Daşüz
Daşüz — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki Daşüz qəsəbəsi Daşüz kəndi hesab edilmişdir.
== Toponimikası ==
Adını ərazidəki Daşüz (bəzən Daşyüz kimi də qeydə alınır) silsiləsinin adından almışdır. XX əsrin əvvəllərində kəndin ərazisində Ədil xanın at ilxısının tövlələri olmuşdur. 1923-cu ildə burada 71 nömrəli atçılıq zavodu təşkil edilmiş, 1951-ci ildən isə buraya Samux rayonunun Qırmızı Samux sovxozundan camışlar gətirilərək camışçılıq sovxozu yaradılmışdı. Müxtəlif illərdə Tovla, Tavla, Orconikidze adına sovxozun nəzdində qəsəbə də adlandırılmışdır.
== Tarixi ==
=== Tarixi abidələri ===
Tarixi abidlələr əsasında kəndin hələ 1914-cü ildə mövcud olduğu məlumdur. Burada qədimdən qalan bir qala var. Amma bu qalaya yetərincə diqqət olmadığından görünüşü pis vəziyyətdədir.
== Coğrafiyası və iqlimi ==
Əyriçayın (Qanıx çayının qolu) sol sahilində, Daşüz silsiləsinin ətəyindədir.