Qaqauz dilindəki daalık (dağlıq) sözü ruscaya “лесистая местность” kimi tərcümə edilib. “Dağ” anlamını əks etdirən söz Litva dilində “ağac, meşə”, alban dilində isə “daş” mənasını əks etdirir. Deməli, dağ kəlməsinin bir mənası “meşə, ağac” deməkdir. Dağdağan kəlməsində iki dağ sözü var: birinci “dağ” (qora ), ikinci isə “ağac” anlamını verir. Dağdağan (dağda doğan, bitən) “dağ ağacı” deməkdir. Türkmənlərdə belə bir deyim mövcuddur: daqdan daqda bitir. Ruslar bu ağaca “каменное дерево” deyirlər, səbəbi isə odur ki:
1. Dağdağan ən çox daşlı yerdə bitir.
2. Daş kimi bərk olur (balta zorla kəsir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)