Dirəcrud nahiyəsi
Dirəcrud mahalı — XIV əsrdə mövcud olmuş inzibati nahiyə, Təbrizin bölgələrindən biri.
== Tarixi ==
1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Təbriz sancağı nahiyəsi
1724-ci ilin icmal dəftərinə görə Təbriz əyalətinə tabe olan Təbriz livası Səracu nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Mərkəzi Dirəcrud şəhəridir.
== Əhalisi ==
Ağacəri: Qaraqoyunlu ulusuna bağlı olan Ağacərilər, Maraş bölgəsindəki ormanlarda yaşarkən, 15-ci
yüzildə Qaraqoyunlu oymaqlarıyla birlikdə Azərbaycana köç etdilər. Bunlar, 1727-də Ərdəbilin Həştərud, Marağanın Səracu, İrəvanın Gərni, Təbrizin Səidabad ilə Dirəcrud nahiyələrində öz adlarını daşıyan kəndlərdə məskun idilər.
Dirəçilər (Dəriçilər): 1727-ci il etibarilə Marağa (Qavdan nahiyəsi) və Təbriz (Sərdsəhra, Xıtay, Dehxarqan, Dirəcrud və Mehranərud nahiyələri) yörələrində təsadüf edilən bu oymaq, Anadoludakı Atçəkənlərə bənzər, dəriçiliklə məşğul olan bir məslək təşəkkülü olaraq görünməkdədir.
Dirəçi tayfasına bağlı oymaqlar: Aqça, Qasım, Məkin və digər Qasım (Qavdan), Dəbbağan və Əmir (Sərdsəhra), Məlik (Xıtay), Hacılu, İmani, Mirzə (Dehxarqan), Həmzə, Həsənbəg, İskəndər, Kəbir, Nəbarbəg (Dirəcrud), Dirəçi, İskəndərdir (Mehranərud).