Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əfran İsmayılov
Əfran Amit oğlu İsmayılov (8 oktyabr 1988, Bakı, Azərbaycan SSR) — azərbaycanlı futbolçu. Əfran İsmayılov Bakı şəhərində anadan olub. 10 yaşında futbolla məşğul olmağa başlayıb. Futbolun sirlərinə Rövşən Qasımovun rəhbərliyi altında yiyələnib. 2006-cı ildə "Qarabağ" klubunda olan seçimlərə qatılıb. Türk məşqçilərin rəhbərlik etdiyi seçimlərdə özünü yaxşı tərəfdən göstərən futbolçu Qarabağ klubuna qəbul olunub. Bir il əvəzedici komandada çıxış etdikdən sonra, 2007-ci ildə əsas komandaya cəlb olunub. 2008-ci ildə icarə əsasında Turan Tovuza keçib. Tovuz klubunda oyun təcrübəsi qazanan Əfran İsmayılov bir ildən sonra yenidən "Qarabağ"a qayıdıb. 2012-2013 mövsümünün sonunda Qarabağdan ayrılıb və "Bakı" ilə iki illik müqavilə bağlayıb..
Əfrand Daşdəmirov
Əfrand Firuddin oğlu Daşdəmirov (12 mart 1942, Bakı – 7 aprel 2015, Moskva) — AMEA-nın müxbir üzvü (1983), AMEA-nın həqiqi üzvü (1989), Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin redaktoru. Əfrand Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə Moskvada "İndividual şüurun milli məqamları" (rus. "Национальные моменты индивидуального сознания") namizədlik dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə o, "Şəxsiyyətin sosial varlığının milli və beynəlmiləl formaları" (rus. "Национальные и интернациональные формы социального бытия личности") adlı doktorluq dissertasiyasını müdafiə edir. Əfrand Daşdəmirov Bakı Ali Partiya Məktəbində kafedra müdiri vəzifəsini tutmuşdur. Uzun illər Ə.F.Daşdəmirov Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən o, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professorudur.
Cəbhətül-Əkrad
Kürd Cəbhəsi (ərəb. جبهة الأكراد‎, Cəbhətül-Əkrad; kürd. Eniya Kurdan, keçmiş tam adı: لواء جبهة الأكراد لنصرة شعبنا السوري, hərf. "Suriya Xalqımıza Dəstək üçün Kürd Cəbhəsi Briqadası") — Suriyada vətəndaş müharibəsində iştirak edən və əsasən kürdlərdən ibarət üsyançı qrup. Kürd Cəbhəsi Suriyanın şimalında, Hələb şəhərinin Şeyx Məqsud və Əşrəfiyyə rayonları, Əfrin kantonu, Şahba kantonu və Rəqqə mühafəzəsinin şimalı kimi kürd və etnik qarışıqların yaşadığı ərazilərdə fəaliyyət göstərir.
Məzrayə-i Əkrad (Kəleybər)
Məzrayə-i Əkrad (fars. لمه درق‎‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 765 nəfər yaşayır (162 ailə).
Qızılca-i Əkrad (Sərab)
Qızılca-i Əkrad (fars. قزلجه اكراد‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (16 ailə).
Fərah
Fərah vilayəti
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Əfqan
Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100 (2011 – ci ilin əvvəlinə 24,485,600) nəfər olduğu ehtimal edilir . Ölkə əhalisinin milli tərkibini təşkil edən etnik qruplar : puştunlar, taciklər, həzaralar, özbəklər, türkmənlər, aymaqlar, bəluclar, qızılbaşlar, nuristanlılar, paşayilər və sairədir. Böyük Sovet Ensiklopediyasının II nəşri, III cildinin (1950-ci ildə çap edilib), 494-cü səhifəsində yazılıb: Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri şübhə doğurmayan siyahıya alma aparılmadığından onun əhalisinin etnik tərkibi haqqında dəqiq məlumatlar yoxdur , bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır . Pan-İranizm ideyasını bəyənən və ona felən dəstək verən Avropanın "müstəqil sosial təşkilatları" İranda olduğu kimi Əfqanıstanda da Türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar . Əksər qərb mənbələrinə əsasən Əfqanıstanda Türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12%-ni təşkil edirlər (özbəklər-9% , türkmənlər-3%) . Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların (əsasən Özbək və Türkmən) liderlərinin iddialarına əsasən həzaralar və çahar aymaqlar daxil edilmədən bütün Türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35%-lik paya sahibdirlər (19% – özbəklər, 13% – türkmənlər , 3% – qızılbaşlar , qırğızlar , tatarlar , qaraqalpaqlar , qazaxlar) . Əfqanıstanda Türk toplumunu özbəklər , türkmənlər , qızılbaşlar , qırğızlar , qaraqalpaqlar , qazaxlar , tatarlar əmələ gətirirlər . Özbəklər – Əfqanıstanda puştun və taciklərdən sonra üçüncü ən böyük etnik qrupdurlar . sayları 4,000,000 nəfərdən çoxdur . Türkmənlər – sayları 900,000 nəfərdən çoxdur (bəzi təxminlərə görə 3,000,000 nəfərdir) .
Əfrin
Əfrin və ya Afrin (ərəb. عفرين‎, kürd. Efrîn) — Suriyanın şimal-qərbində, Hələb mühafəzəsində şəhər. Əfrin mühafəzənin şimal-qərbində, Əfrin çayının sahillərində, dəniz səviyyəsindən 215 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Əfrindən 38 kilometrlik məsafədə yerləşir. 1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 11.914 insan yaşayırdı. 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 54.451 nəfər idi. Şəhər əhalisinin əksəriyyəti kürdlərdir. Roma imperiyası dövründə bu ərazidən keçən ilk yol tikilmişdir. Osmanlı dövründə Əfrində karvansara mövcud idi..
Əfşar
Əfşar İmperiyası — Əfşar dili — Əfşar tayfası — Kəndlər Avşar (Vedibasar) — Vedibasar mahalında kənd. Əfşar (Culfa) — İranda kənd.
Əhrar
Əhrar Partiyası (Osmanlı) — 1908-1910-cu illərdə mövcud olmuş Osmanlı partiyası
Əcdad
Əcdad və ya ata-baba — valideyn və ya (rekursiv olaraq) bir antesedentin valideyni (yəni, baba, nənə, ulu baba, ulu nənə və s.). Əcdad "şəxsin törədiyi hər hansı bir şəxsdir. Qanunda bu, mülkün miras buraxıldığı şəxsdir". Əgər biri digərinin əcdadıdırsa və ya ortaq əcdadı paylaşırsa, iki fərd genetik əlaqəyə malikdir. Təkamül nəzəriyyəsində təkamül əcdadı paylaşan növlərin ortaq mənşəli olduğu deyilir, lakin bu əcdad anlayışı bəzi bakteriyalara və üfüqi gen köçürmə qabiliyyətinə malik digər orqanizmlərə aid edilmir. Bəzi araşdırmalar göstərir ki, ortastatistik insanın kişi əcdadlarından iki dəfə çox qadın əcdadı var. Bu, keçmişdə poliginiya münasibətlərin və qadın hiperqamiyanın yayılması ilə bağlı ola bilər.
Fərid Fərcad
Fərid Fərcad (fars. فرید فرجاد‎; 1938, Tehran) — Fars əslli ABŞ vətəndaşı olan skripka virtüözü. "skripkanı ağladan adam" kimi tanınır və dünyanın ən yaxşı skripka virtüözlerinden biri olaraq qəbul edilir. 8 yaşından bəri skripka çalan İranlı bir musiqiçi olan Fərcad, 1938-ci ildə Tehranda doğulmuşdur. 1966-cı ildə, Tehran Musiqi Konservatoriyasının klassik musiqi üzərinə master etmiş, bundan sonrakı addımında Tehran Simfonik Orkestrında əhəmiyyətli vəzifələr boynuna götürmüşdür. Fars Xalq Musiqisi təcrübəsinə sahib olan Fərcad, skripka ilə Klassik Qərb musiqisi üzərində də işləmişdir. Bu işləri Fars musiqisinin inkişafında əhəmiyyətli bir yer tutmuşdur. Fərcad Pəhləvi sülaləsinin dövründə doğulmuş, lakin 1979-cu ildəki İran İslam İnqilabı əvvəlində ölkəsindən ayrılaraq Kaliforniyaya yerləşmişdir. Bu ildən etibarən ABŞ vətəndaşlığına keçmiş və həyatını ABŞ-da davam etdirmişdir, lakin özünü ABŞ-lı deyil, İranlı və Fars olaraq xarakterizə etməkdədir. İnqilabdan sonra İranda musiqinin "haram" elan edilməsi və qadağan edilməsindən sonra Fərcadın və bir çox Fars musiqiçinin ölkəyə girməsi qadağan edilmişdir.
Fərid Murad
Fərid Murad (14 sentyabr 1936[…] – 4 sentyabr 2023[…]) — əslən alban olan amerikalı həkim və farmakoloq, 1998-ci ildə tibb və fiziologiya üzrə azot oksidin ürək-damar sistemində siqnal molekul rolunun kəşfinə görə Nobel mükafatçısı olub. Ferid Murad, 1936-cı ildə 14 sentyabr ABŞ-də İndiana ştatında, Whiting şəhərində anadan olub. 1958–1965-ci illərdə Klivlenddə Western Reserve Universitetində oxuyub və tibb üzrə fəlsəfə elmləri doktoru (PhD) adına layiq görülüb. 1975–81 — Vircinia Universitetində İç Xəstəliklər və Farmakologiya kafedrasının professoru 1971–81 — Vircinia Universitetində kliniki tədqiqat mərkəzinin direktoru 1973–81 — Vircinia Universitetində İç Xəstəliklər kafedrasında Kliniki Farmakologiya bölməsinin direktoru 1981–89 — Stanford Universitetində İç Xəstəliklər və Farmakologiya kafedrasının professoru 1981–86 — Palo Alto veteranlar administrasiyasında tibbi mərkəzin müdiri 1988 - Çikaqoda (İllinoys ştatı) Northwestern Universitində professor Farmakologiya kafedrasının professoru 1990–92 — Dünyaca ünlü Abbott Laoratories (İllinoys ştatında) əczaçı konsernində farmasevtik tədqiqat və inkişaf bölməsinin işçisi, vise-presidenti 1993–95 — CEO/President, Molecular Geriatrics Corporation, Lake Bluff, Illinois Ciba Award, 1988 Albert Lasker Basic Medical Research Award, 1996 Nobel mükafatı Fərid Muradın Nobel Mühzairəsi (ingiliscə) Fərid Muradla müsahibə (ingiliscə) Mədəniyyət kanalı.
Edred
Edred (ing. Edred, Eadred; 923, Uesseks krallığı[d] – 23 noyabr 955) — 946-955-ci illərdə İngiltərənin kralı. Böyük Eduardın üçüncü arvadından olan kiçik oğlu. 26 may 946-cı ildə Eduardın böyük oğlu Edmundun ölümündən sonra kral elan olunmuşdur. Edred kral olduğu dövrdə ağır xəstəlikdən əziyyət çəkdiyi üçün dövlət işlərini anası Edqiva və özünün yaxın məsləhətçisi olan Abbat Dunstana həvalə etmişdi.
Ehram
Piramida (yunanca πυραμίς pyramis) və ya ehram — təqribən həndəsi piramida ilə oxşar quruluşa malik, yerüstü səthi üçtərəfli olub və tərəfləri təpədə bir nöqtədə birləşən üçbucaq formalı tikilidir. Ehramın bünövrəsi üçbucaq, dördbucaq və ya istənilən digər çoxbucaqlı formasında ola bilər. Belə ki, ehramın ən azı 3 yerüstü üçbucaq səthi (bünövrə ilə birlikdə isə ən azı 4 üzü) var. Dördbucaq bünövrəyə və 4 üçbucaq yerüstü səthə malik ehram forması piramidanın bizə məlum olan ən məşhur variantıdır. Ehramların inşasında zəminə daha yaxın olan hissədə əsas kütlənin cəmlənməsi və üst hissədə piramidaının yerləşməsi onu göstərir ki, ehram üzərində nə qədər az material olarsa yuxarıdan olan təzyiq də o qədər çox olacaqdır. Materialın kütləsinin bu formada bölüşdürülməsi erkən sivilizasiyalara davamlı sanballı tikililər inşa etmək üçün əlverişli şərait yaratmışdır. Dünyanın bir çox hissələrindən olan sivilizasiyalar ehramların inşası ilə məşğul olmuşlar. Min illər boyu yer üzərində ən böyük tikililər ehramlar olmuşdur. Bunlara Misirdə Dəşur nekropolundakı Qırmızı Ehram və Dünyanın 7 qədim möcüzəsindən biri olan Böyük Küfü ehramını nümunə göstərmək olar. Küfü ehramının inşasında əsasən sal qayadan (bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur.
Eliad
Eliad (31 yanvar 1990, Bat-Yam, Təl-Əviv dairəsi) — musiqiçi. Nahum İraq və türk əsilli ailədə anadan olub. Orat Ramat Yossef junior orta məktəbində və Ramot orta məktəbinin Bat Yama musiqi sinifində təhsil alıb. 2008-ci ildə o, SAXAL-a baş çəkib, təhsil və gənclər korpusu qrupunda müğənni kimi xidmət edib. Onun xidməti ilə paralel olaraq, TripL istehsalçı etiketinin debüt albomu üzərində işləmişdir 1997-ci ildə Eliad uğurlu "Şəmş" seriyasında bar kimi iştirak etməyə başlayıb. 1998-ci ildə "Ben-Qurion" filmində çəkilib və Popeye And son filmində dublyaj edib. 2004-cü ildə o, "HaPijamot" da qonaq rolunu oynayıb, 2009-cu ildə o, cazı "Joniur Baktana" da dublyaj edib, 2011-ci ildə isə "Alifim" də çıxış edib.
Elşad
Elşad — kişi adı. Elşad Abbaszadə — Kiçik çavuş. Şəhid. Elşad Bayramov — Şəhid. Elşad Məmmədov Elşad Məmmədov (icra başçısı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı. Elşad Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elşad Mirbəşir — Siyasi elmlər namizədi Elşad Tahirov — Azərbaycan futbolçusu Elşad Şabanov — Elşad Ələsgərov — Elşad Fərəcullayev Elşad Quliyev Elşad Quliyev — Azərbaycan SSR elm və incəsənət xadimi. Elşad Quliyev (baş məşqçi) — keçmiş Azərbaycan futbolçusu, baş məşqçi. Elşad Quliyev (polkovnik-leytenant) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı.
Ferae
Ferae (hərfi mənası: vəhşi heyvanlar) — heyvanların qranddəstəsi.
Ətrak
Atrek və ya Ətrak (ərəb اترک -türklər‎; farsça -Seləha, Suləha) — İranda və Türkmənistanda çay. Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz bəzən t[ə]rak bəzən isə [ə]trak kimi tələffüz olunurdu. Misal üçün Terek çayını və tərəkəmələri göstərmək olar. Ətrak çayı Ərəb Xilafəti dövründə bir müddət şərqdə türklərin ölkəsi ilə sərhəd hesab olunurdu. Uzunluğu — 669 km, hövzəsinin dağ hissəsinin sahəsi — 27 300 km², orta su məsrəfi Qızıl-Ətrakda — 9,2 m³/s. 19 əsrin sonundan suyu Xəzər dənizinə ancaq daşqın vaxtı çatır, başqa vaxt münbit oazislərin suvarılmasına sərf olunur. Vaxtı ilə əsas qolu, sağda, Sumbar çayı idi, o da suvarma üçün istifadə olunur və ancaq daşqın vaxtı Ətraka çatır. Güclü dayazlaşmasına görə, nərə balıqlarının kürütökməsi 20 əsrin ortalarından tamamilə kəsilmişdir. Beləliklə Ətrak Xəzər dənizinə tökülən yeganə çaydır ki nərəkimilərin reproduksiyası tamamilə kəsilmişdir. İran ərazisində Ətrak çayı, Nişapur dağları ilə Kopetdağı ayıraraq dar dağ vadisindən axır.
Fərhad
Fərhad - Nizami Gəncəvinin "Xəmsə"sinin ikinci məsnəvisi olan "Xosrov və Şirin" poemasının qəhrəmanlarından biridir. Poemada Şirinə aşiq olan Fərhadın sevgisi cavabsız qalır və o, faciəvi şəkildə ölür. XII əsrin mötəbər tarixi sənədi, 520 (1126)-ci ildə qələmə alınan “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərində (müəllifi naməlumdur) Xosrovun cəh-cəlalından, Şirin haqqında verilən maraqlı məlumatdan əlavə, Xosrovun Bəhramdoxt adlanan digər bir məşuqəsinin də adı çəkilmiş, həmçinin Fərhad haqqında bəhs olunmuşdur. Fərhadın tarixi bir şəxsiyyət olduğuna işarə edən müəllif burada onu həm mühəndis-memar, həm də sepəhbod adlandırır. Əli Əkbər Şəhabi isə qeyd edir [3] ki, bu məsələ ağlabatandır, çünki, keçmişdə Fərhad adını ancaq Əşkanilərin şahları, şahzadələri, sərkərdələri və digər dövlət xadimləri daşıyarmış. Firdovsinin “Şahnamə”sində də Xosrovun sərkərdələri arasında Fərhad adlı bir qoşun başçısı qeyd edilir. “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərinin müəllifi bu haqqda öz fikrini belə ifadə edir: “...onun (Xosrovun) hərəmxanasında on iki min nəfər qadın yaşayırdı. Rum qeysərinin qızı Məryəm, Bəhramdoxt, Gurduyə və dünya gözəli olan Şirin onlardan idi. Sipəhbod Fərhad ona aşiq olur...Nəticədə, izləri indi də Bisütun dağında qalan işlər görməyə məcbur edilir.” [4] Q.Y.Əliyevə görə, Fərhad tarixi yox, əfsanəvi bir şəxsiyyətdir ki, Nizami onun obrazını sabitləşdirmişdir. Nizami Fərhadı kübar nəsildən yox, zəhmətkeş ailədən götürmüş, eşq aləmində şah ilə zəhmətkeşi qarşı-qarşıya qoymuş, bununla da “Xosrov və Şirin” poemasında maraqlı bir ziddiyyət yaratmışdır.
Fərid
Fərid — kişi adı.
Fəryad
Fəryad (ing. "The Scream", norv. "Skrik") — norveçli rəssam Edvard Munk tərəfindən 1893-cü ildə çəkilmişdir və hazırda rəsm Norveç milli qalereyasında sərgilənir. Bu əsər dəli bir insanın hallüsinasiyasıdır sanki. Belə ki, Edvard Munkun “Çığırtı”sı heç də dəhşətin spontan ifadəsi olmayıb, real bir hadisənin tam dəqiqliklə kətan üzərinə köçürülməsidir. Əsərdə rəssama yaxşı tanış olan yer, Ekeberq təpələrinə gedən yol təsvir olunub. Kətan üzərinə köçürülən bu mənzərə barədə Munk hələ öz gündəliklərində, 22 yanvar, 1892-ci il tarixində, yazır: Bütün bu yaşananlar, həmin dəqiqə rəsmə köçürülmədi. Munkun arxivindəki sənədlərə nəzər salaq, rəssamın öz əliylə yazdığı qeydlərdən birində deyilir ki, 1893-cü ildə yaradılmış “Çığırtı”, onun 1884-cü ildəki xatirələri əsasında yaradılıb. Bəs nəyə görə Munk, üzərindən 9 il keçsə də, bu hadisəni belə yadında saxlayıb və onu rəsmə çevirməyi qərara alıb? Yalnız 2003-cü ildə fizik Rassel Dyoşer və astrofizik Donald Olson buna aydınlıq gətirə bildilər.
Murad
Murad — Azərbaycan kişi adı və təxəllüs. I Murad — Osmanlı Dövləti’nin üçüncü padşahı. II Murad — Osmanlı sultanı I Mehmedin oğlu III Murad — Osmanlı sultanı II Sultan Səlimin oğlu IV Murad — 1623–1640-cı illərdə Osmanlı sultan I Əhmədin oğlu V Murad — Osmanlı sultanı. Əbdülməsidin oğlu Murad Dadaşov — azərbaycanlı aktyor, aparıcı, şoumen. Murad Sebastatsi — erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. Murad Rəhimov — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri. Murad bəy — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. Murad Ömərov — texniki elmləri doktoru, professor.
Parad
Parad, marş və ya rejə — bir küçə və ya yol boyunca, çox zaman kostyumlu birlikdə bir qrup insanların təşkil olunmuş izdihamıdır. Bəzən piyada gedişə keçən dəstələr və böyük balonları ilə müşayiət olunur. Paradların səbəbləri genişdir, lakin adətən bir növ şadlıq üçün keçirilir.
Sarad
“Sarad” İranın “Sarad Group” şirkəti tərəfindən hazırlanan çoxməqsədli pilotsuz uçuş aparatıdır. “Sarad” PUA-sı 2011-ci ildə İran təyyarələri və aerokosmik mütəxəssislərinin məhsuludur. Bu kiçik cihaz, müxtəlif məqsədlər üçün istifadə edilə bilən bir təyyarənin miniatür versiyasına bənzəyir, ondan ərazinin aerofotoqrafiyası, yanğın təhlükəsizliyinə nəzarət, axtarış əməliyyatları və s. məqsədlər üçün istifadə edilə bilər. “Sarad” pilotsuz uçuş aparatının olduqca sadə dizaynı sayəsində qiyməti çox münasibdir və işlədilməsi baxımından çox sadədir, bu da ona ciddi populyarlıq qazandırır. Bu vasitə yalnız mülki sferada maraq doğurur, burada ondan əsasən aerofotoqrafiya ilə əlaqəli işlərdə istifadə olunur. “Sarad” pilotsuz uçuş aparatı çox böyük ölçülərə malikdir. Füzelyajın uzunluğu 1.8 metr, qanad uzunluğu 3.4 metrdir, lakin kifayət qədər güclü mühərrik və yaxşı aerodinamika sayəsində dron olduqca manevrlidir. “Sarad” pilotsuz uçuş aparatı maksimal uçuş sürətini 80 km/saata çatdırmağa imkan verən tək porşenli mühərriklə təchiz olunur, bu cihazın maksimal məsafəsi isə 7 kilometr məsafəni keçmir. “Sarad” bir ədəd yüksək qətnaməli kamera ilə təchiz olunur.
Elşad Abbaszadə
Elşad Abdullayev
Elşad Abdullayev (25 sentyabr 1954, Kürdəmir rayonu) — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı. Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur. 23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Elşad Allahverdiyev
Elşad Əhəd oğlu Allahverdiyev (1973) — azərbaycanlı sərbəst güləşçisi. Elşad Zaməddin oğlu Allahverdiyev (1997-2020) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.
Elşad Ağayev
Elşad Baloğlanlı
Elşad Bayramov
Elşad Bayramov — Quba rayonunun Alpan kəndinin ilk şəhidi. Elşad Bayramov 1971-ci ilin 29 aprelində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirmiş, bir müddət Sabir adına sovxozda fəhlə işləmişdir. 1989–1992-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş və 1992-ci iin iyul ayında Milli orduya yazılmışdır. Elşad şərəfli döyüş yolu keçmişdir. Torpaqlarımızın erməni qəsbkarlarından qorunmasında fədakarlıq göstərmişdir, amma onun bu döyüş yolu çox qısa olmuşdur. 1992-ci ilin sentyabrın 17-də Ağdərə rayonunun Çaldıran kəndi uğrunda gedən ağır döyüşdə şəhid olmuşdur. Cəbhə yoldaşlarından, Xucbala kənd sakini Sərvər Bağırov Elşadın şəhid olduğu anı xatırlayarkən deyir: "Heç ölməli oğul deyildi. O hamıya ürək dirək verirdi. Sentyabrın 17-də səhər saat 5 radələrində gördük ki, Çaldıran kəndi tərəfdən üstümüzə bir dəstə adam gəlir.
Elşad Fərəcullayev
Elşad İsa oğlu Fərəcullayev — İkinci Qarabağ müharibəsi şəhidi. Elşad Fərəcullayev 3 yanvar 1984-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1990-1999-cu illərdə 17 nömrəli orta məktəbdə təhsil almışdır. Elşad Fərəcullayev 2002-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2014-2018-ci illərdə MAHHX HQ kimi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elşad Fərəcullayev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Elşad Fərəcullayev 8 noyabr 2020-ci ildə Xankəndi döyüşləri zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Fərəcullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Fərəcullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Fərəcullayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad Hüseynov
Elşad Hüseynov (8 oktyabr 1968, Xıl, Masallı rayonu – 15 iyun 1992, Fərrux, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. 1960-ci il 8 oktyabr Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləyir. 1979–1981-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür. Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi.
Elşad Həsənov
Elşad Həsənov (hüquqşünas)
Fərab (Ərdəbil)
Fərab (fars. فاراب‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 650 nəfər yaşayır (138 ailə).
Fərah (şəhər)
Fərah — Əfqanıstanda şəhər.
Fərah vilayəti
Fərah vilayəti (dəri فراه) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.Mərkəzi Fərah şəhəridir Vilayətin sahəsi 48,471 km² , 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 458,5 min nəfər, inzibati mərkəzi isə Fərah şəhəridir. Əhalisinin təxminən 50%-ni puştunlar, 45%-ni taciklər, qalanlarını isə az saylı şiə həzaralar, aymaqlar, bəluclar və Qızılbaş-Əfşarlar təşkil edir. Vilayətdəki rayonlarda əhalinin etnik tərkibi: Anar Dara (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 30 000 nəfərdir) - 100% tacik. Bakwa - 100% puştun. Bala Buluq - 95% puştun, 5% tacik. Farah City - 50% puştun, 50% tacik. Gulistan - 80% puştun, 20% tacik. Khaki Safed - 70% puştun, 30% tacik. Lash wa Juwayn - 99% tacik, 1% puştun. Pur Chaman - 99% tacik, 1% puştun Pusht Rod - 99% tacik, 1% puştun.
Fəranək Fərid
Fəranək Fərid 1961, Təbriz — azərbaycanlı şairə, tərcüməçi, qadın və insan haqları və çevrə mudafiəçisi. Fəranək Fərid 1961-ci ildə Təbriz şəhərində anadan olub. O, ibtidai və orta təhsilini Təbrizdə alıb. Ali təhsilini isə iki ixtsas üzrə: 1983-cü ildə Təbriz Universitetinin laboratoriya elmləri və 2004-cü ildə ingilis dili dilmanclığı üzrə alıb. O, etiraz aksiyası gedə-gedə, küçədə saxlanılıb. Fəranək Fərid ədəbiyyatda şeir, nəsr, tərcümə və tənqid kimi fərqli sahələrdə yazıb yaratmaqdadır. O, bir çox əsərlərini "İpək" təxəllüsü ilə nəşr etdirmişdir. 1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birinci yeri tutub. İctimai fəal 2001-ci ildə 8 Mart Dünya Qadınlar Günü münasibətilə Təbriz qadınlar zindanı amfi-teatrında təşkil olunan proqramın aparıcısı olmuşdur. Ədibin 2009-cu ildə "Yuxuda ayılmaq", 2010-cu ildə "Cızıq" adlı şeir kitabları, 2013-cü ildə "Xanıməli", "Bağlı otaq", "Afrika macərası", 2015-ci ildə "Brilyant gözlər" adlı nəsr kitabları nəşr olunmuşdur.
Fərap etrapı
Fərap etrapı (türkm. Farap etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Fərap qəsəbəsidir.
Fərat Qalxanı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Fərat çapağanı
Fərat çapağanı (lat. Megacephala euphratica) — Sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Böcəyin bədəninin uzunluğu 19 – 32 mm, rəngi göymtül yaşıldır, qanadüstlüklərinin ucunda sarı ləkə vardır, ətrafları sarıdır. Başı böyükdür, gözləri qabarıq, çənələri güclüdür, ətrafları uzun, nazik və sarı rənglidir. Şoran torpaq sahələri. Böcəklərə yaz və yayın başlanğıcnda rast gəlinir, gecə yırtıcısıdır, kiçik cücülər, qurdlar və ilbizlərlə qidalanır. Sürfələri dərin və geniş yuvalarda yaşayır və həmçinin kiçik cücülərlə qidalanır. Xəstəlikləri məlum deyildir.Təbii düşmənləri pişiklər, kirpiləri göstərmək olar. Böcəklərin bir qismi isə avtomobil təkərləri altında qalıb məhv olurlar. Qərbi Türkmənistan, Cənubi Dağıstan, Azərbaycan (Abşeron, Muğan düzü).