Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının (bəzi mənbələrdə - Qıbrız adası) şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur.
Şimali Kipr | |||||
---|---|---|---|---|---|
Kuzey Kıbrıs Türk Cumhuriyeti (Türk) | |||||
| |||||
Tarixi | |||||
• Kipr Sülh Hərəkatı | 20 iyul 1974 | ||||
• Kipr Muxtar Türk idarəsi | 1 oktyabr 1974 | ||||
• Kipr Türk Federativ Dövləti | 13 fevral 1975 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt |
Şimali Nikosiya 35°10′37″ şm. e. 33°21′48″ ş. u.HGYO |
||||
İdarəetmə forması | Unitar yarı prezident respublikası | ||||
Prezident | Ərsin Tatar | ||||
Baş nazir | Ünal Üstel | ||||
Sahəsi | |||||
• Ümumi | 3.355 km2 km² | ||||
• Su sahəsi (%) | 2.7% | ||||
Əhalisi | |||||
• Əhali | 326.542[1] nəfər | ||||
• Sıxlıq | 86 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | $4.234 milyard[2] dollar | ||||
• Adambaşına | $14,942[2] dollar | ||||
Demonim | Kipr türkü | ||||
Valyuta | Türk lirəsi | ||||
İnternet domeni | .tr | ||||
Telefon kodu | +90[3] | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir. Adanın cənub sahilində Aetokremnos, qərb sahilində isə Akamas bölgələrində aparılan arxeoloji qazıntılar zamanı burada yaşayan ovçu icmalarından ibarət ilk insanların neolit dövründə məskunlaşdığı məlum olmuşdur. Mədəni inkişaf və ticarət səbəbilə çiçəklənən iqtisadiyyat bir tərəfdən Kipr üçün sərfəli olsa da, adanın kifayət qədər müdafiəsiz olması, sərvətindən istifadə etmək istəyən güclü qonşuları cəlb etmişdir. Ada Roma, Bizans və Osmanlı İmperiyasının tabeliyi altında qalmış, dəniz quldurlarının hücumlarına məruz qalmışdır. 1970-ci illərin əvvələrində türklərə qarşı irqçiliyin genişlənməsi və Yunanıstanın işğalçılıq planları Türkiyənin ordusunu bu ərazilərə yeritməyə və müstəqil bir respublika elan etməsinə səbəb olmuşdur, lakin Şimali Kipr Türk Respublikasının qurulması, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası da daxil olmaqla Kipr Respublikası, Yunanıstan və bir çox başqa dövlətlərin mənfi reaksiyalarına səbəb olmuşdur. Kipr münaqişəsinə həll yolu tapmaq cəhdlərinin bir çoxu uğursuzluqla nəticələnmişdir. Hal-hazırda Şimali Kiprdə Türkiyə Silahlı Qüvvələrinə məxsus əsgərlərinin yerləşdirilməsi bu münaqişə həlli yolunu daha da ləngidir. Mövcudluğu Şimali Kipr hökuməti tərəfindən dəstəklənsə də, Kipr Respublikası da daxil olmaqla bütövlükdə Avropa Birliyi və beynəlxalq ictimaiyyət tərəfindən işğal olaraq qiymətləndirilir və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir neçə qətnaməsində bu işğalçılıq pislənilir. Şimali Kipr beynəlxalq cəmiyyət tərəfindən rəsmən tanınmadığı üçün iqtisadiyyat, nəqliyyat və idman kimi bir çox aparıcı sahələrdə embarqolar tətbiq olunur.
Şimali Kipr, müxtəlif sivilizasiyaları özündə cəmləşdirən mədəni irsə məxsus, xidmət sektorunun üstünlük təşkil etdiyi iqtisadiyyata malik yarı prezident demokratik respublikasıdır. İqtisadiyyat 2000 və 2010-cu illərdə sürətlə böyüməyə başlamış, adambaşına düşən ÜDM gəliri üç dəfədən çox artmışdır. Tətbiq olunan embarqolarla əlaqədər olaraq iqtisadiyyat baxımından Türkiyədən asılı hala gəlmişdir. Rəsmi dil türk dilidir, lakin müxtəlif bölgələrdə fərqli yerli ləhcələrdən də istifadə olunur. Əhalinin böyük əksəriyyəti sünni müsəlmanlardan ibarətdir. Şimali Kipr dünyəvi dövlətdir və bütün din nümayəndəçilərinə azadlıq təqdim olunur. Şimali Kipr İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir.
Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir.[4] Adanın cənub sahilində Aetokremnos, qərb sahilində isə Akamas bölgələrində aparılan arxeoloji qazıntılar zamanı burada yaşayan ovçu icmalarından ibarət ilk insanların neolit dövründə məskunlaşdığı məlum olmuşdur.[5][6] Bəşər tarixində qida mənbələrinin yanında ilk dəfə məskunlaşan icmaların yarandığı bu dövrdə, adanın ilk sakinləri Anadolunun cənubundan gəlmiş, e.ə. 7000–6500-cü illərdə Suriya və Fələstinə köç etmişdir.[7][8] Adanın ilk sakinlərinin Anadoludan gəlməsi fikrini daha da qüvvətləndirən digər bir faktor, adanın şimalında, Karpaz yarımadasında aparılan qazıntılar nəticəsində əldə edilən saxsı qablarının, Hacılar və Çatalhöyük yaşayış məskənlərində aparılan qazıntılar zamanı əldə edilmiş saxsı qablara olduqca bənzəməsidir.[9][10] Keçmişdə sülhün hakim olduğu Kipr adası, e.ə. 3000-ci illərdə mis yataqlarının kəşfi və o dövrdə hazırlanan bir çox alətlər üçün misin istifadə edilməsi ilə adaya yaxın bölgələrdən Misir, Suriya və Fələstindən insanlar köçərək məskunlaşmışdır.[11][12] Mislə birlikdə adanın təbii sərvəti Aralıq dənizi bölgəsində yaşayan insanların da marağını artırmış və bu vəziyyət, ada aborigenlərinin min illər boyunca fərqli dövlətlərin suverenliyi altında həyatlarının davam etməsinə səbəb olmuşdur.[13][14] Tunc dövründə Krit adalarından olan minoslu tacirlər Kiprə gəlməyə başlamış və bu ticarət əlaqələri adada Minoy sivilizasiyasının yaranmasına səbəb olmuşdur. Minoslu tacirlər ada ilə ticarətdə istifadə etmək üçün bir əlifba da hazırlamışdır.[12] Lakin, bu əlifba bir çox araşdırmalara baxmayaraq açıqlana bilməmişdir.[10][11][15]
Mədəni inkişaf və sürətlə artan ticarət səbəbilə çiçəklənən iqtisadiyyat Kipr üçün sərfəli olsa da, adanın kifayət qədər qorunmaması, sərvətindən istifadə etmək istəyən güclü qonşuları özünə cəlb etmişdir.[8] Son tunc dövründə Misir fironu III Tutmos Kipr adasını ələ keçirdi.[16][17][18] Lakin ada ilə uzun müddətdir maraqlanan xetlər, Misirlə vuruşaraq, bu torpaqları ələ keçirməyi bacarmışdır. III Tufaliyanın dövründə Kipr Xet Krallığının hakimiyyəti altına girmiş və 120 il onun hakimiyyəti altında qalmışdır. Xet mənbələrində Kipr Alaşiya adı ilə verilmişdir.[19][20] Xüsusilə Karpaz yarımadasındakı Nitoviklada məskunlaşan xetlər, hakimiyyətləri dövründə mis ehtiyaclarını buradan qarşılamış, həmçinin buranı sürgün adası olaraq istifadə etmişlər.[19] Əmisi III Hattuşili tərəfindən taxtdan endirilən III Murşili Uhri-Teşup da daha sonradan bu adaya sürgün olunmuşdur. Kiprdə xetlərin hakimiyyəti, e.ə. 1200-cü ildə Xet Krallığının süqutu ilə başa çatdı və ada yenidən Misir fironlarının hakimiyyəti altına keçdi.[8] Həm Misir, həm də xet hakimiyyəti dövründə Kiprin əhəmiyyətli bir ticarət məskəninə çevrilməsi səbəbilə, əsasən də Dori istilasından sonra Egey və Anadoludan bir çox millətlər Kiprə köçərək müstəmləkələr qurmuşdur.[21][22][23]
Beləliklə, ada sivilizasiya mərkəzlərindən birinə çevrilmişdir. Yeni gələnlər öz dillərini yaymış və ticarəti genişləndirmək üçün bir çox əlifbalar hazırlamışlar.[24][25][26] Bu müddətdə adada həm də dulusçuluq çarxı vasitəsilə bir çox qablar hazırlanaraq xarici ölkələrə satılmışdır. E.ə. 1200–1500-cü illərdə adaya gələn yunanlar, Dori istilası nəticəsində zəifləyən mikeniyalıların yerini almışlar, lakin e.ə. 1150–1050-ci illər arasında baş verən zəlzələlər adanın bir çox məskunlaşma mərkəzlərinin dağılmasına səbəb olmuş və adanın tarixi müəyyən dərəcədə qaranlıq bir dövrə qədəm qoymuşdur. Anadoludan gələn semit mənşəli finikiyalılar, adanın cənub-şərq sahillərində məskunlaşaraq burada koloniyalar qurmuş və bütün adaya hakim olmuşlar.[27][28] Finikiyalılar tərəfindən kitim adlandırılan Kipr türkləri, adadakı şərq mədəniyyətinin yunan mədəniyyətindən daha qədim olduğunu sübut etmək üçün finikiyalıların gəlişindən istifadə edirlər.[9][29][30] Bu iddialara əsasən hal-hazırkı Kipr türklərinin əcdadlarının finikiyalılara qədər gedib çıxması məlum olur. Finikiyalıların hakimiyyəti dövründə adada məskunlaşan digər koloniyalar şəhər krallıqlarına çevrilmiş və adada 7 şəhər krallığı qurulmuşdur. Bu krallıqlar daha çox Egey və Aralıq dənizi mənşəli koloniyalardan ibarət olmuşdur. Bu səbəbdən Kipr yunanları, adada ellinizm göstəricilərinin bu dövrdə formalaşdığını və daha sonralar enozis hərəkatı altında adanın bir hissəsinin Yunanıstan ilə birləşməli olduğunu bildirmişlər.[31]
Kiprdə Misir hakimiyyəti, II Amasisin ölümü və fars kralı I Kambizin buranı ələ keçirməsi ilə bitmişdir.[32] E.ə. 525-ci ildə Kipr Fars İmperiyasının bəyliklərindən birinə çevrilmişdir. E.ə. 333-cü ildə Makedoniyalı İsgəndərin İss vuruşmasında farsları məğlub etməsi ilə bu bölgədə farsların hegemonluğuna son qoyulmuşdur.[8] E.ə 323-cü ildə Makedoniyalı İsgəndərin ölümündən sonra isə varisləri ada üzərində müharibə başlatmış və Kipr krallıqlarının qısa müddətli muxtar idarəçiliyi bu dövrdə başa çatmışdır. Makedoniyalı İsgəndərin ölümü ilə Makedoniya İmperiyası parçalanmış və bu miras uğrunda böyük döyüşlər olmuşdur.[8][33][34] İsgəndərin satraplarından biri olan I Ptolemey Misirdə Ptolomey xanədanlığını qurmuş və Kipri də öz sərhədinə qatmışdır.[35] Bu dövrdə də mədəni tədbirlər davam etdi və Kiprdə qarışıq bir mədəniyyətin əsası qoyuldu. Ptolemeylər dövründə, e.ə. 320-ci ildə Qüdsün alınmasından sonra yəhudilər Kiprə göndərilmişdir. Yəhudilər isə uzun müddət bu adada misgərlik ilə məşğul olmuşdur.[25][36][37]
Kipr Roma İmperiyası tərəfindən fəth edildikdən sonra, ada Anadoludakı Kilikiya əyalətinin bir hissəsi olaraq idarə edilmiş və böyük natiq olaraq qəbul edilən Mark Tulli Siseron bir müddət Kipr başçısı olaraq vəzifə etmişdir.[39][40] Adanın rəhbərliyi daha sonra Roma senatına təhvil verilmiş və bir general qubernator tərəfindən idarə edilmişdir. Bu dövrdə ada dörd bölgəyə – Amatus, Lapafus, Pafos və Salaminə bölünmüşdür.[41] İdarəetmə mərkəzi Pafos, ticarət mərkəzi isə Salamin olmuşdur.[10] E.ə. 15-ci ildə Pafos şəhəri dağıldıqdan sonra sahilə təxminən 17 km məsafədə Avqusta adı altında yeni şəhər salınmışdır. İmperator Avqust, Pafosda yer alan Afrodisias məbədi əsasında Roma tanrısı Veneranın şərəfinə yeni məbəd inşa etdirmişdir.[42][43][44] Marium, Qolqoy, Amafus, Tamassos və Soli şəhərlərində böyük mədən mərkəzləri qurulmuşdur. Roma dövründə adada sülh təmin edilmiş, mədənçilik, sənaye və ticarət inkişaf etdirilmiş, əldə edilən gəlirin bir hissəsi Kiprlilərə firavanlıq təmin edərkən digər hissəsi də eyni zamanda Roma xəzinəsinə köçürülmüşdür.[45] Bundan əlavə, bu dövrdə yeni yollar, limanlar və ictimai binalar da tikilmişdir. Roma dövründə Kipr xristianlıqla tanış olmuş və bu din tədricən bütpərəstliyi əvəz etmişdir.[46] Xristianlıq, İmperator Klavdinin dövründə Həvari Paul və Salamindən ellinistləşmiş bir yəhudi ailəsindən gələn Levit Levi tərəfindən 45-ci ildə sürətlə yayılmışdır.[40][47] İki missioner, imperatorun tolerantlığı ilə xristianlığı bütün Kiprə yaymaq üçün çalışmış və yalnız xalqı deyil, həm də bir çox Roma hökmdarlarını bu dinə inandırmağı bacarmışlar. Paulus, Roma İmperiyasında xristianlığı qəbul edən ilk roma əsilli qubernator olmuşdur.[48][49] Buna görə də Kipr, Roma İmperiyasında xristian tərəfindən idarə olunan ilk bölgə adını qazanmışdır.[40] Roma imperatorları arasında Diokletiandan sonra Konstantin də xristianlığı qəbul etmişdir.[40] 324-cü ildə Roma İmperiyası iki hissəyə bölünmüş, I Konstantin, Bosfor sahilindəki Konstantinopol adlandırılan müasir İstanbul şəhərini paytaxt etməklə Bizans İmperiyasının əsasını qoymuşdur. Belə olduqda Kipr də Bizans İmperiyasının payına düşmüşdür.[50][51][52] Roma dövründə inkişaf edən digər maraqlı bir hadisə isə 70-ci ildə Qüds dağıdıldıqdan sonra çox sayda yəhudinin Kiprə gəlməsi olmuşdur.[53] 115-ci ildə Kirenada başlayan Yəhudi üsyanı tezliklə Misir və bütün Kiprə yayılmışdır. Artemionun rəhbərlik etdiyi yəhudilər Salamisdəki bütün insanları qətlə yetirmişdir.[54][55] İmperator Adrian və Liviya şurası bu qiyamı yatırmış, lakin yəhudilərin böyük əksəriyyəti öldürülmüş və yəhudilərin Kiprə gəlməsi qadağan edilmişdir, lakin sonradan yəhudilər az sayda da olsa adaya gələrək, ticarətlə məşğul olmuşlar.[36][37]
Bizans İmperiyasının bir hissəsi olan Kipr, 800 il boyunca Finikiya, Fələstin, Suriya və Kilikiya əyalətlərinə bağlı olaraq bizanslılar tərəfindən idarə edilmişdir.[39] Bizans dövründə Kipr, səliblərin yürüşlərinə qədər sakit bir dövr keçirmişdir.[51][52] Bizans rəhbərliyi ictimai quruluşu qanunlarla öz anlayışına uyğun şəkildə düzəltmişdir.[56] İmperator Konstantin tərəfindən çıxarılan qanuna əsasən, insanlar sərfçilər halına gətirilmiş və onların doğulduqları ərazilərdən çıxmaları qadağan edilmişdir. Torpaqları tərk edən qaçaqlar isə zəncirlənərək cəzalara məhkum olunurdu.[57][58] Mərkəzi idarəetmə sisteminə əsaslı olaraq dövlət məmurları birbaşa imperatora bağlı idilər. Xalqa belə bir qanunlar qoyulsa da, zəngin torpaq sahibləri və tacirlər ilə bağlı qanunlar qüvvəyə minmədi və köhnə dövrlərdən bəri imtiyazları qorunub saxlandı. Bu dövrdə kilsə və ruhanilərlə əlaqəli əhəmiyyətli inkişaflar baş tutdu və kilsə ilə dövlət arasındakı əlaqə inkişaf etdirildi.[59] Bizans dövründə Həvari Pavel, Varnava və Markın ilk missionerlikləri sayəsində Kiprdə yayılmış xristianlıq, ada sakinlərinin həyatına hər cəhətdən təsir etmiş, eyni zamanda adada pravoslav kilsəsinin qurulmasına təkan vermişdir.[60][61][62] Kiprdə güclü bir mövqeyə sahib olan bu kilsə, xalqdan, dövlət məmurlarından və ya varlı insanlardan biri tərəfindən zorla haqsızlığa məruz qalan sakinlərin mənafelərini müdafiə edən müstəqil qüvvə olmuşdur.[12] Bizans dövründə Kipr adası ərəb dövlətlərinin də diqqətini çəkmiş və 632–964-cü illər arasında Kipr dörd dəfə mühasirəyə alınmışdır.[63] Osman ibn Əffanın dövründə Dəməşq qubernatoru Muaviyə ibn Əbu Sufyan Əməvilər sülaləsini qurmuş və müsəlmanların 5-ci xəlifəsi olmuşdur. 1700 gəmidən ibarət donanması ilə 649-cu ildə Kipri ələ keçirmiş və müqavilə ilə müsəlmanların bu ərazidə suverenliyini qəbul etdirmişdir. Müqaviləyə görə, kiprlilər Bizans İmperiyasına verdikləri 7200 qızılın müsəlmanlara Bizansla müharibədə kömək etməməsi üçün verilməsinə razı oldular və müsəlmanların adadan baza olaraq istifadə etmələrini qəbul etdilər.[64][65]
Lakin kiprlilər müharibə zamanı Bizansa kömək etdikləri üçün müsəlmanlar 653-cü ildə adaya 2-ci dəfə ekspedisiya təşkil edərək müqaviləni yenidən qüvvəyə mindirdilər.[66] Bu ekspedisiyadan sonra bəzi əsgərlər adada qalsa da, I Yezidin dövründə bütün əsgərlər geri çağrıldı. 688-ci ildə xəlifə Əbdülməlik bin Mərvan, imperator II Yustinian ilə müqavilə imzalayaraq və Kiprdən alınan verginin iki dövlət arasında paylanmasına razı olmuşdur.[67] Lakin verginin bölüşdürülməsində problem yaşandıqda, Bizans və Ərəb müsəlmanları arasında müharibə baş verdi. Daha sonra, Əməvilər dövləti qurulduqdan sonra vergi ödəməsi müqabilində Kiprə muxtariyyət verildi və bu vəziyyət Abbasilər dövründə də davam etdi.[65] 300 il davam edən müsəlmanların hakimiyyəti dövründə Kiprdə istehsal və ticarət inkişaf etmiş, ada Aralıq dənizindəki əhəmiyyətli ticarət məskənlərindən birinə çevrilmişdir.[68][69][70] Ərəblərdən başqa adaya quldurlar da hücum etmiş, nəticədə bir çox kiprli öldürülmüş, mülkləri talan edilmiş və Bizans dövründə tikilən kilsələr məhv edilmişdir.[71] 965-ci ildə II Nikiforos Kofanın dövründə Kipr yenidən Bizans hakimiyyəti altına girdi. Bizans İmperiyasının siyasi və hərbi zəifləməsi torpaq itkisinə səbəb oldu və bu Kiprə də təsir etdi. XII əsrdə Bizans İmperatorunun qardaşı oğlu Tarsus qubernatoru İsaak Komnin, ermənilərlə müharibədə əsir götürülmüş və sərbəst buraxılması üçün tələb olunan xəracın I Andronik Komninin dövründə Kiprin gəlirlərindən ödənilməsinə qərar verilmişdir.[10][23] Tələb olunan xəracın bir hissəsini ödədikdən sonra sərbəst buraxılan Tarsus qubernatoru İsaak Komnin, saxta sənədlər hazırlayaraq özünü Kipr qubernatoru olaraq göstərmiş və Kipr xalqına xəracın qalan hissəsini toplamaq üçün tapşırıq vermişdir. Kipr xalqı İsaak Komninin zalım hakimiyyəti və istədikləri ağır vergilər altında çətin bir dövr keçirdilər.[9] Üçüncü Səlib yürüşünə rəhbərlik edən ingilis kralı I Riçard, adada 7 il zalım və cani kimi məşhur olan İsaak Komninin hakimiyyətinə son vermişdir.[72][73][74]
Osmanlı İmperiyasının Kipr adasına olan marağı Rodos, Krit və Misiri ələ keçirdikdən sonra başladı.[9][75] İmperiya Aralıq dənizində genişlənmiş və Kipr Osmanlıdan asılı vəziyyətə düşmüşdür. Strateji əhəmiyyətli adada quldurlar Osmanlı donanmasına və Həcc ziyarətinə gedən gəmilərə hücum etmişdir.[76] Adaya rəhbərlik edən venesiyalıların Osmanlılara qarşı hazırladıqları planları və kiprlilərin Osmanlılardan yardım istəməsi, Osmanlıları buraya istiqamətləndirmişdir. 1489-cu ildə, venesiyalılar adanı ilhaq etdikdə, Osmanlı donanması Karpaz yarımadasına hücum edərək, çoxlu qənimət və əsir götürmüşdür.[9] Yavuz Sultan Səlim 1517-ci ildə Misiri fəth etdikdən sonra, Kipr yenidən Osmanlı İmperiyası üçün gündəmə gəlmiş və venesiyalıların Kipr üçün məmlüklərə ödədikləri 8000 dukat vergisinin Osmanlıya ödənilməsi qərara alınmışdır.[77] Sultan Süleyman Qanuninin dövründə, İstanbulda venesiyalılara yeni hüquqların verilməsi müqabilində Kiprdən alınan ümumi vergi 10.000 dukata qaldırıldı, lakin Kipri itirməkdən qorxan venesiyalılar Osmanlılara qarşı çıxdı.[75] 1521-ci ildə Rodosun Osmanlılar tərəfindən ələ keçirilməsindən sonra, venesiyalılar Kipri itirmək qorxusu ilə Famaqusta və Lefkoşa qalalarında istehkamlar qurmuş və xalqa qarşı təzyiqlərini daha da sərtləndirmişlər.[78][79][80] Bununla birlikdə, venesiyalıların sadəcə Famaqusta, Lefkoşa və Kiriniyada möhkəmlənməsi və digər şəhərlərə əhəmiyyət verməməsi onları asanlıqla Osmanlıların ovuna çevirdi.[81] 1539-cu ildə Osmanlılar Kipr, Limassola hücum edərək şəhəri yerləbir etmişdir. Osmanlılara qarşı riyakar siyasət yürüdən və quldurlarla birlikdə hərəkət edən venesiyalıların Kipri Aralıq dənizindəki pirat bazasına çevirməsi Osmanlıları Kipri ələ keçirməyə təhrik etdi.[82][83] II Səlimin dövründə Misirdən ona göndərilən hədiyyələri daşıyan gəminin dəniz quldurları tərəfindən qarət edilməsi ilə birlikdə Osmanlı Kiprə yenidən ekspedisiya təşkil etmək məcburiyyətində qaldı.[84] Ekspedisiya əsnasında qan tökülməməsi üçün Venesiyaya elçi göndərilmiş, lakin elçi həbs olunmuşdur. Buna qarşılıq olaraq Osmanlılar da öz torpaqlarında olan Venesiya elçilərini və tacirlərini həbs etdirmişdir.[85]
Osmanlılar 1570-ci ildə venesiyalılara kipri geri qaytarmağı təklif etmişdir.[86] Lakin venesiyalılar bu təklifi rədd etdikdə, Osmanlılar adaya basqınlara başlamışdır. Lələ Qara Mustafa Paşanın komandanlığı altında, atlı və piyada olmaqla ümumilikdə 60.000 nəfərdən ibarət olan Osmanlı ordusu, 1570-ci il iyulun 2-də Limasola çatdı.[87][88] 3 iyulda Tuzlanın ələ keçirilməsindən sonra Osmanlı ordusu Lefkoşanı mühasirəyə almaq üçün hərəkətə keçdi və 9 sentyabr 1570-ci ildə Lefkoşanı ələ keçirdi.[89] Ada sakinlərinin Osmanlı ordusuna verdiyi dəstək xeyli fayda verdi və Kiriniya şəhəri mübarizəsiz ələ keçirildi.[90][91] Osmanlı İmperiyası, bu köməyi, daha sonralar ada sakinlərinə müəyyən dərəcədə azadlıq hüquqları verərək mükafatlandırmışdır.[92] Kiriniyadan sonra digər şəhərləri ələ keçirmək üçün hərəkətə keçən Osmanlı ordusu, Famaqustada müqavimətlə qarşılaşmış, 1570-ci ilin sentyabrında başlayan müqavimət, 4 avqust 1571-də Famaqusta qalasının komandirinin 5 maddəlik bir müqavilə ilə təslim olması ilə nəticələnmişdir.[75][93][94][95] Famaqustanın ələ keçirilməsi Osmanlıların, yəni türklərin Kiprdəki suverenliyinin başlanğıcı olmuşdur.[96] Osmanlılar adada tam rəhbərliyi ələ keçirdikdən sonra buradaki həyatı həm ümumi Osmanlı sisteminə, həm də adadakı quruluşa uyğun şəkildə qurmuşdur.[89][95] Bir tərəfdən inzibati quruluş yaradarkən, digər tərəfdən Anadoludan olan türklər Kiprə yerləşdirilmişdir.[88] Osmanlı hökmranlığından sonra adada yaşayan latınların əksəriyyəti ya ekspedisiya əsnasında öldürülmüş ya da adanı tərk etmişlər.[95] Şəhər mərkəzlərində ümumilikdə 76 kənd və bir çox tarlalar boşaldıldı.[88] Daha sonra, Anadolu türkləri boşaldılan ərazilərə gətirildi. 1572-ci ildə başlayan Osmanlı köçürmə siyasəti 1689-cu ildə sona çatdı.[75][88][97] Osmanlıların hakimiyyəti dövründə Kiprin bütün sahələrinin inkişafına dəstək verilmiş, adada məscidlər, dərviş yurdları, hamamlar, fəvvarələr və müxtəlif ictimai binalar da inşa olunmuşdur.[98] Bu gün, ikiyə ayrılan Kipr quruluşu içərisində bu abidələrin bir hissəsi Şimali Kipr, digər bir hissəsi isə Cənubi Kiprdə qalmışdır. Osmanlı dövrünə aid abidələr Şimali Kiprin Lefkoşa, Kiriniya, Lapta ve Lefka, Cənubi Kiprin isə Nikosiya, Larnaka, Limasol və Pafos şəhərlərində yer alır.[99] Şimali Kiprdəki əsərlərə Bayraktar məscidi, Yeni məscid, Ərəb Əhməd məscidi, Turunçlu məscidi, İplik bazarı məscidi, Laləli məscidi, Böyük hamam, Qorqud hamamı, Ali Ruhi çeşməsi, Böyük mədrəsə çeşməsi, Piri Paşa məscidi, Seyid Mehmet ağa məscidi, Cəfər Paşa məscidi, İskele çeşməsi, Hüseyin Əfəndi çeşməsi, Osman Dərviş yurdu, Cəfər Paşa hamamı, Qırmızı hamam və Kərtikli hamamı aid edilə bilər.[100][101] Cənubi Kiprdə yer alan Osmanlı əsərlərinə isə Taxtaqala məscidi, Öməriyyə hamamı, Zuhuri Tekke məscidi, Hacı Hamid bəy çeşməsi, Cami-i Kəbir, Köprülü İbrahim Ağa məscidi, Alban məscidi, Osmanlı çeşməsi, Aşağı məscid, Mehmet Əbu Bəkir hamamı aid edilə bilər.[102]
Rusiya-Osmanlı müharibəsinin nəticəsi olaraq Rusiyaya məğlub olan Osmanlı İmperiyası adanı Birləşmiş Krallığın istəyi ilə 92.799 lirəyə icarəyə vermişdir.[103] Ada Osmanlı mülkiyyəti olaraq qalsa da, idarəetmə tamamilə İngiltərənin əlinə keçmişdir. Ada "komissar" adlandırılan yüksək vəzifəli məmurlarla idarə olunmuşdur.[9] 1914-cü ildə başlayan Birinci Dünya Müharibəsində, Osmanlı İmperiyası Almaniya ilə birlikdə İngiltərəyə qarşı müharibəyə başladıqdan sonra İngiltərə adanı ilhaq edərək və yeni qubernator təyin etmişdir.[30] 1923-cü ildə imzalanan Lozanna Sülh Müqaviləsinin 21-ci maddəsinə uyğun olaraq, Birləşmiş Krallığın ilhaqı rəsmən tanındı.[104][105][106] Kipr 1925-ci ildə kral koloniyası elan edildi və adada ilk Türkiyə Respublikası konsulluğu açıldı. 1931-ci ilin oktyabrında enozis hərəkatı əsasında yunanlar burada ingilis rəhbərliyinə qarşı qiyam qaldırdı. Belə olduqda, İngiltərə idarəetmə siyasəti daha da sərtləşdi.[107] Yunan və türk tarixinin tədrisi, iki ölkənin bayraqlarının istifadəsi və milli qəhrəmanlarının nümayişi qadağan edildi. Daha sonradan, türk icması enozis hərəkatının əleyhinə olduqlarını açıqladı.[108] 1943-cü ildə Kipr Türk Azlıq Təşkilatı quruldu, lakin Kipr Türk Azlıq Təşkilatının fəaliyyətlərini yetərsiz olduğunu görən Fazıl Kiçik təşkilatdan ayrılaraq, Kipr Milli Türk Xalq Partiyasının əsasını qoydu.[109][110]
II Dünya Müharibəsindən sonra, kolonializmin geniş yayıldığı dövrdə, Kipr provaslavı III Makarios seçilmişdir.[111] 1954-cü ildə Yunanıstan, Kipr üçün millətlərin öz müqəddəratını təyin etmə hüquqlarını həyata keçirilməsi üçün Birləşmiş Millətlər Təşkilatına müraciət etdi.[112] Türkiyənin də qarşı çıxdığı bu müraciət, daha sonradan Birləşmiş Millətlər Təşkilatı tərəfindən rədd edilmişdir. 1 aprel 1955-ci ildə adada EOKA fəaliyyətə keçdi.[113] Yunanlar arasında Enosisist–Anti-Enosisist qarşıdurması başladı. Türkiyə bu dəfə problemi həll etməyə razı oldu və 29 avqustda Londonda, İngiltərə və Yunanıstanın da iştirak etdiyi yığıncağa qatıldı.[114] 15 noyabr 1957-ci ildə Türk Müqavimət Təşkilatı quruldu. 1958-ci ildə gündəmə gələn MacMillan planına əsasən Kipr, Millətlər Birliyinin üzvü olmuşdur.[115][116]
1960-cı ildə qurulan Kipr Respublikasında, cəmiyyət qurumlarında 70% yunanlar və 30% türklər təmsil haqqına sahib olmuşdur, lakin Kipr Respublikasının prezidenti III Makarios, 30 noyabr 1963-cü ildə 13 maddədən ibarət konstitusiya dəyişikliyi təkliflərini təqdim etdi.[118] Maddələr arasında, Kipr türk sədrinin köməkçisinin veto hüququnun və türk bələdiyyələrinin ləğvi kimi bir çox konstitusiyanın dəyişdirilməz maddələri yer alırdı.[119] ABŞ Prezidenti Kennedi, Makariosa bu dəyişiklik təklifini rədd etməyi məsləhət gördü və Türkiyənin bu dəyişiklikləri qəbul etməyəcəyini bildirdi.[120][121] Kipr türklərinin bu dəyişikliyə qarşı çıxması ilə birlikdə 21 dekabr 1963-cü ildə Kipr türkləri ilə Kipr yunanları arasında icmalararası qarşıdurmalar baş tutdu.[122] Bu qarşıdurmalarda Kipr türklərinin hökumətdəki təmsilçiliyi sona çatmış, bir çox yerlərdə türklərə qarşı soyqırımlar baş vermiş oldu.[123][124][125] Təxminən 25.000 Kipr türkü qaçqın oldu və anklavlarda yaşamağa məcbur qaldı.[126][127][128][129] Bu dövrdə yunan rəhbərliyinin Kipri ilhaq etməsi haqqında olan Akritas planı mətbuatda yayıldı və vəziyyət daha da gərginləşdi. 1967-ci ildə yenidən yunan hücumları başladı. Yunan ordusunun 15.000 əsgəri adada qeyri-rəsmi olaraq yerləşdirildi.[130][131] Yunanıstan və Türkiyənin baş nazirləri arasında türklərə qarşı davam edən haqsızlıqları dayandırmaq üçün yığıncaq təşkil edildi və Türkiyə Ordusunun müdaxilə edəcəyi açıqlandı.[132] Türkiyə Böyük Millət Məclisi hökumətin Kiprə müdaxilə etməsinə icazə verdi. Türk təyyarələri Kipr üzərində uçmağa başladı. Donanma və desant birlikləri hərəkətə keçdi.[118][133] Lakin ABŞ-nin vasitəçiliyi ilə Yunanıstan ordusunu geri çəkdi və Türkiyənin həyata keçirdiyi hərbi əməliyyat dayandırıldı. Yunanıstan qoşunları üç türk kəndindən geri çəkildi.[134] Daha sonra, 1964-cü ildə Rauf Denktaş gizli şəkildə Kiprə getdi. Bir müddət sonra yunanlar tərəfindən həbs olunan Denktaş, Türkiyə və ABŞ-nin etirazı üzərinə sərbəst buraxılaraq Türkiyəyə göndərildi.[135][136]
1970-ci illərin əvvəllərində Yunanıstanı idarə edən hərbi xunta, II Makariosun apardığı siyasət və enoziya yolunda irəliləmənin olmamasından narazı qaldı.[139] 15 iyul 1974-cü ildə hərbi xunta Kipr Milli Qvardiya Birliyinə, Kipr prezidentini istefaya göndərməyi və adanın yunan zabitləri tərəfindən idarə edilməsini əmr etdi.[140] Həmin gün Lefkoşada yerləşən Prezident Sarayı Kipr Milli Qvardiya Birliyi tərəfindən basılmış və II Makarios istefaya göndərilmişdir.[141][142] Daha sonra Nikos Sampson yeni hökumətin dövlət başçısı elan edilmişdir. Hər nə qədər milliyətçi yunanlar tərəfindən çevrilişlər baş tutsa da, Kipr Yunanıstanla birləşmədi və müstəqilliyi davam etdirildi.[143][144] Lakin, Türkiyə Respublikası baş verən çevrilişlərdən narahatlığını bildirmiş, 20 iyul 1974-cü ildə Türkiyə baş naziri Bülənt Əcəvitin həyata keçirdiyi plana uyğun olaraq, istifadə etdiyi "Ayşə tətilə getsin" şifrəsi ilə Kiprdə hava əməliyyatı başlatmışdır. Türk qoşunları adaya endikdən qısa müddət sonra adanın böyük şəhərlərindən biri olan Kiriniyaya daxil oldular və qısa müddət sonra Lefkoşaya doğru hərəkət etməyə başladılar.[145] Lakin, qısa müddət sonra atəşkəs elan olundu və əməliyyat yarımçıq qaldı. Müvəqqəti atəşkəs elan olunsa da, yunan qoşunlarının bu atəşkəs qaydalarına tabe olmamaları nəticəsində, Türk qoşunları 13 avqustda yenidən irəliləməyə başladı. 14 avqustda paytaxt Lefkoşaya, 15 avqustda isə Lefka və Qazimağusaya daxil olan qoşunlar sürətlə hərəkət etməyə başladı.[146] Ancaq, beynəlxalq təzyiqlər nəticəsində atəşkəs elan edildi və adanın 37%-i türklərin nəzarətinə keçdi. Şimalda yaşayan 170.000 Kipr yunanı ərazidən köçürüldü və qısa müddət sonra 50.000 Kipr türkü və daha sonra Türkiyəyə gələn immiqrantların çoxu buraya yerləşdirildi.[147] Kipr əməliyyatından sonra 1976-cı ildə Kipr Türk Federal Dövləti quruldu. 15 noyabr 1983-cü ildə Kipr Türk Federasiya Dövlət Şurası, öz müqəddəratını təyin etmə hüququndan istifadə edərək yekdilliklə qəbul edilmiş bir qərarla Şimali Kipr Türk Respublikasını elan etdi.[148][149][150] Qurucu prezident Rauf Denktaş, dövlətin qurulması haqqında bəyənnaməni oxudu. Şimali Kipr Türk Respublikasının qurulması, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası da daxil olmaqla Kipr Respublikası, Yunanıstan və bir çox başqa dövlətlərin mənfi reaksiyalarına səbəb oldu. Təhlükəsizlik Şurası 18 noyabrda çıxardığı bir qərarla ölkənin müstəqillik qərarını qınadı.[151] 13 may 1984-cü il tarixində isə Təhlükəsizlik Şurası 550 saylı qərarı ilə Şimali Kipr Türk Respublikasının separatçı bir hərəkat olduğunu elan etdi. Kipr münaqişəsi dünya gündəminə gəldiyindən bəri, Birləşmiş Millətlər Təşkilatı tərəfindən adanı birləşdirmək üçün bir çox fəaliyyət həyata keçirildi, lakin onlardan heç birində nəticə əldə olunmadı. Bu fəaliyyətlərdən ən böyüyü 2004 Annan Planı, Kipr yunanlarının rədd etməsi ilə reallaşmadı. 1 may 2004-cü ildə bütün adanı təmsil edən Kipr Respublikası Avropa İttifaqına daxil oldu.[152][153]
Adanın üçdə birini təşkil edən Şimali Kipr, 3.355 kvadrat kilometr əraziyə sahibdir. Şimali Kipr ətrafındaki ölkələrdən Türkiyəyə 70 km, Suriyaya 110 km, Misirə 370 km, Yunanistanın Krit adasına 550 km məsafədə yerləşir.
Yer | Ad | Rayon | Əha. | ||||||
---|---|---|---|---|---|---|---|---|---|
Şimali Nikosiya Famaqusta |
1 | Şimali Nikosiya | Lefkoşa | 61,378 | Girne Morfu | ||||
2 | Famaqusta | Gazimağusa | 40,920 | ||||||
3 | Girne | Kiriniya | 33,207 | ||||||
4 | Morfu | Gözəlyurd | 18,946 | ||||||
5 | Gönyəli | Lefkoşa | 17,277 | ||||||
6 | Kitreya | Lefkoşa | 11,895 | ||||||
7 | Lefka | Lefka | 11,091 | ||||||
8 | Dikomo | Kiriniya | 9,120 | ||||||
9 | Trikomo | İskele | 7,906 | ||||||
10 | Lapitos | Kiriniya | 7,839 |
Şimali Kipr Türk Cümhuriyyətinin təhsil sistemi ümumiyyətlə üç hissə kimi qiymətləndirilir; Bunlar əsas təhsil, orta təhsil və ali təhsildir. Ölkədə 5 yaşdan 15 yaşa qədər davam edən icbari əsas təhsil pulsuzdur. Əsas təhsilə uşaq bağçası, ibtidai məktəb və orta məktəb təhsili daxildir. 5 yaşa qədər məktəbəqədər təhsil əsas təhsilə daxil olsa da, məcburi deyil.
İcbari əsas təhsildən sonra orta təhsil dövrü gəlir. Bu müddət məcburi deyil və müddəti dəyişə bilər. Ali məktəb, lisey kollec, peşə liseyi, elm liseyi və praktiki incəsənət məktəbində təhsil üç ildir. Gözəl sənətlər liseyi, Anadolu liseyi, texniki lisey və turizm otelçilik məktəblərində təhsil dörd ildir.[88]
Orta təhsildən sonra ali təhsil dövrü gəlir. Bu dövrdə önlisans, bakalavr, magistratura və doktorantura təhsili verilir. Orta təhsili 18 və ya 19 yaşında bitirmiş tələbələr isteğe bağlı olaraq ali təhsili davam etdirə bilərlər.[88]
2017–2018-ci tədris ilinə ölkədə ibtidai və orta məktəb səviyyəsində təhsil səviyyəsi 100%, orta məktəb səviyyəsində isə 65% təşkil edir.
Şimali Kipr Türk Respublikası inzibati baxımdan altı ilçəyə bölünür. İlçələr, dövlətin ən yüksək inzibati vahididir. Bu ilçələr isə ümumilikdə on iki bucağa bölünmüşdür. Hər bir ilçə, milli hökumətin yerli təmsilçisi olan bələdiyyə başçısı tərəfindən idarə olunur. Bələdiyyə başçısı mərkəzi hökumət ilə əlaqə saxlayır və bölgədəki fəaliyyətləri mərkəzi hökumətə bildirir. İlçələr Türkiyə Daxili İşlər Nazirliyinə bağlıdır və bələdiyyə başçıları nazirlik tərəfindən seçilir. Parlament seçkilərində ilçələr seçim statusuna sahibdir və millət vəkilləri ilçə bazasında seçilir, lakin bu sistemin regionalizmə səbəb olduğu və mənfi təsir göstərdiyi tənqid olunaraq və dəyişdirilməsi təklif edilmişdir.
Gözəlyurd və İskələ ilçələri 1998-ci ildə qurulmuşdur. Bu tarixdən əvvəl Gözəlyurd Lefkoşa ilçəsinin, İskələ isə Qazimağusa ilçəsinin tərkibində yer almışdır. Bu dövrdə Mehmetçik və Lefka ilçə statusunu almaq üçün namizəd göstərilsə də, daha sonradan seçilməmişdir. 27 dekabr 2016-cı il tarixli Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin yekdil qərarına əsasən, Lefka Gözəlyurd ilçəsindən ayrılaraq, ilçə statusu qazanmışdır.
Gerb | Ad | Orijinal adı | Əhali | Sahəsi (km2) | İnzibati mərkəzi |
---|---|---|---|---|---|
Lefkoşa ilçəsi | (türk. Lefkoşa) | 85 579 | 502,19 | Lefkoşa | |
Qazimağusa ilçəsi | (türk. Gazimağusa) | 69 838 | 997,44 | Qazimağusa | |
Girnə ilçəsi | (türk. Girne) | 73 577 | 690,20 | Girnə | |
Gözəlyurd ilçəsi | (türk. Güzelyurt) | 18 946 | 381,23 | Gözəlyurd | |
İskələ ilçəsi | (türk. İskele) | 23 098 | 773,99 | İskələ |
Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin əhalisi 2014-cü ilə olan məlumata görə 313.000 nəfərdir.[80] Müxtəlif mənbələr Şimali Kipr Türk Cümhuriyyətinin müsəlman əhalisinin 98,71%-dən 99%-ə qədər olduğunu göstərir.[83][84] Əhalinin 0,5%-nin pravoslav xristian, 0,2%-nin maronit xristian, qalanlarının isə başqa dini inanclara malik olduğu bildirilir.[sitat gətirmək lazımdır].
Müsəlman əhali ənənəvi olaraq sünni inancının Hənəfi məzhəbinə sadiqdir. Dini İşlər İdarəsi müsəlmanların dini ehtiyaclarını ödəməyə çalışır. Dini xidmət göstərən kadrların bir qismi Türkiyədən gətirilir. Şimali Kipr Türk Respublikasında ələvi azlıq var.[85]
Onun əhalisinin çox az hissəsini təşkil edən pravoslav yunanlar və katolik maronitlər də var.
Kipr türkləri müsəlman dünyasının ən dünyəvi icmalarından biri kimi müəyyən edilmişdir.[86] 2006-cı ildə Dünya Dəyərləri Anketi adlı dünya səviyyəsində aparılan bir araşdırmaya görə, Kipr türklərinin 75%-i Allahın həyatlarında çox vacib olduğunu bildirib. Kipr yunanları arasında bu nisbət 91% təşkil edib. Məscid və kilsə kimi ibadət yerlərinə ziyarətlər də Kipr türkləri arasında yaygın deyil və Kipr Rumları ilə müqayisədə daha aşağı nisbətdə müşahidə olunur.
Şimali Kipr Türk Cümhuriyyətində zaman keçdikcə bir çox musiqi qrupu və sənətçi yetişdi. Onlar ümumiyyətlə klassik musiqi, opera, pop, türk sənət musiqisi, türk xalq musiqisi, rep kimi musiqi janrlarını ifa edirlər.
Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyədə fəaliyyət göstərən çoxlu Kipr türk sənətçiləri var. Önə çıxanlar bunlardır: Cemaliye Gülten Kıyıcı, Ali İrfan Peksoylu, Kamran Əziz, Rüya Taner, Ziynet Sali, Işın Karaca, Babutsa, Koray Çapanoğlu, Cyprus Music Travels, Grup SOS, Fikri Karayel, Buray Hoşsöz.
Kipr türk mətbəxinin türk mətbəxi və Aralıq dənizi mətbəxi ilə oxşar cəhətləri var. Bu kontekstdə şaftalı kababı və plovuna, molehiya, pirohu, qoyun südündən hazırlanmış qızardılmış halumi və halumi, halumi və pastası, güllürikya, şəmişi və çörək kadayıfını desertlər kimi qeyd etmək olar.
The fact that the decision of the SCCC would not be implemented by Makarios was made quite clear. Non-implementation of the decision of a Constitutional Court is sufficient reason to compel the resignation of its President
According to official records, 364 Turkish Cypriots and 174 Greek Cypriots were killed during the 1963–1964 crisis.
...the number of settlers was disputed between Turkish and ...