Cızıxlar

Cızıxlar — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd.[1]

kənd
Cızıxlar
40°56′53″ şm. e. 43°51′22″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Ağbaba mahalı
Rayon Qızıl Qoç rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.950 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 566 nəf. (2012)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Cızıxlar xəritədə
Cızıxlar
Cızıxlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 15 km məsafə də yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonun tərkibində olmuşdur.

Toponim türk dilində «sərhəd», «hüdud», «mərz» mənasında işlənən cızıq sözündən[2] əmələ gəlmişdir. Relyeflə bağlı yaranan düzəltmə quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsoxamarq qoyulmuşdur.

Cızıxlar qalası - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqaç (Qukasyan) rayonundakı Cızıxlar kəndində qala. Qalanın tikilməsini I əsrə aid edirlər[3].

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Arçrun Ovannisyan (d.1980) - Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi (2012-2020)
  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  2. Радлов В.В. Опыт словарья тюркских наречий, т.III, ч.2, СПб, 1905. s.2096
  3. Bayramov A. Qədim Oğuz ellərinin - Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri), Sumqayıt, 1996. s.187