Pərviz Hüseynov (idmançı)
Pərviz Şahin oğlu Hüseynov (6 oktyabr 1979; Sabirabad, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Okinava Qocyu-Ryu Kobudo-Kempo İdman Növləri Federasiyasında milli yığmanın üzvü, 2018-ci ildən isə federasiyanın baş katibi, qara kəmər sahibi, idman ustası.
== Həyatı ==
Pərviz Hüseynov 6 oktyabr 1979-cu ildə Sabirabad rayonunda anadan olub. Kiçik yaşlarından idmanın güləş növü ilə məşğul olub, 1993-cü ildən isə Şərq əlbə-yaxa döyüş növləri ilə məşğul olmağa başlayıb. Azərbaycan Qocyu-ryu Okinava Karate-do və Kobudo-Kempo Növləri İdman Federasiyasında milli yığmanın üzvü, 2015-ci ildən federasiyada katib, 2018-ci ildən isə baş katibi vəzifəsindədir. Kontakt Karate üzrə 1-ci dan, Şhotakan Karate-do üzrə 1-ci dan, Qocyu-ryu Karate-do, Kabudo və Kempo-ryu idman növləri üzrə 3-cü dan qara kəmər sahibidir. Azərbaycan Respublikasında keçirilən Master Klas Seminarlarında və Beynəlxalq seminarlarda iştirak etmiş sertifikatlarla təltif olunmuşdur. Beynəlxalq Federasiyalar tərəfindən fəxri diplomlarla təltif olunmuşdur. 1997-ci ildə Şhotakan Karate-do üzrə Respublika dərəcəli hakim, məşqçi (müəllim), 2011-ci ildə isə Qocyu-ryu Karate-do, Kabudo və Kempo-ryu idman növləri üzrə hakimlik dərəcəsinə yiyələnmişdir. Dəfələrlə Bakı və Respublika çempionatlarının qalibi olmuşdur. 2 dəfə Avropa çempionu, 5 dəfə Dünya çempionu, 2 dəfə Dünya çempionatının mükafatçısı, 1 dəfə Dünya Kubokunun qalibi olmuş, həmçinin 01-04.08.2019-cu il tarixlardə Yaponiyada keçirilən Dünya Festivalında iştirak etmişdir.