CƏM

sufizmdə insana Allahın varlığı və birliyini hiss etdirən mənəvi haldır. Bu hala girən insan düşüncəsini yalnız Allaha yönəldir, yalnız Ona ibadət edir, Ondan başqa heç bir şeyi hiss etmir. Cəmin ən yüksək məqamında sufi hər şeydə Tanrının təcəssümünü görür.
CƏLVƏTİLƏR
CƏNABƏT
OBASTAN VİKİ
Cəm
Cəm (lat. summa) — iki ədədi toplayanda alınan ədəd bu ədədlərin cəmi adlanır.
Cəm (jurnal)
Cəm — siyasi və ədəbi-yumoristik həftəlik jurnal. 28 noyabr 1910 - 6 oktyabr 1912 illərdə 43 nömrəsi, 10 dekabr 1927 - 2 may 1929 illərdə isə 49 nömrəsi (cəmi 92 nömrə) çıxmışdır. 77 nömrəsi ərəb əlifbası ilə, 15 nömrəsi isə latın əlifbası ilə çap olunmuşdur. Əvvəllər türk və fransız dillərində, 1927-ci ildən təkcə türk dilində nəşr edilmişdir. Sahibi və məsul müdiri Cəmil (Cəm), baş redaktoru isə Rafıq Xalid (Karay) olmuşdur. 16 səhifəlik idi. Dövrün ictimai nöqsanlarını kəskin tənqid edən jurnalda əsasən yumoristik şeirlər, hekayələr, felyetonlar və karikaturalar dərc olunurdu. Məzəli (jurnal) Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.74.
Cəm (şəhər)
Cəm — İranın Buşehr ostanının şəhərlərindən və Cəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,809 nəfər və 2,734 ailədən ibarət idi.
Cəm evi
Cəm evi — Ələvilik inancının əsas ibadət məkanı. Cəm evindən zikr edilməsi və müxtəlif dini ibadətlərin icra edilməsi üçün istifadə edilməkdədir. Cəm evinə daxil olmaq üçün müəyyən şərtlər vardır. Qul haqqı yeyən, haqq sahibi ilə halallaşmayan şəxs ibadətxanaya daxil ola bilməz. İbadətlər Allah-Məhəmməd-Əli və 12 imam ətrafında sıxlaşdırılmışdır.
Cəm temperatur
Aqrometeorologiyada ərazinin istilik potensialını və kənd təsərrüfatı bitkilərinin istiliyə olan təlabatını ifadə etmək üçün cəm temperaturlardan istifadə edilir. İlk dəfə olaraq Reomyur 1734-cü ildə bitkilərin istiliyə olan təlabatını cəm temperaturlar göstəricisi ilə vermişdir. Keçmiş SSRİ- də iqlimin termik ehtiyatlarını kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirərkən Q. T. Selyaninov ilk dəfə 100C- dən yuxarı temperatur cəmlərindən istifadə etmiş və belə temperaturları fəal temperaturlar adlandırmışdır. Onlar kənd təsərrüfatı bitkilərinin fəal vegetasiya dövründə istiliklə təminat göstəricisidir. Müəyyən hədlərdən yuxarı fəal temperatur cəmləri histoqram üsulu ilə hesablanır. Bitkilərin istiliyə olan təlabatı effektiv temperaturlar cəmi vasitəsilə də ifadə olunur. Belə temperaturlar cəmi orta sutkalıq temperaturdan hər bir bitkinin bioloji minimumuna uyğun temperaturun çıxılaraq toplanması ilə alınır. Respublikamızda bir çox bitkilər üçün belə temperaturlar cəmi bütövlükdə vegetasiya dövrü və onun ayrı- ayrı hissələri üçün Ə. C. Əyyubov tərəfindən hesablanmışdır. Belə temperaturlar cəmi də orta aylıq temperaturun illik gedişi qrafikinə əsasən hesablanır.
Cəm şəhristanı
Cəm şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Cəm şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 37 999 nəfər və 8 412 ailədən ibarət idi.
Firudin Cəm
Firudin Cəm (1914, Tehran – 13 oktyabr 2000, London; farsca: فريدون جم) — İranın keçmiş yüksək rütbəli hərbçisi (General) və keçmiş baş nazir Mahmud Cəmin oğlu. 1914-cü ildə Təbrizdə Mahmud Cəmin ailəsində anadan olmuşdur. Atası Mahmud Cəm 1935-ci ildən 1939-cu ilə qədər İranın baş naziri olmuşdur. Anasının adı Məleykə Zaman olmuşdur. 1937-ci ildə Rza şah Pəhləvinin böyük qızı Şəms Pəhləvi ilə evlənmişdir. Rza şahın ölümündən sonra Firudin Cəm Şəms Pəhləvi ilə boşanmışdır. Tehranda və Saint-Cyrda hərbi təhsil almışdır. Daha sonra Birləşmiş Krallıqda hərbi akademiyanı bitirmişdir. 1969–1971-ci illərdə İran İmperial Ordu Korpusunun komandanı vəzifəsində xidmət etmişdir. Məhəmmədrza şah Pəhləvi ilə konfliktlərə görə 1973-cü ildə ordudan ayrılmışdır.
Mahmud Cəm
Mahmud Cəm (1884–1969, farsca: محمود جم) — İranın 1935–1939-cu illərdə baş naziri olmuşdur. Mahmud Cəm, Təbrizdə dünyaya gəlibdir. Atası Məhəmmədsadıq Kirmani, Kirmandan Təbrizə mühacirət etmişdir. Cəm Təbrizdə fransız bir şəxsdən fransız dilini öyrəndikdən sonra Təbrizdəki fransız səfirliyində tərcüməçi olaraq çalışmağa başlamışdır. Oğlu Firudin Cəm İranın məşhur hərbçilərindən olmuşdur. Fransız səfirliyində tərcüməçi kimi işləməyə başlayan Cəm, Kirman və Xorasan da qubernator vəzifəsində çalışmışdır. 1933-cü ilin sentyabr ayında daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Rza şahın rəhbərliyi altında maliyyə naziri vəzifəsində çalışmışdır.1935-ci ilin dekabr ayından 1939-cu ilin oktyabr ayına qədər baş nazir vəzifəsində çalışmışdır. Transiran koridoru onun baş nazirliyi dövründə açılmışdır. Bundan sonra o Misirə səfir təyin edilmişdir.
İsmayıl Cəm
İsmayıl Cəm (15 fevral 1940, İstanbul, Türkiyə – 24 yanvar 2007, İstanbul) — Türkiyənin siyasi və ictimai xadimi, 1997–2003-cü illərdə Türkiyə Respublikasının Xarici İşlər naziri vəzifəsində işləmişdir. Türkiyə-Yunanıstan münasibətlərinin yaxşılaşmasında mühüm rolu olmuşdur. İsmayıl Cəm 1940-cı ildə doğulub. 2007-ci ildə vəfat edib.
Cəm (dəqiqləşdirmə)
Cəm
Əl-Cəm amfiteatrı
Əl-Cəm amfiteatrı — müasir Afrikanın Roma əyalətindəki Thysdrus, Tunisin Əl-Cəm şəhərindəki oval bir amfiteatrdır. 1979-cu ildən bəri YUNESKO tərəfindən Ümumdünya irsi olaraq siyahıya alınmışdır. Amfiteatr, e.ə. 238-ci ildə, Tunisin El Djem bölgəsindəki Roma Afrika Proconsularis bölgəsində yerləşən Thysdrus'ta inşa edilmişdir. Dünyanın ən yaxşı qorunan Roma daş xarabalıqlarından biridir və Afrikada bənzərsizdir. Roma imperiyasındakı digər amfiteatrlar kimi, tamaşaçı tədbirləri üçün inşa edildi və dünyanın ən böyük amfiteatrlarından biridir. Təxmini tutumu 35.000, böyük və kiçik baltaların ölçüləri müvafiq olaraq 148 metr (486 fut) və 122 metrdir. Amfiteatr daş bloklardan tikilib, düz bir yerdə yerləşir və olduqca yaxşı qorunur.Əl Cəmin amfiteatrı eyni yerdə tikilmiş üçüncü amfiteatrdır. İnanc budur ki, Gordian III olaraq imperator olmuş yerli prokuror Gordian tərəfindən inşa edilmişdir. Orta əsrlərdə bir qala rolunu oynadı və 430-cu ildə Vandalların və 647-ci ildə Ərəblərin hücumları zamanı əhali burada sığınacaq tapdı.
Cəmadiyəlaxır
Cəmaziyəlaxır — Hicri təqviminin 6-cı ayı. Cəmadiyəlaxırin 3-ü Peyğəmbərin qızı Fatimənin vəfatı. Cəmadiyəlaxırin 13-ü Ümm ül-Banunun vəfatı (Abbas ibn Əli ibn Əbu Talibin anası) . Cəmadiyəlaxırin 20-si Fatimənin doğum günü.
Cəmadiyələvvəl
Cəmaziyələvvəl — Hicri təqviminin 5-ci ayı.
Cəmahiriyyə
Cəmahiriyyə(ərəb. جماهيرية‎) — ərəb termini olub, əsasən "Kütlələrin dövləti" kimi tərcümə edilir. Bu termin Muammər Qəddafinin 1975-ci ildə nəşr olunan "Yaşıl Kitab"ında qeyd edilmişdir. "Cəmahiriyyə" ("kütlə", "kütlələrin" mənası verir) sözü ilk dəfə yalnız 1981-ci ildə nəşr edilən kitabın üçüncü hissəsində istifadə edilmişdi. Bu ifadə - إن الحركات التاريخية هي الحركات الجماهيرية (Inna al-ḥarakāt at-tārīkhīyah hiya al-ḥarakāt al-camāhīrīyah) şəklində idi və mənası "Tarixi axın kütlələrin axınıdır" idi. Cəmahiriyyə sözü ərəb dilində "respublika" mənası verən "cümhuriyə" sözündən törəmişdir. İctimaiyyət, camaat mənası verən "cümhur" sözünün cəmi "kütlə" mənasına gələn "cəmahir" sözüdür. Cəmahiriyyə sözü "Kütlənin Respublikası" mənasını verir. Bu sözün xeyli müddət tərcümə edilməməsinə baxmayaraq, sonda Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsi şəklinə gəldi. Reyqan hökumətinin 1986-cı il bombalamasından sonra Qəddafi ölkənin rəsmi adının əvvəlinə "Böyük" (العظمى, al-‘Uẓmá) sözünü əlavə etdi.
Cəmal Qaşıqçı
Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي‎; 13 oktyabr 1958, Mədinə – 2 oktyabr 2018, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d]) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var. Camal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi.
Cəmali Təbrizi
Cəmali Təbrizi — XV əsr azərbaycan şairi Kitabxananın kataloq tərtibatçısı Q.Ete göstərir ki, burada olan nəzirə nüsxələrindən biri heç bir kitabxanada yoxdur. Bu Cəmalinin “Xəmsə”si kimi qeyd olunur. İndiyə qədər Nizaminin “Xəmsə”sinə ilk tam həcmli nəzirəni Əşrəf Marağayinin yazdığı məlum idi. Lakin tədqiqat göstərir ki, Ə.Marağayinin ilk poeması “Mənhəc əl–əbrar” 1428-ci ildə, Cəmali Təbrizinin II, III, IV poemaları isə bu tarixdən daha əvvəl, 1402-1427-ci illərdə qələmə alınmışdır. Buradakı nəzirələr aşağıdakı kimi qruplaşır: “Sirlər xəzinəsi”nə, “Töhvətül – əbrar”; “Xosrov və Şirin”ə – “Mehr – o Nigar”; “Leyli və Məcnun”a – “Məhzun – o Məhbub”; “Yeddi gözəl”ə – “Həft – o urəng”; “İsgəndərnamə” – yə isə eyni adlı “İsgəndərnamə” uyğun gəlir.
Cəmaləddin Arqun Ay Aba
[mənbə göstərin] Cəmaləddin Ay Aba əs-Sumayrami - səlcuqlu əmiri, vali Cəmaləddin Ay Aba əs-Sumayrami Səlcuqlu sultanlarına xidmət etmişdi. Eldənizli hakimi Əbubəkrin yaxın adamlarından sayılırdı. Sonra Özbəyin qulluğunda idi. Bir müddət Həmədan əyalətinin valisi olmuşdu.
Cəmaləddin Barbəy Ay Aba
Cəmaləddin Uluq Barbəy Ay Aba əl-Fərrazi - səlcuqlu əmirəlümarası, vali. Cəmaləddin Uluq Barbəy Arqun oğlu Cahan Pəhləvanin əmirəlümarası olmuşdu. Cahan Pəhləvanın vəfatından sonra onun arvadı İnanc xatun siyasətə atıldığından onu öz tərəfinə çəkmək istədi. Ay aba III Toğrula meyl etdi. Əmir Seyfəddin Rusla aralarında ixtilaf baş verdi. Ay Aba onu sultanın qarşısında ləkələdi. Rəqib aradan götürüldü. Cəmaləddin Ay Aba məlik əl-üməra ünvünı almışdı. Həmədanın valisi, Özbəyin müdəbbiri olmuşdu.
Cəmaləddin Həsən Hilli
Əllamə Hilli (tam adı: Cəmaləddin Həsən bin Yusif bin Əli bin Mütəhhər Hilli; 23 dekabr 1250 və ya dekabr 1250, Hillə – 27 dekabr 1325, dekabr 1325, 1326 və ya 1325, Hillə) — şiə ilahiyyatçı-alim (müctəhid/mərceyi-təqlid) və filosof. Nəsirəddin Tusi məktəbinin məşhur nümayəndələrindən biridir. Əllamə Hilli Bağdad yaxınlığında yerləşən Hillə şəhərindəndir. Müasir dövrdə Hillə İraqda mühüm yerlərdən biri sayılır. Cəmaləddin Hilli doğma şəhərinə çox bağlı olmuş və orada fəaliyyət göstərmişdir. O, Hillə şəhərində doğulmuş və ömrünü də burada başa vurmuşdur. "Cəmaləddin" ("Dinin gözəlliyi") ləqəbi ilə tanınan filosofun adı bəzi mənbələrdə Hüseyn göstərilsə də, əksəriyyətində Həsən kimi təqdim olunmuşdur. Onun atasının adı Yusif, babasının adı Əlidir. Hillə şəhərindən olduğu üçün Hilli nisbəsini daşımışdır. Mənbələrdə o, "ən böyük alim" ("əllamə") adı ilə yad edilmişdir.
Cəmaləddin Maqomayev
Cəmaləddin Müslüm oğlu Maqomayev (28 may 1910, Lənkəran, Lənkəran qəzası – 5 oktyabr 1977, Moskva) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1948–1952, 1953–1957), Azərbaycan SSR yerli sənaye naziri (1953), SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi (1962–1977). Cəmaləddin Müslüm oğlu Maqomayev 1910-cu il mayın 28-də Lənkəran şəhərində bəstəkar Müslüm Maqomayevin ailəsində anadan olmuşdur. Bakıda orta təhsil aldıqdan sonra o, Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirmişdir. 1932-ci ildə institutu bitirdikdən sonra Leninqraddakı "İjora" ağır maşınqayırma zavoduna göndərilmiş, orada mühəndis-texnoloq vəzifəsində işləmişdir. 1934–1936-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bakıya qayıtdıqdan sonra Cəmaləddin Maqomayev Azərbaycanın neft-maşınqayırma sistemində işləməyə başlamışdır. 1936–1937-ci illərdə Lenin adına zavodda baş mexanikin müavini, 1937–1939-cu illərdə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin baş mexaniki, 1939–1941-ci illərdə Kirov adına zavodun direktoru, 1941-ci ildən isə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin (Azərneftmaş) baş mühəndisi olmuşdur. Böyük Vətən müharibəsi illərində Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin silah və döyüş sursatı üzrə müvəkkilinin müavini işləyən Cəmaləddin Maqomayev orduya döyüş silahlarının fasiləsiz göndərilməsində iştirak etmişdir. O, 1943–1948-ci illərdə Azərbaycan KP MK-da sənaye-nəqliyyat şöbəsinin, neft sənayesi şöbəsinin müdiri, Mərkəzi Komitənin yeyinti sənayesi üzrə katibinin müavini işləmişdir. Cəmaləddin Maqomayev 1948–1952-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1952–1953-cü illərdə Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi olmuşdur.
Cəmaləddin Mehdiyev
Cəmaləddin Mehdiyev (Mehdiyev Cəmaləddin İsa oğlu; d. 1956. Səfikürd, Goranboy rayonu, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru, professor. Başqırdıstan Dövlət Tibb İnstitutunun professoru. Başqırdıstan Respublikasının Əməkdar həkimidir. Rusiya Cərrahlar Cəmiyyətinin həqiqi üzvü. Mehdiyev Cəmaləddin İsa oğlu 1956-cı il noyabrın 23-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Tibb Universitetini bitirib və 1988-ci ilədək Başqırdıstanın Kumertau şəhərində mərkəzi rayon xəstəxanasında işləyib. 1989-cu ildən Ufada 21 nömrəli xəstəxanada çalışıb. C.Mehdiyev 1991-ci ildən Təcili Tibbi Yardım Xəstəxanasında bölmə müdiri, eyni vaxtda 1994-cü ildən Başqırdıstan Dövlət Tibb Universitetinin müəllimi, sonralar isə professoru olub.
Cəmaləddin Məmmədov
Cəmaləddin Türbəndə oğlu Məmmədov (21 aprel 1988, Kürdlər, Ağcabədi rayonu – 27 sentyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Cəmaləddin Məmmədov 1988-ci il aprelin 21-də Ağcabədi rayonunun Kürdlər kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Cəmaləddin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəmaləddin Məmmədov sentyabrın 27-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Ağcabədi rayonunun Kürdlər kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmaləddin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmaləddin Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəmaləddin Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Camaləddin Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəmaləddin Məmmədov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəmaləddin Yandiyev
Cəmaləddin Hamirzəyeviç Yandiyev (inquş Янднаькъан Хамарзий Джамалда; 15 oktyabr 1916, Terek vilayəti – 1979) — İnquşetiyanın ilk xalq şairi, SSRİ Yazıçılar İttifaqının üzvü, Çeçen-İnquş MSSR Yazıçılar İttifaqının sədri. Sağlığında İnquş ədəbiyyatının klassiki kimi tanınan ən istedadlı inquş şairlərindən biri. Cəmaləddin Yandiyev 1916-cı il oktyabrın 15-də Terek vilayətinin (indiki Şimali Osetiya) Balta kəndində dağlı-kəndli ailəsində anadan olub. Anası 1920-ci ildə, atası 1950-ci ildə Qazaxıstanda çeçenlərin və inquşların deportasiyası zamanı vəfat etmişdir. Yandiyev 1925-ci ildə kənd məktəbini bitirib. 1929-cu ildə Vladiqafqaz sənaye politexnik məktəbinin hazırlıq qrupuna daxil olmuş və 1936-cı ildə istilik mexaniki ixtisası üzrə diplom almışdır. Elə həmin il o, "Lenian Nek" qəzetində ədəbi yazar kimi fəaliyyətə başlayıb. O, 1934–1937-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil alıb. 1936-cı il dekabrın 20-dən "Lenian Nek" qəzetində müxbir, "Çeçİnqosizdat"da tərcüməçi işləyib. Cəmaləddin Yandiyev 1938–1944-cü illərdə — Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Sovet Yazıçılar İttifaqı İdarə Heyətinin sədri vəzifəsini icra edib.
Cəmaləddin Əfqani
Cəmaləddin Əfqani ya da bütün adıyla Seyyid Cəmaləddin Məhəmməd bin Səfdər əl-Əfqanî əl-Hüseynî — 19-cu əsrin tanınmış mütəfəkkir və siyasətçilərindən biri olan müsəlman aktivist və ideoloq. İslami modernizmin banilərindən və ümmət birliyinin müdafiəçilərindəndir. Olduqca hərəkətli bir həyat yaşamış olan Əfqani, geniş bir çevrəyə dərindən təsir etmişdir. Həm Qərb, həm də İslam aləmini yaxşı tanıyıb. İslam dünyasının müasirləşmə məsələsini müzakirəyə çıxaran Əfqani, İslamın özünə, əsasına zərər vermədən ağıllı bir proqram çərçivəsində problemləri həll etməyə çalışıb. Qocaman Şərq həmişə böyük şəxsiyyətləri ilə zəngin olmuşdur. Onların hikməti, mühakiməsi və fikir dünyası ilə bir neçə nəslin mənəvi inkişafına təkan vermiş, onların yeni ruhda yetişib formalaşmasına kömək etmişdir. Belə şəxsiyyətlərdən biri də müasirlərin "Böyük bir müsəlman" və yaxud "Böyük bir şərqli", "Müsəlman dünyasının mümtaz siması" adlandırdığı Şeyx Cəmaləddin Əfqanidir. O, keçən əsrin sonlarında islam dəyərlərini, dünya xalqlarının mənəvi zənginliyini, fəlsəfi irsini, tarixini öyrənən və bütün müsəlman Şərqi üçün çıxış yolları axtarmağa çalışan mütəfəkkirdir. O, Şərq və Qərb mədəniyyətlərini mənimsəmiş və özünün fəlsəfi sistemini müəyyənləşdirmişdir.
Cəmaziyəlaxır
Cəmaziyəlaxır — Hicri təqviminin 6-cı ayı. Cəmadiyəlaxırin 3-ü Peyğəmbərin qızı Fatimənin vəfatı. Cəmadiyəlaxırin 13-ü Ümm ül-Banunun vəfatı (Abbas ibn Əli ibn Əbu Talibin anası) . Cəmadiyəlaxırin 20-si Fatimənin doğum günü.
Cəmaziyələvvəl
Cəmaziyələvvəl — Hicri təqviminin 5-ci ayı.
Cəmcird
Cəmcird (fars. جم جرد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 492 nəfər yaşayır (103 ailə).
Cəmcəmli
Cəmcəmli — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəmcəmli kənd inzibati ərazi dairəsində kənd. Kənd dağətəyi ərazidədir, etnotoponimdir. Əhali Güney Azərbaycandan və Quzey Qafqazdan gələn tayfalarla və yerli tayfalar qarışığıdır. Kənd əhalisi etnik olaraq azərbaycanlılardır. Cəmcəmli dağətəyi ərazidədir. Etnotoponimdir. Təqribən 500 illik tarixə malik olan Cəmcəmli kəndi Bakı şəhərindən 102, Qobustan rayonunun mərkəzindən 10 kilometrlik bir məsafədə yerləşir. Kənd dəniz səviyyəsindən 725 metr yüksəklikdədir. Ərazisi şimaldan Qobustan şəhəri, şərqdən Dərəkənd, qərbdən Sədəfli, cənubdan Göydərə, Poladlı kəndləri ilə həmsərhəddir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1237 nəfər əhali yaşayır.
Cəmcəmli bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cəmi ət-Təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.

Digər lüğətlərdə