diflyasiya
difraksiya
OBASTAN VİKİ
Difosgen
Difosgen — Boğucu təsirli zəhərli maddə. Əsasən ağ ciyərləri zədələyir. == Sintezi == Difosgen – xlorkarbon turşusunun metil efirinin tam xlorlaşma məhsulu ClCOOCCl3 boğucu xassəyə malik rəngsiz, yağlı maye şəklində olan zəhərləyici maddədir. Çürümüş meyvə iyi verir. Qaynama temperaturu 1270 C-dir. Qızdıran zaman parçalanaraq fosgen əmələ gətirir: Sənaye üsulu difosgenin sintezi etdikdə fosgen və metanoldan əldə edilən metil xloroformatın yüngül xlorlaşmasıdır: Difosgeni həmçinin metil formatın radikal xlorlaşmasından sintez oluna bilər (ultrabənövşəyi işıqla şüalananda): == Toksiki xassələri == difosgen ancaq tənəffüs yolları ilə orqanizmə daxil olur. İlk 10-15 dəq. gözlərdə sancı, boğazda qıcıqlanma və döş sümüyü arxasında göynəmə əmələ gəlir ki, bu əlamətlər sabit olmayaraq keçib gedir. Bəzən ilk dövrdə zəhərlənmiş şəxs özünü sağlam hiss edir. Gizli dövr orta hesabla 4-8 saata bərabərdir.