Xodaşirin Cəbiyev
Xodaşirin Oğlan oğlu Cəbiyev (Cabbarlı) - Azərbaycan provizoru, homotoksikoloqu, yazıçı-publisisti, jurnalist-araşdırıcı, tərcüməçisi, bəstəçisi
== Həyatı ==
Xodaşirin Oğlan oğlu Cəbiyev (Cabbarlı) 15 dekabr 1954 -cü ildə Azərbaycan SSR Masallı rayonunun Böyük Kolatan kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1961-ci ildə Böyük Kolatan kənd 7 illik məktəbinin 1- ci sinfinə daxil olmuş, 1971 -ci ildə həmin orta məktəbin 10 illik tam kursunu fərqlənmə ilə bitirmişdir.
1971-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinə daxil olmuş, 1976-cı ildə həmin institutu bitirərək provizor ixtisasını almışdır.
28.12.1978-ci ildən 11.04.1997-ci ilədək (20 ilə yaxın) 595 saylı Masallı rayon Mərkəzi Aptekinin müdiri vəzifəsində işləmişdir.
Masallı rayonunda səhiyyənin, əczaçılıq işinin tərəqqisi və inkişafında, aptek xidmətinin ibtidailikdən ən yeni avadanlıq və qurğularla təchiz olunmasına qədər, bir sıra uğurlu addımlar atmış, peşəkar əczaçı kadrların hazırlanması sahəsində gərgin əmək sərf etmişdir. O, işlədiyi müddət ərzində Masallı rayonunda 14 yeni tipli aptek binalarının inşasına nail olmuşdur.
1978 - 1997 -ci illər ərzində onun ardıcıl və yorulmaz səyləri nəticəsində rayonda aptek şəbəkəsinin sayı dislokasiya üzrə yüksək templə inkişaf edərək 11-dən 60 -a qədər yüksəlmişdir.
1997-ci ildən 2007 -ci ilə kimi Rusiya Federasiyasının Tolyatti, Ulyanovsk şəhərlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ”İRAY” MMC -nin baş direktoru vəzifəsində çalışmışdır.
2019/2020-ci illərdə Masallı şəhərindəki “OZON” klinikasında tibbi xidmətin təşkili üzrə menecer vəzifəsində çalışmışdır.
Poliqlotdur - azərbaycan, talış, rus, fars, latın dillərini bilir və sərbəst danışır.