Ernest Teodor Amadey Hofman
Ernest Teodor Amadey Hofman (alm. Ernst Theodor Amadeus Hoffmann, 24 yanvar 1776[…], Köniqsberq[…] – 25 iyun 1822[…], Berlin) — alman yazıçısı.
== Həyatı ==
Ernest Teodor Amadey Hofman 24 yanvar 1776-cı ildə Köniqsberq şəhərində anadan olmuşdur. Onun ata –anası yola getmədiklərinə görə ayrılmışlar. Hofman nənəsi ilə qalmışdır. O, ağır həyat keçirmiş, demək olar ki, aclıq içində yaşamışdır.
Universitetdə hüquq elmləri üzrə təhsil almışdır. O, hələ gəncliyində müsiqi, ədəbiyyat, rəssamlıqla məşğul olmuş, ilk günlərdən ictimai mühitin diqqətini cəlb etmişdir.
1807-ci ildə o, bütün işlərini buraxıb Berlinə köçür, 1808-ci ildə o, iş tapır.
O, Almaniyada Banberq teatrında bəstəkar, Drezden və Leypsiqdə opera truppasında musiqi üzrə direktor, rejissor işləmişdir.O, romantik operanın – "İndianın" yaradıcısıdır.