Diafraqma (foto)
Difraqma (lat. διάφραγμα) — fotoaparat obyektivinin qurğusu olub nisbi dəliyiin ölçüsünü, obyektivdən keçən işığn miqdarını, çəkiləcək obyektin təsvirinin aydınlığını və sahə dərinliyini tənzimləmək üçün istifadə olunan dairəvi pərdəciklər.
== İş prinsipi ==
Diafraqmanın iş funksiyası insan gözünün funksiyası ilə, demək olar ki, eynidir. İnsan günəşə baxdıqda gözünün parlaq işıqdan zədələnməməsi üçün onu qıyır və əksinə, qaranlıqda yaxşı görmək üçün gözünü daha geniş açır və beləliklə gözə düşən işığın həcmini tənzimləyir. Diafraqma da eyni funksiyanı daşıyır. Düşən işığı artırıb azaltmaq üçün diafraqmanın dəliyini açıb və ya bağlamaq lazımdır. Diafraqmanın dəliyi ləçəklər vasitəsilə açılıb bağlanır. Dəliyin dairəvi olması ləçəklərin sayı və onların formasından asılıdır. Diafraqmanın dəliyi nə qədər dairəvi olsa, bir o qədər yaxşıdır. Diafraqma şəklin kəskinliyinə, obyektivdən keçən işığın həcminə, kəskinlik dərinliyinə və rənglərin parlaqlığına təsir edir.