DƏF

i. 1. drum; ~ çalmaq to beat* the drum; 2. repulse, ~ etmək to repulse (d.), to parry (d.), to beat* off / back (d.); hücumu dəf ~ etmək to beat* off / to repulse an attack; zərbəni ~ etmək to parry / to repel a blow

DƏDƏ-BABA
DƏFÇALAN
OBASTAN VİKİ
Dəf
Dəf - zərb aləti. == Tarixçə == Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi. Xaqani Şirvani dəf barədə belə yazır: == Quruluşu == Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-ney-dəf, bərbət-çəng-ney-dəf, ney-tənbur-dəf kimi alət qruplarında dəfin xüsusi yeri olmuşdur. Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır. Dəfin diametri 250–260 mm, sağanağının qalınlığı 45–50 mm-dir.
Dəf Sultan məscidi
Div Sultan məscidi — İrəvanda azərbaycanlılara məxsus dağıdılmış islam dini məbədi. == Tarixi == Məscid 1515-ci ildən sonra tikilmişdir. Məscid XVII əsr fransız səyyahı Jan Batist Simeon Şardenin gündəlik qeydlərində Müqəddəs Sargis Kilsəsinin və böyük bazarın yanında, dağılmış bir məscid kimi qeyd olunur. 1673-cü ildə İrəvan şəhərində olmuş səyyah şəhər bazarı ilə üzbəüz kərpicdən tikilən və həmin vaxt uçulub-dağılmış vəziyyətdə olan məscid barədə danışır. Qeyd edək ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə onun sərkərdəsi Rəvanqulu xan İrəvan qalasını tikdirərkən həm də orada məscid inşa etdirmişdi. Şah İsmayıl məscidi adlandırılan həmin məscid sonradan zəlzələ nəticəsində dağılaraq yer üzündən silinmişdir. 1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad paşanın komandanlığında Osmanlı ordusu İrəvanı ələ keçirdikdən sonra ovalşəkilli iç və bayır qala divarlarını inşa etdirməklə yanaşı, yeni məscid də tikdirmişdi. Simeon Şarden bu məscidin onun əsasını qoyan şəxsin şərəfinə Div Sultan (1515-ci ildən İrəvan bəylərbəyi olan Div Sultan Rumlu nəzərdə tutulur) məscidi adlandırıldığını yazır. Simeon Şardeni İrəvan səfərində müşayiət edən rəssam Qrelonun çəkdiyi qədim qüllənin (türbənin) şəklində arxa planda daha iki möhtəşəm məscidin minarələri təsvir edilmişdir, hansı ki, indi onların heç birindən əsər-əlamət qalmayıb. Ehtimal olunur ki, məscid 1679-cu il İrəvan zəlzələsi nəticəsində dağılıb.
Gədəbəy dəfinəsi
Gədəbəy dəfinəsi — 1956-cı ildə Gədəbəy rayonunun Xarxar kəndində tapılmış dəfinə. Təsərrüfat işləri zamanı aşkar edilmiş küpənin içərisində 139 gümüş sikkə, qadın bəzək əşyaları olmuşdur. Həmin ərazidə üzərində bitki və həndəsi naxışlarla bəzədilmiş iki gümüş nimçə də tapılmışdır. Sikkələr XVI əsrdə Səfəvi hökmdarı I Şah Təhmasibin adından Gəncə, Şamaxı, Təbriz, Ərciş, İrəvan, Van, Kaşan və Ərdəbildə zərb olunmuşdur. Sikkələrin çoxu eyni tiplidir. Azərbaycan Tarix Muzeyində saxlanılır.
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (türk. Gence-Karabağ eyaletinin Mufassal Defteri) — Osmanlı İmperiyası hakimiyyəti dövründə Gəncə-Qarabağ əyalətində gəlir mənbəələrini müəyyən etmək və vergiləri nizamlı şəkildə toplamaq məqsədilə yaradılmış özündə statistik məlumatları əks etdirən sənəd. == Haqqında == Osmanlı dövlətinin Gəncə-Qarabağ bölgəsini 1725-ci ildə ələ keçirməsindən sonra vergi yığmaq məqsədilə 1727-ci ildə hazırlanan "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə Gəncə-Qarabağ əyalətinin kəndlərində nə qədər adamın yaşadığını, onların adı, milli və dini mənsubiyyəti göstərilirdi. Qanunnamə ilə başlayan dəftərdə ərazi-inzibati vahidlərə və onlara tabe olan yaşayış məskənlərinə görə vergi mükəlləfiyyəti daşıyanların adı, atasının adı, ailə vəziyyəti, bəzi hallarda isə, xüsusilə şəhərlilər üçün, peşəsi haqqında məlumat verildikdən sonra əvvəlcə onların əkib-becərdikləri dənli bitkilərdən natural verginin həcmi və ağca ilə dəyəri sonra isə bağ-bostan, arı pətəkləri, işləyən dəyirmanlar, hevyanlar üçün ödənən vergilərin və s. dəyəri yazılırdı. Hər il əyalətdən illik gəlir barədə verilən məlumatlar dövlət dəftərxanasında yoxlanılır, əgər hər hansı bir səbəbdən çatışmazlıq ortaya çıxardısa, böyük vəzirin sədrliyi ilə iclasları keçirilən Divanın çıxardığı qərara əsasən vəziyyətin yoluna qoyulması haqqında əyalətin bəylərbəyinə "buyuruldu", "hökm" və s. göndərilirdi. Səbəb daha ciddi olduğu təqdirdə, məsələyə sultanın özü müdaxilə edərdi. === Texniki məlumat === İki nüsxə olan bu dəftərlərdən biri aidiyyəti olduğu əyalətdə, digəri isə İstanbulda, dövlət dəftərxanasında saxlanılırdı. Hal-hazırda yeganə nüsxəsi İstanbulda Başbakanlık Arxivində (№ 903) saxlanılır.
Gəncə Şəhidlər Xiyabanında dəfn olunanlar
Gəncə Şəhidlər Xiyabanı — Gəncə şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. == Tarixi == Gəncənin 4 saylı qəbiristanlığında yerləşir. 2012-ci ilə qədər Gəncə şəhəri Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda 468 şəhid verib və 367 şəhid burda dəfn olunub. Xiyabanın 1000 kvadratmetrə yaxın ərazisində Gəncə şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksinin hündürlüyü 18 metrdir 2020-ci il əvvəində Şəhidlər Xiyabanında 376 şəhidin, həmçinin 5 nəfər Azərbaycanın Milli Qəhrəmanının (Ənvər Arazov, Elbrus Allahverdiyev, Şahlar Hüseynov, İqor Makeyev, Pərviz Səmədov) və Gəncənin ilk qadın şəhidi Sevda Cabbarovanın məzarları var.
Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər
Hacı Məhəmmədsadıq xan Mirzə Yusif oğlu Müşiri-Dəftər (?-?) — Məşrutə hərəkatının üzvü == Həyatı == Hacı Məhəmmədsadıq xan Mirzə Yusif Mustovfinin oğlu, o da Mirzə Məhəmməd Mustovfinin, o da Mirzə Mətiya Mustovfi Təbrizinin oğludur. Bu ailə Azərbaycanın qədim əyanlar zümrəsinə məxsusdur. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Hacı Səməd xan Şücaəddövlənin hakimiyyəti dönəmində şəhərin ədliyyə idarəsinin rəisi olmuşdu. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Məşrutə inqilabı dövründə Təbrizin maliyə idarəsində çalışmışdı. Sonra Həştirud bölgəsində maliyə idarəsinə başçılıq etmişdi. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Müxbirüssəltənənin valiliyi dönəmində şəhərdə "Heyəti-Fəllah" adlı əncümən təşkil etmişdi. Hacı Məhəmmədsadıq xanın Məhəmmədvəli xan, Zeynalabdin xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Hadrut sikkə dəfinəsi
Hadrut sikkə dəfinəsi — Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsində aşkarlanan dəfinədə olan numizmatik materiallar. == Tapılma yeri və ümumi məlumat == Hadrut dəfinəsi Azərbaycan xanlıqlarının pul təsərrüfatını açıqlayır. 1939-cu ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində gümüş sikkələr dəfinəsi aşkarlanmışdır. Dəfinədəki 64 (altmış dörd) ədəd sikkə illi Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. Dəfinədəki sikkələrin numizmatik təyinatı nəticəsində Azərbaycan xanlıqları (1185–1205 = 1771–1790-ci illərin Şamaxı, 1189–1206 =1775 – 1791-ci illərin Gəncə və 1209 = 1794-cü ilin Pənahabad) dövrünə aid gümüş abbasılardan ibarət olduğu müəyyən edilmişdir. == Səciyyəvi xüsusiyyətləri == Şamaxı xanlığı NF 34555. Şamaxı xanlığı. 1186 = 1772, gümüş abbası, 3,04 q Gəncə xanlığı NF 34575. Gəncə xanlığı. 1189 = 1775, gümüş abbası, 2,98 Qarabağ xanlığı NF 34580.
Heydər Əliyevin ölümü və dəfni
Azərbaycanın sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-nin Klivlend Klinikasında səksən yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişmişdir. 13 dekabrda Azərbaycan prezidenti İlham Əliyev dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 14 dekabr Heydər Əliyevin qəbri Bakıya gətirilib. Heydər Əliyevlə vida mərasimində xeyli sayda xarici qonaqlar iştirak edib. == Dəfn prosesinin təşkili == Dekabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin dəfni üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı. Aşağıdakı siyahıda komissiyanın üzvləri göstəriib. İlham Əliyev - Respublika Prezidenti, Dövlət Komissiyasının sədri Murtuz Ələsgərov - Azərbaycan Milli Məclisinin sədri Artur Rasizadə - Azərbaycanın baş naziri Ramiz Mehdiyev - Prezident Administrasiyasının rəhbəri Fərhad Abdullayev - Konstitusiya Məhkəməsinin sədri Vilayət Quliyev - Xarici İşlər Naziri Səfər Əbiyev - müdafiə naziri Namiq Abbasov - milli təhlükəsizlik naziri Ramil Usubov - daxili işlər naziri Zakir Qaralov - Baş prokuror Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Hacıbala Abutalıbov - Bakı meri Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri == Dəfni == Heydər Əliyevin dəfn mərasimi 2003-cü il dekabrın 15-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Respublika Sarayında keçirilib. Dəfn mərasimi Azərbaycanın əsas telekanalları ilə canlı yayımlanıb. Heydər Əliyevlə vida mərasimi yeddi saat çəkib. Dəfndə 250,000 nəfər iştirak edib.
Hərbi Dəftərxana binası (Novoçerkassk)
Hərbi Dəftərxana binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində yerləşən bina. Novoçerkassk şəhərinin mərkəzində, Ataman küçəsi və Pulatov prospektində qərarlaşır. Bina 1844-cü ildə inşa edilmişdir. Rus klassizmi stilində inşa edilmişdir. Bina mövcudluğunu qoruyub saxlayan qədim binalardan biridir. == Təsviri == Bina künçdə yerləşdiyindən onun hər iki üzü fasad sayılır. Bu fasadın əsas hissəsi Ataman küçəsinə baxır. Üç şərtəbəli bina şəhər ansamlı pozulmamaq şərti ilə işlənmişdir. Pəncərələrin kənaeları xüsusi elementlərlə işlənmişdir. Əsas girişin önündə dörd pəncərə vardır ki, onlarında yuxarı hissəsi üçkünc sirkul formasındadır.
Lexuri dəfinəsi
Lexuri dəfinəsi (gürc. ლეხურის განძი) — 1947-ci ildə Gürcüstanda, Lexuri vadisində təsadüfən aşkar edilmiş qızıl sikkə dəfinəsi. Dəfinənin bir hissəsi salamat qalmışdır. Tərkibində Venesiya dukatları, Osmanlı sultaniləri və Səfəvi sikkələri var. Sultanilər Sultan I Süleyman, Səfəvi sikkələri isə I Təhmasib adına kəsilmişdir. Ən son 1548-1549-cu illərinə aiddir. Bu o deməkdir ki, dəfinə 1549-cu ildən sonra dəfn edilmişdir. Bu, Gürcüstanda Venesiya, Osmanlı və Səfəvi qızıl sikkələrinin peyda olması ilə bağlı ilk hadisədir. Dukatların tapılması Venesiya ilə Gürcüstanın əlaqələri haqqında yazılı mənbələri təsdiqləyir.
London qeyd dəftəri (Motsart)
London qeyd dəftəri Volfqanq Amadey Motsart tərəfindən 1764-1765-ci illərdə, Motsart ailəsi ilə birlikdə Londonda səfərdə olarkən yazılmış qırx üç ədəd eskizlər və fraqmentlər toplusudur. Yenicə musiqi fəaliyyətinə başlayan gənc Motsart heç kimdən asılı olmadan, müstəqil surətdə musiqini öyrənmək məqsədilə qələm və mürəkkəbdən istifadə etməklə bu qeydləri yazmışdır. Bununla yanaşı, atası Leopold tərəfindən yalnız qələmlə edilən düzəlişlər bəzi qeydlərdə aydın şəkildə görünür. Parçaların çoxu son dərəcə qısa, normal olaraq qırx saniyədən bir dəqiqə arasında, bəziləri dörd dəqiqəyədək davam edir. (məsələn, KV 15t).
Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunanlar
Mingəçevir Şəhidlər Xiyabanı — Mingəçevir şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Mingəçevir şəhərində yaradılıb.
Mtisdziri dəfinəsi
Mtisdziri dəfinəsi — Gürcüstanda arxeoloji abidə. 1962-ci ildə Kvareli bələdiyyəsinin Mtisdziri kəndinin mərkəzi hissəsində torpaq şumlanarkən aşkar edilmişdir. 1988-ci ildə elə həmin yerdə torpaq becərilməsi zamanı dəfinənin digər hissəsi tapılmışdır. Hal-hazırda xəzinədə 697 gümüş sikkə var: Sasani draxmaları, Əməvi və Abbasi xəlifələrinin adına zərb edilən sikkələr var. Ən qədim sikkələr Sasani dövrünə aiddir. Tarixçilər ehtimal edirlər ki, dəfinə IX əsrin birinci rübündə burada basdırılmışdır. Gürcüstan Milli Muzeyində saxlanılır.
Mühümmə dəftəri (1590)
Mühümmə dəftəri — tarixi sənəd, III Sultan Muradın hökmü. == Tarixi == 1590-cı ildə İstanbul sülhünün nəticələrinə görə, Azərbaycan Osmanlıları və Səfəvilər arasında bölüşdürülükdən sonra verilmişdir. Həmin sənədə əsasən Gəncə-Qarabağ ərazisindəki qıtlığı aradan qaldırmaq üçün Naxçıvandan çıxarılan hər bir davara görə İrəvan yaxınlığında bir səmimi (pul vahidi), Göyçənin Balıqlı adı yerində isə daha bir səmimi alınmasına yol verilmirdi. Çünki kasıb camaat çətinliyi düçar olur və bahalıq artırdı.Sənəddə göstərilirdi ki, İrəvan və Göyçə bəyləri bu pulun alınmasına görə "dəfələrlə tənbeh olunmalarına baxmayaraq", həmin "bac" yenə də yığılmaqda davam edir. Hökmün sonunda hər bir davara görə qədim qanun əsasında vergi alınması barədə Osmanlı sultanının qəti tapşırığı nəzərə çarpdırılır. == Ədəbiiyyat == Oqtay Əfəndiyev, Şahin Fərzəlibəyli,1590-cı il və 1724-cü illərə aid Naxçıvanla əlaqədar iki tarixi sənəd haqqında,Naxçıvan tarixinin səhifələri(müqavilə toplusu),Bakı,1996. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Məni döşəmə yaşmağının altında dəfn edin
Məni döşəmə yaşmağının altında dəfn edin (rus. Похороните меня за плинтусом) — Pavel Sanayev tərəfindən 1994-cü ildə uşşaqlıq illərinin xatirələri əsasında yazılmış avtobioqrafik povestdir. Körpə ikən (iki yaşından on bir yaşına kimi) Pavel Sanayev babası, məşhur sovet aktyoru Vsevold Sanayev və onun həyat yoldaşı Lidiya ilə birlikdə yaşamışdır. Pavel Sanayev povesti atalığı olan aktyor Rolan Bıkova həsr etmişdir. İlk dəfə 1996-cı ildə Oktyabr (rus. Октябрь) jurnalında nəşr edilmişdir. 1996-cı ildə Oktyabr jurnalının mükafatına layiq görülmüş, Buker mükafatına namizəd göstərilmişdir. 2003-cü ildə “МК-периодика” nəşriyyatının “Oxu üçün müasir kitabxana” (rus. Современная библиотека для чтения) seriyası daxilində ayrıca kitab kimi nəşr edilmişdir. Film kimi ekranlaşdırılmasından sonra, 2010-cu illərdə povest məşhurluq qazanmış, bundan sonra “АСТ” nəşriyyatı povestin əvvəl heç yerdə yayımlanmamış əlavə üç fəslin də (Lent, Ciddilik, Arzuna çatdın əbləh) əlavə edildiyi genişləndirilmiş versiyasını nəşr etmişdir.
Nüydü dəfinəsi
Nüydü dəfinəsi — Ağsu rayonunun Nüydü kəndi yaxınlığında tapılmış antik dövrə aid gümüş pullar dəfinəsi. 36 sikkədən ibarət dəfinə 11 №-li qadın qəbirində bükülü vəziyyətdə basdırılmış ölünün ayaq tərəfinə qoyulmuş kiçik küpədə (dopu) aşkar edilmişdir. Bir üzünda sxematik insan başı, əks tərəfində isə əlində əsa və ya nizə, o biri əlində quş (bəzən də keçi—?) tutmuş adam təsviri həkk edilmiş sikkələrin yazısı yoxdur. Yerli alban (Qafqaz) pulları olan bu sikkələr Makedoniyalı İskəndərin pullarına bənzədilərək kəsilmişdir. Belə anonim sikkələr Azərbərbaycanın digər yerlərində (Xınıslı, Qəbələ və Yaloylutəpə) də aşkar edilmişdir.
Nəcib dəfnə
Nəcib dəfnə (lat. Laurus nobilis) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin dəfnə cinsinə aid bitki növü. == Ümumi == Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir. Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir.
Nəcib dəfnə ağacı
Nəriman Nərimanovun dəfni (film, 1925)
Ornanda dəfn (Kurbe)
“Ornanda dəfn” (fr. Un enterrement à Ornans) — 1849—1850 ci illərdə fransız rəssamı Qüstav Kurbe tərəfindən işlənilmiş geniş formatlı: ölçüləri 315 × 668 sm olan tablo. == Tarixi == Ornan — Kurbenin doğulduğu, Fransanın şərqində, İsveçrə ilə sərhəddə yerləşmiş Franş-Konte regionunda bir şəhərdir. Tabloda 1848 ci ildə salınmış o dövr üçün yeni Ornan qəbirstanlığı təsvir edilmişdir. Güman olunur ki, Kurbe bu tabloda ana tərəfindən olan babası Udonun ya da babasının qardaşı Klod Etyen Testin dəfn mərasimini təsvir etmişdir Rəsm əsəri ilk dəfə 1851 ci ildə Paris Salonunda sərgilənərkən tamaşaçıların sərt reaksiya və tənqidlərinə məruz qalır. Tənqid edənlərin əksəriyyəti adi bir kənd dəfn mərasimini belə bir geniş formatda təsvir etməyə layiq görmürdülər. Bir çoxu da əsəri ələ salırdılar — onlardan biri K. Vinyon yazırdı:: == Sujeti == Kurbe əsərdə məhz şəxsiyyəti məchul qalan mərhumun ruhuna toxunmadan sırf onun cisminin dəfnini göstərməyə çalışmışdır. Kompzisiyanın qıraqlarında qərar tutmuş başı açıq fiqurlar Kurbenin iki babasına aiddirlər. Onlar dəfn arxası planda mehriban sahiblər kimi görünürlər. Sol tərəfdə indicə cənazəni gətirmiş olan geniş kənarlı şlyapalı dörd nəfərdən biri “Ornanda nahardan sonra dincəlmək” əsərindən tanıdığımız skripkaçıdır.
Ozurgeti dəfinəsi
Ozurgeti dəfinəsi — Avropa gümüş sikkələri dəfinəsi. 414 ədəd sikkə var. Bu, 1953-cü ildə Gürcüstanın Ozurgeti şəhərində tapılmışdır. Dəfinə mis qaba qoyulmuşdur. Ozurgeti dəfinəsinin bir hissəsi (270 ədəd) Avstriya talerlərindən (51 ədəd), Venesiya dukatlarından (1 ədəd), Toskana talerosundan (11 ədəd) və İspaniya pesosundan (207 ədəd) ibarətdir. Gürcüstan ərazisində belə böyük taler sikkə xəzinəsinin tapılması sübut edir ki, Avropa gümüş sikkələri Gürcüstanın pul dövriyyəsində mühüm rol oynamışdır. Ozurgeti dəfinəsindən 270 sikkə Gürcüstan Simon Canaşia Muzeyində, 144 sikkə Ozurgeti Tarix Muzeyində saxlanılır.
Qasım Süleymaninin dəfn mərasimi
Qasım Süleymaninin dəfn mərasimi (fars. تشییع جنازه و خاکسپاری قاسم سلیمانی‎) — İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymani ilə İran və İraqın müxtəlif şəhərlərində generalın doğma şəhəri olan Kirmanda təşkil olunmuş hüzür və dəfn mərasimləri. Mərasimlər Bağdad, Kərbəla, Nəcəf, Əhvaz, Məşhəd, Tehran və Qum şəhərlərində geniş kütlələr tərəfindən təşkil olunmuşdur. Süleymaninin cənazə mərasimi 1989-cu ildə Tehran şəhərində İran İslam Respublikasının qurucusu, Ruhullah Xomeyninin cənazə mərasimdən sonra İrandakı ən böyük kütləvi dəfn mərasimi olaraq tarixə keçmişdir. 7 yanvar 2020-ci ildə Kirmandaki dəfn mərasimində izdiham baş verdi, ən azı 56 nəfər həlak oldu və 200-dən çox adam yaralandı. Nəticədə, kütləvi izdiham səbəbindən Süleymaninin dəfni təxirə salındı. Süleymani 8 yanvar çərşənbə günü, İranın İraqdakı iki ABŞ hərbi bazasına hücumundan bir neçə saat sonra doğma şəhəri Kirmanda dəfn edildi.
Qazaxıstan Respublikası Baş nazirinin dəftərxanası
Qazaxıstan Respublikası Baş nazirinin dəftərxanası — Qazaxıstan Respublikası hökuməti daxilində dövlət orqanlarının fəaliyyətini, nəzarət funksiyalarını və qanunvericilikdə və müvafiq Qaydalarda nəzərdə tutulmuş digər funksiyaları əlaqələndirən, habelə dövlət sirrinin, təhlükəsizliyin qorunması və məlumatların təmin edilməsi üzrə səlahiyyətli dövlət orqanıdır.. Qazaxıstan Respublikası Baş nazirinin dəftərxanası haqqında Əsasnamə, Qazaxıstan Respublikası hökumətinin 11 sentyabr 2002-ci il tarixli 993 saylı "Qazaxıstan Respublikası Baş nazirinin dəftərxanası məsələləri" qərarı ilə təsdiq edilmişdir.. == Tarixi == Sovet hakimiyyəti dövründə mövcud olmuş Xalq Komissarları Şurası və Nazirlər Sovetlərinin İşlər İdarələri, sonra kombinə edilmiş prezident aparatı (1990–1991), Prezidentin və Nazirlər Kabinetinin aparatı (1991–1994), Nazirlər Kabinetinin İşlər İdarəsi (1994–1995), Nazirlər Kabineti Aparatı (1995), Hökumət aparatı (1995–1997) Baş nazirin dəftərxanası (1997-ci ilin martında yaradılıb). == İdarəçilər == Stepan Şutkin (1995–1999) Altay Tleuberdin (02.09.1998–10.1999) Altay Tleuberdin (13.12.2000–10.01.2007) Bakıtjan Sağıntayev (11.12.2007–30.09.2008) Yerlan Koşanov (02.02.2012–14.03.2017) Nurlan Aldaberqenov (27.03.2017–01.03.2019) Darxan kalıtayev (01.03.2019–25.03.2019) Qalımjan Koyşıbayev (с 26.03.2019) == Strukturu == 2020-ci ilə olan vəziyyət: Qazaxıstan Respublikası Baş nazirinin Katibliyi Layihə İdarəetmə Mərkəzi Kadrlar şöbəsi Qazaxıstan Respublikası Baş nazirinin mətbuat xidməti Konsolidə analitik şöbə Qazaxıstan Respublikası Parlamentində Hökumətin nümayəndəliyi Hüquq şöbəsi Regional İnkişaf İdarəsi İqtisadiyyat şöbəsi Sənaye və İnnovativ İnkişaf İdarəsi Sosial və Mədəni İnkişaf İdarəsi Xarici İqtisadi Əməkdaşlıq və Protokol şöbəsi Müdafiə və Hüquq Mühafizəsi şöbəsi Dövlət sirlərinin və xüsusi rabitə növlərinin qorunması şöbəsi Maliyyə və iqtisadi şöbəsi, Nəzarət və sənədləşdirmə təminatı şöbəsi == Əsas vəzifələri == Qazaxıstan Respublikası Baş naziri Aparatının əsas vəzifələri: Qazaxıstan Respublikası Baş Naziri və Hökumətinin informasiya və analitik, təşkilati, hüquqi, sənədli və digər dəstəyi; dövlət sirrinin qorunması sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi; orqan və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi; dövlət sirrinin və informasiya təhlükəsizliyinin qorunması üçün qanuni, inzibati, texniki və digər tədbirlərin hazırlanması, icrasına və uyğunluğuna nəzarət; məlumat bazaları da daxil olmaqla dövlət orqanları üçün vahid informasiya və telekommunikasiya dəstəyi sisteminin yaradılması üzrə işlərin koordinasiyası; Hökumət və Baş nazirin qərarlarının hazırlanması və icrası prosesində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi; Dövlət Başçısının qərarlarının və Hökumətə verilən tapşırıqların, Hökumət və Baş nazirin qərarlarının, Baş nazir, müavinlərinin, Baş qərargah rəisi və müavinlərinin tapşırıqlarının icrasına nəzarət; Hökumət və Baş nazir qərarları layihələrinin Baş nazir, müavinləri və Aparat rəhbəri imzalamağa qərar verdikləri zaman nəticələrində məlumat və prinsipial xarakter daşıyan maliyyə, iqtisadi, hüquqi və digər aspektlərinin nəzərə alınması və ya müvafiq sənədləri razılaşdırmaq.
Qraf Orqasın dəfni
Qraf Orqasın dəfni (isp. El Entierro del Conde de Orgaz) əsəri 1586-1588-ci illərdə Yunan mənşəli İspaniya rəssamı El Qreko tərəfindən çəkilmiş XIV əsrin əvvəlinə aid əfsanə bu şəklin mövzusuna çevrilmişdir. Toledo əhli və şəhərin senyoru Orqas don Qonsalo Ruis 1312-ci ildə vəfat etmişdir. Onun ailəsi qraf tituluna sonralar layiq görülmüşdür, don Qonsalo Ruis həmin titulla ölümündən sonra məşhurlaşmışdır. Qraf Orqas mömin adam idi, öz xeyriyyə fəaliyyəti ilə tanınmışdı, San-Tome kilsəsinin (El Qreko da həmin kilsənin abidlərindən idi) genişləndirilməsindən və bəzədilməsindən ötrü xüsusi vergi barədə fərman vermişdi. Əfsanəyə görə, don Qonsalo Ruisin dəfn mərasimində onun dəfnindən ötrü müqəddəs Stefan və müqəddəs Avqustin səmalardan enmişdi.
Qurzuli dəfinəsi
Qurzuli dəfinəsi — Gürcüstanda gümüş sikkə dəfinəsi. Dəfninənin salamat qalmış hissəsində 469 ədəd sikkə var. 1926-cı ildə Qurzuli kəndində tapılmışdır. Sikkələrin əksəriyyəti Kappadokiyada zərb edilmiş draxma və didrakmalardır. Dəfinənin 168-ci ildə gizlədildiyi güman edilir.
Qızıl dəftər
Qızıl dəftər — İngilis yazıçısı Doris Lessinqin 1962-ci ildə yazdığı roman. Romanda anti-müharibə və anti-Stalinist mesajlar, 1930-cu illərdən 1950-ci illərə qədər İngiltərədə kommunizm və Kommunist Partiyasının geniş təhlili və qönçələnməkdə olan cinsi inqilab və qadın azadlıq hərəkatlarının tədqiqi var. 2005-ci ildə TIME jurnalı "Qızıl dəftər"i 1923-cü ildən bəri ingilis dilli 100 ən yaxşı romandan biri adlandırdı. O, bir sıra başqa dillərə, o cümlədən fransız, polyak, italyan, isveç, macar və ivrit dillərinə tərcümə edilmişdir. == Süjet xətti == Qızıl dəftər yazıçı Anna Vulfun, həyatını qeyd etdiyi dörd dəftərin və onları beşinci, qızılı rəngli dəftərdə birləşdirmək cəhdinin hekayəsidir. Kitab Anna və onun rəfiqəsi Molli Ceykobsun, eləcə də onların uşaqlarının, keçmiş ərlərinin və sevgililərinin (Azad Qadınlar) həyatlarından real görünən povestin hissələrini Annanın qara rəngli dörd dəftərindən çıxarışlarla kəsişdirir. Rodeziya, İkinci Dünya Müharibəsindən əvvəl və onun ən çox satılan romanına ilham verən, qırmızı (Kommunist Partiyasının üzvü kimi təcrübəsi), sarı (Annanın öz hekayəsinin ağrılı sonu əsasında yazılan davam edən bir roman) sevgi macərası) və mavi (Annanın xatirələrini, xəyallarını və emosional həyatını qeyd etdiyi şəxsi jurnal). Hər notebook dörd dəfə geri qaytarılır, bir-biri ilə qarşılıqlı əlaqədə olan qeyri-xronoloji, üst-üstə düşən bölmələr yaradır. Bu postmodern üslub, personajları və oxucuları cəlb edən "oyun" məkanı ilə kitabın ən məşhur xüsusiyyətlərindən biridir, baxmayaraq ki, Lessinq oxucuların və rəyçilərin romandakı ciddi mövzulara diqqət yetirmələrini təkid edirdi. == Əsas mövzular == Lessinq öz ön sözündə romanda ən mühüm mövzunun parçalanma olduğunu iddia edirdi.
Qəlbimi «Vunded-Ni»də dəfn edin (film, 2007)
Qəlbimi "Vunded-Ni"də dəfn edin — Di Braunun eyni adlı əsərindən götürülmüş televiziya filmidir. Filmin rejissoru İv Simono, sseraristi Daniil Qiatdır. Filmin əsaslandığı kitab 19-cu əsrin sonlarında Qərbi Amerikada Amerikanın yerli əhalisinin (hindilərin) tarixidir. Film avropalıların Amerikanın qərbinə kolonizasiyası tarixindən və hinduların öz haqları uğrunda mübarizəsindən bəhs edir. Vunded-Ni körfəzində baş verən döyüş siu hinduları ilə ABŞ ordusu arasında baş verən sonuncu və ən böyük silahlı münaqişələrdən biri idi.

Значение слова в других словарях