cümə
cümlə
OBASTAN VİKİ
Cümə axşamı
Cümə axşamı – dünyanın bir çox ölkələrində həftənin sayca dördüncü günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin dördüncü günüdür. Cümə axşamı həftədə çərşənbə günü ilə cümə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə axşamı bəzən qısaldılmış şəkildə c.a.- da yazılır. İslam dininə görə vəfat etmiş insanın yeddisindən sonra qırxına qədər hər cümə axşamı anım günü keçirilir. Ərəb dilində "cümə axşamı" "toplanmaqdan əvvəlki gün" (cümə namazında müsəlmanların bir yerə toplanması) mənasını verir. Qədim romalılarda cümə axşamı mifologiyaya görə Yupiterə, qədim slavyanlarda isə ildırım allahı Peruna həsr edilmişdi. Yaponca "cümə axşamı" "ağac günü" kimi səslənir (木曜日). Portuqalca "cümə axşamı" "beşinci gün" kimi səslənir (quinta-feira). == Maraqlı faktlar == Böyük Britaniyada seçkilər bir qayda olaraq cümə axşamı keçirilir.
Ciyər axşamı
Ciyər axşamı — Azərbaycanda toy adətlərindən biri. Bəzi yerlərdə ona toy axşamı da deyirlər. Ciyər axşamı Azərbaycan toylarının təşkili ilə bağlı həyata keçirilən mərasimlərdən biridir — bu zəhmətkeş insanların yardımlaşma mərasimi və toyda çəkdikləri əziyyətin bəhrəsini gördükləri məclisdir. Ciyər axşamı toplum olaraq yardımlaşmağın da ən gözəl nümunələrindən biridir. Ciyər axşamına əsasən rayonlarıda daha çox rast gəlinir, xüsusilə də kənd yerlərində bu məclis geniş yayılıb. Şəhər toylarında isə bu ənənəyə son dövrlərdə çox nadir hallarda rast gəlinir. Ciyər axşamının iştirakçıları məhdud sayda, ilk növbədə də toy üçün heyvan kəsimində iştirak edən şəxlərdən və bəyin ən yaxın qohum və qonşularından, sağdışı, solduşu olan dostlarından ibarət olur. Toy üçün ət tədarükü görüldükdən sonra toy mağarının qurulmasında zəhmət çəkənlər üçün, heyvanların kəsilməsində, ətin doğranmasında iştirak edənlər üçün kəsilən heyvanın toyda istifadə olunmayacaq ciyər-içalat hissələrindən, bəzən ətindən də yemək bişirilir. Ciyər axşamında həm də toyun ssenarisi və toyla bağlı digər məsələlər də müzakirə olunur. Mövcud problemlərin və yarana biləcək problemlərin aradan qaldırılması üçün məsləhətləşmələr aparılır.
Çərşənbə axşamı
Çərşənbə axşamı – dünyanın bir çox ölkələrində həftənin sayca ikinci günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin ikinci günüdür. Rəsmi sənədlərdə çərşənbə axşamı bəzən qısaldılmış şəkildə ç.a. da yazılır. Fars dilində çərşənbə axşamı "dördüncü şənbə axşamı" deməkdir. Azərbaycanda bu gün rəsmi sənədlərdə və rəsmi dildə Çərşənbə axşamı adlansa da, cəmiyyətdə daha sadə, sıra sayına görə ikinci gün deyilir. Çərşənbə axşamı həftədə bazar ertəsi günü ilə çərşənbə arasında yerləşir. Qədim Romada çərşənbə axşamı muharibə allahı Marsa həsr edimişdi. Azərbaycanda Novruz bayramından əvvəlki dörd həftənin çərşənbə axşamları bayram günləri kimi qeyd edilirlər. İnsanlar bir-birini təbrik edir, həyət və küçələrdə tonqallar qalanaraq üstündən tullanırlar.
Bayram axşamı
Bayram axşamı filmi rejissor Toğrul Məmmədov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film M Group Production şirkətində istehsal edilmişdir. Film şirkətin böyük filmdə ilk işidir. Novruz bayramına həsr olunmuş filmdə Hollivud filmlərindən məlum olan yeni texnologiyalardan, mürəkkəb qrafika işləri və müasir kompüter üsullarından istifadə olunub. Ekran əsəri Bayram (İslam Mehrəliyev) adlı uğursuz oğlanın şirkət sahibinin qızına vurulmasından bəhs edir. Əsas hadisələr Novruz bayramı ərəfəsində cərəyan edir. Bayram uğursuzluğa son qoymağı qərara alır. Novruz bayramı ənənəsinə görə, bu arzunun həyata keçməsi üçün tonqalın üstündən tullanmaq lazımdır. Lakin o, səhər yeni doğulmuş körpənin başı ilə əvvəlki Bayrama çevrilir. Əsas rolları İslam Mehrəliyev, Oksana Rəsulova, Cəmil Məmmədli, Yusif Babayev, Firəngiz Mütəllimova, Əkbər Əlizadə, Elxan Quliyev, Nahidə Orucova, Xose Bernardo, Murad Dadaşov, Asya Abdullayeva ifa edirlər.
Cümə
Cümə – dünyanın bir çox ölkələrində həftənin sayca beşinci ( bəzilərində altçncı ) günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin beşinci günüdür. Cümə həftədə cümə axşamı günü ilə şənbə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə c.- da yazılır. " Cümə " sözü ərəb dilindəki " يوم CM'A " "toplanmak" ( toplam ) sözündən irəli gələrək yaranmışdır. Qədim Romada cümə günü gözəllik ilahəsi Veneraya, qədim alman tayfalarında Freyya qadın allahına həsr edimişdi.Ona görə də ingilis dilində cümə günü Friday adlanır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə cümə günü istirahıət günüdən əvvəlki gün olduğundan işçilərin işə bir qədər laqeyd yanaşması hiss edlir. Rusiyada Pasxa dini bayramından sonra on həftə ərzində hər cümə günü ticarət yarmarkası keçirilirdi. İslam ölkələrində cümə günü qeyri – iş günüdür və kütləvi surətdə inasnlar məscidlərdə namaz qılırılar. ABŞ-də cümə günü haqqında deyirlər "TGIF" —"Thank God It’s Friday" (" Sağ ol, Allah , bu gün cümədir!") Qədim türk dilində bu günün adı, Altıncı Gün və Altınç dır.
Mahnı Axşamı (1962)
52 çərşənbə axşamı
52 çərşənbə axşamı (ing. 52 Tuesdays) - 2013-cü il Avstraliya istehsalı olan drama-gərilim janrında film. Filmdə ana olan Ceyn 16 yaşındakı qızı Biliyə həyatının geri qalanına trans kişi olaraq davam etmək istədiyini və adını Ceyms olaraq dəyişdirəcəyini açıqlayır. Bunun üçün də lazımi əməliyyat və müalicələr olunacağını və bu prosesdə tək qalmaq istədiyi açıqlayır. İkili hər çərşənbə axşamı (ildə 52 dəfə) görüşüb vaxt keçirəcəklərinə söz verirlər. Filmin adı da buradan götürülmüşdür.
Bazar-Cümə
Bazar-Cümə — İranın Gilan ostanında yerləşən şəhər. Bazar-Cümə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Bazar cümə
Bazar-Cümə — İranın Gilan ostanında yerləşən şəhər. Bazar-Cümə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Cümə məscidi
Cümə məscidi — müxtəlif dövlətlərdəki cümə məscidləri.
Cümə namazı
Cümə namazı - cümə günləri zöhr namazı əvəzinə qılınır. İslam dinində, müsəlmanlar cümə namazını məsciddə camaatla bərabər qilmalıdılar. Bu namaz iki xütbə və iki rəkətlı namazdan ibarətdir. Xütbələr ayaq üstə oxunur. Peyğəmbərin (s) xütbəni ayaq üstə oxumasını bu ayə təsdiqləyir: "Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular." == Quran ayəsi == Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
Cümə salamlığı
Cümə salamlığı — Osmanlılarda padşahın əhaliylə birlikdə cümə namazı qılması və bu əsnada baş tutan mərasim. Tarix boyunca İslam dövlətlərində sikkə kəsdirmək və xütbə oxutmaq hökmdarlığın önəmli ünsürlərindən hesab edilirdi. Xütbə cümə namazında hökmdarın adına oxunurdu və hökmdar da cümə namazını yaxınlıqdakı məscidlərin birində əhaliylə birlikdə qılırdı. Hökmdarın bu məqsədlə məscidə getməsi və məsciddən qayıtması Osmanlılarda cümə salamlığı və ya salamlıq rəsmi adı verilən mərasimlə baş tuturdu. Hökmdar və xalq arasındakı birliyi təmin edən cümə salamlığı yalnız dini olaraq deyil, eyni zamanda hüquqi, sosial və mədəni yönlərdən önəmli rol oynayırdı. Osmanlı dönəmində son cümə salamlığı xəlifə Əbdülməcid Əfəndinin 29 fevral 1924-cü ildə qıldığı namaz əsnasında baş tutmuşdur. == Mənbə == BA, HH, nr. 49.435; BA, İrade-Dahiliye, nr. 38.202; BA, Cevdet-Saray, nr. 576, 2215, 3289; İbn Kemal, Tevârîh-i Âl-i Osmân, I. Defter, s.
Cümə surəsi
62-ci surə
Molla Cümə
Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi. Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır.
Bayram axşamı (film, 2017)
Bayram axşamı filmi rejissor Toğrul Məmmədov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film M Group Production şirkətində istehsal edilmişdir. Film şirkətin böyük filmdə ilk işidir. Novruz bayramına həsr olunmuş filmdə Hollivud filmlərindən məlum olan yeni texnologiyalardan, mürəkkəb qrafika işləri və müasir kompüter üsullarından istifadə olunub. Ekran əsəri Bayram (İslam Mehrəliyev) adlı uğursuz oğlanın şirkət sahibinin qızına vurulmasından bəhs edir. Əsas hadisələr Novruz bayramı ərəfəsində cərəyan edir. Bayram uğursuzluğa son qoymağı qərara alır. Novruz bayramı ənənəsinə görə, bu arzunun həyata keçməsi üçün tonqalın üstündən tullanmaq lazımdır. Lakin o, səhər yeni doğulmuş körpənin başı ilə əvvəlki Bayrama çevrilir. Əsas rolları İslam Mehrəliyev, Oksana Rəsulova, Cəmil Məmmədli, Yusif Babayev, Firəngiz Mütəllimova, Əkbər Əlizadə, Elxan Quliyev, Nahidə Orucova, Xose Bernardo, Murad Dadaşov, Asya Abdullayeva ifa edirlər.
Mahnı axşamı (film, 1962)
Avtura Cümə Məscidi
Bamat Giray Hacı Mitayev adına Avtura cümə məscidi (çeç. Эвтара Бамат-Гири-Хьаьж цIарах дина маьждиг) — Çeçenistan Respublikasının Şali rayonunun Avtura kəndindəki əsas məscid. Avtura kəndinin mərkəzi hissəsində yerləşir. Məsciddə eyni vaxtda 5000-ə qədər insan ibadət edə bilər. == Tarixi == 1883-cü ilə qədər Avtura kəndində 13 məscid, o cümlədən, əsas Cümə məscidi və 12 məhəllə məscidi fəaliyyət göstərirdi. Bamat Giray Hacı Mitayev (1838–1914) — çeçen təbliğatçısı, xalq arasında — çeçen virdlərindən birinin banisi, Çeçenistanda Qadiriyyə hərəkatının təşəbbüskarı Kunta Hacı Kişiyevin müridi. Bamat Giray Hacı Mitayev XX əsrin əvvəllərində Çeçenistanın görkəmli siyasi xadimi Əli Mitayevin atasıdır. 2014-cü ilin oktyabrında Avtura kəndində Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun iştirakı ilə mərkəzi məscidin tikintisi üçün bönüvrə qoyulması mərasimi baş tutdu. Məhəmməd peyğəmbərin doğum günündə tikinti işlərinə başlanıldı. 22 dekabr 2015-ci ildə məscidin təntənəli açılışı olmuşdur.
Boradigah Cümə məscidi
Cümə məscidi — Azərbaycanın Masallı rayonunun Boradigah qəsəbəsində yerləşən tarixi-memarlıq abidəsi. Məscid 1853-1854-cü illərdə tikilib.[mənbə göstərin] SSRİ dönəmində bir neçə dəfə bağlansa da, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yerli sakinlərin istifadəsinə verilib.
Calka cümə məscidi
Sultan Delimxanov adına Calka cümə məscidi çeç. Джалкар Султан Делимханов цIарах дина маьждиг — Çeçenistan Respublikası Qudermes rayonu, Calka kəndində yerləşən Qafqaz magistral yolunun yaxınlığında tikilmiş, kəndin ən böyük Cümə məscidi. Məscid Dövlət Dumasının deputatı Adam Delimxanovun atası Sultan Delimxanovun adını daşıyır. == Tarixi == Sultan Saytarbiyeviç Delimxanov adına kafedral məscidi, Dövlət Dumasının deputatı A.S.Delimxanovun atasının şərəfinə adlandırılmışdır. Məscidin inşasına 2009-cu ildə başlanılıb. Bu layihə Əhməd-Hacı Kadırov adına Regional İctimai Fond tərəfindən maliyyələşdirilmişdir. Tikintisi iki il çəkən məscidin açılışı Çeçenistan Respublikasının Prezidenti Əhməd-Hacı Kadırovun 60 illik yubileyinə təsadüf etmişdir. 23 avqust 2011-ci ildə məscidin təntənəli açılışı oldu, burada yerli sakinlər və Çeçenistan Respublikasının rəhbərliyi iştirak edirdi: Rusiya Federasiyası Dövlət Dumasının deputatı Adam Delimxanov, Çeçenistan Respublikası Hökumətinin sədri Odes Baysultanov, Parlamentin sədri Dukuvaxa Abdurahmanov, hökumət üzvləri, şəhər və rayonların rəhbərləri. Mərasimin fəxri qonaqları həmən günü Qroznıda keçirilən "İslamda təsəvvüfün yeri və rolu" Beynəlxalq İslam Konfransının iştirakçıları idi. == Memarlığı == Məscidin memarlığı iki üslubu özündə birləşdirir - biri klassik Osmanlı, digəri isə Bizans üslublarıdır.
Cümə Cami (Evpatoriya)
Cümə Cami (krımtat. Cuma Cami), və ya Xan-Cami (krımtat. Han Cami) — Evpatoriya şəhərində yerləşən cümə məscidi. Şəhərin əsas məscidi sayılır. Məscid Karaev adına park ətrafında yerləşir. Ətrafında tikililər vardır. Onu dənizdən və sahildən aydın şəkildə görmək mümkündür. Krımın işğalından sonra Rusiyanın mədəniyyət irsi siyahısına daxil edilmişdir. == Tarixi == Cümə Cami Qezlevdə 1552-ci ildə I Dövlət Gərayının hakimiyyəti zamanı inşa edilmişdir. İnşa edildiyi tarixdən bəri məscid dəfələrlə inşa və təmir işlərinə mənruz qalmışdır.
Cümə məscidi (Ağdam)
Cümə məscidi — Azərbaycanın Ağdam rayonunun inzibati mərkəzində yerləşən tarixi-memarlıq abidəsi. == Tarixi == Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868–1870-ci illərdə tikilmişdir. Bölgədə mühüm ticarət mərkəzinə çevrildiyi zaman Ağdam şəhərində Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən biri — Ağdam Cümə məscidi inşa edilmişdir. Cümə məscidi erməni işğalından sonra qismən dağıdılmışdır. Associated Press qeyd edir ki, məscid Ağdam şəhərində tam dağıdılmayan tək tikilidir, burada mal-qara və donuzlar saxlanmışdır və divarı qraffiti ilə vandalizasiya edilmişdir. Məscidin interyeri baxımsız və dağıdılmış vəziyyətdədir. == Memarlıq quruluşu == Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirib ona düzbucaqlı forma vermişdir. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub qadınların ibadəti üçün nəzərdə tutulmuşdur.
Cümə məscidi (Ağstafa)
İmam Əli adına Ağstafa Cümə məscidi — Ağstafa şəhərində (mərkəzində) yerləşən bu məscid 1996-cı ildən inşa olunub. Həyətyanı sahəsi 6500 kv. metr, daxili sahəsi 17x17 metrdir. Əli ibn Əbu Talib məscidinin binası, eləcədə qoşa minarələri mişar daşı ilə inşa edilmişdir. Məscid düzbucaqlı formada olub, döşəmədən tavana qədər hündürlüyü 5 metr, yerdən günbəzədək hündürlüyü isə 9 metrdir. Məsciddə qadınlar şöbəsi ikinci mərtəbədə yerləşmişdir. Onun sahəsi 34 kv.metrdir. İbadət zalında 10 tağvari formada pəncərə qoyulmuşdur. Mehrabın hündürlüyü 2,5 metrdir. Məscidin iç divarları ağ rəngdə işlənmişdir.
Cümə məscidi (Bakı)
İçərişəhər Cümə məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Came məscidi == === Tarixi === Məscidin divarına həkk olunmuş binanın inşası haqqında olan kitabədə yazılıb: "709-cu ilin rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir". Kitabə barədə Sara Aşurbəyli Şirvanşahlar dövləti kitabında belə yazır: "Bakı qalasında qədim Cümə məscidinin cənub tərəfindəki divarda ərəbcə yazılmış kitabədə binanın təmir olunduğu xəbər verilir. "Məlik əl-üməra və l-əkabir" (əmirlərin və əyanların məliki) Şərəf əd-Din Mahmud ibn Fəxr əd-Dinin adı çəkilir və h.709 (1309/10)-cu il tarixi göstərilir." Görünür həmin dövrdə məscid təmir edilib genişləndirilmişdir. Bakı Came məscidinin atəşgah məbədinin yerində inşa olunduğu iddia olunur. Məscid Hicri-qəməri təqvimlə 1024-cü ildə təmir edilmişdir. Bakı Came məscidi 1899-cu ildə uçurulmuş və yerində Bakı milyonçusu, xeyriyyəçi Hacı Şıxəli Dadaşov tərəfindən yenisi inşa edilmişdir. === Haqqında === Bir qədər mürəkkəb biçimli planı Bakı Came məscidinin bir neçə mərhələdə tikildiyini və ətrafı yaşayış məhəllələri ilə əhatə olunmuş məhdud ərazidə genişləndiyini göstərir. Onun başlıca dayaq bölümləri cənub hissəsində kvadrat biçimli ibadət salonu və şimal tərəfində minarədir. Onların arası müxtəlif ölçülü yerləşgə və kiçik iç həyətlərlə doldurulub.
Cümə məscidi (Balakən)
Cümə məscidi — Azərbaycanın Balakən şəhərində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscidin tikintisi 10 il davam edib və 1877-ci ildə başa çatıb. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Tarixi == Məscidin üzərindəki kitabəyə əsasən Balakən Cümə məscidinin tikintisi 1867-ci ildə başlayıb və 1877-ci ildə yekunlaşıb. Abidənin şimal-qərb fasadında dörd yerdə ərəb dilində kitabələr yerləşdirilib. Kitabələrdə məscidin tikilmə tarixi, kimlərin təşəbbüsü ilə inşa olunduğu, binanı tikən ustanın və məscidin tikilməsi üçün lazım olan torpağı verən şəxsin adı yazılıb. Məscidin qapı girişinin sağ tərəfindəki çay daşı üzərindəki süls xətti ilə yazılmış ikinci yazıda deyilir: Məscidin qapı girişinin sol dördbucaqlı kitabəsinin üzərində isə bu sözlər yazılıb: Çərçivənin kənarlarında isə belə bir qeyd var: Kitabədə adı keçən Qazi Məhəmməd Dəbir XIX əsrdə bölgədə məşhur din xadimi kimi tanınıb. Usta Ömər İlisulu isə dövrünün məşhur ustası olub. Qaxda Kümrük çayı üzərində tikilmiş Ulu körpünün müəllifi də odur. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.
Cümə məscidi (Balaxanı)
Balaxanı Cümə Məscidi — Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən məscid. Məscidin tikilmə tarixi ilə bağlı konkret məlumat olmasa da, məscidin içərisində qorunub saxlanan daş kitabədə hicri təqvimlə 1290-cı il (1873-cü il) yazılmışdır. Qəsəbədə yeganə ibadət ocağı olan bu məscid o dövrün neft milyonçularının xeyriyyə yardımları və qəsəbə sakinlərinin ianələri hesabına inşa edilmişdir. Sovet hakimiyyəti illərində müqəddəs yerlərə qarşı aparılan repressiya bu məsciddən də yan keçməmişdir. XX əsrin 30-cu illərində bu dini abidə üzərində dəyişikliklər edərək onu mədəniyyət evinə çevirmişlər. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra isə qəsəbə sakinlərinin müraciəti ilə, yəni 1992-ci ilin sentyabr ayından yenidən məscid kimi dindarların ixtiyarına verilmişdir. Lakin onun məscid halına qaytarılması və bərpası üçün əsaslı təmir işləri görmək lazım idi. Beləliklə yenə qəsəbə sakinlərinin köməyilə Allah evi ibadət üçün yararlı hala gətirilmişdir. 1994/98-ci illər məscidin bərpa və təmir dövrü sayıla bilər. Məscidin əsas ibadət zalının sahəsi 176, qadınlar ibadət edən hissəsinin sahəsi isə 99 kvadratmetrdir.