daşlatmaq
daşlı-kəsəkli
OBASTAN VİKİ
Daşlı
Daşlı (Laçın)
Daşlı (Eçmiədzin)
Daşlı — Eçmiadzin rayonunda kənd adı. == Tarixi == 1728-ci ilə aid mənbədə Qarni nahiyəsində kənd adı kimi qeyd olunmuşdur. Mənbədə kəndli Çinəxan kəndi yaxınlığında yerləşdiyi göstərilir. 1949-cu ildə əhalisi Azərbaycana köçürülmüşdür. 1728-ci ilə aid mənbədə "Reyhanlı camaatına məxsus Taşlu kəndi kimidir. 1968-ci ildə kənd ermənicə Daştəkar adlandırılmışdır. Erməni alimləri elə güman etmişlər ki, kəndin adındakı daş sözü (çünki hqiqətdə də yerli əhali içərisində kənd Daştı kimi də tələffüz olunmuşdur) fars dilindən erməni dilinə keçmiş dəşt "səhra", "düzən" sözündəndir.
Daşlı (Kəleybər)
Daşlı (fars. داشلي‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Daşlı (Laçın)
Daşlı — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Ərazinin daşla əhatə olunduğu və çınqıllı, daşlı yer oldugu üçün, həmçinin kəndin də həmin daşlı ərazidə salındığına görə, toponimin adı da Daşlı adlandırılmışdır.Yerli əhali bəzən kəndin adını Daşdı, Daştı formasında tələffüz edir. Daşlı sözü düzəltmə toponimdir və relyeflə bağlı yaranıb. Sözün kökü ola daş termini oronimiyada “filiz”, “qaya”, “daş” mənalarında işlənir. Sözün ikinci hissəsi Azərbaycan dilində daş sözünə çoxluq mənası ifadə edən “lı” şəkilçisidir. Daşlı toponiminin arealları Xəzər dənizinin arxipelağında ada, Gədəbəy ərazisində dağ, Şamaxı ərazisində dağ adı kimi keçir. Ölkə xaricində Başqırdıstanda Taşlı, Dağıstanda Daşlıkənd, Moldovada Taşlı, Türkmənistanda Daşlıq və s. == Tarixi == 1593 cü ildə Daşlıkəndinin ərazisi Mağavuz nahiyəsinin tərkibində olub. Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyəsinin tərkibində olan zaman Osmanlı dövləti Mağavuz nahiyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıda Böyük Daşlı və Kiçik Daşlı adında iki kənd qeydə alınmışdır.
Daşlı (Vedibasar)
Daşlı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə, Vedi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində işlənən daş sözünə çoxluq mənası ifadə edən -lı şəkilçisinin qoşulması əsasında yaranıb. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Daştakar («daşt» çöl, «kar» daş deməkdir) qoyulub. == Əhalisi == Kənddə 1831-ci ildə 84 nəfər, 1873-cü ildə 147 nəfər, 1886-cı ildə 135 nəfər, 1897-ci ildə 184 nəfər, 1904-cü ildə 238 nəfər, 1914-cü ildə 261 nəfər, 1916-cı ildə 171 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılar qovulmuş və xaricdən İran və Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilməyə başlamışdır. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənddən qovulmuş sağ qalan azərbaycanlılar öz doğma ocaqlarına dönə bilmişlər.
Daşlı ada
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. "İqnat" latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. == Toponim == Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
Daşlı Çalğan
Daşlı Çalğan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Daşlı Çalğan kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim daşlı və Çalğan (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq ərazidə olan Çalğan kəndi" mənasındadır. Oykonimin birinci komponenti kəndi rayonun ərazisində olan Orta Çalğan kəndindən fərqləndirməyə xidmət etməklə yanaşı, kəndin ərazisini relyef cəhətdən təyin edir. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Əhalisinin sayı 170 nəfərdir.
Daşlı Bulaq (Çaldıran)
Daşlı Bulaq (fars. داشلي بلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması haqqında məlumat yoxdur.
Kəskin daşlı xolesistit
Öd kisəsinin iltihabı (yun. cholecyst, "öd kisəsi", lat. itis, "iltihab") lat. cholecystitis) — öd kisəsinin xəstəliklərindən biri. Adından məlum olduğu kimi kəskin iltihabi bir proses olub xroniki hala da keçə bilir. Hazırda kəskin öd kisəsinin iltihabı dərhal cərrahi müdaxilə ilə müalicə olunduğundan xroniki hallar kəskin azalmışdır. Çox vaxt (90–95 %) öd daşı xəstəliyi ilə müştərək meydana çıxır. Daha doğrusu öd daşı xəstəliyinin fəsadı kimi özünü büruzə verir. Bu hal tibbdə daşlı xolesistit adlanır.
Daşlıca
Daşlıca (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Daşlıca (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Daşlıca (İğdır) — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd.
Daşlıca (Xudabəndə)
Daşlıca (fars. داشلوجه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 522 nəfər yaşayır (108 ailə).
Daşlıca (İğdır)
Daşlıca — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdırdan 25 km uzaqlıqdadır. Kəndin bir məhəllsi olan Tarlabaşının əvvəlki adı Qarahisar olmuşdur. == Əhalisi == 1886-cı il məlumatına görə kəndin Tarlabaşı məhəlləsində 33 nəfər azərbaycan türkü və kəndin özündə isə 72 kürd yaşayırdı.
Daşlıca (Əhər)
Daşlıca (fars. داشلوجه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (25 ailə).
Daşlıca (Ərdəbil)
Daşlıca (fars. داشلوجه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (18 ailə).
Daşlıdərə (Meşkinşəhr)
Daşlıdərə (fars. داشلي درق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (6 ailə).
Daşlıgöl (Askın)
Daşlıgöl (başq. Ташлыкүл, rus. Ташлыкүль) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Könqək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 52 km, kənd sovetliyindən (Könqək): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 130 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (100%) üstünlük təşkil edir.
Daşlıgöl (Avurğazı)
Daşlıgöl (başq. Ташлыкүл, rus. Ташлыкуль) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Kəbəç kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 6 km, kənd sovetliyindən (Kəbəç): 2 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 24 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (92%) üstünlük təşkil edir.
Daşlıq dələsi
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər. == Yayılması == Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Daşlıq göyərçini
Qayalıq göyərçini (lat. Columba rupestris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Daşlıq sahə
Daşlıq səhra – zəif aşınmış ana süxurlar (əsas) üzərində yerləşən, səthi çınqıl və digər daşlarla örtülü, demək olar ki, torpaq – bitki örtüyü olmayan sahədir..
Daşlıtəpə
Daşlıtəpə — Bakı şəhəri Qaradağ rayonu ərazisində yüksəklik. Daşlıtəpə — Xocalı rayonu ərazisində dağ. Daşlıtəpə abidəsi — Qorqan kəndi ilə Şükürbəyli kəndlərinin arasında, Quruçayın sağ sahilində "Daşlıtəpə" deyilən yerdə abidə. Daşlıtəpə — Kəlbəcər rayonunun Otaqlı kəndində yer adı. Daşlıtəpə — Kəlbəcər rayonunun Abdullauşağı kəndində yer adı. Daşlıtəpə yurdu — Kəlbəcər rayonunun Ağcakənd kəndində yaylaq.
Daşlıyataq
Daşlıyataq — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Daşlıyataq Dəvəçi rayonunun Beynəlmiləl inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Kəndin ərazisi keçmışdə qoyun yatağı olmuşdur. Oykonim yatağın daşlıq ərazidə yerləşdiyini bildirir. Sonralar yaranmış yaşayış məntəqəsi yatağın adı ilə adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi əsasən 19-cu əsrdə Quba rayonunun İsnov kəndindən əkinçiliklə məşğul olmaq üçün gələn və sonradan həmin ərazidə məskunlaşaraq yaşamağa başlamış camaatdan ibarətdir. 1989-cu ildə Daşlıyataq kəndində 20 ailə-təsərrüfat olmuşdur. Həmin il kəndə Orta Asiya Respublikalarından məcburi formada çıxarılan məshəti türklərindən ibarət təxminən 20-yə qədər ailə köçüb gəlmişdir.
Daşlıgöl
Daşlıgöl (Avurğazı) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Daşlıgöl (Askın) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd.
Daşlıbərə
Daşlıbərə – Şəki rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsinin yamacındadır. Hündürlüyü 2225 metr. Şəki rayonundan Dağıstana gedən keçidlərdən biridir. Oronim daşlı (daşlıq) və bərə (keçid, çıxacaq yol, aralıq) komponentlərindən düzəlib, "daşlı yol, daşlıq ərazidə olan keçid" deməkdir.
Yuxarı Daşlıçay
Yuxarı Daşlıçay (türk. Yukarıtaşlıçay) — Türkiyənin Ağrı ilinin Daşlıçay ilçəsində kənddir. == Əhalisi == === Milli tərkibi === Kəndin ilkin sakinləri azərbaycan türkləri olsa da sonradan bura kürdlər də yerləşiblər. Hal hazırda kənddəki 35 evdən 23-ündə azərbaycan türkləri, 12-sində isə qonşu kəndlərdən buraya köçmüş Piləki əşirətinə mənsub kürdlər yaşayır. Kənddə həmçinin 20 evin boş olduğu bildirilir. Buradakı azərbaycanlıların vaxtilə İğdırın Duzluca ilçəsindəki Xəmirkəsən kəndindən buraya gəldikləri rəvayət edilir. == Din == Kənd əhalisi müsəlmandır. Azərbaycan türkləri şiə-cəfəri; kürdlər isə sünni-şafi məzhəbinə etiqad edirlər.

Digər lüğətlərdə