Diplom
Diplomatie
OBASTAN VİKİ
Diplomat
Diplomat (yun. δίπλωμα "ikiqat artırmaq") — dövlətlər yaxud beynəlxalq təşkilatlar tərəfindən digər dövlət və ya beynəlxalq təşkilatlarla diplomatik proseslərin idarə edilməsi üçün təyin olunmuş şəxs. İqtisadi, siyasi, sosial və ya mədəni baxışlar da daxil olmaqla millətlərinin xaricdəki mənafelərini qorumaq üçün beynəlxalq nümayəndələrlə tez-tez kompleks dialoqlar və danışıqlar aparırlar. Diplomatın vəzifələrinə sülhməramlılıq, müharibə, ticarət, iqtisadiyyat, mədəniyyət, ətraf mühit məsələləri və ya insan hüquqları ilə əlaqəli güclü beynəlxalq əlaqələrin yaradılması və qorunması daxildir. Ölkənizin maraqlarını təmsil etməyin və müdafiə etməyin əsas yollarından biri ev sahibi ölkədə milli maraqlara toxuna biləcək hadisələr haqqında məlumat toplamaq, bu cür hadisələrə necə reaksiya vermək barədə Xarici İşlər Nazirliyinə tövsiyələr təqdim etmək və Xarici İşlər Nazirliyindən sonra öz mövqeyini formalaşdırmaq, onu qəbul edən ölkənin hökumətinə çatdırmaq, danışıqlarda iştirak etmək və xarici siyasətin həyata keçirilməsinin digər yolları. Dövlətlərarası münasibətlərin strategiyası və konkret məqsədləri mərkəzi xarici siyasət aparatı tərəfindən formalaşdırılır, lakin siyasətin həyata keçirilməsi ölkəni xaricdə təmsil edən diplomatlardan asılıdır. Onların işi böyük ölçüdə şəxsi keyfiyyətlərindən, qəbul etdiyi ölkədə cəmiyyətin müxtəlif nümayəndələri ilə şəxsi inamlı münasibətlər saxlamaq bacarığından asılıdır. Yəhudilər, yunanlar, romalılar arasında səfirlərin hüquqlu olduğu müdafiə qanuni xarakterdən daha çox dini xarakter daşıyırdı. Səfirlər tanrıların himayəsi altına qoyulmuş və müqəddəs şəxslər mənasını daşıyırdılar. Yəhudilər və farslar arasında səfirləri təhqir etməyə görə müharibə elan etmək adi hal idi.
Diplomat (dəqiqləşdirmə)
"Diplomat" sözünün bir neçə mənası vardır: Diplomat — beynəlxalq hüquqda Xarici İşlər Nazirliyinin xarici dövlətlər və onların səlahiyyətli nümayəndələri ilə rəsmi əlaqə üçün təyin edilmiş vəzifəli şəxsi. Diplomat (portfel) — kiçik yastı çemodan.
Diplomat (qəzet)
Diplomat (kürd. Dîplomat) və ya "Diplomata kurdı" (kürd. Dîplomata Kurdî) — Azərbaycanda fəaliyyəti dayandırılmış kürddilli qəzet. "Diplomat" həftəlik qəzeti 2003-cü ildə təsis olunmuşdur. Qəzetin təsisçisi və baş redaktoru Tahir Süleyman olmuşdur. "Diplomat" qəzeti kürd, Azərbaycan, rus və türk dillərində çap olunurdu. Qəzet Rusiyanın müxtəlif vilayətlərində, həmçinin Qazaxıstanda, Qırğızıstanda və Ukraynada yayımlanırdı. "Diplomat" qəzetində Kürdüstan Fəhlə Partiyasının (PKK) liderləri Murad Karayılan və Abdullah Öcalana dəstək verən yazılar dərc olunmuşdur. Qəzetin baş redaktoru Tahir Süleyman özü Abdullah Öcalanı "milli azadlıq hərəkatının rəhbəri" adlandırmışdır. O, zaman-zaman İraqa gedərək, oradakı İraq Kürdüstanı iqtidarı ilə görüşlər keçirmişdir.
Diplomat (roman)
Diplomat romanı—(ing. The Diplomat) 1949-cu ildə Ceyms Oldric tərəfindən 1945–46-cı illərdə Cənubi Azərbaycanda baş vermiş müstəqillik hərəkatı haqqında yazılıb. Romanın baş qəhrəmanı həyatının böyük hissəsini Cənubi Azərbaycanda keçirmiş Mak-Qreqordur və bu obrazın protatipi Ceymc Oldricdir. Hadisələr Soyuq Müharibə dövründə cərəyan edir. Diplomat romanını 1949-cu ildə Britaniya əsilli Avstraliyalı yazıçı Ceymc Oldric yazıb. İlk nəşri 1949-cu ildə Britaniyada, nəşriyyatçı "The Bodley Head", 728 səhifədən ibarət bir şəkildə yayınlayıb. Roman Britaniyanın Mak-Qreqor və Britaniyalı diplomat Esseksin İranda, o cümlədən, Cənubi Azərbaycanda baş vermiş üsyan nəticəsində Rusiyaya səfər etməsi ilə başlayır. Mak-Qreqor ixtisasca geoloq olsa da, Rus, İran və Azərbaycan dillərini bildiyinə görə Essekslə birlikdə gedir. Onların fikrincə, Cənubi Azərbaycanın güclənməsində Rusiyanın böyük rolu var idi. Buna görə də, bu məsələni həll etmək üçün Esseks Kremldə Molotovla görüşür.
Diplomat romanı
Diplomat romanı—(ing. The Diplomat) 1949-cu ildə Ceyms Oldric tərəfindən 1945–46-cı illərdə Cənubi Azərbaycanda baş vermiş müstəqillik hərəkatı haqqında yazılıb. Romanın baş qəhrəmanı həyatının böyük hissəsini Cənubi Azərbaycanda keçirmiş Mak-Qreqordur və bu obrazın protatipi Ceymc Oldricdir. Hadisələr Soyuq Müharibə dövründə cərəyan edir. Diplomat romanını 1949-cu ildə Britaniya əsilli Avstraliyalı yazıçı Ceymc Oldric yazıb. İlk nəşri 1949-cu ildə Britaniyada, nəşriyyatçı "The Bodley Head", 728 səhifədən ibarət bir şəkildə yayınlayıb. Roman Britaniyanın Mak-Qreqor və Britaniyalı diplomat Esseksin İranda, o cümlədən, Cənubi Azərbaycanda baş vermiş üsyan nəticəsində Rusiyaya səfər etməsi ilə başlayır. Mak-Qreqor ixtisasca geoloq olsa da, Rus, İran və Azərbaycan dillərini bildiyinə görə Essekslə birlikdə gedir. Onların fikrincə, Cənubi Azərbaycanın güclənməsində Rusiyanın böyük rolu var idi. Buna görə də, bu məsələni həll etmək üçün Esseks Kremldə Molotovla görüşür.
Fuad Hümbətov (diplomat)
Hümbətov Fuad Dursun oğlu, 10 sentyabr, 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Bakı şəhərindəki 39 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra həmin ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Mexanika-Riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1991-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına BDU-nu fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 1991-ci ilin dekabr ayında adı çəkilən İnstitutun nəzdində Aspitanturanın əyani şöbəsinə qəbul olunmuşdur. 1994-cü ilin mayında isə Aspitanturanı əla qiymətlərlə vaxtından əvvəl bitirərək 26.05.1994 tarixində namizədlik disserasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 17.07.98 tarixində Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, dosent elmi adına alyiq görülmüşdür. 1994–1999-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil almış, həmin fakültəni də fərqlənmə diplomu ilə bitirmişdir. O, 1998-ci ildə Heydər Əliyevin 75 illik Yubileyinə həsr edilmiş Ümumrespublika Gənc Alimlər Müsabiqəsinin hüquq sahəsi üzrə qalibi olmuşdur. İngilis, fransız, türk və rus dillərində yüksək səviyyədə, alman dilini isə orta səviyyədə bilir. F.Hümbətov 2001-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən Bakı şəhərində təşkil edilmiş "Sərhəd Təhlükəsizliyi" mövzusunda təşkil edilmiş treninqin iştirakçısı olmuş, 2003–2006-cı illərdə Belçikanın Brüssel Azad Universiteti nəzdindəki fransız dili üzrə tam kursu müvəffəqiyyətlə bitirmiş, habelə 2005–2006-cı illərdə Belçikanın Brüssel və Valloniya regional hökuməti nəzdindəki ali fransız dili kursunun "Upper-intermediate" səviyyəsini bitirmişdir.
Hikmət Hacıyev (diplomat)
Hikmət Fərhad oğlu Hacıyev (15 oktyabr 1979, Kirovabad) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri. Hikmət Fərhad oğlu Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur. Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışmışdır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub. 2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıtmışdır. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir. Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.
Hüseyn Quliyev (diplomat)
Hüseyn Quliyev (diplomat, 1939) — general-mayor, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi. Hüseyn Quliyev (diplomat, 1946) — Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri.
Hüseynağa Sadıqov (diplomat)
Sadıqov Hüseynağa Musa oğlu — Azərbaycanın keçmiş Xarici İşlər naziri, Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri. Hüseynağa Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1958‐ci ildə Bakı şəhər 132№‐li orta məktəbi bitirmişdir.1963-cü ildə M. F. Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirmişdir. İnstitutun nəzdində aspiranturada oxumuşdur. Eyni zamanda Ümumittifaq İnturist Səhmdarlar Cəmiyyətinin Azərbaycan şöbəsində tərcüməçi, direktor müavini, tikilməkdə olan Azərbaycan mehmanxana kompleksinin direktoru vəzifələrində işləmişdir. 1962‐ci ildən "İnturist"də işlər idarəsinin müavini, 1970‐ci ildən Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı işləmişdir. 1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirmişdir. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinində və Azərbaycan kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. 1974-cü ildən diplomatik xidmətdədir. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olmuşdur.
Hüseyn Quliyev (diplomat, 1939)
Quliyev Hüseyn Abbasqulu oğlu (1939, Teymur Müskənli, Qubadlı rayonu – 1985, Moskva) — general-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi. Hüseyn Quliyev 1939-cu ildə Azərbaycan SSR Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmağa çalışmışdır. Lakin bura qəbul olunmadıqda Ukrayna SSR Lvov şəhərinə gedərək orada Ali Hərbi Məktəbə qəbul olunmuşdur. həmin təhsil müəssisəsində təhsilini bitirdikdən sonra, diplomatiya təhsili almışdır. O, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmış, o cümlədən SSRİ-nin İrandakı səfirliyində 1-ci müavin, Türkiyədə konsul köməkçisi işləmişdir. Hüseyn Quliyev 1970-ci illərin sonu 1980-cı illərin əvvəlləri SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə rəisi vəzifəsinə təyin olunmuşdur. Tezliklə ona göstərdiyi xidmətlərə görə general-mayor rütbəsi verilmişdir. Lakin bu rütbəni o, uzun müddət gəzdirə bilməmiş, Moskva yaxınlığında 1985-ci ildə qəzaya düşərək həlak olmuşdur.
Aleksandros Mavrokordatos (diplomat)
Aleksandros Mavrokordatos (yun. Ἀλέξανδρος Μαυροκορδάτος; 1636 və ya 1641, Konstantinopol – 1709 və ya 23 dekabr 1709, Konstantinopol) — yunan mənşəli Mavrokordatos ailəsinin üzvü, Bolonya Universitetinin tibb üzrə fəlsəfə doktoru, 1673-cü ildə Sultan IV Mehmedin draqomanı. Osmanlı-Müqəddəs İttifaq müharibəsi zamanı Habsburq monarxiyası ilə danışıqlarda yaxından iştirak etmişdir. Mavrokordatos Karlovitsa müqaviləsinin (1699) layihəsini hazırlamışdır. Dövlət katibi kimi fəaliyyət göstərmiş və Müqəddəs Roma İmperiyasında İmperiya kontu (alm. Reichsgraf‎) titulunu qazanmışdır. Körpülü Hacı Hüseyn Paşa və Rami Mehmed Paşa ilə birlikdə II Mustafanın məhkəməsində ali səlahiyyətlərə malik olan Aleksandros Osmanlı İmperiyasındakı xristianların vəziyyətini yaxşılaşdırmaq üçün çox işlər görmüşdür. 1703-cü ildə vəzifəsindən uzaqlaşdırılsa da, sonradan Sultan III Əhməd tərəfindən yenidən məhkəməyə çağırılmışdır. Aleksandros Mavrokordatos həm də tarix, qrammatika mövzusunda bir sıra əsərlərin müəllifidir. 1689-cu ildə Leopoldina Elmlər Akademiyasının üzvlüyünə qəbul edilmişdir.
Arif Məmmədov (diplomat)
Arif Zahid oğlu Məmmədov (22 sentyabr 1964, Kirovabad) — Azərbaycan Respublikasnın dövlət xadimi, diplomat, Fövqaladə və Səlahiyyətli Səfir. Arif Məmmədov 1964-cü il sentyabrın 22-də anadan olub. 1983-1988-ci illərdə Moskva Hərbi Xarici Dillər İnstitutunda təhsil alıb. 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyib. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub. 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışıb. Vəzifədən kənarlaşdırıldıqdan sonra Belçika Krallığından siyasi sığınacaq alıb. 1983-1988-ci illərdə Moskva Hərbi İnstitutunda (VKİMO) təhsil alıb 1993 ildə Niderlandda yerləşən Klinqendael Beynəlxalq Əlaqələr İnstitutunda diplomatik təcrübə və təhsil alıb 1994 ildə Böyük Britaniyada Xarici İçlər Nazirliyinin təşkil etdiyi xüsusi kurslarda təlim keçib İnqilis, Fransız, Rus , Həbəş, İspan dillərində sərbəst danışır. 2008-2012-ci illərdə Avropa Verqeland mərkəzinin direktorlar şurasının üzvü olub. Osloda əsaslanan bu təşkilat mədəniyyətlərarası bilik, insan hüquqları və demokratik vətəndaşlıq mərkəzi kimi fəaliyyət göstərir.
Balabəy Əlibəyov (diplomat)
Balabəy Əlibəyov (1855, Naxçıvan – XX əsr) — diplomat, kolleksioner, muzeyşünas, Naxçıvan SSR-in Qarsdakı müvəkkili, Naxçıvan Dövlət Tarix Muzeyinin qurucusu. == Həyatı == Hələlik Qarsdakı müvəkkil Balabəyin məhz Balabəy Əlibəyov olduğunu göstərən ən dəqiq fakt filologiya elmləri doktoru Fərman Xəlilovun "Naxçıvanı öyrənən elmi cəmiyyət" kitabında əksini tapmışdır. Belə ki, müəllif Naxçıvan Muzeyi ilə bağlı tədqiqatlar apararkən ədəbiyyatşünas, "İstiqlal" ordenli, Azərbaycanın əməkdar müəllimi, filologiya elmləri namizədi Lətif Hüseynzadənin fikirlərini öyrənmişdir. Müəllif yazır: "…B. Əlibəyovu yaxından tanıyan filologiya elmləri namizədi L. Hüseynzadənin 2005-ci il iyun aynda bizimlə söhbəti zamanı xatırladığına görə B. Əlibəyov Qarsda səfirlikdə (konsulluqda) hansısa bir vəzifədə işləyirmiş və Qarsla əlaqələri yaxşı imiş". Qeyd edək ki, Balabəy Əlibəyovun Naxçıvan Muzeyi haqqında Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov da tədqiqat aparmış və onun muzeyçilik fəaliyyəti ilə bağlı qiymətli məlumatlar vermişdir. Akademik İsmayıl Hacıyev və Elnur Kəlbizadənin tədqiqatlarına görə Balabəy Əlibəyov 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. Çünki, Naxçıvan Diyarının təhqiqi üzrə Xüsusi Komissiyanın 4 aprel 1925-ci ildə tərtib olunmuş 6 nömrəli protokolunda Balabəy Əlibəyov haqqında verilən məlumatda onun 70 yaşı olduğu göstərilmişdir. Balabəy 1903–1908-ci illərdə polis zabiti, 1908–1911-ci illərdə Qars polis idarəsinin rəsmi tərcüməçisi kimi xidmət etmişdir. 1911-ci ildə pensiyaya çıxan Balabəy Əlibəyovun təcrübəsi, yerli əhali arasında olan nüfuzu və rus, türk, fars və digər dillərə yaxşı bələd olması onu xidmətini pensiya ala-ala davam etdirməsi ilə nəticələnmiş, beləliklə o 1911–1917-ci illərdə polis idarəsində həm də tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1917-ci ildən 1920-ci ilə qədər Balabəy Əlibəyovun fəaliyyəti Urmiya şəhəri ilə bağlı olmuşdur.
Leyla Abdullayeva (diplomat)
Nadir Hüseynov (diplomat)
Nadir Sabir oğlu Hüseynov (d. 11 sentyabr 1960, Gəncə) — Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini, diplomat. 1960-cı il sentyabrın 11-də Gəncə şəhərində anadan olmuşdur. 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakultəsini bitirmişdir. 1988–1991-ci illərdə Kiyev Dövlət Universitetinin aspirantı olmuşdur. 1991-ci noyabrın 6-da Kiyev Dövlət Universiteti tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1983–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri vəzifələrində işləmişdir. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998–2010-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi olmuşdur. 2002-ci il yanvarın 12-də ona Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilmişdir. 2010-cu noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Rəhman Mustafayev (diplomat)
Rəhman Sahib oğlu Mustafayev (26 sentyabr 1963, Bakı) — azərbaycanlı diplomat. Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri. Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almışdır. 1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib. 1994–1997-cı illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib. 1997–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub. 2000–2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir olub. 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub.
Vaqif Sadıqov (diplomat)
Vaqif Sadıqov (2 noyabr 1956, Bakı) — diplomat, Azərbaycan Respublikasının Belçikada fövqəladə və səlahiyyətli səfiri, BAAU-nun fəxri doktoru. Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı il noyabrın 2-də Bakı şəhərində anadan olmuşdur. 1978 — SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) ingilis dili fakültəsini bitirmişdir 1986 — Filoloji elmlər namizədidir 1991 — APXDİ-nin ingilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb 1992 — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar idarəsinin 1-ci katibi 1993–1995 — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər üzrə şöbənin müdiri 1995–2004 — Azərbaycan Respublikasının Avstriyadakı Fövqəladə və Səlahiyyətli Səfiri, eləcə də BMT-nin Vyana Bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi 1998–2004 — Nüvə Sınaqların Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi 2001–2004 — Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi 2004–2010, 29 oktyabr — Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini 2010 oktyabr — 2016 — Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri. 2016–2021 illərdə Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsində çalışıb. Xarici dillərdən ingilis, rus, fransız, alman dillərini bilir.
Əli Əlizadə (diplomat)
Əlizadə Əli Fikrət oğlu (21 iyun 1978, Naxçıvan) — Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2016–2021), İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının keçmiş baş konsulu (2010–2016). Əli Əlizadə 21 iyun 1978-ci ildə anadan olub. 1994–1998-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda tərcüməçi-referent ixtisası üzrə bakalavr pilləsində, 2005–2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2002–2003-cü illərdə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı konsulluq şöbəsində protokol məsələləri üzrə referent, eyni zamanda aparıcı məsləhətçi-mühasib əvəzi işləyib. 2003–2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində protokol məsələləri üzrə aparıcı məsləhətçi, aparıcı məsləhətçi-mühasib, viza-pasport məsələləri üzrə baş məsləhətçi əvəzi, konsul-hüquq məsələləri üzrə baş məsləhətçi əvəzi kimi çalışıb. 2005-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində rəis əvəzi olub, aprel ayından isə idarə rəisi vəzifəsində işləyib. 2005-ci ilin dekabrından Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi olub. 2010-cu il iyulun 6-da İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib, eyni zamanda birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə yiyələnib. Buna qədər Əli Əlizadənin diplomatik rütbəsi müşavir olub. 5 aprel 2016-cı ildə həmin vəzifədən geri çağırılaraq 2 may 2016-cı ildə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Aleksandr Avdeyev (diplomat)
Aleksandr Alekseyeviç Avdeyev (rus. Алекса́ндр Алексе́евич Авде́ев; 8 sentyabr 1946, Kremençuk, Poltava vilayəti) — SSRİ və Rusiya siyasətçisi, diplomatı. 11 yanvar 2013-cü ildən Fövqəladə və Səlahiyyətli Səfir statusunda Rusiya Federasiyasının Vatikandakı səfiridir. Rusiya Federasiyası Diplomatik Xidmətinin əməkdar işçisi (2016). 2008–2012-ci illərdə Rusiya Federasiyasının mədəniyyət naziri olmuşdur. Aleksandr Alekseyeviç Avdeyev 1968-ci ildə Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. O, SSRİ-nin Əlcəzairin Ənnabə şəhərindəki Baş Konsulluğunun köməkçisi, daha sonra SSRİ-nin Əlcəzairdəki səfirliyinin attaşesi (1968–1971) vəzifələrində çalışmışdır. Sonra SSRİ Xarici İşlər Nazirliyinin mərkəzi aparatında işləmişdir. 1977-ci ildə Avdeyev Fransaya göndərilmiş, orada SSRİ-nin Fransadakı səfirliyinin ikinci və birinci katibi vəzifəsində çalışmışdır. 1985–1987-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin birinci Avropa şöbəsinin müşavir rütbəsi ilə sektor müdiri vəzifəsində çalışmışdır.
Ramiz Həsənov (diplomat)
Ramiz Ayvaz oğlu Həsənov (20 avqust 1961, Məscidli Görarxı, Marneuli rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri. Ramiz Həsənov 20 avqust 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olmuşdur. 1978–1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdır. 1983–1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərmişdir. 1993–1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifədə çalışmışdır. 1997–2004-cü illərdə Ramiz Həsənov Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olmuşdur. 2004–2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. 14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdur. 2008–2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olmuşdur.
Vladimir Petrov (diplomat
Vladimir Mixayloviç Petrov (rus. Влади́мир Миха́йлович Петро́в; 15 fevral 1907 - 14 iyun 1991) — 1954-cü ildə Avstraliyaya sığınması ilə məşhurlaşan Sovet İttifaqının məxfi xidmətinin üzvü. Afanasiy Mixayloviç Şoroxov (Афанасий Миха́йлович Шорохов) Mərkəzi Sibirin Larixa kəndində kəndli ailəsində anadan olub. Petrov 1923-cü ildə komsomola və Sovet Hərbi Dəniz Qüvvələrinə qatılaraq tam adını Vladimir Mixayloviç Proletarski (Влади́мир Миха́йлович Пролетарский) olaraq dəyişdi. Bu yaxınlarda açıqlanan gizli Britaniya MI5 sənədlərinə görə, Petrov qaçışdan sonra verdiyi müsahibə zamanı kəşfiyyat karyerasının aşağıdakı kimi olduğunu söylədi: 1929-1933-cü illərdə Sovet Hərbi Dəniz Qüvvələrinin şifrə katibliyi. 1933-1938-ci illərdə NKVD Moskva, xaricdə şifrəli rabitə ilə məşğul olurdu. 1939-cu ildə Qərbi Çin Sovet Ordusuna bağlı NKVD, şifrələmə katibi. 1940-1942-ci illərdə NKVD-nin şifr məmuru, Moskva daxili rabitə ilə məşğul olub. 1942-1947-ci illərdə NKVD şifr məmuru İsveç, əlavə daxili təhlükəsizlik vəzifələri ilə. 1947–1951-ci illər Dövlət Təhlükəsizlik Nazirliyi Moskva Dunayda dənizçilər ilə məşğul olub.
Vladimir Petrov (diplomat)
Vladimir Mixayloviç Petrov (rus. Влади́мир Миха́йлович Петро́в; 15 fevral 1907 - 14 iyun 1991) — 1954-cü ildə Avstraliyaya sığınması ilə məşhurlaşan Sovet İttifaqının məxfi xidmətinin üzvü. Afanasiy Mixayloviç Şoroxov (Афанасий Миха́йлович Шорохов) Mərkəzi Sibirin Larixa kəndində kəndli ailəsində anadan olub. Petrov 1923-cü ildə komsomola və Sovet Hərbi Dəniz Qüvvələrinə qatılaraq tam adını Vladimir Mixayloviç Proletarski (Влади́мир Миха́йлович Пролетарский) olaraq dəyişdi. Bu yaxınlarda açıqlanan gizli Britaniya MI5 sənədlərinə görə, Petrov qaçışdan sonra verdiyi müsahibə zamanı kəşfiyyat karyerasının aşağıdakı kimi olduğunu söylədi: 1929-1933-cü illərdə Sovet Hərbi Dəniz Qüvvələrinin şifrə katibliyi. 1933-1938-ci illərdə NKVD Moskva, xaricdə şifrəli rabitə ilə məşğul olurdu. 1939-cu ildə Qərbi Çin Sovet Ordusuna bağlı NKVD, şifrələmə katibi. 1940-1942-ci illərdə NKVD-nin şifr məmuru, Moskva daxili rabitə ilə məşğul olub. 1942-1947-ci illərdə NKVD şifr məmuru İsveç, əlavə daxili təhlükəsizlik vəzifələri ilə. 1947–1951-ci illər Dövlət Təhlükəsizlik Nazirliyi Moskva Dunayda dənizçilər ilə məşğul olub.
Faiq Bağırov (diplomat)
Faiq Nüsrət oğlu Bağırov (13 noyabr 1962, Bakı) — diplomat. 1962-ci il noyabrın 13-də Bakıda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1983-cü ildə Sovet İttifaqında hərbi tərçüməçi, 1984–1986-cı illərdə isə baş hərbi tərcüməçi kimi çalışıb. 1986–1988-ci illərdə Bakıda Xarici Tələbələr Şurasında mütəxəssis olub.
Diplomat (serial, 2023)
2023-cü ildə Netflix platformasında yayımlanan serial == Məzmun == Böyük Britaniyanın hərbi gəmisi Hörmüz boğazında naməlum şəraitdə hücuma məruz qalır. Hamı hücumunda arxasında İran İslam Respublikasının olduğunu güman edir. Bu siyasi böhranı həll etmək üçün ABŞ-nin Livandakı keçmiş səfiri Hol Vaylerin arvadı Keyt Vayler Ağ Evdən gələn əmrlə ABŞ-nin Böyük Britaniyadakı səfiri təyin edilir.
Hüseyn Quliyev (diplomat, 1946)
Hüseyn Quliyev (tam adı: Quliyev Hüseyn Rzaqulu oğlu;23 iyun 1946, Naxçıvan) — Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri 23 iyun 1946-cı ildə, Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1953–1965-ci illərdə Naxçıvan şəhəri, 3 saylı orta məktəbində oxumuşdur. 1965–1970-ci illərdə M. Azizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə təhsil almışdır. Evlidir, iki uşağı və üç nəvəsi var. 1970–1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub. 1978–1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşaviri işləmişdir. 1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri işləmişdir. 1991–1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olmuşdur. 1995–1997-ci illərdə "İDİL" Türk inşaat şirkətinin Rusiya nümayəndəliyi, 1997–2007-ci illərdə Rusiyanın "Trans-nafta" şirkətinin vitse-prezident vəzifəsində çalışmışdır. 2007–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri olub.
Diplomata kurdı
Diplomat (kürd. Dîplomat) və ya "Diplomata kurdı" (kürd. Dîplomata Kurdî) — Azərbaycanda fəaliyyəti dayandırılmış kürddilli qəzet. "Diplomat" həftəlik qəzeti 2003-cü ildə təsis olunmuşdur. Qəzetin təsisçisi və baş redaktoru Tahir Süleyman olmuşdur. "Diplomat" qəzeti kürd, Azərbaycan, rus və türk dillərində çap olunurdu. Qəzet Rusiyanın müxtəlif vilayətlərində, həmçinin Qazaxıstanda, Qırğızıstanda və Ukraynada yayımlanırdı. "Diplomat" qəzetində Kürdüstan Fəhlə Partiyasının (PKK) liderləri Murad Karayılan və Abdullah Öcalana dəstək verən yazılar dərc olunmuşdur. Qəzetin baş redaktoru Tahir Süleyman özü Abdullah Öcalanı "milli azadlıq hərəkatının rəhbəri" adlandırmışdır. O, zaman-zaman İraqa gedərək, oradakı İraq Kürdüstanı iqtidarı ilə görüşlər keçirmişdir.
Diplomatik immunitet
Diplomatik immunitet — xarici diplomatik nümayəndəliklərə, onların personalına və beynəlxalq hüquqa əsasən nümayəndəlik yerləşən dövlətin ərazisində müdafiədən istifadə edən digər şəxslərə verilən xüsusi imtiyaz, hüquq və güzəştlərin məcmusu. Diplomatik immunitet beynəlxalq hüququn ümumi qaydasından (hər bir suveren dövlət öz sərhədləri daxilində burada olan insanlar və əşyalar üzərində yurisdiksiyasını həyata keçirir) istisnadır. Müasir mənada diplomatik immunitet 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında təsbit olunmuşdur. Diplomatik immunitet konsepsiyasının əksər prinsipləri hazırda adət hüququ kimi tətbiq olunur. Müvafiq konsepsiya dövlətlərarası əlaqələrin, xüsusilə də siyasi qarşıdurmalar və silahlı münaqişələr dövründə qorunub saxlanması məqsədilə inkişaf etdirilmişdir. Formal olaraq dövlətin suverenliyini təmsil edən diplomatlara qəbul edən dövlətin başçısı tərəfindən diplomatın öz vəzifələrini effektiv icra etməsi üçün müəyyən imtiyaz və üstünlüklər verilir. Əksər ədəbiyyatlarda bütün immunitet və imtiyazlar iki qrupa bölünür: dövlətin orqanı kimi diplomatik nümayəndəliyin immunitet və imtiyazları; şəxsi immunitet və imtiyazlar. Diplomatik nümayəndəliyin immunitet və imtiyazlarına nümayəndəliyin binasının toxunulmazlığı, avadanlıq və nəqliyyat vasitələrinin toxunulmazlığı, arxiv və sənədlərin toxunulmazlığı, vergi imtiyazları, gömrük imtiyazları və akkreditiv dövlətin bayraq və rəmzlərindən istifadə etmək hüququ daxildir. Şəxsi immunitet və imtiyazlara isə əsasən şəxsi toxunulmazlıq, iqamətgahın, şəxsi kağız və yazışmaların, əmlakın toxunulmazlığı, yurisdiksiyadan immunitet, vergi və rüsumlardan azad edilmə, gömrük imtiyazları aiddir. Diplomatiya hüququnun tarixi inkişafı mərhələlərinə uyğun olaraq, ayrı-ayrı hüquqşünaslar tərəfindən diplomatik immunitetlərin əsaslandırılması üçün 15-ə yaxın müxtəlif nəzəriyyə irəli sürülmüşdür.
Diplomatik protokol
Diplomatik protokol - beynəlxalq ünsiyyətdə dövlətlər, hökumətlər, xarici işlər nazirlikləri, diplomatik nümayəndəliklər və rəsmi şəxslər tərəfindən icrası zəruri sayılan, beynəlxalq təcrübədə qəbul olunmuş qaydalar, ənənələr və şərtlərin toplusu. Lakin bütün sadalananlar heç bir dövlətin özunəməxsus adətlərini və milli ənənələrini inkar etmir. Beynəlxalq təşkilatlarda üzvlük, zirvə toplantıları, beynəlxalq konfranslar və s. diplomatik prokolsuz keçinə bilməz. "Protokol" - yunan dilindəki protokollon sözündən götürülüb, "protos" - birinci, "kollo" - yapışdırmaq deməkdir. Etimoloji mənada "protokol" sözü Bizans diplomatiyasında təntənəli mərasimlərdə tərtib edilən sənədin 1-ci hissəsini bildirirdi, bu hissədə iştirakçıların siyahısı göstərilirdi. Orta əsrlərdə protokol dedikdə sənədlərin tərtibatı və arxivləşdirilməsi qaydası başa düşülürdü. Sonralar isə diplomatiya və diplomatik xidmət anlayışlari ilə əlaqəli şəkildə işləməyə başladıqda, sənədlərin tərtibatı ilə yanaşı özündə etiket və mərasim məsələlərini də əks etdirməyə başladı. Diplomatik protokolun tələblərinə erinasızlıq, ən xırda ehtiyatsızlıq bəzən dövlətlər arasındakı əlaqələrin kəsilməsi, hətta müharibə şəraitinin yaranması ilə müşahidə oluna bilir. Diplomatik protokolda hər bir dövlətin rəmzlərinə hörmətlə yanaşılması birbaşa dövlətin suverenlik hüququna hörmətin təzahürüdür.
Diplomatik psixologiya
Kitabda adi həyatdan tutmuş siyasətə və hərbiyyəyə qədər olduqca geniş bir diapazonda tətbiq olunan çoxlu sayda diplomatik manevrlərin, taktiki gedişlərin, psixoloji fəndlərin mexanizmi izah edilir, onlardan necə istifadə etməyin yolları göstərilir; Kitabın birinci hissəsində – qədim Şərq əlbəyaxa döyüşlərində və ümumən hərb texnikasında olduğu kimi, ünsiyyət aktının da özünəməxsus taktika və strategiyaya, hücum və əks-hücum məqamlarına, kəşfiyyat, diversiya elementlərinə və s. malik olduğu göstərilir, rəqibin zəif cəhətlərini necə aşkar etmək, onlara zərbələri necə endirmək, qarşı tərəfin hücumlarından necə qorunmaq, fikirlərini necə "oxumaq", ünsiyyət zamanı təşəbbüsü necə ələ almaq, liderliyə necə nail olmaq, kiməsə hər hansısa bir fikri necə təlqin etmək, onu necə inandırmaq, fəaliyyətə necə təhrik etmək və ya bundan necə çəkindirmək, rəyini necə döndərmək, iradəsini necə qırmaq, öz mövqeyini ona necə qəbul etdirmək, onda hansısa bir əhval-ruhiyyəni, halı, meyli necə formalaşdırmaq və ya necə neytrallaşdırmaq, müxtəlif xarakter və statuslu adamlarla müxtəlif şəraitlərdə ünsiyyəti necə qurmaq, söhbətin maraqlı keçməsi üçün hansı nüansları nəzarətdə saxlamaq və s. barədə bəhs edilir. İkinci hissədə – konkret olaraq siyasət və hərbiyyədə istifadə olunan diplomatik manevr və fəndlərin texnologiyalarından bəhs olunur: Rəqib cəbhəsinin əsgər və əhalisinin mənəvi və hərbi ruhunu necə qırmaq, onların öz qüvvəsinə, öz hərbi-siyasi rəhbərliyinin kompetentliyinə inamını necə itirmək, onların döyüş qabiliyyətini necə aşağı salmaq, müqavimət iradəsini necə qırmaq, hərbi əməliyyatlarda iştirakdan və ya səfərbərlikdən boyun qaçırmağa, dezertirliyə, komandirlərə tabe olmamağa, əsir düşməyə, satqınlığa və s. necə təhrik etmək, onları özlərinin, öz yaxınlarının və ya öz dövlətlərinin, vətənlərinin, rəhbərlərinin və b. əleyhinə olan addımlara, fəaliyyətlərə necə meylləndirmək, beynəlxalq siyasətdə və ümumən siyasətdə bütün bunlardan necə istifadə etmək və s. barədə söhbət açılır, bunların realizəsi üçün konkret fənd və vasitələr göstərilir. Metodika dünya psixologiyasında analoqa malik deyil. Kitab xüsusi idarələr, diplomatlar, siyasətçilər, politoloqlar, hərb strateqləri, pedaqoqlar, psixoloqlar və ümumiyyətcə, praktik psixologiya ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub. Kitab ABŞ-nin Konqress kitabxanasına daxil edilib.
Diplomatik tanıma
Diplomatik tanıma — dövlətin tanımış olduğu subyektlə rəsmi münasibətlərə girmək hazırlığını ifadə edən təktərəfli diplomatik aktdır. Bir dövlət tərəfindən digərinin tanınması onun parçalanması və ya birləşməsi, milli-azadlıq mübarizəsi, sosial inqilab və s. hallarda yer alır. Hökumətin tanınması məsələsi bir qayda olaraq, qeyri-konstitusion yolla hökumət yarandıqda meydana çıxır. Ədəbiyyatlarda və praktikada üstünlük təşkil edən fikrə əsasən tanıma öhdəliyi mövcud deyil və bu bütövlükdə tanıyan dövlətin iradəsindən asılıdır. Baxmayaraq ki, bir sıra hüquqşünasların fikrinə əsasən belə bir öhdəlik mövcuddur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər dostluq münasibətlərini inkişaf etdirməlidirlər və beynəlxalq həyatın reallıqlarını nəzərə almayaraq sırf siyasi səbəblərdən hər hansı bir dövləti uzun müddət tanımamaq qeyridostluq aktı kimi qiymətləndirilə bilər. Tanınma birdəfəlik aktdır və onu geri götürmək qəbul olunmamışdır. Lakin tarixdə bu cür hallara da rast gəlinmişdir. Tanınma yeni yaranmış dövlət qarşısında geniş imkanlar açmaqla onun beynəlxalq sistemdəki mövqeyini möhkəmləndirməklə mühüm siyasi əhəmiyyət kəsb edir.
Diplomatik İnqilab
Diplomatik İnqilab — 1756-cı ildə, Avropada o vaxta qədərki ittifaqların dağılaraq yenilərinin qurulması hadisəsi. İngiltərə — Fransa düşmənçiliyinin kökləri orta əsrlərə qədər gedib çıxır. XVIII əsrə gəlindiyində başda Amerika olmaq üzrə bir çox qitələrdə müstəmləkəçilik uğrunda yarışa başlayan bu iki ölkə arasında dəniz müharibələri baş verirdi, bu da qitədəki diplomatiyaya təsir edirdi. Avstriya parçalanmış halda olan alman dövlətlərini əlinin altında tutmağa çalışırdı və bunun üçün tarixi haqlarından istifadə edirdi. Yeni-yeni böyüməkdə olan Prussiya isə kiçik dövlətləri tutaraq Avstriyanın dominantlığını təhdid edirdi. Bu iki dövlətin mənafeləri Sileziyada toqquşanda isə diplomatiya çıxılmaz vəziyyətdə qaldı. İngiltərənin quru qoşunları Fransa ilə başa çıxa bilməzdi. Buna görə də İngiltərə qitədə böyük bir hərbi gücə sahib olan Avstriya ilə yaxınlaşdı. Avstriya bütün hərbi qüvvəsini Prussiya sərhədinə yığa bilmirdi, çünki qərbində Fransa təhdidi vardı. Fransa ilə Osmanlı arasındakı ittifaq da Osmanlının düşməni olan Avstriyanı sıxışdırmaqda idi.
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası — diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən edən əsas beynəlxalq hüquqi sənəddir. O, giriş hissədən və 53 maddədən ibarətdir. BMT-nin Beynəlxalq Hüquq Komissiyası onun vəzifəsinin "beynəlxalq hüququn proqressiv inkişafı və məcəllələşdirilməsi" olduğunu əsas götürərək 1949-cu ildə özünün birinci sessiyasında məcəllələşdirilməsi lazım olan məsələlər arasında diplomatiya və konsulluq əlaqələrinə aid məsələlərin adını çəkdi. 1958-ci ildə isə komissiya diplomatik əlaqələr və immunitetlər haqqında da konvensiya layihəsini hazırladı və üzv dövlətlərin irad və təklifləri üçün onlara təqdim etdi. Diplomatik əlaqələr haqqında Konvensiya 18 aprel 1961-ci ildə Vyana konqresində qəbul olundu. Azərbaycan Respublikası Milli Məclisin 228 N-li qərarına əsasən 1992-ci il 21 iyul tarixində Vyana Konvensiyasına qoşulmuşdur. Konvensiyanın giriş hissəsində BMT Nizamnaməsinin prinsip və məqsədlərinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərini inkişaf etdirmək məqsədləri qeyd olunur, həmin sazişdə nəzərdə tutulan üstünlüklərin və immunitetlərin ayrı-ayrı şəxslərin faydalanması üçün deyil, dövləti təmsil edən orqan kimi diplomatik nümayəndəliklərin funksiyalarının səmərəli həyata keçirilməsini təmin etmək üçün verildiyi göstərilir. Preambula funksional zərurət nəzəriyyəsini və qismən də təmsilçilik nəzəriyyəsini təsdiqləyir. Konvensiyanın 1-ci maddəsi konvensiyada rast gəlinən terminlər və onların açıqlanmasına həsr olunmuşdur. Belə ki, "nümayəndəliyin başçısı" dedikdə, akkreditiv dövlət tərəfindən bu keyfiyyətdə fəaliyyət göstərməyə öhdələndirilmiş şəxs başa düşülür.
Diplomatika
Diplomatika (amerikan ingilis. Diplomatics; britaniya ingilis. Diplomatic) - sənədlərin, xüsusən də tarixi sənədlərin kritik təhlilinə əsaslanan elmi disiplin. Sənəd yaradıcıları tərəfindən istifadə olunan konvensiyalara, protokollara və formullara diqqət yetirir və bunlardan sənədlərin yaradılması, məlumat ötürülməsi prosesləri və sənədlərin qeyd etməyi təklif etdiyi faktlar ilə reallıq arasındakı əlaqələri artırmaq üçün istifadə edir. Bu sahə əvvəlcə kral və papa kilsələri tərəfindən verilmiş rəsmi nizamnamələrin və diplomların həqiqiliyini öyrənmək və təyin etmək üçün bir vasitə kimi inkişaf etmişdir. Daha sonra eyni əsas prinsiplərin bir çoxunun digər rəsmi sənəd və hüquqi sənədlərə, xüsusi məktublar kimi qeyri-rəsmi sənədlərə və ən son olaraq elektron qeydlərin metadatasına tətbiq oluna biləcəyi qəbul edildi. Diplomatiya tarixin köməkçi elmlərindən biridir. Paleoqrafiya disiplininə bənzəsə də, qarışdırılmamalıdır.
Diplomatiya
Diplomatiya — dövlət başçılarının, hökumətlərin və xarici əlaqələr üzrə xüsusi orqanların prinsipial fəaliyyəti olub, dövlətin xarici siyasətinin məqsəd və vəzifələrini həyata keçirməkdən və dövlətin hüquq və maraqlarını xaricdə müdafiə etməkdən ibarətdir. Diplomatiya dedikdə əsasən beynəlxalq münasibətlərin iştirakçısı olan dövlət və qrupların səlahiyyətli nümayəndələri arasında danışıqların aparılması sənəti və təcrübəsi nəzərdə tutulur. Diplomatiyanın predmeti, subyekti, obyekti də dünyanın siyasi xəritəsində öz yerini tutmuş dövlətlərdir. Diplomatiya tarixinin başlıca məqsədi dövlətlərarası münasibətlərin yaranması, inkişafı və pozulma prosesini öyrənməkdən ibarətdir. Müasir dünyada dövlətlər öz mənliyini, mövcudluğunu 2 yolla təsdiq etdirir: 1) dövlətlər arası münasibətlər, yəni ikitərəfli diplomatiya; 2) çoxtərəfli münasibətlər, yəni subregional, universal təşkilatlar vasitəsilə tanınma. Ən qədim zamanlardan diplomatiya işi imtiyazlı dairələrin, saray elitalarının əlində olmuş, böyük bir tarixi inkişaf yolu keçərək mərasimləşmiş və məcəllələşmişdir. Tədricən dövlətlərarası münasibətlərin qayda və normalarının hüquqi bərkintisindən ibarət beynəlxalq hüquq elmi meydana gəlmişdir ki, qədim Romada bu elmi "Xalqlar hüququ" adlandırmışlar. Diplomatiya tarixinin vəzifələri çox spektrli olub bilavasitə məqsədin aydınlaşdırılmasına xidmət edir. Diplomatiya müxtəlif maddi mədəniyyət nümunələrini özündə saxlamaqdadır ki, bunlara Mani və Hammurapi qanunlarını göstərmək olar.
Diplomatiya (kitab)
Diplomatiya — keçmiş milli təhlükəsizlik müşaviri və dövlət katibi Henri Kissincerin 1994-cü ildə yazdığı kitabdır. Bu, əsasən XX əsrə və Qərb dünyasına cəmləşən beynəlxalq münasibətlər və diplomatiya sənəti tarixinin süpürgəsidir. Kissincer beynəlxalq münasibətlərin realist məktəbinə (realizmə) böyük inanan biri kimi , diplomatik münasibətlərin bütün dövrlərində Birinci Dünya Müharibəsindən əvvəl Avropada qüvvələr balansı , raison d'État və Realpolitik anlayışlarına ciddi şəkildə diqqət yetirir.Kissincer, həmçinin Millətlər Liqasının Nizamnaməsində işlənmiş kollektiv təhlükəsizliyin əks realist diplomatik taktikasını tənqid edir., və öz müqəddəratını təyinetmə , bu da Liqanın prinsipi idi. Kissincer həmçinin ikinci Dünya Müharibəsindən sonra Sovet İttifaqının Şərqi və Cənubi Avropada təsir dairəsindən istifadəni araşdırır, bu arqument müasir Rusiya xarici əlaqələri tərəfindən Ukrayna , Gürcüstan və digər keçmiş Sovet peykləri ilə bağlı müdafiə olunur. Orta Asiya . Tarix Avropada XVII əsrdə başlayır, lakin sürətlə Dünya Müharibələrinə və sonra Soyuq Müharibəyə qədər irəliləyir. Kissincer kitabda dəfələrlə özünə istinad edir, xüsusən də Riçard Nikson və Cerald Fordun prezidentliklərini xatırlayarkən. Kitab Soyuq Müharibədən sonra ABŞ-ın Avropa üslubunda real siyasətə qayıtması və Vilson idealizmindən əl çəkməsi arqumenti ilə bitir. Kissincer kitabı ABŞ Xarici İşlər Nazirliyinin qadın və kişilərinə həsr edib.
Diplomatların Peşə Bayramı
Diplomatların Peşə Bayramı (Azərbaycan) — 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür. Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 24 avqust 2007-ci ildə № 2356 Sərəncamını imzalamışdır. Sərəncamda nəzərdə tutulurdu ki, müsəlman dünyasında ilk Demokratik Respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il 9 iyulda Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq, hər il 9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilsin.
Diplomatların müdafiəsi Konvensiyası
Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya — Konvensiya 1977-ci il fevralın 20-də qüvvəyə minmişdir. Nisbətən son dövrlərdə beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı cinayət əməllərinin sayının artması bu konvensiyanın qəbul edilməsinə səbəb olmuşdur. Burada araşdırılan problemlərin dairəsi diplomatik agentlərə və beynəlxalq müdafiədən istifadə edən digər şəxslərə qarşı yönəldilmiş cinayətlərlə məhdudlaşmış olsa da, komissiya bu cür şəxslərə qarşı yönəldilmiş cinayətlər haqqında məsələni daha qlobal problem olan terrorizm aktlarının həyata keçirilməsi aspektlərindən birinə aid etmişdir. Konvensiyanın 1-ci maddəsi beynəlxalq müdafiədən istifadə edən şəxslərə aşağıdakıları aid edir: dövlət başçısı, o cümlədən, dövlət başçısı funksiyasını yerinə yetirən kollegial orqanın hər bir üzvü, xarici dövlətdə olan hökumət başçısı və ya xarici işlər naziri, onları müşayiət edən ailə üzvləri, dövlətin istənilən nümayəndəsi və ya vəzifəli şəxsi, yaxud beynəlxalq təşkilatın istənilən vəzifəli şəxsi və ya digər agenti və onların ailə üzvləri. Həmin maddənin 2-ci bəndində ehtimal olunan cinayətkarın anlayışı verilir. Belə ki, ehtimal olunan cinayətkar ona münasibətdə maddədə göstərilən cinayətləri törətməsini və ya törətməsində iştirak etməsini "prima facie" isbat edən kifayət qədər dəlillər olan şəxsdir. Konvensiyaya əsasən diplomatik agent, akkreditiv və ya qəbul edən dövlət olmayan 3-cü dövlətdə ezamiyyətdə olduqda belə xüsusi müdafiə hüququna malikdir. Konvensiyanın 2-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir. Burada xüsusi beynəlxalq hüquqi müdafiə yaradan cinayətin tərkibi müəyyən olunur. Buna aşağıdakılar aiddir: beynəlxalq müdafiədən istifadə edən şəxsin qəsdən öldürülməsi, qaçırılması və ya onun şəxsiyyətinə və ya azadlığına yönəlmiş digər hücumların həyata keçirilməsi; beynəlxalq müdafiədən istifadə edən şəxsin şəxsiyyətinə və edən ümumtanınmış hüquqi prinsipin təsdiq edilməsi, azadlığına təhlükə yarada biləcək, onun rəsmi binasına, yaşayış binasına və ya nəqliyyat vasitələrinə zorakı hücumların həyata keçirilməsi; istənilən hücum cəhdi; istənilən belə hücumun iştirakçısı qismində əməllər, belə ki, hər bir iştirakçı dövlət tərəfindən onun daxili qanunvericiliyinə əsasən, bu cinayətin onun ərazisində və ya ərazisinin hüdudlarından kənarda baş verməsindən asılı olmayaraq, cinayət kimi qiymətləndirilməlidir.
Dollar diplomatiyası
Vilyam Horvard Taftın 1908-ci ilin sonlarında hakimiyyətə gəlişindən sonra ABŞ-nin təcavüzkar siyasəti daha da gücləndi. Taftın prezidentliyi dövründə ABŞ-in Kubaya olan münasibəti qismən dəyişdi. Bu suyasət iki xüsusiyyətlə – prezident Taft və dövlət katibi Filander Noksun siyasəti üçün xarakterik olan yeni önləyici siyasət və yaxud dollar diplomatiyasının yürüdülməsi ilə səciyyələnirdi. Vilyam Taft tərəfindən işlənib hazırlanmış "önləyici siyasət' Kuba, Karib hövzəsi və Mərkəzi Amerikanın digər ölkələrinə müdaxilə etməkdə ABŞ hüququnun yeni interpretasiyası ilə bağlı idi. Məlum olduğu kimi, maarifçilik ideyalarının intişarı genişləndikcə özünü qərb demokratiyasının ən gənc vətəni hesab edən ABŞ-ıda yeni formaların axtarışına vadar edirdi ki, bunların içində ən sivilizasiyalı metod Taftın "dollar diplomatiyası" idi. İlk növbədə amerikan təcrübəsinin ümumiləşdirilməsi Tafta belə nəticəyə gəlməyə imkan verdi. Çünki heç də bütün hallarda "böyük dəyənək" siyasəti ABŞ-yə müsbət imic qazandırmamışdı. Dövlət müstəqilliyi yolunda olan ölkələr bəzən bu siyasəti qəbul etmir, Kolumbiya ilə olduğu kimi hərbi-siyasi qarşıdurma bəzən silahlı mübarizə həddinə çatır və böyük vəsaitlər hesabına başa gəlirdi. 1911-1912-ci illərdə çox ağır şərtlərlə Nikaraquaya verilən müxtəlif borclar, Milli bankın bütün səhmlərinin 51 faizi üzərində Amerika bankirlərinin nəzarəti, maliyyəçilər tərəfindən dəmiryol səhmlərinin satın alınması, gömrük rüsumlarının baş yığıcısının xüsusi rolu, eləcə də, Amerika piyadalarının ölkədəki mövcudiyyəti – bütün bunlar ölkəni ABŞ-dən asılı vəziyyətə salır və Amerika sənayeçiləri və maliyyəçiləri üçün onun sərvətlərini ələ keçirmələrində əlverişli şərait yaradırdı. "Dollar diplomatiyası" çox ağır şərtlərlə borc əməliyyatları, ölkənin daxili işlərinə açıq müdaxilə və qeyri-bərabər müqavilələr ABŞ tərəfindən təkcə Panama, Santo-Dominqo və Nikaraquaya deyil, həm də Hondurasa və digər Latın Amerikası ölkələrinə qəbul etdirilirdi.
Ermənistanın diplomatik nümayəndəliklərinin siyahısı
Ermənistanın diplomatik nümayəndəliklərinin siyahısı (erm. Հայաստանի դիվանագիտական ներկայացուցչությունների ցանկ[խմբագրել) Ermənistan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Rusiya, Fransa, İran, ABŞ, Livan, Argentina və Ukrayna kimi erməni diasporunun aktiv olduğu ölkələrdə Ermənistanın səfirlikləri mövcuddur. Ümumilikdə ölkənin 4 qitədə, 42 səfirliyi və 8 konsulluğu mövcuddur. Dağlıq Qarabağın işğal edilməsinə görə Ermənistan Pakistan tərəfindən müstəqil dövlət kimi tanınmır.
Hərbi diplomatiya
Hərbi attaşelər adətən öz ölkələrinin silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olan və müəyyən müddətə diplomatik missiyaya təhkim edilən nümayəndələrindən ibarət olur. Hərbi attaşenin, eləcə də hərbi-dəniz yaxud hərbi-hava attaşesinin əsas vəzifələrindən biri, maraqların həmin dairəsinə aidiyyəti olan hadisələr haqda hesabatları öz departamentinə bilavasitə yaxud, xüsusi vacib hallarda, missiya başçısı vasitəsilə təqdim etməkdir. Müəyyən şəraitlərdə hərbi attaşe silahın alınmasına və ya satılmasına imkan yarada bilər və əksər ölkələrdə o eləcə də nizami qoşunların təlimlərinə dəvət olunur.

Digər lüğətlərdə