Ana qohumlarının hamısı birlikdə day adlanıb: dayza-xala, dağay, tağay -dayı, daybaş, taybaş – ana babası kimi şərh olunub. Ata tərəfindən qohumlar ən çox əm sözü ilə bağlıdır (əmi - atanın qardaşı, əmə, məmə, mama - atanın bacısı və s.) Bu, əmmək feili ilə qohumdur, “eyni döşdən süd içənlər” deməkdir. Ana tərəfdən olan qohumların day sözü ilə ifadəsi göstərir ki, həmin kəlmə doğmaq sözü ilə qohumdur. Dayı “doğan tərəfin (ananın) vasitəsilə olan qohum”dur. Mənbələrdə “кормилец” mənasını verən tuydırıcı kəlməsi də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Birinin arxası olanda deyirik: ”dayısı var”. Burada dayı “ananın qardaşı” yox, dayaq sozünün dəyişmiş formasıdır. Söz mənbələrdəarxadayaq kimi də qeydə alınmışdır, sinonimlər birləşməsidir. Türkmənlər “himayəçi” mənasında arxa dayanc işlədirlər. Buradakı dayanc (dayaq) sözü ilədayı (“arxa” mənasında) eyni söz olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)