danimarkalı

danimarkalı
danışmazlıq
danimarkalılar
OBASTAN VİKİ
Danimarkalı Anna
Danimarkalı Anna (İngiliscə: Anne of Denmark) (d. 12 dekabr 1574 – ö. 2 mart 1619) — İngiltərə, İrlandiya və Şotlandiya kralı I Ceymsin xanımı, Danimarka və Norveç kralı II Frederikin qızı.
Danimarkalı qız (film)
Danimarkalı qız (ing. The Danish Girl) — rejissor Tom Huperin 2015-ci ildə, Devid Eberşofun Lili Elbe və Gerda Vegenerin həyatı əsasında yazdığı eyni adlı roman əsasında çəkdiyi bioqrafik dram filmidir. Filmdə Eddi Redmeyn tarixdə ilk dəfə cinsiyyət dəyişmə əməliyyatı keçirmiş Lili Elbe obrazını, Alisiya Vikander onun həyat yoldaşı Gerda Vegener, Mattias Şonarts Hans Aksgil və Ben Vişou Henrik obrazlarını canlandırmışlar. 72-ci Venesiya Beynəlxalq Film Festivalında əsas müsabiqə çərçivəsində təqdim edilən film daha sonra 2015 Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimat bölməsində göstərilmişdir. 27 noyabr 2015-ci ildə "Focus Features" tərəfindən ABŞ-də məhdud yayıma çıxarılan film, 1 yanvar 2016-cı ildə "Universal Pictures International" tərəfindən Birləşmiş Krallıqda çıxarılmışdır. == Məzmunu == 1920-ci illərin ortalarında portret rəssamı Gerda Vegener və məşhur peyzaj rəssamı Ayner Vegener Kopenhagendə yaşayır. Bir gün Gerdanın rəsmlərindən birinin modeli olan balerina gecikdiyinə görə, Gerda əri Aynerdən modeli əvəz etməyi xahiş edir. Qadın kimi poza verməsi Aynerin sonradan Lili Elba adlandırdığı həyati identifikasiyasının ortaya çıxmasına səbəb olur. Əvvəlcə o, bunu büruzə verməyə utansa da, sonradan onun hissləri geri dönülməz şəkildə özünü büruzə verir, Aynerin bütün həyatı boyu daxilində gizlətdiyi Lili üzə çıxmağa çalışır. Həkimə müraciət nəticəsində onda psixi pozuntunun olması qərarına gəlinir və Aynerin məcburi psixi xəstəxanaya yerləşdirilməsinə qərar verilir.
Danimarkalı qız (film, 2015)

Danimarkalı Marqarita (Şotlandiya kraliçası)
Danimarkalı Marqarita (dan. Margrete af Danmark; 23 iyun 1456, Kopenhagen – 14 iyul 1486, Sterlinq qalası[d], Şotlandiya krallığı) — Danimarka, Norveç və İsveç kralı I Kristianın qızı, Şotlandiya kraliçası. 1469-cu ilin iyulunda Şotlandiya kralı III Ceymslə evləndi və cütlüyün bu nigahdan 3 övladı doğuldu. IV Ceyms Ceyms Stüart, Ross hersoqu Con Stüart, Mar qrafı == Mənbə == Elizabeth Ewan, Sue Innes and Sian Reynolds, The Biographical Dictionary of Scottish Women: From Earliest Times to 2004 (Edinburgh: Edinburgh University Press, 2006). ISBN 978-0748617135 Thomas Dickson, Accounts of the Treasurer, vol. 1 (Edinburgh, 1877), pp. 83–85: Thomas Thomson, A Collection of Royal Inventories (Edinburgh, 1815), pp.
Yunan və Danimarkalı Helen
Yunan və Danimarkalı Helen (q.yun. Ελένη; 3 (15) may 1896, Afina – 28 noyabr 1982[…], Lozanna) — Yunanıstan kralı I Konstantinin qızı və Ruminiya kralı I Mixailin anası. İkinci Dünya Müharibəsi illərində Rumıniyadakı yəhudiləri qoruması səbəbilə 1993-cü ildə İsrail hökuməti tərəfindən Beynəlxalq ədalətlilər ünvanıyla mükafatlandırıldı. Yunanıstan kralı I Konstantinin qızı olan Helenin uşaqlığı Yunanıstan, Birləşmiş Krallıq və Almaniyada keçdi. Birinci Dünya Müharibəsinin başlaması və atasının 1917-ci ildə taxtdan endirilməsi həyatını kökündən dəyişdi. Ailəsinin bir çox üzvüylə birlikdə İsveçrəyə sürgün edilən Helen, xəstəlik və depresiyadan əziyyət çəkən atasının baxımıyla məşğul oldu. 1920-ci ildə Rumıniya taxtının varisi Şahzadə Karolla tanış oldu və qısa zaman sonra gələn evlilik təklifini qəbul etdi. Qısa zaman sonra 10 mart 1921-ci ildə cütlük evləndi. Evləndikdən sonra ailəsini ziyarət məqsədilə tez-tez xarici səfərlərə çıxan Helen, bu səyahətlər əsnasında ərindən uzaq qaldı. O illərdə tanış olduğu məşuqəsi Maqda Lupesku ilə açıq şəkildə yaşamağa başlayan əri Şahzadə Karol 1925-ci ildə Birləşmiş krallığa etdiyi səyahətdən geri dönmədi.
Danimarkalı Aleksandra (Britaniya kraliçası)
Danimarkalı Aleksandra (ing. Alexandra Caroline Marie Charlotte Louise Julia; 1 dekabr 1844[…] – 20 noyabr 1925[…], Sandrinqem sarayı[d], Norfolk qraflığı) — Danimarka kralı IX Kristianın qızı, Britaniya kraliçası və Hindistan imperatriçası. 10 mart 1863-cü ildə Kraliça Viktoriyanın böyük oğlu və Britaniya taxt-tacının varisi Şahzadə Albert Edvardla evləndirildi. Həmin il atası IX Kristian Danimarka taxt-tacına, qardaşı I Georq isə Yunanıstan taxt-tacına sahibləndi. Toy mərasiminin ardından Uels şahzadəsi ünvanı aldı və siyasi hadisələrdən uzaq qalmağa çalışdı. Kraliça Viktoriyanın vəfatının ardından, 1901-ci ildə əri taxta çıxdı və Aleksandra Britaniya kraliçası oldu. Ancaq ərinin qısa səltənətinin ardından böyük oğlu V Georq taxta çıxarıldı. Aleksandra oğlunun səltənətində 1925-ci ildə vəfat etdi. === Övladları === Albert Viktor (8 yanvar 1864 – 14 yanvar 1892) V Georq (3 iyun 1865 – 20 yanvar 1936) Luiza (20 fevral 1867 – 4 yanvar 1931) Viktoriya (6 iyul 1868 – 3 dekabr 1935) Maud (26 noyabr 1869 – 20 noyabr 1938) === Qalereya === == Mənbə == Battiscombe, Georgina. Queen Alexandra.
Danimarkalı qız filminin qazandığı mükafatların siyahısı
"Danimarkalı qız" (ing. The Danish Girl) - rejissor Tom Huperin 2015-ci ildə, Devid Eberşofun Lili Elbe və Gerda Vegenerin həyatı əsasında yazdığı eyni adlı roman əsasında çəkdiyi bioqrafik dram filmidir. Filmdə Eddi Redmeyn tarixdə ilk dəfə cinsiyyət dəyişmə əməliyyatı keçirmiş Lili Elbe obrazını, Alisiya Vikander onun həyat yoldaşı Gerda Vegener, Mattias Şonarts Hans Aksgil və Ben Vişou Henrik obrazlarını canlandırmışlar. 72-ci Venesiya Beynəlxalq Film Festivalında əsas müsabiqə çərçivəsində təqdim edilən film daha sonra 2015 Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimat bölməsində göstərilmişdir. 27 noyabr 2015-ci ildə “Focus Features” tərəfindən ABŞ-da məhdud yayıma çıxarılan film, 1 yanvar 2016-cı ildə “Universal Pictures International” tərəfindən Birləşmiş Krallıqda çıxarılmışdır. “Danimarkalı qız” filmi tənqidçilərdən əsasən müsbət rəylər almışdır. “Rotten Tomatoes” aqqreqatorunda 177 rəy əsasında 71% müsbət rəy alan film 6.6/10 balla qiymətləndirilmişdir. Saytın ortaq rəyində deyilir: “Danimarkalı qız Eddi Redmeynin istedadının başqa bir tərəfinin açılmasına xidmət edir, gözəl çəkilmiş bioqrafik drama insanı provokativ mövzular ətrafında düşünməyə məcbur edir.” “Metacritic” aqqreqatorunda 40 tənqidçinin rəyi əsasında filmə 100 baldan 66 bal verilmiş, “əsasən müsbət rəylər” alması qeyd edilmişdir. Film tarixi şəxsiyyətin həyatının feminizatik erotika şəklində təsvir edilməsinə, bədii kitaba əsaslanaraq Ayner və Gerdanın həyatının bəzi hissələrinin düzgün təsvir edilməməsinə görə tənqid edilmişdir. == Mükafatlar == == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Danimarkalı qız filminin mükafatları Internet Movie Database-də.
Danimarkalılar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.

Digər lüğətlərdə