dendropark

dendropark
dendrometriya
denikinçi 2021
OBASTAN VİKİ
Tristeno dendroparkı
Tristeno dendroparkı (xorv. Arboretum Trsteno) — Xorvatiyanın və dünyanın ən qədim botanika bağlarından biri. Keçmişdə Avropanın ən gözəl dendrarilərindən biri hesab olunurdu. Xorvatiyanın Adriatik sahillərindəki yeganə arboretum. Tristeno rayonu ərazisində yerləşir. Dendrari 15-ci əsrin sonlarında yerli zadəgan Qozze ailəsi tərəfindən inşa edildiyi məlumdur. Gəmi kapitanlarından səyahətlərindən toxum və bitki gətirmələrini xahiş edilərək dendrarinin fəaliyyəti təmin olunmuşdur. Dendrarinin açılışının dəqiq tarixi məlum deyil, ancaq 1492-ci ildə onu suvarmaq üçün 15 m aralıdan bir su kəməri çəkilməsi haqqında məlumat vardır. Bu su kəməri günümüzdə hələ də mövcuddur. 1948-ci ildə Xorvatiya Elmlər və İncəsənət Akademiyasına bağışlanılmışdır.