1. DÜŞƏRGƏ (hərbi) Əsirləri Çankoy düşərgəsində beş-on gündən çox saxlamadılar, partizan dəstələrinə qaçmasınlar deyə faşistləri nəzarət altında hara isə apardılar (S.Vəliyev); LAGER [Cəlil:] Lagerdə məndən savay bizimkilərdən beş-altı nəfər vardı... (H.Abbaszadə); ORDUGAH Jirikov Qadunova: Əmr ver, ordugahdan keçməyə kimsəni buraxmasınlar (A.Şaiq).
2. DÜŞƏRGƏ, LAGER (yay zamanı məktəblilərin istirahət yeri)
3. DÜŞƏRGƏ (müvəqqəti yaşayış yeri, yurd, mənzil) Təpənin başında isə təkəmseyrək qaraçı köçü və ya çoban düşərgələri görünürdü (Mir Cəlal); MƏNZİLGAH (kl.əd.) Nə bilsin bəhr halın ol ki, mənzilgahı sahildir (Füzuli); DÜŞƏRGAH.