biskvitlər badamlı olur. Biskvitlər siroplarla isladılır. Bəzən kofe, şokolad kremi və ya şokolad qlazuru ilə isladılır. Larus ensiklopediyasına görə opera tortu-çətin badamlı kofe ilə isladılmış biskvitdir. Tort fransız şirniyyatçısı tərəfindən 1906-cı ildə Lui Klişi tərəfindən Fransada hazırlanmışdır. Bu desert Klişinin ən məşhur şirniyyatıdır. Bəzilərinə görə isə tort 1960-cı ildə Qaston Lenotr tərəfindən hazırlanmışdır. Dİgər bir mülahizəyə görə isə tort fransız operasının şərəfinə Dalloyau şirniyyat şirkəti tərəfindən hazırlanmışdır.
Pavlova tortu
Pavlova tortu (ing. pavlova, сокр. pav) —Bizeli tort olub meyvələrdən ibarətdir. Balerin kimi həssas və kövrək olan bu tort Avstraliyada və Yeni Zellandiyada məşhurdur. Beze, çalınmış xamadan tropik meyvələrdən və giləmeyvələrdən ibarətdir. Pavlovanı bəzən tort kimi bəzən isə kiçik hissəciklər şəklində porsiyon olaraq hazırlanır və ona uyğun bəzədilir. Balerina Anna Matveyivna Pavlovanın şərəfinə adlandırılıb.1926-cı ildə Avstraliyadan Yeni Zellandiyaya gələn zaman hazırlanmışdır. Bu məşhur rəqqasənin adına müxtəlif şokaladlar, konfetlər, müxtəlif geyimlər, ətirlər adlandırılmışdır. Tortun dəqiq yaranması haqqında məlumatlar avstraliyalılar və yeni zellandiyalılar arasında mübahisə doğurmuşdur. Lakin bu mübahisələrə baxmayaq hal-hazırda bir çox bayramlarda həm Yeni Zellandiyada, həm də Avstraliyada süfrələrdə yer alır.
Portağal tortu
Praqa tortu
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort. Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. Kərə yağı – 200 qr. Qatılaşdırılmış süd – 0,5 banka Kakao – 1 x.q. Kərə yağı – 50 qr. Şəkər tozu – 4 x.q. Süd – 3 x.q. Kakao – 1 x.q.
Soğan tortu
Soğan tortu (alm. Zwiebelkuchen‎) — Maya və ya acıtmalı xəmir,soğan, bekon, krem və zirə toxumundan Almaniyada hazırlanan tort.
Tonlu dillər
Tonlu dillər bir sözün fərqli bir tonda oxunması ilə mənasının dəyişdiyi dillərdir. Tonlu dillər dünyanın müxtəlif yerlərində danışılır. Avropadakı Norveç, İsveç, Litva, Limburqiş, Serb, Xorvat, Bosniya və Sloven dilinin bəzi ləhcələri tonallıq xüsusiyyətlərini göstərsələr də, ümumiyyətlə bunlar vurğu sayılırlar. Hindistan yarımadasında danışılan tonal xüsusiyyətə sahib başqa bir Hind-Avropa dil ailəsinə mənsub dildə Pəncab dilidir. Afrikada, əksər sub-Sahara (Şərqdə Suahili dili, qərbdə Volof və Fulani dillərini çıxmaq şərtilə) dilləri tonlu dillərdir. Hausa dili sami dilləriniin uzaq bir qohumu hesab olunsa da, tonal bir dildir. Şərqi Asiyada bir çox dillər tonaldır; bunlara müxtəlif Çin dilləri, Vyetnamca, Tay dili, Laos dili, Birman dili daxildir. Yeni Qvineyada bir çox dillər də tonaldır. Şimali və Cənubi Amerikadakı bəzi yerli dillərin də tonallığı var. Alyaskada Na-Dené dilləri, ABŞ-də Cənub-Şərqi Amerika (Navajo dili də daxil olmaqla) və Meksikadakı Oto-Manguean dilləri bunlardan bəziləridir.
Torçu (Məlikan)
Torçu (fars. تورچي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,493 nəfər yaşayır (290 ailə).
Tozlu tufanlar
Tozlu tufanlar-burulğanlı fırtınalar arasında çox vaxt tozlu fırtınalar (tufanlar) ayrılır. Belə fırtınalar eni 500 m-ə çatan və adi sürəti saatda 60 km-ə qədər olan geniş hava kütlələridir. Belə axınlar, adətən, quraqlıq vilayətlərdən yarımquru və rütubətli vilayətlərə toz və xırda qırıntı materialı gətirir. Bir neçə on santimetr hündürlükdə havada çınqıl və iri qum 2 metrə qədər hündürlükdə xırda qum uçur, daha çox yüksəkliklərdə isə (1,5 km-ə qədər) xırda toz hissəciklərinin tutqun buludu əmələ gəlir. Aparılan hissəciklərin tərkibindən asılı olaraq qara fırtınalar (Rusiyanın Avropa hissəsinin cənubu üçün səciyyəvidir, burada qara torpaqlar sovrulur); sarı fırtınalar - Orta Asiya üçün xarakterik olub san-qum qumluca və gillicə sovrulur; qırmızı fırtına (dəmir oksidinə boyanmış gillicə); ağ fırtına - geniş şoranlıq ərazilərdə baş verir (duz hissəcikləri sovrulur). Ağ fırtınalar qurumaqda olan Aral gölü yerləşən sahələrdə müşahidə olunub, göldən uzaq ərazilərdə də torpağın şorlaşmasına səbəb olur. Tozlu tufanların müddəti bir neçə saatdan 7 ... 70 sutkaya kimi davam edir. Küləyin sürəti, adətən, saniyədə 40 metri keçmir. Tozlu tufanlar praktiki olaraq insan həyatı üçün bilavasitə təhlükəli olmasa da, böyük maddi ziyan yetirir.
Uilyam Torli
Vilyam Torli
Zebra tortu
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Çorlu Məhəmməd
Çorlu Məhəmməd (1828–1933) — Azərbaycanın el sənətkarı, şair. Çorlu Məhəmməd 1825-ci ildə Əsgəran bölgəsində bəy ailəsində anadan olmuşdur. XIX yüzilliyin 30-cu illərində Usuflar tayfası elliklə köçüb Qars-Çıldır yörələrində binə bərkitmişlər. Çorlu Məhəmməd hələ cavan vaxtlarından sinədən deməyi və gözəl səsi ilə el-oba arasında tanınmağa başlamışdır. Aslan Bayramov Çorlu Məhəmmədin 1924-cü ildə vəfat etdiyini yazır. Əslində Çorlu Məhəmməd 1933-cü ildə Sultanabad kəndində vəfat etmiş, Sultanabadın əski qəbiristanlığında dəfn edilmişdir. Sonralar ermənilər Arpa gölün ərazisini böyütdüklərindən Çorlu Məhəmmədin də qəbri gölün suları altında qalmışdır. Nəhayət, bu el sənətkarının 2004-cü ildə "Ərş-əlaya bir yolum var" adlı kitabı işıq üzü görmüşdür. Bu kitabda el şairinin doqquz gəraylısı, on iki qoşması, bir deyişməsi, dörd divanisi və bir neçə aşıq rəvayəti toplanmışdır. Aslan Bayramov yazır: "Aşıq Şenlik məktəbindən ilham alan sənətkar İrəvandan üzü bəri olan ellərimizdə, Qarsda, Ağbabada, Borçalıda, Sörəyeldə, Axsqa və Axılkələyin Kürboyu kəndlərində ağır toylar keçirmişdir.
Şakotis tortu
Şakotis tortu-(lit. šakotis, pol. sękacz) - Yumurtalı xəmirdən hazırlanmış fərqli formaya malik Litva və Polşa mətbəxinin milli şirniyyatıdır. Açıq ocaqda hazırlanması ilə seçilir. Əsasən toy mərasimləri üçün hazırlanır. Litvacadan tərcümədə şaxəli mənasını verir. Litvanın milli kulinariya fonduna əlavə edilib. 1 kq una 30-50 yumurta çalmaqla hazırlanır. Hazırlanan zaman acıq ocağın üstündə fırladılaraq hazırlanır. Xəmir axaraq şaxəli budaqlar formasını alır.
Qurtuluş (toplu)
"Qurtuluş" toplusu (məcmuəsi) — Azərbaycan siyasi mühacirlərinin Almaniyanın Berlin şəhərində nəşr etdikləri toplu. İlk sayı 1934-cü ilin noyabrında, son - 51-ci sayı isə 1939-cu ilin yanvarında işıq üzü görmüşdür. "Qurtuluş" toplusu da digər siyasi mühacir nəşrlər kimi, bolşevik Rusiyasının əsarətində olan azərbaycanlılara müraciətlə nəşr edilirdi. Xüsusilə, hər il 28 May İstiqlalı, 27 Aprel İstila Günləri məcmuədə daha geniş əks olunurdu. Topluda Azərbaycan xalqının tarixi, mədəniyyəti, türk dünyası, beynəlxalq məsələlər və s. barədə də dəyərli yazılar verilirdi. Məcmuədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Hilal Münşizadə, B.Nuhoğlu, Almas İldırım, Cəfər Seyid Əhməd, Əhəd Əlizadə, Kərim Yayçılı və başqalarının məqalələri dərc olunurdu. B.Nuhoğlu "Qurtuluş" məcmuəsinin 1936-cı il 18-ci nömrəsində dərc etdirdiyi "27 Nisan" ("27 Aprel") məqaləsində yazırdı: Şəmşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi. İstanbul, 2002; Tahirli A., Azərbaycan mühacirət mətbuatı, 2 hissədə, h. 1, B, 2002.
İstiqlal (toplu)
İstiqlal toplusu — 1919-cu ildə, "İstiqlal bəyannaməsi"nin elan olunmasının birinci ildönümü münasibətilə Bakıda buraxılmış toplu. == Tarixi == "İstiqlal bəyannaməsi"nin mətni ilə açılan topluda Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan parlamenti", P. Kosalının "Seymin Parlamanı Cümhuriyyətimizin tarixi inkişafında", Üzeyir bəy Hacıbəylinin "Azərbaycan türklərinin musiqisi tarixindən", naməlum müəllifin "Xalq ədəbiyyatı" məqalələri verilmişdir.
Patent trolu
Patent trolu (ing. patent troll) — termini, patent hüquqlarından sui-istifadə edən şirkətlərə və ya fərdlərə aid edilir. Bu cür təşkilatlar adətən özləri patentlə qorunan texnologiyaları və ya məhsulları inkişaf etdirmir və ya istehsal etmirlər, lakin onların əsas fəaliyyəti patent hüquqlarını məhkəmələrdə tətbiq etməklə digər şirkətlərdən böyük məbləğdə kompensasiya və ya lisenziya ödənişləri tələb etməkdir. == Xüsusiyyətləri == İnnovasiya etməmək Patent trolu adətən öz texnologiyasını və ya məhsulunu inkişaf etdirmir. Onlar ya köhnə patentləri alır, ya da çox vaxt qeyri-işlək və geniş şəkildə formulə edilmiş patentlər alırlar, lakin özləri heç bir məhsul istehsal etmirlər. Patentlərin kütləvi şəkildə əldə edilməsi Patent trolu strategiyası, çoxsaylı patentlərin alınması və bu patentlər əsasında digər şirkətlərə qarşı məhkəmə iddialarının qaldırılmasına əsaslanır. Bu patentlər adətən çox geniş şərtlərlə formalaşdırılmış olur ki, bu da onlara müxtəlif sahələrdə istifadə olunan texnologiyalara dair iddialar qaldırmağa imkan verir. Məhkəmə iddiaları və lisenziya ödənişləri Patent trolunun əsas fəaliyyəti, digər şirkətlərdən lisenziya ödənişləri və ya məhkəmələr vasitəsilə kompensasiya almaqdır. Onlar çox vaxt texnologiya sahəsində fəaliyyət göstərən və ya innovativ məhsul istehsal edən şirkətlərə qarşı iddia qaldırırlar, bu şirkətlərin isə yüksək məhkəmə xərclərindən qaçınmaq üçün məcburi lisenziya ödənişləri etmələri gözlənilir. Qorxutma və təzyiq strategiyaları Patent trolunun strategiyası çox vaxt məhkəmə sistemi üzərində təzyiq göstərərək şirkətləri sürətli həll yollarına getməyə məcbur etməkdir.