duş
duz məhlulu
OBASTAN VİKİ
Duz
Xörək duzu — əsasən natrium xlorid (NaCl) kimyəvi maddəsindən ibarət olan qida məhsulu. Kristal quruluşlu, insan da daxil olmaqla əksər canlıların qida məhsulu kimi istifadə etdikləri duz, ticarət baxımından da önəmli bir məhsuldur. Dünyanın hər yerində rast gəlinən xörək duzuna tarixən böyük ehtiyac olmuşdur. Bəsit kimyəvi quruluşu olan duzdan, dəriçilikdə, maldarlıqda, su təmizləmə sistemlərində və kimya sənayesində geniş istifadə edilir. İnsanın xörək duzuna olan gündəlik tələbatı 5 qramdır. Əli: "Yeməyinizi duzla başlayın.
Duz (dəqiqləşdirmə)
Xörək duzu
Duz (kimya)
Duzlar — metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯ Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s. Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s. Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s. Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s. Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s. Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s. Duzları aşağıdakı üsullarla almaq olar: 1.
Duz balansı
Duz balansı — müəyyən vaxt ərzində duz ehtiyatının torpaq-qruntda daxili və çıxarı nəticəsində qalınlığının dəyişmə kəmiyyətidir. Duz balansı aşağıdakı elementlerdən ibarətdir: 1. Duzun teyin olunmuş vaxtın əvvəlində və sonunda olan ehtiyatı 2. Bu vaxt ərzində duzun daxil olması 3. Bu vaxt ərzində duzun sərf olunması 1 m² torpaqda müəyyən dərinliyə və yaxud qrunt sularına qədər kq- la ölçülür. Suvarılan torpaqlarda t/ha-a hesablanır. Duz balansı 3 tipi var Stabil Şorlaşma Duzlaşma Torpaqda müxtəlif formada ayrılan duzlar. Bunlar bozartılar, xırda çillər, ağ tüklər, qırov duz və s. Torpaq qatında müəyyən qalınlıqda duz miqdarı. 1 kv.m-də kq-la yaxud t/ha ilə göstərilir.
Duz tektonikası
Duz tektonikası — təzyiq nəticəsində yaranan qırışıqlıq növü. Yüksək təzyiq altında duzun xüsusi çəkisi (2,2) yerləşdiyi çöküntülərin xüsusi çəkisinə (2,5–2,6) nisbətən az və plastik olması duz kütləsinin qalxmasına səbəb olur. Üstqatda yatan süxurların sıxlığının müxtəlifliyi, bünövrənin kələ-kötür, az meyilli qırışıq, yaxud qırılmanın olması ilə bağlı yaranan kiçik təzyiqlər fərqi duzun toplanmasına və duz nüvəli qırışığın inkişafına təkan verir. Qravitasiya qeyri-sabitliyinə görə heç bir xarici tektonik təsir olmadan davamlı çöküntü yüklənməsi zamanı strukturlar yarana bilər. Qaya duzu 2160 kq/m3 sıxlığa malikdir. İlkin çökmə zamanı çöküntülər ümumiyyətlə 2000 kq/m3 daha az sıxlığa malikdir, lakin yüklənmə və sıxılma ilə onların sıxlığı 2500 kq/m3-ə qədər artır ki, bu da duzdan daha böyükdür Üstündəki təbəqələr sıxlaşdıqdan sonra zəif duz təbəqəsi Rayleigh-Taylor qeyri-sabitliyinin bir forması səbəbindən xarakterik silsilələr və çökəkliklər seriyasına deformasiyaya meylli olacaq. Sonrakı çökmə çökəkliklərdə cəmləşəcək və duz onlardan uzaqlaşaraq silsilələrə doğru hərəkət etməyə davam edəcək. Gec mərhələdə, diapirlər silsilələr arasındakı qovşaqlarda başlamağa meyllidirlər, böyümələri silsilələr sistemi boyunca duzun hərəkəti ilə qidalanır və duz ehtiyatı tükənənə qədər davam edir. Bu prosesin sonrakı mərhələlərində diapirin yuxarı hissəsi səthdə və ya onun yaxınlığında qalır, sonrakı dəfn diapirin qalxması ilə uyğunlaşdırılır və bəzən aşağı salınma adlanır. Almaniyadakı Schacht Asse II və Gorleben duz qübbələri sırf passiv duz quruluşuna nümunədir.
Duz torbası
Duz torbası (Duzluq, Duzqabı) — duz saxlamaq üçün istifadə edilən torba. Duz torbasından Azərbaycan və Türkmənistanda duzu müəyyən müddət saxlamaq və həmçinin daşımaq üçün istifadə edilirdi. Xüsusi naxış və ornamentlərlə bəzədilmiş duz torbası uzun, dar boğazlı olmaqla müxtəlif rəngli yun, pambıq və həmçinin ipək ipliklərdən Zili (Qayıq) toxunuşla toxunmuş olur. Müasir zamanda duz müxtəlif ölçülərdə müxtəlif növ kisələrdə saxlanır və daşınır. Müasir duzqabı (nəməkdan) isə içinə duz tökmək üçün kiçik qab olmaqla saxsı, şüşə, plasmas və digər materialdan hazırlanır.
Duzdağ daş duz yatağı
Duzdağ daş duz yatağı — Naxçıvan şəhərindən şimal-qərbdə yerləşir və lap qədimlərdən istismar olunur. Yatağın geoloji quruluşunda üst mio­sen (sarmat) duzdaşıyan və dördüncü dövr çöküntüləri iştirak edir. Yata­ğın səna­ye ehtiyatları 90 mln. tona çatır, sənaye hasilatı isə XIX əsrdən apa­rılır. Azərbay­can və Fransa arxeoloqlarının birgə apardıqları qazıntı işləri sübut etmişdir ki, yataq­da daş duz hasilatının başlanğıcı e.ə. III minilliyə gedib çıxır ki, bu da Duzdağ yatağının dünyada ən qədim duz mədəni oldu­ğunu göstərir. İşlənmiş duz lağımlarından biri pasiyentlərin bronxial astma və bron­xial sistemin başqa xəstəliklərindən müalicəsi məqsədilə balneoloji cəhətdən düzəldilmiş və təchiz edilmişdir. Yeraltı müalicə mərkəzində havanın tem­pe­raturu 19-, rütubətlik isə 23-35% arasında tərəddüd edir. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Acı duz
Acı duz və ya ingilis duzu ((MgSO4·7H2O)) — maqnezium-sulfat kristalhidratının texniki adı. İşlətmə dərmanıdır. Rəngsiz rombşəkilli çərçivələrə malik (а = 1,187 nm, b = 1,200 nm, с = 0,688 nm, z = 4) kristallardan ibarətdir. Sıxlığı 1,68 q/sm³, Moosa görə möhkəmliyi 2-2,5-dir. Suda yaxşı həll olur.
Azərbaycan duz ayini
Azərbaycan duz ayini — Azərbaycanın bir çox yerində yayılmış adət. Uşağın doğumundan on gün sonra duzlu su ilə yuyulmasıdır. Doğumunun onuncu günündə uşaq yuyulur. Bu vaxt suya duz da tökərlər. Bunu, uşağın qorxmaması, tərləməməsi, güclü-qüvvətli olması üçün edərlər. Başqa bir inanca görə isə uşağı zəhərli həşəratlar dişləməsin, bədənində yara olmasın, xəstələnməsin deyə belə edərlər. Azərbaycanda duz ayinin yayılmasının simvolik mənası budur: uşaq gələcəkdə düz danışan, sözü bütöv, mərt, ölçülü hərəkət etməyi bilən biri olsun. Böyük ehtimalla bu təsəvvürün nəticəsidir ki, bir adam namərd çıxdığı, yalançı olduğu, arsızlıq etdiyi, hərəkətlərinə diqqət etmədiyi zaman xalq arasında "ona şit-şit danışırsa", "şitlik eləmə", "şit olma", "filankəs duzsuzdur, duzu yoxdur", "duzsuz doğulmuş" ifadələri ilə azarlayarlar. "Koroğlu" dastanında Qacar Əli namərdlik edib Koroğlunu aradan vuranda Koroğlu belə deyir: "Qacar Alı, günah səndə deyil, səni tutan əbədədir. O mürtəd qızı səni tutduğunda duz sərpməyib.
Mayo duz mədəni
Xevra duz mədəni (urdu کھیوڑہ نمک کی کان, ing. Khewra Salt Mine) və ya Mayo duz mədəni (ing. Mayo Salt Mine) — Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Xevra şəhərində və Hind-Qanq ovalığının üzərində yerləşən duz mədəni. Xevradakı duz mədəni Pakistanın ən böyük, dünyanın ən böyük ikinci və dünyanın ən qədim duz mədənidir. Bu duz mədəni əhəmiyyətli bir turizm obyektidir və hər il 250,000-dən çox turist cəlb edir. Xevra duz mədəni Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Pind Dadan Xan təhsilində, ölkə paytaxtı olan İslamabad şəhərindən təxminən 160 km (100 mil) uzaqlıqda yerləşir. Mədənə sadəcə M2 nömrəli avtomagistral yolu ilə getmək olur. Mədən, Cəlam çayından Hind çayına qədər uzanan və duzlarla zəngin bir dağ silsiləsinin üzərində yerləşir. Xevrə duz mədəni dəniz səviyyəsindən təxminən 288 metr (945 fit) yuxarıda yerləşir. Mədən girişindən mədənin ən ucqar nöqtəsinə qədər olan məsafə təxminən 730 metrdir (2,400 fit).
Xevra duz mədəni
Xevra duz mədəni (urdu کھیوڑہ نمک کی کان, ing. Khewra Salt Mine) və ya Mayo duz mədəni (ing. Mayo Salt Mine) — Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Xevra şəhərində və Hind-Qanq ovalığının üzərində yerləşən duz mədəni. Xevradakı duz mədəni Pakistanın ən böyük, dünyanın ən böyük ikinci və dünyanın ən qədim duz mədənidir. Bu duz mədəni əhəmiyyətli bir turizm obyektidir və hər il 250,000-dən çox turist cəlb edir. Xevra duz mədəni Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Pind Dadan Xan təhsilində, ölkə paytaxtı olan İslamabad şəhərindən təxminən 160 km (100 mil) uzaqlıqda yerləşir. Mədənə sadəcə M2 nömrəli avtomagistral yolu ilə getmək olur. Mədən, Cəlam çayından Hind çayına qədər uzanan və duzlarla zəngin bir dağ silsiləsinin üzərində yerləşir. Xevrə duz mədəni dəniz səviyyəsindən təxminən 288 metr (945 fit) yuxarıda yerləşir. Mədən girişindən mədənin ən ucqar nöqtəsinə qədər olan məsafə təxminən 730 metrdir (2,400 fit).
Naxçıvan Duz Muzeyi
Naxçıvan Duz Muzeyi – Azərbaycanın Naxçıvan şəhərində yerləşən muzey. Muzey Naxçıvan duzunun tarixinə həsr olunmuşdur. Naxçıvan Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən yaradılmışdır. Muzeyin açılışı 25 aprel 2018-ci ildə "Duzdağ" hotelində baş tutmuşdur. Açılışda Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov iştirak etmişdir. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixi əhəmiyyətini tanıtmaq və aparılmıç elmi tədqiqat işlərini sistemləşdirməkdir. Belə ki, Naxçıvanda şəhər mədəniyyətinin əsasını duzçıxarma və duz mədənçiliyi təşkil etmişdir. Muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Muzey fəaliyyətinə 81 eksponatla başlasa da, bu rəqəm 104-ə çatmışdır. Burada duzdan hazırlanmış müxtəlif fiqurlar, Duzdağ haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, "Duzdağ" sənədlər toplusu nümayiş olunur.
Azərbaycan Duz İstehsalat Birliyi
Diazonium duzları
Diazonium duzları - ümumi formulu - Ar-N2Hal (Hal adətən Cl olur). Diazonium duzları (dördlü ammonium duzları kimi) aşağıdakı kimi yazılır: C6H5N+≡N Cl- Diazonium duzlarının alınmasının bir neçə üsulu vardır. Ancaq praktiki əhəmiyyəti kəsb edən bir üsul-aromatik aminlərin diazolaşdırılması reaksiyasıdır. R - N H 2 + 2 H C l + N a N O 2 → R - N ≡ N + C l − + N a C l + 2 H 2 O {\displaystyle {\mathsf {R{\text{-}}NH_{2}+2HCl+NaNO_{2}\rightarrow R{\text{-}}N\equiv N^{+}Cl^{-}+NaCl+2H_{2}O}}} Diazonium duzları olduqca davamsız birləşmələrdir. Buna görə onlarla aparılan reaksiyalar olduqca aşağı temperaturlarda (0...25oC) aparırlar. Diazonium duzları suda yaxşı həll olur, ancaq quru halda partlayış təhlükəsi vardır. Diazonium duzları çox maraqlı maddə olub, aminlərdən ən müxtəlif maddələrin alınması üçün geniş imkanlar verir. Reaksiyaları iki müxtəlif qrupa bölmək olar: azotun ayrılması və azotun ayrılmaması ilə gedən reaksiyalar. Alkoksilləşmə: A r N ≡ N + X − + H 2 O → A r O H + N 2 + H X {\displaystyle {\mathsf {ArN\equiv N^{+}X^{-}+H_{2}O\rightarrow ArOH+N_{2}+HX}}} Şiman reaksiyası: A r N ≡ N + B F 4 − → A r F + N 2 + B F 3 {\displaystyle {\mathsf {ArN\equiv N^{+}BF_{4}^{-}\rightarrow ArF+N_{2}+BF_{3}}}} Zandmeyer reaksiyası: A r N ≡ N + X − + C u C l → A r C l + N 2 + C u X {\displaystyle {\mathsf {ArN\equiv N^{+}X^{-}+CuCl\rightarrow ArCl+N_{2}+CuX}}} A r N ≡ N + X − + C u C N → A r C N + N 2 + C u X {\displaystyle {\mathsf {ArN\equiv N^{+}X^{-}+CuCN\rightarrow ArCN+N_{2}+CuX}}} A r N ≡ N + X − + I − → A r I + N 2 + X − {\displaystyle {\mathsf {ArN\equiv N^{+}X^{-}+I^{-}\rightarrow ArI+N_{2}+X^{-}}}} A r N ≡ N + X − + S C N − → A r S C N + N 2 + X − {\displaystyle {\mathsf {ArN\equiv N^{+}X^{-}+SCN^{-}\rightarrow ArSCN+N_{2}+X^{-}}}} S.F.Qarayev, U.B.İmaşev, G.M.Talıbov, "Üzvi kimya", Bakı-2003. Химическая энциклопедия.
Duza qoyulmuş zeytun
Duza qoyulmuş zeytun - Azərbaycan mətbəxində istifadə olunan, zeytunun duza qoyulub emaldan keçirilən formasıdır. Zeytun Qələvi Duz Fenolftaein (apteklərdə satılan purgen dərmanı da olar) Zeytun həm kal, həm də yetişmiş duzlanır. Kal zeytun dərilir (təxminən noyabr ayında) və təmizlənir. Acılığı yox etmək üçün qələvi məhluluna qoyulur. Bu məhlulda zeytun ancaq üç günədək qala bilər. Bundan sonra zeytun məhluldan çıxarılıb axar su altında yuyulur və hər gün dəyişmək şərti ilə bir neçə gün təmiz suda saxlanır. Qələvinin tamam yox olmasını bilmək üçün zeytunun biri kəsilir və içinə fenolftalein (apteklərdə satılan purgen dərmanından istifadə etmək olar) sürtülür. Zeytunun içi qızarmırsa, deməli, qələvi təmizlənmişdir. Bundan sonra zeytunun üstünə duzlu su (1 litr qaynadılmış soyuq suya 50 qram duz) tökülüb turşumağa qoyulur. Turşuma vaxtı əmələ gələn qazın yaxşı çıxması üçün zeytun olan qabın qapağında deşik açılır və ora rezin borucuq keçirilir, ya da qapaqda bir neçə deşik açılır.
Duzal (Culfa)
Duzal (fars. دوزال‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı ilə olan məlumata görə kənddə 496 nəfər yaşayır (111 ailə).
Duzal Türbəsi
Duzal Türbəsi – İranda, Araz çayının sahilində yerləşən Duzal kəndində yerləşən və tarixi memarlıq abidəsi olan türbədir. Türbə Duzal kəndi ərazisində (H. Qəzvini bu kəndi Araz sahili böyük kənd kimi öz əsərində qeyd edir) təpə belində yerləşən türbə qülləvari tutumu və çoxüzlü biçimi ilə uzaqdan Möminə Xatun Türbəsini xatırladır. Duzal türbəsinin səkkizüzlü prizmatik qülləsi daş kürsü üzərində qaldırılmış, onun hər üzündə uca sivri tağçalar qurulmuş, gövdəsinin yarısı yazı qurşağı və karnizlə tamamlanmışdır. Türbənin piramidal biçimli üst günbəzi uçulub dağılmışdır. Yusif Küseyir oğlu və Mömünə Xatun türbələrindən fərqli olaraq Duzal türbəsində perpendikulyar oxlar üstündə dörd qapı gözü vardır. Belə quruluşu onun Mömünə Xatun türbəsindən sonra, XIII yüzilin əvvəllərində inşa edilməsi fikrini ortaya çıxarmışdır. Ümumi tutum həllinə, sərdabəsinin konstruksiyasına, hətta qapı olan üzün bölgü və ayrıntılarına görə Mömünə Xatun Türbəsini az qala təkrar edən Duzal türbəsinin tikilmə tarixini, iç quruluşunu və bəzək düzümünü tədqiq etmək istəyən Cəfər Qiyasi və digər Azərbaycan mütəxəssislərinə İran dövləti tərəfindən bu imkanın verilməməsi Azərbaycanın maraqlı memarlıq nümunələrindən olan bu abidənin tədqiqatdan kənarda qalmasına səbəb olmuş və bu günə kimi hələ də araşdırılmamışdır. Lakin türbənin Möminə Xatun Türbəsinin təsiri altında inşa edilmiş Azərbaycanın qülləvari türbələrindən biri olması şübhə doğurmur.
Duzanan (Miyanə)
Duzanan (fars. دوزنان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 284 nəfər yaşayır (67 ailə).
Duzdağ
Duzdağ — duzlaq. Yaşayış məntəqələri Duzdağ (Yevlax) — Yevlax rayonunda kənd. Düzdağ (Bozüyük) — Türkiyənin Bilecik ilinin Bozüyük ilçəsində kənd. Toponimlər Duzdağ (Tovuz) — Tovuz rayonunun Qaralar kəndində yer adı. Duzdağ (göl) — Salyanda göl. Duzdağ (Naxçıvan) — Naxçıvanda dağ. Filmlər Azərbaycan sirləri.
Duzdağ (Naxçıvan)
Duzdağ – Kəngərli rayonu ərazisində dağ (hünd. 1153,8 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun uzaq cənub qurtaracağında, eyniadlı platonun hüdudlarında zirvə. Naxçıvan şəhərindən 10–12 km şimal-qərbdədir. Yarımsəhra landşaftı var. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin maili yatan və duzsaxlayan çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Dağın cənub yamacında istismar edilən duz yatağı yerləşir. Burada 1967-ci ildə baş vermiş uçqun nəticəsində qədim (e.ə. 3-2-ci minilliklər) daşduz mədəni aşkar olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Duzdağ sinklinalının şimal-qərb qanadında yerləşir.
Duzdağ (Yevlax)
Duzdağ — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetindən Duzdax qəsəbəsi Nemətabad kənd Sovetinin tərkibinə verilmişdir. 1924-cu ildə salınmış bu qəsəbədəki ilk müvəqqəti evlər neft kəşfiyyatı dəstəsinə məxsus olmuşdur. Sonralar burada yerləşən 8 nömrəli sovxozun malikanəsi əsasında abad yaşayış məntəqəsi yaranmışdır. 1965-ci ildən qəsəbə yaxınlığındakı Duzdağın adı ilə adlandırılmışdır. Qəsəbə düzənlikdə yerləşir.
Duzdağ Gips Yatağı
Duzdağ Gips Yatağı — Babək rayonu ərazisində Naxçıvan şəhərindən 10 km şimal-qərbdə Naxçıvan duz yatağından 3 km cənub-şərqdədir.Geoloji quruluşunda Sarmat mərtəbəsinin Alt, Orta və Üst yarımmərtəbələrinin tündqırmızı,yaşılımtıl-boz və tünd-boz rəngli əhəngdaşlarla növbələşən beş gips layı iştirak edir. Faydalı qatın lay üzrə ümumi qalınlığı 5-6 m; dərinliyə getdikcə qalınlıq azalır. Keyfiyyətinə görə I və II növ tikinti gipsi kimi yararlıdır. Yatağın ehtiyatı 5361189 tondur. Yataq istismar olunur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 109.
Duzdağ gölü
Duzdağ — Salyan rayonu ərazisində şor göl. Gölun ətrafı ağ Şoran torpaq örtüyündən ibarətdir. Duzdağ "duzlu, duzlaq, Şor" mənalı Duzlaq coğrafi adının yerli tələffüz formasıdır.
Duzdağ kəsilişi
Duzdağ kəsilişi Azərbaycanda ağçagıl-pleystosen çöküntülərinin ən məşhur istinad kəsilişlərindən biridir. Braxisinklinala cavab verən bəndə bənzər Duzdağ dağı Göran dəmir yolu stansiyasından şimalda yerləşir. Dağın geoloji kəsilişini təşkil edən ağçaqıl törəmələri qum və qumdaşı təbəqəcikli nazikqatlı gillərdən (140 m) təşkil olunmuşdur. Bu çöküntülərdə molyuskların qabıqlarına, flora qalıqlarına və onurğalıların sümüklərinə rast gəlinir. Abşeron regiomərtəbəsinin Duzdağ kəsilişi Acınohur regionu üçün istinad kəsilişi kimi qəbul edilir, sahilyanı kontinental çöküntülərin tam açılışı və fauna qalıqlarının zənginliyi ilə fərqlənir. Burada ümumi qalınlığı olan hər üç abşeron yarımmərtəbəsi ayrılır. Kəsilişi qalınlığı olan pleystosenin kontinental çöküntüləri tamamlayır.
Duzdağ tirəsi
Duzdağ tirəsi – Babək rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsində yerləşən Duzdağ platosunun şərq kənarında, Cəhriçayın sağ sahilindədir. Cənuba doğru istiqamətlənmiş tirənin şərq yamacı çox meyillidir. Ən yüksək zirvəsinin hündürlüyü 1342,0 m-dir. Üst Pleystosenin çaqıl və konqlomeratları ilə örtülmüş Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm rol oynayan Duzdağ sinklinalının şimal-qərb qanadına uyğun gəlir.
Duzduzan
Duzduzan — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanının Mehriban bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,557 nəfər və 664 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Duzlar
Duzlar — metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯ Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s. Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s. Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s. Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s. Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s. Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s. Duzları aşağıdakı üsullarla almaq olar: 1.
Duzların hidrolizi
Duzların hidrolizi — zəif elektrolit əmələ gəlməsi ilə duz ionlarının su ilə qarşılıqlı təsirinə deyilir. Duz ionlarının su ilə qarşılıqlı təsiri suyun hidrogen və hidroksil ionları qatılığının dəyişməsinə səbəb olur. duzların hidrolizi zamanı məhlulun reaksiyası turş, qələvi və ya neytral olur. Duzların əmələ gəlməsinə görə 4 qrupa bölünür: Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duz. Qüvvətli turşu və zəif əsasdan əmələ gələn duz. Zəif turşu və qüvvətli əsasdan əmələ gələn duz. Zəif turşu və zəif əsasdan əmələ gələn duz. Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duzlar hidrolizə uğramır. Çünki onların su ilə qarşılıqlı təsiri nəticəsində zəif elektrolitlər alınmır. Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duzların suda məhlulu neytral reaksiyaya (pH=7) malik olur.
Duzluca (İğdır)
Duzluca (türk. Duzluca) — İğdır ilinin ilçəsi. 1992-ci ildə İğdırın Qars ilindən ayrılaraq müstəqil il olmasından əvvəl bu ilçə Qarsa bağlı idi. Keçmiş adı "Kulp"dur. Duzluca ilin qərbində yer almaqdadır. Dağlıq ərazilər üstünlük təşkil edir. Suyunun bol və ləzzətli olması, hər türlü tərəvəz və meyvənin yetişə bilməsi bölgəyə ayrı bir önəm qatmaqdadır. Türkiyəyənin İran, Azərbaycan və Ermənistana bağlanan quruyolu Duzlucadan keçir. 1253.5 km²-lik bir sahəyə sahib ilçə, İğdır ili torpaqlarının (3587.81 km²) təxminən % 35,4'ini təşkil edir. Duz mədənləri burada yerləşir.
Duzluca elçəsi
Duzluca (türk. Duzluca) — İğdır ilinin ilçəsi. 1992-ci ildə İğdırın Qars ilindən ayrılaraq müstəqil il olmasından əvvəl bu ilçə Qarsa bağlı idi. Keçmiş adı "Kulp"dur. Duzluca ilin qərbində yer almaqdadır. Dağlıq ərazilər üstünlük təşkil edir. Suyunun bol və ləzzətli olması, hər türlü tərəvəz və meyvənin yetişə bilməsi bölgəyə ayrı bir önəm qatmaqdadır. Türkiyəyənin İran, Azərbaycan və Ermənistana bağlanan quruyolu Duzlucadan keçir. 1253.5 km²-lik bir sahəyə sahib ilçə, İğdır ili torpaqlarının (3587.81 km²) təxminən % 35,4'ini təşkil edir. Duz mədənləri burada yerləşir.
Duzluluq
Duzluluq — təbii suların tərkibində olan güclü turşularla (Cl, SO4 və b.) əsasların (K, Na, Ca, Mg və b.) birləşməsi nəticəsində yaranan xassədir Suyun duzluluq dərəcəsi quru qalıq, ionların mq-ekv çəkisinin cəmi və ya Bome dərəcilərilə ifadə olunur. Duzluluq suyun Palmer təsnifatında istifadə olunan göstəricilərdən biridir. Bu təsnifata görə, suyun ekv- %-lə ifadə olunmuş birinci, ikinci və üçüncü duzluluq ayrılır. Güclü turşu anionlarının güclü əsaslar (K, Na və b.) ilə birləşmələri birinci, zəif əsaslarla (Ca, Mg və b.) birləşmələri ikinci və çox zəif əsaslarla (Fe, Cu, Al və b.) və hidrogenlə birləşmələri isə suyun üçüncü duzluluğunu verir. Duzluluq indikatorları çöküntütoplanma hövzələrinin duzluluq dərəcəsini (şirin su, şorumtul, normal duzlu, çoxduzlu-rapa) tam qətiyyətlə təyin etməyə imkan verən çökmə süxur komponentləridir. Şirin su hövzələri əsas etibarilə fauna (Unio, Paludina, Valvata və b.) qalıqlarına görə müəyyən edilir; bu hövzələrin çöküntülərində çox vaxt vivianitə rast gəlinir; autigen qlaukonit olmur. Şorumtul su çöküntüləri üçün normal dəniz formalarının dəyişilməyə uğramış spesifik - növ tərkibi kasıb, lakin fərdlərin sayına görə zəngin olan ikitayqabıqlı və qastropod faunası səciyyəvidir. Bu çöküntülərdə stenoqalin formalar (mərcan, krinoideya, dəniz kirpisi, ammonit, braxiopoda və b.) rast gəlmir. Krım-Qafqaz vilayətinin pliosen və pleystosen çöküntüləri üçün dreysenziya, didakna, monodaknalar, potamidlər, hidrobilər və s. səciyyəvidir.

Digər lüğətlərdə