COŞQUN

1. возбужденный, бурный, бушующий, порывистый, пылкий; 2. возбужденно, пылко, безудержно;
COŞDURMAQ
COŞQUNLUQ
OBASTAN VİKİ
Coşqun Cəbrayılov
Coşqun Adil oğlu Cəbrayılov — Nizami Rayon İcra Hakimiyyətinin başçısı. == Siyasi fəaliyyəti == Coşqun Adil oğlu Cəbrayılov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində və Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edib. 2018-ci ilin sentyabrında BŞİH-in Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2022-ci il fevral ayının 18-də Nizami Rayonu icra başçısı təyin edilib.
Coşqun Diniyev
Coşqun Şahin oğlu Diniyev (13 sentyabr 1995, Bakı) — Türkiyə 1-ci Liqası təmsilçilərindən olan "Bandırmaspor" klubunda müdafiəyə meylli yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu. == Şəxsi həyatı == Coşqun Diniyev 13 sentyabr 1995-ci ildə Bakıda anadan olub. Onun atası Şahin Diniyev hal-hazırda AFFA-da Məşqçilər Şurasının üzvüdür. Məşqçi kimi də fəaliyyət göstərib. Böyük qardaşı Kərim Diniyev də "Kəpəz", "Zirə", "Sabah", "Səbail" kimi klublarda futbolçu kimi çıxış edib. == Karyerası == === İnter Bakı FK === İlk peşəkar futbolçu karyerasına 2012-ci ildə Bakının ovaxtkı "İnter Bakı" klubunda başlayan Coşqun, 2015-ci ilə qədər bu klubun şərəfini qoruyur. 2012/13-cü il futbol mövsümündə “İnter”in heyətində 2 oyuna çıxır və ümumilikdə 15 dəqiqə meydanda olur. Növbəti 2013/14 mövsümündə 7 oyunda meydanda olur. Bunlardan beşinə start heyətində meydana çıxıb. Digər 2 qarşılaşmada isə əvəzetmədən oyuna çıxıb.
Coşqun Məmmədov
Coşqun Orucov
Coşqun Rəhimov
Coşqun Allahverdi oğlu Rəhimov (8 dekabr 1972, Sumqayıt) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Coşqun Rəhimov 8 dekabr 1972-ci ildə Sumqayıtda anadan olub. Azərbaycanın tanınmış aktyoru Hacı adını qazanmaq üçün müqəddəs Məkkəyə yola düşüb == Aktyor kimi == Həmkarı Rafael İsgəndərov ilə birlikdə "Bu Şəhərdə" adlı komediya teatrının qurucuları hesab olunurlar.
Coşqun Səfərov
Coşqun Xəlilov
Coşqun Zeynallı
Coşqun Zülfizadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Coşqun Zülfüzadə
Mədəd Coşqun
Mədət Çoşqun (doğum adıyla Mədəd İsa oğlu İsmayılov; d. 18 iyun 1938, Azərbaycan Gəyliyən kəndi, Başkeçid rayonu, Gürcüstan SSR, SSRİ) — azərbaycanlı şair, publisist və ictimai xadim. Mədəd İsa oğlu İsmayılov 1938-cı il iyunun 18-də Borçalıda Dmanisi (Başkeçid) rayonunun Azərbaycan Gəyliyən kəndində anadan olmuşdur. 1959-cu ildə Dmanisi rayonu Qızılkilsə kəndində orta məktəbini qızıl medalla, 1961-ci ildə isə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Tarix-Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tbilisidə nəşr olunan "Samqori" qəzeti Mədəd Coşqunun ilk iş yeri olub. İnstitutu bitirdikdən sonra o, Dmanisi rayonuna qayıdıb, Qamışlı kəndində səkkizillik məktəbin direktor müavini, Dmanisi rayonunun yerli radio verilişləri redaksiyasının redaktoru, rayon partiya komitəsinin ideologiya şöbəsində təlimatçı vəzifələrində çalışıb. Mədəd Coşqun uzun illər Dmanisidə iki dildə (gürcü və Azərbaycan) çıxan "Trialeti" adlı rayon qəzetində Azərbaycan şöbəsinin redaktoru olub. Borçalıda milli qarşıdurma dövründə Mədəd Coşqunun Gürcüstanda sonuncu iş yeri olan "Trialeti" qəzetinin Azərbaycan dilində nəşri 1991-ci ildə dayandırılıb. Gürcüstanda azərbaycanlıların milli zəmində sıxışdırılmasının, yeni-yeni başlayan köç prosesinin qarşısını almaq, soydaşlarımızı məlumat blokadasından çıxarmaq üçün Mədəd Coşqun "İnam" adlı qeyri-leqal qəzet yaradaraq Borçalıda yayımlamağa başlayır. Mədəd Coşqun Dmanisidə 1992-ci ilə qədər mübarizəsini davam etdirir.
Zülfizadə Coşqun
İsgəndər Coşqun
İsgəndər Coşqun (ilk adı:İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927, Göyçay – 10 dekabr 1996) — şair, dramaturq. 1927-ci ildə Göyçay şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada orta təhsil alandan sonra Bakıda M.A.Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olmuşdur. Həmin il "Mavzoleydə" adlı ilk mətbu şeri "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxmışdır. 1952-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olmuş, 1955-ci ildə oranı bitirmişdir. 1962-ci ildən M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləmişdir. 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" adına layiq görülüb. Dramaturq, naşir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan İsgəndər Coşqun 1996-cı il dekabr ayının 10-da vəfat edib. Müxtəlif illərdə "Gəmidə söhbət", "Qığılcımlar", "Mən atamı düşünərkən", "Nəğmə dolu ürək" və s. adlı kitabları çap olunub.
Bəkir Coşqun
Bəkir Coşqun (1945, Şanlıurfa – 18 oktyabr 2020, Ankara) - Türkiyəli jurnalist, yazıçı == Həyatı == Bəkir Coşqun 1945-ci ildə Türkiyənin Şanlıurfa bölgəsində məmur bir atanın övladı olaraq dünyaya gəlib. İlk, orta və lise təhsilini Şanlıurfada alıb. Ali təhsilini Ankarada Başkent Jurnalistika Özəl Məktəbində bitirib. Daha sonra 1974-cü ildə foto müxbiri olaraq işə başlayıb. O, polis müxbiri və parlament müxbiri kimi də çalışıb. 1978-ci ildə “Günaydın” qəzetində keçib. Bu qəzetdə “Doqquzuncu kənd” adlı köşəsində fəaliyyət göstərib. 1987-ci ildə isə “Sabah” qəzetində “Onuncu kənd” başlıqlı köşədə yazmağa başlayıb. 1993-cü ildə “Hürriyyət” qəzetində işini davam etdirib. Onun dörd kitabı işıq üzü görüb: “Dövlət”, “Vəkilimi istəyirəm”, “Pakoya məktublar” və “Mən Pako”.
Vəzir Coşqun Parlaq
Vəzir Coşqun Parlaq (1989, Çuxurca[d], Hakkari ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Vəzir Coşqun Parlaq 1989-cu ildə Hakkari ilinin Çuxurcu ilçəsində anadan olub. Van Yüzüncü İl Universitetinin Erciş Peşə Liseyindən məzun olub. Bölgələr Partiyasında (BDP) və Xalqların Konqresində (HDK) təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Hakkari ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Subaydır.
Mustafa Coşqunov
Coşqunə Əliyeva
Coşqunə Əliyeva (22 mart 2002) — Türkiyə Qadınlar Superliqasının "Kirəçburnu Spor" klubunda və Azərbaycanın qadınlardan ibarət milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı futbolçu. Əliyeva 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarında da çıxış edib. == Klub karyerası == 2021-ci ilin dekabr ayında Əliyeva Türkiyəyə köçüb və Türkiyə Qadınlar Super Liqasının Kdz. Ereğli Belediye Spor klubunda oynamağa başlayıb. 2022–2023 Türkiyə Super Liqası mövsümündə o, Kireçburnu Spora transfer olub.

Digər lüğətlərdə