deroqasiya
desantatma
OBASTAN VİKİ
Hava-Desant Qüvvələri
Hava-desant qüvvələri — təyyarə ilə münaqişə zonasına aparılan və ümumiyyətlə yüngül paraşütlü piyada hərbi birliklərdir. Qoşunlar düşmən xətlərinin arxasına yerləşdirilə bilər və kiçik bir xəbərdarlıqla demək olar ki, hər yerə çatmaq imkanları vardır. Hava-desant qüvvələri əsasən uzunmüddətli döyüş əməliyyatları üçün təchizat və avadanlıqlara ehtiyac duymur və paraşüt əməliyyatları əlverişsiz hava şəraitinə xüsusilə həssasdır. İkinci Dünya Müharibəsindən bəri vertolyot texnologiyasındakı irəliləyişlər Hava-Desant Qüvvələrinin hücumlarının əhatə dairəsini genişləndirdi və hava hücumları genişmiqyaslı paraşüt əməliyyatlarını əvəz etdi. == İstinadlar == == Xarici keçidlər == ArmyParatrooper.org Hagerman, Bart, Operation Varsity: Allied Airborne Assault Over the Rhine River World War II History Magazine, (1998), pp. 1–5 Taylor, John M., 101st Airborne Division Participate in Operation Overlord Military History Quarterly, (2004), pp. 1–5 Murray, Williamson, Airborne Operations During World War II World War II History Magazine (2004), pp.
Universal desant gəmisi
Amfibiya desant gəmisi, müntəzəm olaraq Amfibiyalar, Amfibik və ya xalq arasında olan adı ilə "Timsah daşıyan gəmilər" kimi tanınan bu gəmilər döyüş gəmiləri kimi təsnif edilirlər. Bu tip gəmilər quru qoşunları tərəfindən desant əməliyyatları üçün istifadə olunur, eləcə də quru qoşunlarına maddi-texniki dəstək verir və həmçinin də dəniz əməliyyatlarında istifadə olunurlar. Bunun sayəsində həm qurudakı, həm də dənizdəki amfibiya desant əməliyyatlarında onlara böyük ehtiyac hiss olunur. Bu tip gəmilər Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri tərəfindən bir çox əməliyyatlarda istifadə edilmişdirlər. 1970-ci illərin Tarawa Class gəmiləri 1989-cu ildə daha yeni və müasir Wasp Class gəmiləri ilə əvəz olunmuşdurlar.
101-ci Hava-Desant Diviziyası
101-ci Hava-Desant Diviziyası (ing: 101st Airborne Division, Screaming Eagles "Qıyvuran qartallar") — ABŞ Quru Qoşunlarının Hava-Desant məqsədli yüngül piyada diviziyasıdır. Bölmə, İkinci Dünya Müharibəsi zamanı Normandiya əməliyyatı və Ardenn hücumu ilə məşhurlaşmış və daha sonra Vyetnam müharibəsində və son vaxtlara qədər Əfqanıstan (Əfqanıstan müharibəsi) və İraqda (İraq müharibəsi) xidmət etmişdir. Bölmənin qərargahı Fort Kampbelldə yerləşir.
İzmirdə Yunanıstan desantı
İzmirdə Yunanıstan desantı (yun. Ελληνική απόβαση στη Σμύρνη) — Yunanıstan qüvvələri tərəfindən 15 may 1919-cu ildə başladılan, İzmir şəhəri və ətraf ərazilərə desant qoşunlarının daxil edildiyi hərbi əməliyyat. Antanta gücləri əməliyyatın planlaşdırılmasına icazə vermiş və ona nəzarət etmişdir. Onlar öz qüvvələrini bəzi əsas yerləri ələ keçirməyə yönəltməklə və döyüş gəmilərini İzmir limanına köçürməklə əməliyyatın gedişatına kömək etmişdir. Eniş zamanı Yunanıstan 1/38 Evzon alayına atəş açılmış, Yunanıstan qoşunları və İzmir yunanlarının iştirakı ilə şəhərdə əhəmiyyətli dərəcədə zorakılıq halları baş tutmuşdur. Bu, İzmirin Yunanıstan tərəfindən işğalına gətirib çıxaran əhəmiyyətli bir hadisə idi. İşğal üç il davam etmişdir və Türkiyə–Yunanıstan müharibəsi (1919–1922) üçün əsas qığılcım olmuşdur. == Zəmin == Birinci Dünya müharibəsinin (1914–1918) sonunda və Birinci Dünya müharibəsində Orta Şərq cəbhəsində döyüşləri sona çatdıran Mudros barışığı ilə Antanta dövlətləri Osmanlı imperiyasının parçalanmasına yönəlmiş bir sıra sülh danışıqlarına başlamışdılar. 1919-cu ildə Paris Sülh Konfransı zamanı İtaliya qoşunları Anadoluya eniş edərək Antalyanı ələ keçirmiş və İzmirə doğru hərəkət etməyə başlamışdılar. İtalyanlar digər məsələlərə etiraz olaraq iclası tərk etmiş, bu zaman Britaniya Baş naziri Devid Lloyd Corc və Yunanıstanın Baş naziri Elefterios Venizelos sülh danışıqlarında xristian əhalinin birbaşa təhlükə altında olduğunu iddia edərək Fransa və ABŞ-ni Yunanıstanın mərkəzi İzmirdə olan Aydın vilayətinin ələ keçirməsini dəstəkləməyə inandırmaq üçün uydurulmuş hesabat irəli sürmüşdülər.

Digər lüğətlərdə