"Debüt" studiyası
"Debüt" studiyası —
== Tarixi ==
"Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. "Kinofilmlərin ideya-bədii səviyyəsini daha da yüksəltmək və kinematoqrafiyanın maddi-texniki bazasını möhkəmləndirmək tədbirləri haqqında" Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1986-cı il 26 fevral tarixli, 13 nömrəli qərarına müvafiq olaraq, ASSR Nazirlər Sovetinin 1987-ci il 20 fevral tarixli 53r nömrəli sərəncamı ilə kinostudiya nəzdində "Debüt" eksperimental-gənclik yaradıcılıq studiyası yaradıldı. Studiyanın rəhbəri Eldar Quliyev, baş redaktoru Eldəniz Quliyev, direktoru isə Davud Zöhrabov təyin olundu. O vaxtlar "Mosfilm" və "Gürcüstanfilm" kinostudiyalarında artıq belə tipli studiyalar mövcud idi, lakin bizim debüt, təkcə rejissorların deyil, həm də rəssamların, aktyorların, ssenaristlərin, operatorların debütüdür. Burada təkcə bədii deyil, sənədli, xronikal, eksperiment, cizgi filmləri də çəkilirdi. (A. Kazımzadə, Bizim Azərbaycanfilm, Bakı 2004, səh 318). Debüt studiyasını o vaxtlar kinoalmanaxlar üçün çəkilən qısametrajlı bədii filmlər-kinonovellalar əvəz edirdi. Belə yaradıcılıq sınağından uğurla keçən gənc rejissora sonradan böyük ekran üçün tammetrajlı bədii rilm çəkməyə icazə verilirdi.
Debütdə çəkilən bəzi filmlər: "Ata" (Ayaz Salayev), "Torpaq" (Vaqif Azəryar), "Dünən, Bu gün və…" (R. Əliyev) sənədli, "Düşüncə" (N. Nərimanbəyova) animasiya, "Son Tamaşa", "Bizim Bakı Teatrı", "Bizim Nəsibə Xanım", "Haqqın Dərgahı", "Səhnədə Keçən Həyat", "Qonaq-qaralı Ev" sifariş filmləri istehsal olunub.