CIZ¹,
CIZBIZ
OBASTAN VİKİ
Cız-bız
Cız-bız (qırğ. Чыз-быз) — Azərbaycan (o cümlədən, xüsusilə Güney Azərbaycanın Zəncan şəhərinə aid), Qırğızıstan və Özbəkistan mətbəxlərinə aid quru yemək. Bu yemək Zəncanda Çağır-Bağır və ya Cığır-Bığır da adlanır. Bu yemək qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən bişirilir. Bağırsağdan da istifadə etmək olar. == Lazım olan ərzaqlar == Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək Kartof Pomidor və ya Tomat pastası (istəyə görə) Bağırsaq (əgər varsa) Yağ ya da quyruq Duz, istiot. Yerkökü (istəyə görə) == Hazırlanma üsulu == Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır. Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər.
Cızıxlar
Cızıxlar — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafə də yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonun tərkibində olmuşdur. Toponim türk dilində «sərhəd», «hüdud», «mərz» mənasında işlənən cızıq sözündən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan düzəltmə quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsoxamarq qoyulmuşdur. Cızıxlar qalası - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqaç (Qukasyan) rayonundakı Cızıxlar kəndində qala. Qalanın tikilməsini I əsrə aid edirlər.

Digər lüğətlərdə