DƏRZİ

Fars mənşəlidir, dərz sözü ilə qohumdur. Bizdə tonçu (donçu) sözü işlədilib (don “paltar” demək olub). Bundan başqa yu (tikiş) və yuçu (paltar tikən) sözlərindən də istifadə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DƏRZ
DƏSTƏK
OBASTAN VİKİ
Dərzi
Dərzi və ya dərzilik tekstil məhsullarını emal edərək geyim, paltar və ya ev tekstili məhsullarına çevirən insanlara verilən addır. Xüsusi tikiş məharəti tələb edən bu sahə fərdə identik olaraq xüsusi günlərdə nəzərdə tutulmuş sifarişli geyimlər tikən, həmçinin müəyyən standartlara uyğun olmayan, ölçülərə uyğun gəlməyən şəxslərə paltar tikən insana dərzi deyilir. Bu peşə Osmanlıda da çox edilmişdir. Dərzi və ya dərzilik, toxuculuq məhsullarını geyim və ya ev toxuculuq məhsullarına çevirənlərə deyilir. Şəxslərin istəklərinə görə geyim, şalvar, yubka, bluza, köynək, gödəkçə, gəlinlik paltarı, axşam paltarı və palto istehsal edən və/və ya təmir edən şəxsdir.
Dərzi Vəli (Bukan)
Dərzi Vəli (fars. درويش علي‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 272 nəfər yaşayır (60 ailə).
Biz gələcəyin dərziləriyik (film, 1970)
Biz gələcəyin dərziləriyik qısametrajlı sənədli filmi rejissor Kamil Mirzəyev tərəfindən 1970-ci ildə çəkilmişdir. "Peşətexfilm" Studiyasında istehsal edilmişdir. Film üst paltarları biçiciləri və dərzilər hazırlayan Bakıdakı 2 saylı peşə-texniki məktəb haqqındadır. == Məzmun == Film üst paltarları biçiciləri və dərzilər hazırlayan Bakıdakı 2 saylı peşə-texniki məktəb haqqındadır. Filmdə məktəbin kabinetləri, emalatxanaları göstərilir, şagirdlərin Əli Bayramov və Volodarski adına fabriklərdə bu peşəyə necə yiyələnmələri barədə danışılır. == Festival və mükafat == 1970-ci ildə Bakıda V.İ.Leninin anadan olmasının 100 illiyinə və Sovet Azərbaycanının 50 illiyinə həsr olunmuş VII Respublika həvəskarlar filmləri festivalıbda film Azərbaycan Kinematoqrafçılar İttifaqının, AHİŞ və Azərbaycan LKGİ MK-nın diplomunu almışdır.
Dərzili
Dərzili — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Elnarə Dərziyeva
Elnarə Dərziyeva (12 aprel 1980, Tovuz) — Əməkdar jurnalist, Lider TV-nin xəbərlər departamentinin prodüser və redaktoru. == Həyatı == 1980-ci il mayın 12-də Tovuz rayonunda anadan olmuşdur. 1986-cı ildə A. S. Puşkin adına orta məktəbə gedib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Həmin fakültənin Radio və televiziya jurnalistikası ixtisasını bitirmişdir. == Fəaliyyəti == Elnarə Dərziyeva 1998-ci ildə jurnalistika fəaliyyətinə başlamışdır. Əsasən sosial və kriminal sahədəki araşdırmaları ilə fərqlənib. 1998-ci ildə mart ayının 5-dən etibarən, "Bu gün" qəzetində jurnalist kimi çalışmışdır. Daha sonra 4 il müxtəlif qazetlərdə: "Elçi", "Faktor", "Bu gün", "Yeni Avrasiya", qəzetlərində öz yazıları ilə tanınıb. 2001-ci ildə "Lider" televiziyasında işə qəbul olur və ilk olaraq "Üç bucaq" verilişi, daha sonra "Kriminform" verilişində müxbir kimi fəaliyyət göstərib.
Akop Dərziyan
Akop Dərziyan (erm. Հակոբ չերզեան; 22 avqust 1879, Saimbəyli, Adana vilayəti – 1915), Osmanlı ermənilərindən olan əczaçı və yazıçıdır. == Həyatı == Dərziyan Adana vilayətinin Haçin (indiki Saimbəyli) qəsəbəsində anadan olmuşdur. Adanada Hisüsyan məktəbində təhsil almış, 1897-ci ildə isə İstanbula getmiş, 1900-cü ildə isə Mekteb-i Tıbbiye-i Şahanənin əczaçılıq şöbəsini bitirmişdir. Sonra Haçinə qayıtmış, aptek açmış və İstanbul qəzetləri üçün işləmişdir. Adana soyqırımı zamanı onun yeni doğulmuş oğlu öldürülmüş, apteki isə yandırılmışdır. Bu hadisədən sonra Dərziyan İstanbula köçmüş və orada Adana adlı aptek açmışdır. O, 1915-ci il aprel ayının 24-də 2345 erməni ziyalısı ilə birlikdə həbs edilərək Ankara vilayətindəki Çankırıya aparılır. O, Yozqat yolunda quldur dəstələrinin üzvləri tərəfindən öldürülür.

Digər lüğətlərdə