daşüz

daşüz
daşüstü
daşüzlü
OBASTAN VİKİ
Daşüz
Daşüz — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki Daşüz qəsəbəsi Daşüz kəndi hesab edilmişdir. Adını ərazidəki Daşüz (bəzən Daşyüz kimi də qeydə alınır) silsiləsinin adından almışdır. XX əsrin əvvəllərində kəndin ərazisində Ədil xanın at ilxısının tövlələri olmuşdur. 1923-cü ildə burada 71 nömrəli atçılıq zavodu təşkil edilmiş, 1951-ci ildən isə buraya Samux rayonunun Qırmızı Samux sovxozundan camışlar gətirilərək camışçılıq sovxozu yaradılmışdı. Müxtəlif illərdə Tovla, Tavla, Orconikidze adına sovxozun nəzdində qəsəbə də adlandırılmışdır. Tarixi abidlələr əsasında kəndin hələ 1914-cü ildə mövcud olduğu məlumdur. Burada qədimdən qalan bir qala var. Amma bu qalaya yetərincə diqqət olmadığından görünüşü pis vəziyyətdədir. Əyriçayın (Qanıx çayının qolu) sol sahilində, Daşüz silsiləsinin ətəyindədir.
Daşüz bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Daşüz körpüsü
Hacı Rəşid körpüsü yaxud Daşüz körpüsü — Oğuz rayonunun Xaçmaz kəndi ərazisində, Daşüz yaşayış ərazisində XIX əsrə aid tarixi abidə. Hacı Rəşid körpüsü (Daşüz körpüsü) Oğuz rayonunun Xaçmaz kəndinin ərazisində Daşüz yaşayış ərazisində yerləşir. Mənzərəli bir yerdə, Sarısu adlanan kiçik bir çay üzərində tikilmişdir. Körpü çatma tağlıdır. Yəni iri dairə qövsünün kəsişməsindən yaranır. Körpünün inşasında əsas tikinti materialları kimi səliqə ilə hamarlanmış iri kvadrat formal tuf daşı və kirəc məhsulundan istifadə olunmuşdur. Körpü bir aşırımlı olub, çayın özünə yol açdığı təbii kiçik qayalar üzərində tikilmişdir. Uzunluğu 12 m-ə yaxın, eni 4,5 metrdir. Körpünün aşırımının eni 5 metrə yaxındır. Tağın suyun səthindən hündürlüyü isə 7 metrdir.
Daşüz kurqanları
Daşüz kurqanları- Şəki şəhəri, Daşüz kəndinin şimalında yerləşən kurqanlar.Kurqanın sadə torpaq qəbrində uşağa aid skelet qalıqları aşkar olunmuşdur. Kurqan e.ə. III minilliyin sonlarına aid edilir. Burada tapılmış qablar müasir külqabı formasında olub, kənarları girintili-çıxıntılı naxışlı, təkayaqlı, kiçik meyvə qablarına bənzəyir. Boz,sarı, ala, sarımtıl rəngli belə qablar narın qum və gil qarışığından bişirilmə üsulu ilə düzəldilmişdir. Qabların yüksək sənətkarlıqla, əllə hazırlanmasına baxmayaraq heç də dulus çarxında hazırlanan qablardan geri qalmırlar. == Mənbə == 1.AMEA Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti, Vəli Baxşıyev Azərbaycan arxeologiyası. I cild. Bakı 2006 2.Xəzər Universiteti.
Daşüzlü kurqanlar
Daşüzlü abidələr-Daşüzlü kurqanlar,adətən iri daşlardan tikilmiş qədim məzar quruluşlarıdır.Bu tip kurqanlar əsasən Qafqaz bölgəsində,o cümlədən Azərbaycanda tapılıb.Onlar Qafqaz Albaniyasının erkən dövründən (eramızdan əvvəl 4-1 minillik) başlayaraq mövcuddur.Daşüzlü kurqanlar müxtəlif formalar və ölçülərdə olur,lakin hamısının ortaq xüsüsiyyəti onların daşlarla örtülmüş olmasıdır.Bu kurqanlar adətən yüksək sosial statusa malik şəxslərin dəfn edildiyi yerlərdir.Kurqanların içərisində,dəfn olunmuş şəxslə birlikdə,qızıl,gümüş,və digər qiymətli əşyalar,silahlar,keramika məmulatları və müxtəlif məişət əşyaları tapılır.Arxeoloqlar daşüzlü kurqaanların tədqiqatını apararaq,həmin dövrün mədəniyyəti,həyat tərzi və inancları haqqında dəyərli məlumatlar əldə edirlər.Bu tapıntılar,qədim cəmiyyətlərin həyatını və onların dünyagörüşünü daha