dopinq
dopu 2021
OBASTAN VİKİ
Dopler effekti
Dopler effekti — dalğa uzunluğu və tezliyində baş verən dəyişiklik. Avstriya riyaziyyatçısı və fiziki Kristian Dopler (Christian Doppler) bu prinsipi ilk dəfə 1842-ci ildə aşkar etmişdir. 1845-ci ildə Hollandiyalı meteoroloq Kristofor Henrik Diderik Böys-Balot Dopler effektini Utrext ilə Amsterdamı birləşdirən dəmir yolunda yoxlayaraq təsdiq etmişdir. == Tarixi == Doppler bu effekti ilk dəfə 1842-ci ildə "Über das farbige Licht der Doppelsterne und einiger anderer Gestirne des Himmels" (İkili ulduzların və göyün bəzi digər ulduzlarının rəngli işığı haqqında) traktatında təklif etmişdir. Bu fərziyyə 1845-ci ildə Buys Ballot tərəfindən səs dalğaları üzərində sınaqdan keçirilmişdir. O, səsin yüksəkliyinin səs mənbəyi ona yaxınlaşdıqda yayılan tezlikdən yüksək olduğunu, səs mənbəyi uzaqlaşdıqda isə yayılan tezlikdən aşağı olduğunu təsdiq etmişdir. Hippolyte Fizeau 1848-ci ildə elektromaqnit dalğaları üzərində müstəqil olaraq eyni hadisəni kəşf etdi (Fransada bu effekt bəzən "effet Doppler-Fizeau" adlanır, lakin bu ad dünyanın qalan hissəsi tərəfindən qəbul edilmədi, çünki Fizeau kəşfi Dopplerin təklifindən altı il sonra idi). İngiltərədə Con Skott Russell Doppler effekti ilə bağlı eksperimental tədqiqat aparmışdır (1848). == Ümumi == Mənbənin və qəbuledicinin mühitə nisbətən sürətlərinin mühitdəki dalğaların sürətindən aşağı olduğda klassik fizikada müşahidə edilən tezlik f və mənbədən ötürülən tezlik f0 arasındakı əlaqə belə verilir: ( c ± v r c ± v s ) f 0 {\displaystyle \left({\frac {c\pm v_{\text{r}}}{c\pm v_{\text{s}}}}\right)f_{0}} burada c mühitdə dalğaların yayılma sürətidir; vr qəbuledicinin mühitə nisbətən sürətidir, qəbuledici mənbəyə doğru hərəkət edirsə c-ə əlavə edilir, qəbuledici mənbədən uzaqlaşırsa çıxarılır; vs mənbənin mühitə nisbətən sürətidir, əgər mənbə qəbuledicidən uzaqlaşırsa c-ə əlavə edilir, əgər mənbə qəbulediciyə doğru hərəkət edirsə, çıxarılır.
Kristian Dopler
İohann Kristian Andreas Dopler (29 noyabr 1803[…], Zalsburq, Müqəddəs Roma imperiyası – 17 mart 1853[…], Venesiya, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası) — Avstriyalı riyaziyyatçı və fizik. 1800-cü illərin ortalarında öz adı ilə adlandırıldığı "Dopler effekti" sayəsində məşhurlaşdı. Kristian Dopler radio dalğası yayan hər hansı bir cismin müşahidəçiyə yaxınlaşıb-uzaqlaşdıqca tezliyinin dəyişirmiş kimi müşahidə olunması nəzəriyyəsini fikrini söyləmişdir. == Həyatı == Kristian Dopler Avstriyanın Salzburq kəndində olduqca istedadlı divar ustasının ailəsində anadan olmuşdur.Ancaq vücudu zəif,xüsusilə də xəstə olduğu üçün tez-tez atası ilə birgə çalışa bilməmişdir.Salzburqda lisey təhsilini tamamladıqdan sonra Vyanada astronomiya və riyaziyyatla bağlı ciddi işlər görən Dopler, 1841-ci ildən etibarən Çex Texnik Universitetində riyaziyyat və fizika professoru olaraq çalışmışdır. Bir il sonra, onu dünyaya məşhurlaşdıran Dopler effekti haqda məqalə yazıb, Praqadakı professorluq karyerası boyunca riyaziyyat,fizika və astronomiya mövzularında 50-dən çox elmi iş nəşr etdirmişdir. Praqadakı araşdırmaçılıq karyerası, 1848-ci ildə baş verən inqilablar səbəbindən yarımçıq qalmış və Vyanaya qaçmaq məcburiyyətində qalmışdır. 1850-ci ildə Vyana Universiteti nəzdində olan "Təcrübi Fizika universiteti"nə başçılıq etmişdir. 1853-cü ildə 50 yaşında olarkən Venesiyada ağciyər xəstəliyi səbəbindən vəfat etmişdir. == Ədəbiyyat == Храмов Ю. А. Физики. часть = Доплер Христиан (Doppler Johann Christian), с.