BƏRİ

Belə bir fikir geniş yayılıb ki, guya –arı2 şəkilçisi tarixən yönlük halı əks etdirib. Əslində, həmin şəkilçi yer sözünün ixtisarından başqa bir şey deyil: bura –“bu yer”, ora – “o yer”, bəri –yenə də “bu yer”, yuxarı –“yüksək yer”, aşağı (bu, aşarı olub, sonra dəyişib) –“alt yer” deməkdir. Deməli, bəri sözü tarixən mürəkkəb olub, indi sadələşib, kök və şəkilçiyə ayrılmır, bu yer ifadəsinin zəminində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BƏRGÜŞAD
BƏRK
OBASTAN VİKİ
Bəri bax
Bəri bax — Azərbaycan respublikasının xalq artisti Brilyant Dadaşova və Norveçin Skruk xorunun birgə 1997-ci ildə ifa etdiyi mahnı. Mahnı Azərbaycanın xalq mahnısı Bəri baxın yenidən işlənmiş versiyasıdır. Mahnı duet şəklində Brilyant Dadaşova tərəfindən Azərbaycan türkcəsində və Skruk xoru tərəfindən Norveç dilində ifa edilib. Mahnı Norveçdə çıxarılan "Landet Vi Kommer Fra" (Gəldiyimiz torpaqlar) albomunda və Türkiyədə çıxarılmış Azerbaycan Şarkıları albomlarına daxil edilib.
Əl-Bəri
Əl-Bəri (ər. البارئ) — Allahın adlarından biri. O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr Surəsi, 24) Yaşadığımız kainat ilə əlaqədar hər şeydə bir tarazlıq və ahəngə rast gələrik. Xüsusilə elm sahəsində yeni inkişaflar yazılıb bu günə qədər bilinməyən bir çox detal ortaya çıxdıqca, bu tarazlıq və ahəng daha da dəqiqləşməkdədir. Görünən odur ki, kainat üzərində var olan hər sistem Üstün Bir Ağlın dizaynıdır. Bu Üstün Ağlın Sahibi, hər şeyi heyrət ediləcək bir nizam içində var etmişdir.
Ay bəri bax (mahnı)
Ay bəri bax və yaxud "Bura bax" — Azərbaycan xalq mahnısı. Mahnı demək olar ki, bütün xalq ifaçılarının — xanəndə və vokalçıların repertuarına daxildir. Bu baxımdan mahnının ifa variantları çoxdur. Bu sevgi məzmunlu lirik mahnıdır, təbiətcə nikbindir. == Mahnının tarixi == Mahnının yaranma tarixi XVIII–XIX əsrlərə aiddir. Xanəndənin ifa etdiyi mahnının yazısı XX əsrin əvvəllərində qrammofon vallarında qorunub saxlanılmışdır. Mahnının ilk nota yazısı 1920–1930-cu illərə təsadüf edir. Müxtəlif illərdə müşayiətlə səs və xor üçün notlar və aranjimanlar yaranmışdır. Birinci variantda poetik mətn bayram təbriki ilə bağlıdır, mətn həm də sevgi etirafını əks etdirir (1938-ci ildə Cabbar Qaryağdıoğlunun ifası ilə Səid Rüstəmov tərəfindən lentə alınıb). Mahnının Cabbar Qaryağdıoğlunun ifasında Rüstəmovun nota yazılan ikinci variantı — "Ay al çan, çaxır" "Azərbaycan xalq mahnıları" toplusunda (2-ci cild, Bakı, 1956) çap olunub.
Ay bəri bax (rəqs)
Ay bəri bax – Azərbaycanın milli rəqsi. Yalnız qadınlar tərəfindən ifa olunan ən qədim rəqslərdəndir.
Ay bəri bax rəqsi
Ay bəri bax – Azərbaycanın milli rəqsi. Yalnız qadınlar tərəfindən ifa olunan ən qədim rəqslərdəndir.
Bəriabad
Bəriabad (1991-ci ildən Barepat) — Qaraqoyunlu mahalında kənd. İndiki adı Barepat. Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, rayon mərkəzindən 21 km şimal-qərbdə, İcevan-Krasnoselsk yolunun cənub tərəfində kənd. == Tarixi == Bəriabad kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı. == Əhalisi == 1897-ci ildə 111, 1926-cı ildə 91, 1931-ci ildə 109, 1939-cu ildə 102, 1959-cu ildə 205 nəfər azərbaycanlı əhalisi olub. 1960-cı ildə Əmirxeyir kəndi ilə birləşdirilmişdi.
Bəriaşi (Sərdəşt)
Bəriaşi (fars. بري اشي‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 15 nəfər yaşayır (4 ailə).
Bərikab (Xudabəndə)
Bərikab (fars. باريك اب‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (40 ailə).
Bərikayi (Sərdəşt)
Bərikayi (fars. باريكايي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (34 ailə).
Bəriköy
Bərəkəy və ya Bərkəy - Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Dərbənd şəhərindən 32 km şimal-qərb tərəfdə, Uluçay (rusca Ulluçay) çayının sağ sahili boyunca yerləşir. Kənd əhalisi 2010-cu ilin nəticələrinə əsasən 3028 nəfərdən ibarətdir. Kənd əhalisi azərbaycanlılardan (konkret olaraq azərbaycanlıların subetnik qrupu olan tərəkəmələrdən) ibarətdir, lakin kənddə az sayda dargilər və tabasaranlılar da vardır. Kəndin adı türk mənşəlidir; ehtimal edilir ki, adın mənşəyi Altun Orda ulusunun xanı Bərkə xanla əlaqədardır. == Mənbə == Журнал научных публикаций аспирантов и докторантов : Этнокультурный потенциал дагестанских азербайджанцев и пути его использования в преемственности межпоколенных отношений (на примере субэтнической группы терекеменцы) "Кумыкский мир"-Научные и научно-популярные публикации по истории, культуре и современным проблемам кумыкского народа. (kumukia.ru) :Шихалиев Девлет-Мирза :Часть 3. Заселение Кумыкской плоскости II---Размещено: 12.11.2005.
Bərikə
Bərikə (ərəb. بريكة‎) — Əlcəzairin şimal-şərqində, Batna vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 450 metr (1,480 ft) yüksəklikdə yerləşir. Bərikə ölkənin paytaxtı Əlcəzairdən təxminən 255 kilometr (158 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərdə 104,388 nəfər yaşayır. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Biskra şəhərində yerləşir.
Bərikəy
Bərəkəy və ya Bərkəy - Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Dərbənd şəhərindən 32 km şimal-qərb tərəfdə, Uluçay (rusca Ulluçay) çayının sağ sahili boyunca yerləşir. Kənd əhalisi 2010-cu ilin nəticələrinə əsasən 3028 nəfərdən ibarətdir. Kənd əhalisi azərbaycanlılardan (konkret olaraq azərbaycanlıların subetnik qrupu olan tərəkəmələrdən) ibarətdir, lakin kənddə az sayda dargilər və tabasaranlılar da vardır. Kəndin adı türk mənşəlidir; ehtimal edilir ki, adın mənşəyi Altun Orda ulusunun xanı Bərkə xanla əlaqədardır. == Mənbə == Журнал научных публикаций аспирантов и докторантов : Этнокультурный потенциал дагестанских азербайджанцев и пути его использования в преемственности межпоколенных отношений (на примере субэтнической группы терекеменцы) "Кумыкский мир"-Научные и научно-популярные публикации по истории, культуре и современным проблемам кумыкского народа. (kumukia.ru) :Шихалиев Девлет-Мирза :Часть 3. Заселение Кумыкской плоскости II---Размещено: 12.11.2005.
Hafiz Rəhmət xan Bəriç
Kuta Baba Hafız Rəhmət xan ibn Şah Aləm bin Mahmud xan Bəriç (d.1708 - ö. 1774) — Hindistanda hökm sürən kiçik Rohilla əfqan dövlətinin nəvvabı. == Həyatı == 1708-ci ildə doğuldu; atası, Qərbi Pakistanın Pişin bölgəsindəki Şurabəkdən Çeç Həzarəyə köç edən Əfqan Bəriç tayfasının rəisi Şah Aləm xandır. Şah Aləm xan, əski qulamlarından Davud xanın Hindistanın Kətir (indiki Rohilkənd) bölgəsində özlərinə xidmət etdiyi racə və zəmindarlar nəzdində nüfuz qazanıb yavaş yavaş yəni bir prənslik oluşturması üzərinə onun bu başarısına ortaq olmağı umarak Kətəhirə yönəldi; ancak Davud xanı qısqanması üzündən aralarında çıxan ixtilaf sonucu öldürüldü. Çox keçmədən Davud xanın da öldürülməsi üzərinə yərinə cəsur bir əsgər olan övladlığı Əli Məhəmməd xan keçdi və ona dəvrin Baburlu hökmdarı tərəfindən “nəvvab” ünvanı verildi. Əli Məhəmməd xandan cəsarət alan bölgədəki Əfqan əşirətləri (Rohillalar) Barəilly bölgəsində talana başladılar. Şikayətlər üzərinə Baburlu hökmdarı Nasırəddin Məhəmməd şah (1719-1748) onları cəzalandırmaq üçün hərəkətə keçdi. Ancaq Rohillalar Baburlulara qarşı umulmadıq bir zəfər qazandılar və daha fazla yer ələ keçirmək üçün cəsarətləndilər. Əskidən bəri yayılma siyasəti takib edən Əvəd nəvvabı Səfdər Cəng şiə olduğundan sünni Rohillalardan xoşlanmırdı. Bundan dolayı Baburlu hökmdarını Əli Məhəmmədə qarşı kışkırttı və düzənlənən səfər sonunda Əli Məhəmməd əsir alınıb Dehliyə götürüldü.
Ərfaca əl-Bəriqi
Ərfaca əl-Bəriqi (592, Bariq[d], Əsir bölgəsi[d] – 654, Mosul, ərəb. عرفجة بن هرثمة البارقي‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Onun İslam tarixində yerinin önəmli olması bilinir. Ömərin xilafətində ordunun komandanı olmuşdur. İkrimə Əbu Bəkrin göstərişi ilə Omanın ardınca Mahra üzərinə yürüş edir. Ona qoşulmalı olan Ərfaca ibn Harthama hələ gəlməsə də, yerli üsyanı təkbaşına yatırır. O, Abyana gedir və göstərişləri gözləməyə başlayır.

Digər lüğətlərdə