CƏBİ

Cəbrayılın ixtisar formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

CEZVANI QATMAQ
CƏBR
OBASTAN VİKİ
Cəbi Bəhramov
Cəbi Əmirvar oğlu Bəhramov (16 iyul 1959, Qafan) — tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri , Qərbi Kaspi Universitetinin "Politologiya və beynəlxalq münasibətlər" kafedrasının müəllimi. == Həyatı == Cəbi Əmirvar oğlu Bəhramov 1959-cu il iyulun 16-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhərində (keçmiş Ermənistan SSR) anadan olmuşdur. 1966–1976-cı illərdə Zəngəzur mahalı Mehri rayonunun Aldərə kəndində S. Vurğun adına orta məktəbdə təhsil alıb. 1977-ci ildə Ümummilli lider H. Ə. Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin başqa respublikalarının ali təhsil ocaqlarına oxumaq üçün göndərilən tələbələr içərisində Özbəkistan Respublikası Daşkənd Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və oranı 1982-ci ildə bitirmişdir. Həmin ildə Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin göndərişi (vəsiqə № 33) ilə AMEA A.Bakıxanov adına Tarix İnstitutuna baş laborant vəzifəsinə qəbul edilib. == Elmi fəaliyyəti == 1984-cü ildə "Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi (1949–1960-cı illər)" adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləməyə başlayıb və 1999-cu ildə bu mövzunu müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1982–1987-ci illərdə İnstitutda baş laborant, 1998–2000-ci illərdə kiçik elmi işçi, 2000–2001-ci illərdə böyük elmi işçi vəzifələrində çalışıb, 2001-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir və bu günədək həmin vəzifədə çalışır. 2003–2010-cu illərdə ictimai əsaslarla İnstitutun "Azərbaycan Respublikası tarixi" şöbəsinə rəhbərlik etmişdir. 1990-cı ildən pedaqoji fəaliyyətlə məşğul olub. 1990–1993-cü illərdə ATU və Aİ və MU-də "Azərbaycan tarixi" fənnindən mühazirələr oxuyub.
Cəbi Quliyev
Cəbi Hüseyn oğlu Quliyev (29 avqust 1990, Ağbulaq, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == Cəbi Hüseyn oğlu Quliyev 29 avqust 1990-cı ildə Şahbuz rayonunun Gecəzur (hazırda Ağbulaq) qəsəbəsində anadan olub. 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər bölməsindən məzun olub. 2012–2013-cü illərdə hərbi xidmətdə olub. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr dərəcəsi alıb. Hazırda Naxçıvan Dövlət Universitetinun dissertantıdır. İngilis və rus dillərini bilir. Evlidir, 1 övladı var. == Fəaliyyəti == Cəbi Quliyev 2013-cü ildən "Naxçıvan" Universitetində baş laborant, 2017-ci ildən isə Naxçıvan Dövlət Universitetində müəllim işləmişdir. 2017-ci ilin fevral-mart aylarında Çanqırı Universitetində pedaqoji təcrübədə olmuşdur.
Aslan Cəbişov
Bizim Cəbiş Müəllim (1969)
Bizim Cəbiş müəllim tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Əsas rolları Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov ifa edirlər. 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir. == Məzmun == Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. == Film haqqında == Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001 gecəsi" ssenarisi əsasında çəkilib. Filmin çəkildiyi əsas məhəllə Bakının mərkəzində yerləşən məşhur “Səadət” sarayının yanındadır. Filmdə təsvir olunan məktəb Bayıldakı məktəblərdən biri idi.
Bizim Cəbiş müəllim (film, 1969)

Cəbili (Germi)
Cəbili (fars. جبيلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 212 nəfər yaşayır (44 ailə).
Cəbinəd (Həştrud)
Cəbinəd (fars. جبيند‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 164 nəfər yaşayır (30 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 35 km qərbdədir.
Cəbiyev
Cəbiyev — Azərbaycan soyadı.
Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov (film, 2017)
Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov — rejissor Sənan Sultanovun 2017-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Süleyman Ələsgərovun xatirəsinə həsr olunub.
Həbib Cəbiyev
Həbib Pirican oğlu Cəbiyev (sentyabr 1899, Balaxanı, Bakı qəzası – 21 aprel 1938, Bakı) — siyasi və dövlət xadimi, publisist. == İlk illər == Həbib Pirican oğlu Cəbiyev 1899-cu ildə Balaxanıda anadan olub. Ailədə 2 qardaş olublar: Həbib Cəbiyev və Ağahüseyn Cəbiyev. Atası Pirican Cəbiyev Nobel qardaşları ilə birgə fəaliyyət göstərib. Hacı Zeynalabdin Tağıyev və Arafelovla birgə o vaxt "Novıy Ararat" şirkətini təsis ediblər(Xəyal Bünyadzadə."Cümhuriyyət" qəzeti, 21–27 aprel 2023-cü il, " Mircəfər Bağırov neft maqnatının inqilabçı oğlunu niyə güllələdi"). Atası onu öz işinin davamçısı görmək istəmiş və bu arzu ilə 12 yaşlı Həbibi Bakı kommersiya məktəbinə qoymuşdur. Həmin illərdə sosial ədalətsizliklər, fəhlələrin ağır və məşəqqətli həyatı, maddi çətinliklərə qarşı etirazlar yeniyetmə Həbibdə inqilabi əhvali-ruhiyyə yaratmışdı. O, tez-tez kommersiya məktəbində kor-koranə yaranan toplanış və yığıncaqlarda iştirak edir və narazılıqlarını açıq söyləyirdi. O, eyni zamanda məktəbdə yaradılmış gizli şagird dərnəyinə üzv olur və bu dərnəyin işində fəal iştirak edirdi. == İnqilaba gedən yol və partiya işləri == 1916-cı ilin sonlarında Həbib Cəbiyev müharibə (Birinci Dünya müharibəsi) əleyhinə apardığı təbliğata görə həbs edilərək iki gün polis sahəsində saxlanılır.
Mirzə Cəbiyev
Mirzə Cəbiyev (22 fevral 1925, Hamoşam, Lənkəran qəzası – 10 fevral 1978, Astara rayonu) — İkinci dünya müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı adını almış ən gənc azərbaycanlı. Mirzə Cəbiyev Astara rayonunun Hamoşam kəndində doğulmuş və 1943-cü ildə orduda xidmətə könüllü getmişdir. 1944-cü ildə kiçik leytenant rütbəsi alaraq 43-cü Ordu tərkibində cəbhəyə (III Belarus cəbhəsi) göndərilmişdir. Belorusiya, Litva, Polşa uğrunda döyüşlərdə iştirak etmiş, Almaniyada döyüşmüşdür. Baş leytenant Mirzə Cəbiyev 1945-ci ilin 6 aprelində Köniqsberq şəhəri ətrafındakı döyüşlərdə komandir olduğu bölmənin önündə kanalı keçərək 5 Fortu zəbt etmiş və qələbə bayrağını sancmışdır. Bu döyüşdə o şəxsən düşməndən 13 nəfər əsir götürmüş, döyüşdə yaralansa da, öz vəzifəsini qələbəyə qədər icra etmişdir. 19 aprel 1945-ci il tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Bununla da o, eyni zamanda "Sovet İttifaqı Qəhrəmanı" adlı ən gənc azərbaycanlı olub.
Pirican Cəbiyev
Pirican Ağahüseyn oğlu Cəbiyev (15 avqust 1928, Bakı – 17 mart 2000, Bakı) — Azərbaycanın ilk televiziya operatoru, əməkdar incəsənət xadimi (1991). Pirican Cəbiyev 1928-ci ildə Balaxanıda anadan olmuşdur. Babası Pirican Cəbiyev xırda neft sahibkarı, əmisi Həbib Cəbiyev xalq düşməni kimi repressiya qurbanları olmuşlar. Atası Ağahüseyn, qardaşı Həbib həbs edildikdən sonra uzun müddət evindən-eşiyindən didərgin düşmüş, gizli yaşamışdır. Qonşusu, o zaman Keşlə Rayon Milis Şöbəsinin rəisi Şirihüseyn Rəhimov Ağahüseynin həyat yoldaşı Mənsurə xanıma ərinin ehtiyatlı olmasını xəbərdarlıq etmişdi. Digər qonşusu isə Ağahüseynin evə gəldiyini görən kimi lazımi orqanlara məlumat verib, həbs olunmasına nail olmuşdu. 1947-ci ildə həbs edilən Ağahüseyn Cəbiyev uzaq Mordoviyaya sürgün edilmiş, orada vəfat etmişdir. Pirican Cəbiyevin Raya xanımla ailə həyatı qurmuşdur. Onun bir qız övladı- Nərgiz Cəbiyeva, üç qız nəvəsi- Fəridə , Nərminə, Təhminə Rzazadə vardır. Kənd klubunda kinooperator işləyən Pirican Cəbiyev 1956-cı ildə Bakının Fioletov küçəsində yerləşən Respublika Radio Verilişləri Komitəsinə gəlir, orada xeyirxah insan, komitənin sədri mərhum Ənvər Əlibəyli ilə görüşür.
Qafar Cəbiyev
Qafar Cəfər oğlu Cəbiyev (17 avqust 1950, Talıstan, İsmayıllı rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (2008), Azərbaycan Respublikasının əməkdar jurnalisti (2012). Qafar Cəfər oğlu Cəbiyev 17 avqust 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlmişdir. 1969-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974–1976-cı illərdə "Zəhmətkeş" rayon qəzetində məktublar şöbəsinin müdiri, 1977–1978-ci illərdə "Bilik" cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi işləmişdir. 1978–1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980–1981-ci illərdə "Zəhmətkeş" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1980-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981–1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi olmuşdur. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990–2003-cü illərdə "Azərbaycan" qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. Həmin dövrdə eyni zamanda BDU-nun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyətlə məşğul olmuşdur.
Qardaşağa Cəbiyev
Rizvan Cəbiyev
Rizvan İsrafil oğlu Cəbiyev (5 dekabr 1940, Axtaçı, Kürdəmir rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005). Rizvan Cəbiyev 1940-cı il dekabrın 5-də Kürdəmir rayonunun Axtaçı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Rus dilini bilir. Əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Rizvan Cəbiyev ailəlidir, üç övladı var. Mərhum reper Anar Nağılbazın atasıdır. 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 72 nömrəli Kürdəmir dairəsindən bitərəf namizəd olan Rizvan Cəbiyev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Rizvan Cəbiyev Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 72 saylı Kürdəmir dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Rizvan Cəbiyev II çağırış Milli Məclisin deputatı seçilib.
Xodaşirin Cəbiyev
Xudaverdi Cəbiyev
Xudaverdi Salman oğlu Cəbiyev — Sosialist Əməyi Qəhrəmanı 1886-cı ildə indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1932-1965-ci illərdə kənddəki Əzizbəyov adına kolxozda sıravi kolxozçu olmuşdur. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. 1965-ci ildə İttifaq əhəmiyyətli fərdi təqaüdə çıxmışdır. 1975-ci il iyul ayının 3-də Bico kəndində vəfat etmişdir.
Əbil Cəbizadə
Əvəz Cəbiyev
Əvəz Abdulhəsən oğlu Cəbiyev — tibb elmləri doktoru, professor. Masallı rayonunun ilk tibb elmləri doktoru, Ərkivan kəndinin isə ilk alimi olub. Masallı Rayon Mərkəzi Xəstəxanası Ə. Cəbiyevin adını daşıyır. Əvəz Cəbiyev 28 aprel 1922-ci ildə Masallı rayonunun Ərkivan kəndinin Cəbili məhəlləsində anadan olub. 20 oktyabr 1977-ci ildə 52 yaşında [[Bakı] şəhərində vəfat edib. Əvəz Cəbiyev ilk təhsilini Ərkivan kənd orta məktəbində alıb. 1948-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1940–1943-cü illərdə Masallı şəhər 2 nömrəli natamam orta məktəbində fizika, riyaziyyat və kimya fənləri üzrə dərs deyib. Cəbiyev 1943–1944-cü illərdə Masallı rayonunun Maliyyə Şöbəsi üzrə Dövlət Sığorta İnspeksiyasında çalışıb. 1948-ci ilin mart ayında Azərbaycan Dövlət Tibb İnstitutunun infeksiya xəstəlikləri kafedrasında davam etdirib.
Bizim Cəbiş müəllim
Bizim Cəbiş müəllim tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Əsas rolları Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov ifa edirlər. 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir. == Məzmun == Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. == Film haqqında == Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001 gecəsi" ssenarisi əsasında çəkilib. Filmin çəkildiyi əsas məhəllə Bakının mərkəzində yerləşən məşhur “Səadət” sarayının yanındadır. Filmdə təsvir olunan məktəb Bayıldakı məktəblərdən biri idi.
Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov
Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov — rejissor Sənan Sultanovun 2017-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Süleyman Ələsgərovun xatirəsinə həsr olunub.

Digər lüğətlərdə