Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qış sarayında yanğın
Qış sarayında yanğın — Rusiya çarlarının Sankt-Peterburqdakı iqamətgahı 17 dekabr 1837-ci ildə, divar arası alovlanma səbəbindən baş vermişdi. Üç gün müddətində yanan sarayın alovları 50–70 verst (50–75 km/30–45 mil) məsafədən görünmüşdü. Yanğında otuz gözətçinin ölməsinə baxmayaraq, demək olar ki, sarayda olan bütün eksponatlar, Hərbi qalereya və Feldmarşallar zalındakı portretlər, həmçinin Böyük saray kilsəsindəki dəyərli əşyalar xilas edilmişdi. Yanğın, qığılcımın nəfəslik vasitəsiylə Feldmarşallar zalının taxtadan olan qoşa divarı arasına düşməsi nəticəsində baş vermişdi. Bundan sonra divarlar daxildən yanmağa başlamış və alov Kiçik taxt zalının damına keçmişdi. Quru taxtadan inşa edilmiş və yağlı boya ilə bəzədilmiş daxili divarlar, qısa zamanda alışmağa başlamışdı. Hadisə baş verən zaman imperator ailəsi Mixail teatrında idi, bu zaman, bir yavər o dövrün nazirlərindən biri olan Şahzadə Volkonskiyə yaxınlaşaraq hadisə haqqında məlumat verir. Şahzadə yavərə tapşırıqlar verərək, sakit şəkildə tamaşanı izləməyə davam edir. Saat yarım sonra yavər yenidən qayıdır və bu zaman nazir I Nikolayla danışmağa məcbur olur. Yanğının Ermitaj binasına keçməsinin qarşısını ala bilmək üçün I Nikolay təcili şəkildə birləşdirici dəhlizin uçurulmasını və damın sökülməsini əmr etdi.
Yanğın
Yanğın — maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna bilməyən, insan həyatı üçün təhlükəli yanma prosesidir. Yanğında baş verən əsas fiziki-kimyəvi hadisələr yanar maddələrlə hava oksigeni arasında kimyəvi reaksiya getməsi, çoxlu istilik ayrılması və yanma nəticəsində əmələ gələn qazların intensiv mübadiləsidir. Yanğın çox vaxt odla ehtiyatlı davranılmaması, yanğına qarşı tədbirlərə düzgün əməl edilməməsi, materialların öz-özünə alışıb yanması, statik elektrik boşalmaları və ildırım düşməsi nəticəsində baş verir, bəzən də cinayətkarlıqla qəsdən törədilir. Yanğın zamanı tüstü ilə havaya qalxan yanma məhsullarının çoxu (xüsusən polimer maddələr yandıqda) orqanizmə zəhərləyici təsir göstərir. Bəzi hallarda natamam yanma məhsulları (məs., karbon 2-oksid) oksigenlə partlayış cəhətdən təhlükəli qarışıq əmələ gətirir. Yanğından mühafizə insanların həyatının, dövlət və ictimai mülkiyyətin, vətəndaşların şəxsi mülkiyyətinin yanğından mühafizəsinə yönəldilmiş dövlət və ictimai tədbirlər sistemi; yanğınla mübarizəni həyata keçirən təşkilatdır. Yanğından mühafizənin əsas məqsədi yanğın profilaktikasıdır. Yanğının söndürülməsini yanğınsöndürən texnikasından istifadə edən Yanğından mühafizə dəstələri həyata keçirir. Azərbaycanın bütün şəhərlərində müasir yanğınsöndürmə texnikası ilə təchiz olunmuş peşəkar Yanğından mühafizə dəstələri xidmət göstərir.
Respublika Narkoloji Mərkəzində yanğın
Respublika Narkoloji Mərkəzində yanğın — Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 13 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzində 2 mart 2018-ci ildə baş vermiş yanğın. Səhiyyə Nazirliyinin balansında olan mərkəz 1986-cı ildə yaradılmışdır. Rəhbəri Telman Məmmədhəsənovdur. Yanğın 2018-ci il martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin birinci korpusunda baş vermişdir. İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş vermişdir. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilmişdir. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunmuşdur. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilmiş, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilmişdir. Yanğın saat 08:30-da söndürülmüşdür. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin cəsədi aşkar edilmişdir.
Günəşli neft yatağında yanğın (2015)
"Günəşli" neft yatağında yanğın — 2015-ci ilin 4 dekabr tarixində baş verib. Hadisə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermişdir. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 16 nəfər dünyasını dəyişmişdir. 17 nəfər itkin düşmüşdür. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur. == Hadisə haqqında == Günəşli neft yatağında yanğın 4 dekabr 2015-ci ildə 17ː40 radələrində başlamışdır. Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki saat 17ː40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır. == Xilas etmə işləri == 4 dekabr Təlimata və təxliyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar.
Suraxanı Neft Mədənlərində Yanğın (1923)
Suraxanı neft mədənlərində yanğın — 1922-ci ildə Azərbaycanda çəkilmiş sənədli film. Filmdə Suraxanı neft mədənlərində baş verən yanğından, onun söndürülməsində neftçilərin və yanğınsöndürənlərin fədakarlığından danışılır. Film saxlanılmayıb. "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Suraxanı neft mədənlərində yanğın (1922)
Suraxanı neft mədənlərində yanğın — 10 aprel 1922-ci ildə neft mədənlərində törədilmiş terror nəticəsində yanğın hadisəsi. 1921-ci ilin əvvəlində neft sənayesində işləmək üçün neft komitəsinin Moskvadan göndərdiyi rəhbərliyin təşəbbüsü ilə general Vrangelin 7,5 min keçmiş əsgəri İstanbuldan Bakıya gətirildi. Onların sırasında müxtəlif ünsürlər, gizli əksinqilabçılar ağqvardiyaçı zabitlər də var idi. Zaqafqaziya eserləri və müsəlman qrupları ilə əlaqəsi olan polkovnik Qaydukovun başçılığı ilə 1921-ci ilin aprelində onlar Ramanada terror aktları keçirməyə başladılar. Gizli eser təşkilatı isə 1922-ci ildə Bakının neft sənayesi müəssisələrində yanğınlar törətdi. 1922-ci il aprelin 10-da bir gün ərzində Ramana, Suraxanı və Balaxanı mədənlərində təxribatçılar üç yanğın törətmişdilər. Balaxanı və Ramana yanğınlarını fəhlə dəstələri çox çətin, sərt xəzrinin tüğyan etdiyi mürəkkəb vəziyyətdə əzmkarlıqla tez söndürdülər. Ən qorxulu yanğın Suraxanıda, gündə 160 min pud neft verən beşinci mədəndə olmuşdu və onun alovları güclü əsən küləklə bütün neft mədəni rayonuna tamamilə sıradan çıxmaq təhlükəsi yaratmışdı. Bu yanğın mühəndislərdən F.Rüstəmbəyov, İ.S.Sorokin və Kusminskinin başçılıq etdiyi fəhlə dəstələrinin səyi nəticəsində aprelin 11-də səhərə yaxın ləğv edilmişdi. Ümumittifaq MİK 1922-ci ilin avqustunda yanğınla mübarizədə fədakarlıq göstərmiş Bakı fəhlələrini Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etdi.
Yanğın fotoqrafiyası
Yanğın fotoqrafiyası — Yanğınla mübarizə əməliyyatları zamanı şəkil çəkmə. Bu şəkilləri çəkən insanlara yanğın fotoqrafları deyilir. Yanğın fotoqrafiyası təhlükəli hallara yaxın olmağı ehtimal etdiyindən yanğınsöndürənlər təcili hadisə səhnələri, əməliyyatları, sağlamlığı və təhlükəsizliyi ilə bağlı xüsusi bacarıq və məlumatlara malik olmalıdırlar. Yanğında fotoşəkil çəkmək üçün yanğınsöndürmə qoruma cihazlarını geyinmək tələb olunur. Yanğın fotoqraflarının işi bir çox proqramları əhatə edir. Bunlara aiddir: Araşdırma Təlim Yanğının qarşısının alınması İşçi təhlükəsizliyi və sağlamlığı Hadisədən sonrakı təhlillər Fövqəladə hallarda ictimaiyyətin fikirlərini yaxşılaşdırmaq Xilasedicilərin aidiyyəti hisslərinin gücləndirilməsi Yanğın çəkən fotoqraf yanğınsöndürmə şöbələri tərəfindən birbaşa istismar edilə bilər və ya edilə bilməz. Fotoşəkil üçün bir haqqı olan xüsusi bir fotoqrafiya xidməti təqdim edirlər. Təhlükəsiz perimetersə giriş yanğınsöndürənlər üçün bir problem ola bilər, beləliklə onlar otaqdakı yanğın səhnələrinə çıxışın yaxşılaşdırılması üçün yerli yanğın şöbəsi ilə yaxşı əlaqələr qururlar. Belə çıxış, yanğınsöndürmə şöbəsinin təqdirinə əsasən, əlavə təlim və digər tədbirlər tələb edə bilər. Böyük şöbələr tez-tez Nyu-York və Çikaqo şəhərlərində olanlar kimi peşəkar foto xidmət vahidlərinə malikdirlər.
Yanğın fırtınası
Alov fırtınası, yanğın fırtınası, alov tornadosu və ya yanğın tornadosu — bir çox yanma mərkəzinin birləşdiyi zaman meydana gələn atmosfer hadisəsidir. Belə bir yanğın fırtınası, vulkanik püskürmə və ya bir ərazinin bombalanması nəticəsində baş verə bilər. Ayrı-ayrı yanma ocaqları geniş bir mərkəzə birləşdirilir. Üstündəki hava təbəqəsi çox qızır və nəticədə yuxarıya doğru qalxmağa başlayır. Bu proses yanmanın ətrafından gələn soyuq hava kütlələrini özünə çəkir. Beləliklə alovları daha çox yuxarıya qaldırır və nəticədə beş kilometrə qədər yüksəkliklərə çata biləcək sabit mərkəzli cərəyanlar yaradırlar. 500-800 ˚C-ə qədər qızdırılan hava kütləsi qasırğa sürətində fırlanır. Alov tornadosunun mərkəzinin yaxınlığında olan hər şey yanır və ya əriyir. 1666-cı ildəki Böyük London Yanğını, 1812-ci ildəki Böyük Moskva Yanğını, 1871-ci ildəki Böyük Çikaqo Yanğını və 1917-ci ildəki Selanik yanğınları zamanı yanğın fırtınası hadisələri qeydə alınmışdır. Bu fenomen həmçinin, 2014-cü ildə Meksikada və 2016-cı ildə ABŞ-də baş vermiş meşə yanğınları zamanı da müşahidə edilmişdir..
Təbriz Yanğın Qülləsi
Təbriz Yanğın Qülləsi (Farsca: برج آتش نشانی, Azərbaycanca:يانقين قوله‌سی) - Təbriz şəhərində olan tarixi abidə. Təbrizin mərkəzi bölgəsi olan Xəqani küçəsindədir. 23 metr yüksəkliyindəki abidə 1917-ci ildə inşa edilmişdir. Hündürlüyü 23 metrdir. O illərdə rabitə vasitələrinin olmaması səbəbilə şəhər daxilindəki yanğınlara vaxtında müdaxilə etmək üçün qurulmuşdur. Qüllənin ən üstündə olan müşahidəçi 24 saat duman və alov izinin olub-olmamasına nəzarət edir, gördüyü anda şəhərin yanğınsöndürmə xidməti orqanına xəbər verərdi. Qaranlıqda hamının qüllənin yerini rahat tapa bilsin deyə qüllədə həmişə çıraq yandırıldı. Onu da qeyd etmək lazımdır ki, Təbriz yanğınsöndürmə xidməti təşkilatı 1832-ci ildə qurulmuşdur və İranda bu təyinatla qurulan ilk orqandır.
Astanada göydələndə yanğın
Paris Notr-Dam kilsəsində yanğın (2019)
Paris Notr-Dam kilsəsində yanğın — Fransanın paytaxtı Paris şəhərində yerləşən Notr-Dam kilsəsində 15 aprel 2019-cu il tarixində Orta Avropa vaxtı ilə saat 18:50-də gerçəkləşən yanğın hadisəsi. Yanğından sonra Emmanuel Makron kilsənin bərpası üçün ianə toplama kompaniyası başlatdı. Notr-Dam kilsəsinin inşaatı XII əsrdə, daş və taxta istifadə edilərək başlamışdır. Tağ XIX əsrdə yenilənmişdir; orijinal tağı isə 1786-cı ildə ləğv olunmuşdur. Son illərdə, kilsədə aşınmalar baş verirdi. Fransanın tarixi abidələrinin baş memarı Filip Villeneuv, 27 iyul 2017-ci ildə "Kirliliyin ən böyük günahkar" olduğunu ifadə edərək, kilsənin vəziyyətinə dair ilk narahatlıqları aradan qaldırdı. 2014-cü ildə Mədəniyyət Nazirliyi kilsənin restavrasiya xərcinin 150 milyon avro olduğunu hesabladı. 2016-cı ildə Paris Arxiyepiyası, bərpa xərclərinin növbəti beş ildən on ilədək 100 milyon avro artırmağı tələb edib. Yanğın zamanı 6 milyon avro dəyərində olan tağ üzərində təmir işləri aparılırdı. Damın ətrafında polad skeletlər tikilmişdir.
Suraxanı neft mədənlərində yanğın (film, 1922)
Suraxanı neft mədənlərində yanğın — 1922-ci ildə Azərbaycanda çəkilmiş sənədli film. Filmdə Suraxanı neft mədənlərində baş verən yanğından, onun söndürülməsində neftçilərin və yanğınsöndürənlərin fədakarlığından danışılır. Film saxlanılmayıb. "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Məişət Elektrik Cihazlarından Yanğın Baş verməsi (1986)
Məişət elektrik cihazlarından yanğın baş verməsi (film, 1986)
Bakı metrosunda yanğın (1995)
1995-ci il Bakı metrosu yanğını — 28 oktyabr 1995-ci ildə Bakı metropolitenində baş vermiş metro qəzası. Rəsmi mənbələrə görə, yanğında 289 nəfər həlak olmuşdur. Bunların 286-sı sərnişin (28-i uşaq olmaqla), 3-ü isə xilasedici idi. Qəzada 270 nəfər yaralanmışdır. Yanğının səbəbi elektrik nasazlığı hesab olunur, ancaq sabotaj ehtimalı da var. Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur. Sərnişinlərdən biri olan Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. == Qəza == "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə (200 metr) qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Yapon yanğın qarın tritonu
Yapon yanğın qarın tritonu (lat. Cynops pyrrhogaster) — Şərqiasiya tritonları cinsinə aid triton növü. Heyvalar hətta 14 sm qədər uzunluğa malik ola bilirlər. Bel və böyür nahiyələri şokolad rəngində olur. Erkəklərdə qarın nahiyəsi alovlu qırmızı, dişilərdə alovlu narıncı rəngdə olur. Yaponiyanın endemik canlısıdır. Təbii şəraitdə bu əsasən Şikoku, Honşu və Kyuşu adalarında yayılmışlar. Su həyatı sürsələrdə, quruya çıxırlar. Əsasən qurtdlar, puplar, cücülər və digər onurğasızlarla qidalanır. Suda uzun zaman qalmaq xüsusiyyəti bu növü akvarium şəraitində saxlamağa imkan verir.
Bakı Yanğın Texniki Məktəbi
Bakı Yanğın Texniki Məktəbi — orta-ixtisas təhsili müəssisəsi. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxildir. == Yaranma tarixi == Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra Azərbaycanın yanğın təhlükəsizliyi xidmətində mühüm hadisələrdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli qərarı ilə DİN-in Yanğından Mühafizə Tədris Mərkəzinin bazasında "Yanğına qarşı mühafizənin təşkili və texnikası" ixtisası üzrə orta-ixtisas təhsili verən Bakı Yanğın Texniki Məktəbinin yaradılması oldu. Bakı Yanğın Texniki Məktəbi Azərbaycanda yanğın təhlükəsizliyi orqanları üçün kadr hazırlayan yeganə orta-ixtisas təhsil müəssisəsi idi. 16 dekabr 2005-ci ilə qədər DİN BDYTİ-nin nəzarəti altında fəaliyyətini davam etdirmişdir. Fövqəladə Hallar Nazirliyi yaradıldıqdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Yanğın-Texniki Məktəbinin, S. Ə. Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Azərbaycan Respublikası Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılmışdır. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi orqanlarında Bakı Yanğın Texniki Məktəbinin yüzlərlə məzunu xidmətini davam etdirir.
Meyreki yanğını
Meyreki dövrünün böyük yanğını (yap. 明暦の大火, - Meireki no taika) — 2 mart 1657-ci ildə Yaponiyanın paytaxtı Edoda (indiki Tokio) baş verən yanğın. Furisode yanğını kimi də tanınan bu yanğın Meyreki İmperatorluğunun hakimiyyətinin 3-cü ilində baş vermişdir. 3 gün boyunca davam edən yanğında 100 min adamın öldüyü ehtimal edilir.
Moskva yanğını
Moskva yanğını — 1571-ci ilin may ayında Krım xanı I. Dövlət Gərayın Livon müharibəsinə görə şəhəri müdafiəsiz, 6000 əsgərlə buraxan rusları məğlub etməsi, Moskvaya girib şəhəri talan etməsi və yandırmasıdır. Qorxulu İvanın (İvan Qroznı) yanında olan alman tarixçi Heinrich von Stadenə görə şəhər ətrafdakı qəsəbələr və Opriçnina sarayı 6 saata tamamilə yanır. İnsanlar kilsələrə və Moskva çayına doğru qaçmağa çalışırlar. Kreml sarayında silah-sursat anbarının partlamasıyla, kilsələrdə sığınanlar boğularaq; çaya tərəf qaçanlar da çayda boğularaq ölürlər. Yanğından sonra 10,000 ilə 80,000 arasında insan öldüyü təxmin edilir. Şəhər əhalisi azalır. Bu yanğından sonra Moskva Krım xanlığı tərəfindən işğal olunur. IV İvan Livon müharibəsində atəşkəs istəyib Moskvaya qayıtmağa məcbur olur. 1 il sonra 1572-ci ildə Molodiya müharibəsində Giray xan çoxsaylı orduya sahib olsa da ruslara məğlub olur. Madariaga, "Ivan the Terrible", 266.
Moskva yanğını (1571)
Moskva yanğını — 1571-ci ilin may ayında Krım xanı I. Dövlət Gərayın Livon müharibəsinə görə şəhəri müdafiəsiz, 6000 əsgərlə buraxan rusları məğlub etməsi, Moskvaya girib şəhəri talan etməsi və yandırmasıdır. Qorxulu İvanın (İvan Qroznı) yanında olan alman tarixçi Heinrich von Stadenə görə şəhər ətrafdakı qəsəbələr və Opriçnina sarayı 6 saata tamamilə yanır. İnsanlar kilsələrə və Moskva çayına doğru qaçmağa çalışırlar. Kreml sarayında silah-sursat anbarının partlamasıyla, kilsələrdə sığınanlar boğularaq; çaya tərəf qaçanlar da çayda boğularaq ölürlər. Yanğından sonra 10,000 ilə 80,000 arasında insan öldüyü təxmin edilir. Şəhər əhalisi azalır. Bu yanğından sonra Moskva Krım xanlığı tərəfindən işğal olunur. IV İvan Livon müharibəsində atəşkəs istəyib Moskvaya qayıtmağa məcbur olur. 1 il sonra 1572-ci ildə Molodiya müharibəsində Giray xan çoxsaylı orduya sahib olsa da ruslara məğlub olur. Madariaga, "Ivan the Terrible", 266.
"Günəşli" neft yatağında yanğın (2015)
"Günəşli" neft yatağında yanğın — 2015-ci ilin 4 dekabr tarixində baş verib. Hadisə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermişdir. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 16 nəfər dünyasını dəyişmişdir. 17 nəfər itkin düşmüşdür. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur. == Hadisə haqqında == Günəşli neft yatağında yanğın 4 dekabr 2015-ci ildə 17ː40 radələrində başlamışdır. Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki saat 17ː40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır. == Xilas etmə işləri == 4 dekabr Təlimata və təxliyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar.
"Yanğın zamanı igidliyə görə" medalı
"Yanğın zamanı igidliyə görə" medalı — SSRİ Ali Sovetinin 31 oktyabr 1957-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Respublika Perinatal Mərkəzində yanğın (2024)
Respublika Perinatal Mərkəzində yanğın — 2024-cü il yanvarın 9-da saat 3:35-də Xətai rayonu ərazisində Respublika Perinatal Mərkəzində baş vermiş yanğın hadisəsidir. Yanğın nəticəsində yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşaq ölmüşdür. 2024-cü il yanvarın 9-da saat 03:35-də Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində yanğın baş vermişdir. Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev yanğının bir otaqda 35 m² sahəni əhatə elədiyini, binanın dörd və üçüncü mərtəbələrində olan pasiyent və personalın təxliyə olduğunu bildirmişdir. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri aparılmışdır. Hadisə yerinə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev gəlmişdir. Qısa müddət ərzində söndürülmüşdür. Hadisə yerinə həmçinin Daxili İşlər Nazirliyinin polisləri də səfərbər edilmişdir. Yanğının birinci saatlarında TƏBİB-in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Zamirə Ədilova 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsinin reallaşdığını, 1 nəfər mühafizəçisinin isə tüstüdən zəhərlənmə səbəbi ilə hospitalizasiya olunduğunu bildirmişdir. Səhər saat 6 radələrində hadisə yerində olan TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov RPM-də stasionar müalicə alan 90 nəfərdən 50-si təxliyə olunduğunu, xəstələrin təxliyəsi davam etdiyini qeyd etmişdir.
"Qış albalısı" ticarət mərkəzində yanğın
"Zimnyaya vişnya" ticarət mərkəzində yanğın (rus. Пожар в торговом центре «Зимняя вишня») — 25 mart 2018-ci ildə Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi. == Nəticəsi == Hadisə nəticəsində 64 nəfər həlak olmuşdur.
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi
== Yaranma tarixi == “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi haqqında Əsasnamə”nin, “Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın təsdiq edilməsi və "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" 1998-ci il 6 iyul tarixli qərarı ilə DİN BDYTİ-nin Əsasnaməsi təsdiq olundu.Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasmın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. == Fəaliyyət istiqamətləri == Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi insanların həyatını və sağlamlığını, milli sərvəti yanğınlardan qorumaq, Azərbaycan Respublikasında yaşayış məntəqələrinin, eləcə də təşkilati-hüquqi formasından asılı olmayaraq idarələrin, müəssisələrin, təşkilatların yanğın təhlükəsizliyinə dövlət nəzarətinin təşkili və həyata keçirilməsi məqsədi ilə yaradılmışdır. Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin əsas vəzifələri bunlardır: yanğın təhlükəsizliyi sahəsində dövlət tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsinin təşkili; yanğınlarla mübarizənin səmərəliyini yüksəltmək; respublika məqsədli proqramların yerinə yetirilməsinin həyata keçirilməsi; dövlət yanğın təhlükəsizliyi standartlarının, normalarının, qaydalarının və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin hazırlanması, təsdiqi və icrasının təmin edilməsi; dövlət yanğından mühafizənin, yanğın-texniki, elmi-tədqiqat və tədris müəssisələrinin saxlanması xərclərinin icrasını həyata keçirmək; Azərbaycan Respublikasında dövlət yanğın nəzarətini aparmaq; şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin və müəssisələrin yanğından mühafizəsini və yanğın təhlükəsizliyi sahəsində digər işləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təşkil etmək və yerinə yetirmək; yanğınların qarşısının alınması işini təkmilləşdirm ək; respublikada yanğına qarşı mülki müdafiə xidmətini təşkil etmək və ona rəhbərliyi həyata keçirmək; yanğın profilaktika tədbirlərinin və müəyyən olunmuş yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək; yanğından mühafizənin, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizənin məcburi qaydada yaradıldığı müəssisələrin siyahısını hazırlamaq və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etmək; yanğınların və onların nəticələrinin vahid statistik uçotunu aparmaq; yanğından mühafizə üçün kadrların hazırlanması, yenidən hazırlıq keçməsini və ixtisasının artırmasını təmin etmək; yanğından mühafizə fondlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər vermək; müəyyənləşdirilmiş normalara uyğun olaraq yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirilən yanğından mühafizə növlərinin yaradılması barədə məsələ qaldırmaq; yanğınların söndürülməsi və onlarla əlaqədar olan təxirəsalınmaz xilasetmə işlərini həyata keçirmək; yanğından mühafizə növlərinin yanğın və xüsusi texnika, geyim və ləvazimatlarla təmin etmək.
Diqlas Ticarət Mərkəzində yanğın (2019)
Diqlas Ticarət Mərkəzində yanğın — Bakıda, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində baş vermiş yanğın. == Zəmin == Yanğın səhər saatlarında baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib: Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerində olub: Yanğın zamanı bir nəfər əlinin kəsilməsi ilə bağlı xəstəxanaya yerləşdirilib. Nazirlikdən verilən məlumata görə, həmin şəxs 3 saylı Sabunçu Rayon Xəstəxanasına yerləşdirilib: 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkiminin verdiyi məlumata görə yanğında 10 nəfər tüstüdən zəhərlənib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hadisə ilə əlaqədar şöbəyə gətirilən olmayıb. Yanğın elektrik naqillərini də sıradan çıxarıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır. == Reaksiyalar == === Ölkə daxili === Ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Elə həmin gün Azərbaycan Respublikası Prezidenti "Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında" Sərəncam imzalamışdır.
Dənizdə neft yanğını (film, 1931)
== Məzmun == Kinolent Xəzər dənizində təbii qazların üzə çıxması və yanğınların təsadüf nəticəsində baş verməsi haqqındadır. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Edo dövrünün yanğınsöndürənləri
Hikeşi (火消) – Edo dövrünün Yaponiya yanğınsöndürənləri. Edo dövründə Yaponiya şəhərləri əsasən taxta tikililərdən ibarət idi və buna görə tez-tez yanğınlar baş verə bilirdi. Böyük yanğınların qarşısını almaq üçün şəhərlərdə yanğınsöndürmə briqadaları formalaşdırılmışdı. Edo, Kioto və Osaka kimi böyük şəhərlərdə hikeşi briqadaları şoqunluq tərəfindən təşkil olunurdu. Daymyolar və hakamotolar Edoda və qəsrlərində hikeşi briqadalarını qururdular. Adi sakinlər isə məhəllələrino qorumaq üçün öz hikeşi briqadalarını təşkil edirdilər. Edo şəhərində 3 növ hikeşi mövcud olmuşdur: cobikeşi (定火消, şoqunluğun hikeşiləri), daymyo hikeşi (大名火消, daymyoların hikeşiləri) və maçi hikeşi (町火消, şəhərlilərin hikeşiləri). == Növləri == === Cobikeşi === Cobikeşi briqadaları 1650-ci ildə 4 briqada ilə qurulmuş, 1657-ci ildə baş vermiş Meyreki yanğınından sonra böyüdülmüş, 1704-cü ildə isə 10 briqadadan ibarət olması qərarlaşdırılmışdır. Cobikeşilər şoqunluğun rəsmiləri hesab olunurdular və hatamotolardan əmr alırdılar. Hər cobikeşi birliyi 36 samuraydan ibarət idi.
Havadan yanğınsöndürmə
Havadan yanğınsöndürmə meşə yanğınları ilə mübarizə üçün təyyarələrin istifadəsidir. Meşə yanğınlarını söndürmək üçün təyyarə və vertolyot kimi aviavasitələrdən yanğınsöndürmə vasitələri atılır. Yanğınla mübarizədə istifadə olunan kimyəvi maddələrə su, köpüklər və gel kimi su artırıcıları və Phos-Chek kimi xüsusi hazırlanmış yanğın inhibitorları (yanğın qabaqlayıcı) daxildir.
Meyreki dövrünün böyük yanğını
Meyreki dövrünün böyük yanğını (yap. 明暦の大火, - Meireki no taika) — 2 mart 1657-ci ildə Yaponiyanın paytaxtı Edoda (indiki Tokio) baş verən yanğın. Furisode yanğını kimi də tanınan bu yanğın Meyreki İmperatorluğunun hakimiyyətinin 3-cü ilində baş vermişdir. 3 gün boyunca davam edən yanğında 100 min adamın öldüyü ehtimal edilir.
Meşə yanğınları
Meşə yanğınları — əsasən kortəbii hadisələrlə yayılan yanğına deyilir. Meşə yanğınları ən çox əhalinin təqsiri üzündən baş verir (meşədə tonqal qalamaq, ov etmək, ot çalmaq və s.). Meşə yanğını zamanı canlı və ölü örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi və s. yanır. Meşə yanğınları meşə təsərrüfatına böyük ziyan vurur: çoxlu oduncaq məhv olur, meşənin tərkibi pisləşir, ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur və s. Meşə yanğınlarına qarşı mübarizə meşə təsərrüfatları tərəfindən yerinə yetirilir. Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Bununla bağlı əvvəlcə bəzi məqamlara diqqət yetirmək istərdik. Bu gün dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektar təşkil edir. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür.
Neft-Qaz Mədənlərində Yanğının Söndürülməsi (1964)
Kinolentdə neft mədənlərində yanğınsöndürənlərin çətin və ağır işlərindən bəhs olunur. Film Azərbaycan Yanğından Müdafiə İdarəsinin sifarişi ilə çəkilmişdir.
Neft-qaz mədənlərində yanğının söndürülməsi (film, 1964)
Kinolentdə neft mədənlərində yanğınsöndürənlərin çətin və ağır işlərindən bəhs olunur. Film Azərbaycan Yanğından Müdafiə İdarəsinin sifarişi ilə çəkilmişdir.
Neft və Qaz Quyularında Yanğının Söndürülməsi (1960)
Kinolentdə neft və qaz quyularında yanğının söndürülməsi üsullarından söhbət açılır. Film Azərbaycan Yanğından Mühafizə İdarəsinin sifarişi ilə çəkilmişdir.
Neft və qaz quyularında yanğının söndürülməsi (film, 1960)
Kinolentdə neft və qaz quyularında yanğının söndürülməsi üsullarından söhbət açılır. Film Azərbaycan Yanğından Mühafizə İdarəsinin sifarişi ilə çəkilmişdir.
Pambığın yanğından qorunması (film, 1991)
Portuqaliya meşə yanğınları (2017)
2017 Portuqaliya meşə yanğınları (port. Incêndio florestal de Pedrógão Grande de 2017) — Portuqaliya Respublikasının Pedroqao Qrande bölgəsində 2017-ci ilin iyun ayının 18-də baş vermiş meşə yanğınları. Hadisə yerinə azı 160 yanğınsöndürən maşın və 1700-dən çox işçi göndərilib. 40 dərəcə isti və güclü külək səbəbindən yanğının qarşısını almaq çətin olub. Təhlükəli vəziyyətlə əlaqədar ətraf kəndlərdən əhali təxliyə edilib. Hadisə nəticəsində azı 61 nəfər ölmüşdür. Ölənlərdən azı 16-sı avtomobillərdə vəfat etmişdir. Portuqaliya hökuməti hadisə ilə əlaqədar ölkədə 3 günlük matəm elan etmişdir.
Qazaxıstanda avtobus yanğını (2018)
Qazaxıstanda avtobus yanğını (rus. Пожар в автобусе в Казахстане) - 2018-ci ilin 18 yanvar tarixində Qazaxıstanın Aqtöbe vilayətində baş vermiş avtobus yanğını. Hadisə nəticəsində 52 Özbəkistan vətəndaşı həlak olub. Qazaxıstan Daxili İşlər Nazirliyinin verdiyi məlumatda bildirilir ki, yerli vaxtla saat 10:30-da baş verən hadisə zamanı beş sərnişin yanan avtobusdan çıxmağa müvəffəq olub. Macarıstan istehsalı olan İkarus avtobusu Aktau ərazisində, Qazaxıstanın Özbəkistanla sərhədi yaxınlığında yerləşən Şimkent şəhəri ilə Rusiyanın Samara şəhərini birləşdirən magistralda hərəkət edirdi. Bu magistral özbəkistanlı fəhlələri Rusiyaya nəqli üçün geniş istifadə edilir. Həlak olan bütün şəxslərin özbək əsilli olduğu bildirilir. 3 özbək və 2 qazax sürücü xilas olmağı bacarıb. Hadisə zamanı yanğın çıxışları kilitləndiyindən faciənin miqyası daha geniş olub. Hələlik yanğının səbəbi məlum deyil, lakin hadisə yerində olan təhqiqatçılar yanğının qısa qapanma nəticəsində baş verdiyini ehtimal edir.Özbəkistan Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, səfirlik əməkdaşları hadisə yerinə gediblər.
Rusiya meşə yanğınları (2015)
2015 Rusiya meşə yanğınları (rus. Лесные пожары в Сибири (2015), ing. 2015 Russian wildfires) - Rusiyanın cənubi Sibir ərazilərində 12-16 aprel aralığında baş vermiş meşə yanğınları. Baş verən yanğınlar nəticəsində Xakasiya Respublikasında yaşayan 29 nəfər həlak olmuş 6.000 dən çox şəxs isə evsiz qalmışdır. Eyni zamanda Zabaykal diyarının inzibati mərkəzi olan Çita şəhəri yaxınlığında yerləşən meşədə yanğın nəticəsində 4 nəfər həlak olmuşdur. Yanğının Daxili Monqolustan Muxtar Rayonu ərazisinə qədər yayıldığı raport edilmişdir.
Binəqədi rayonunda yaşayış binasında yanğın (2015)
Binəqədi rayonunda yaşayış binasında yanğın — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Binəqədi rayonunda Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında 2015-ci ilin 19 may tarixində səhər saatlarında (10:30) baş vermiş yanğın hadisəsi. İlkin məlumatlara əsasən hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş poliuretan üzlüklər göstərilir. Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət məcəlləsinin 3 maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb. Yanğın zamanı həlak olan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Hadisədən sonra prezident tərəfindən baş verən yanğın faktı ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerini ziyarət edib. == Arxa plan == Hadisə 2015-ci ilin 19 mayında Bakı vaxtı ilə saat 10:30 da baş verib.
Suraxanı neft mədənlərində yanğın (film, 1923)
Suraxanı neft mədənlərində yanğın — 1922-ci ildə Azərbaycanda çəkilmiş sənədli film. Filmdə Suraxanı neft mədənlərində baş verən yanğından, onun söndürülməsində neftçilərin və yanğınsöndürənlərin fədakarlığından danışılır. Film saxlanılmayıb. "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Böyük Buxarest yanğını
Böyük Buxarest yanğını (rum. Focul cel mare) — 23 mart 1847-ci ildə baş verən Buxarest tarixindəki ən böyük yanğın. Yanğın nəticəsində 1850 bina yanır (şəhərin təxminən üçdə biri). Valaxiya hakimi Qeorqe III Dmitri Bibeskunun dediyinə görə, şəhərin ən çox məskunlaşdığı və ən zəngin hissəsi bu yanğından daha çox zərər görür. Burada tacirlər və sənətkarların çoxlu taxta ikimərtəbəli binaları var idi, onların emalatxanaları birinci mərtəbədə, yaşayış yerləri isə ikinci mərtəbədə yerləşirdi. == Öncəki vəziyyət == XIX əsrdə Buxarestin böyük bir hissəsi taxta evlərdən qurulmuşdur. Bu dar küçələrlə birlikdə yanğın hadisəsi halında sakinlər üçün böyük təhlükə yaradırdı. Fanariotlar dövründən bəri davamlı yanğın təhlükəsi var idi. Buna görə türk ağasının əmri ilə insanlar onun iqamətgahının ətrafında daim növbə çəkirdilər. Üzvi qaydalar qəbul edildikdən sonra Valaxiyada qərbiavropa su nasosları ilə təchiz olunmuş yanğınsöndürənlər meydana gəlir.
Böyük London yanğını
Böyük London yanğını — 1666-cı ildə 2 sentyabr, bazar günü Londonun orta məhəllələrində başlayaraq 5 sentyabr çərşənbə gününə qədər şəhəri təsiri altına alan, şəhərin tarixindəki ən böyük yanğın fəlakəti. Yanğın şəhərin qədim Roma divarlarının əhatə etdiyi daxili hissələri əhatə etmiş, Vestminister rayonu (indiki Vest-End), Vaythol sarayı, bir çox şəhər ətrafı xarabalıqlar üçün təhlükə yaratmışdır. Fəlakət nəticəsində 13 500 ev, 87 kilsə (hətta Müqəddəs Pavel kafedralı), hökumət binalarının əksər hissəsi yanmışdır. Hesab olunur ki, Böyük London yanğını 70 mindən çox insanın sığınacaqdan məhrum olmasına səbəb olmuşdur. Həmin dövrdə Londonun mərkəzi hissəsində 80 min nəfər insan yaşayırdı. Yanğın nəticəsində nə qədər insanın ölməsi dəqiq məlum deyildir. Bir çox qurbanlar haqda dəlillər olsa da, onların çoxu qeydə alınmamışdır. Bundan başqa, çoxlarının kremasiya olunması versiyası da vardır. Arxeoloqlar tərəfindən yanğının başladığı Puddinq-Leyndə tapılan və hal-hazırda London Muzeyində nümayiş olunan ərimiş dulusçuluq nümunəsi fəlakət zamanı temperaturun 1250 °C-yə qalxdığını göstərmişdir. == Yanğının mənbəyi və nəticələri == Hadisə bazar günü 2 sentyabr tarixində Puddinq-Leyn küçəsində Tomas Farrinerin çörəkxanasında başlamışdır.
Böyük Roma yanğını
Böyük Roma yanğını (lat. incendium magnum Romae) — b.e. 64-cü ilin iyul ayında Roma imperiyasının paytaxtı olan Roma şəhərində baş vermiş yanğın. Yanğın 19 iyulda, gecə saatlarında keçən gecə Romanın Böyük sirk cəng arabası stadionunun ətrafındakı tacir dükanlarında başlamışdır. Altı gündən sonra yanğın nəzarət altına alınmışdır, lakin dəyən zərər qiymətləndirilənə qədər yanğın yenidən başlamış və daha üç gün davam etmişdir. Yanğından sonra Romanın üçdə ikisi məhv olmuşdur. Korneli Tasit və sonrakı dövrlərə aid xristian ənənəsinə görə, imperator Neron şəhərdəki xristian icmasını yanğına səbəb olmaqda günahlandırmış və bu əsasla imperiyada xristianlara qarşı ilk təqibi başlatmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Cassius Dio, Roman History, Books 62 (c. 229) Suetonius, The Lives of Twelve Caesars, the Life of Nero, 38 (c. 121) Tacitus, Annals, XV (c.
Reks kinoteatr yanğını
Reks kinoteatr yanğını (fars. آتش‌سوزی سینما رکس آبادان‎) - 1978-ci ilin 19 avqust tarixində İranın Xuzistan ostanının Abadan şəhərində yerləşən Reks kinoteatrında qəsdən törədilmiş yanğın hadisəsi. Hadisə nəticəsində 377 ilə 470 arası şəxsin yanaraq və ya zəhərli qazlardan boğularaq həlak olduğu güman edilir. Terror hücumunu təşkil etməkdə təqsirləndirilən 4 şəxs, hadisədən əvvəl kinoteatrın içinə və ətrafına təyyarə benzini töküblər və nəticədə yanğın gözləniləndən daha da dəhşətli baş verib. İranda geniş qəzəb və rezonans doğuran hadisə 1979-ci ildə baş vermiş İran İslam İnqilabının əsas qığılçımlarından biri hesab olunur. Bir il sonra baş vermiş inqilab nəticəsində İranda monarxiya devrilmiş və Məhəmməd Rza Pəhləvihakimiyyətdən uzaqlaşdırılmışdır. 1978-ci ildə baş vermiş hadisə öz tarixinə qədər ən çox insan ölümünə səbəb olmuş terror hücumu kimi tarixə düşmüşdür. Həmin antirekord 1990-cı ildə Tamil İlamin Azadlıq Pələngləri tərəfindən Şri-Lankada yerli polis şöbəsinə qarşı təşkil edilmiş hücuma qədər dünya üzrə ilk pillədə qalmağa davam etmişdir. 11 sentyabr terror aktları 3 minə yaxın insanın həlak olması ilə hər iki terror aktını geridə buraxmışdır. Hakim Pəhləvi sülaləsi əvvəlcə yanğında islamçı marksistləri günahlandırmış, daha sonra isə yanğını müxtəlif ekstremist islamçı qruplar tərəfindən törədildiyini iddia etmişdir.
Qarquş toy yanğını
Qarquş toy yanğını (ing. Qaraqosh wedding fire) - İraqın şimalında, Neynəvə mühafəzəsinin Həmədaniyyə qəzasına aid Qaraquş şəhərində yerli xristian asysor icması tərəfindən Al Haytham Wedding Hall adlı şadlıq evində təşkil edilmiş toy mərasimində baş vermiş yanğın hadisəsi. Yanğın, 2023-cü ilin 26 sentyabr tarixində yerli vaxtla 22:45 radələrində başlamışdır. Hadisə nəticəsində ən azı 119 nəfər həlak olub, 150-dən çox toy iştirakçısı isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Baş vermiş faciə səbəbindən İraqda 3 günlük matəm elan edilib. Yanğının baş verdiyi İraqın Neynəvə mühafəzəsinin Həmədaniyyə qəzasına daxil olan Qaraquş şəhəri 2014-cü ildə İraq Şam İslam Dövləti tərəfindən ələ keçirilib və yalnız 2016-cı ildə ABŞ tərəfindən dəstəklənən İraq Silahlı Qüvvələri tərəfindən böyük dağıntılar hesabına azad edilib. Şəhərdə əsasən xristian icmaları yaşayır, paytaxt Bağdaddan təxminən 335 kilometr şimal-qərbdə, Mosul şəhərindən isə bir qədər kənarda yerləşir. Aparılmış hərbi əməliyyatlar nəticəsində şəhərin əsasən xristanlardan ibarət olan əhalisi bir necə dəfə yer dəyişdirməyə məcbur qalıblar. Qaraquşda baş vermiş yanğın İraq tarixinin ən dəhşətli və ən çox insan ölümünə səbəb olan yanğın faciəsi kimi tarixə keçib. Bu hadisəyə qədər 2021-ci ildə paytaxt Bağdad şəhərində yerləşən yerli xəstəxanada baş verən yanğın ölkə tarixinin ən böyük yanğını hesab olunurdu.
Yanqon
Yanqon — Myanmada şəhər, Andaman dənizi sahilindən 30–40 km aralı, Yanqon çayı sahilində yerləşir. 6 noyabr 2005-ci ilədək Myanmanın paytaxtı olmuşdur və bu ölkənin ən iri iqtisadi və mədəniyyət mərkəzidir. İqlimi tropik, musson tiplidir. ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Yarğan
Yarğan — nisbətən hündür-düzənlik sahələrə aid olur. Yarğanın baş tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması və yamacların şumlanması yarğanın genişlənməsinə səbəb olur. Yaylaq zonasında intensiv mal-qara otarılması İlə əlaqədar bitki və torpaq örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Yarğan – mənfi xətti relyef forması, dar, dik yamaclı, yuxarı hissədə şaxələnmiş, yanları çılpaq olur. Uzunluğu bir neçə km, eni və dərinliyi bir neçə 10 m-ə çatır. Adətən tez yuyulan çökmə süxurlarda inkişaf edib, dövrü olaraq davam edən yağış və qar sularının axını nəticəsində əmələ gəlir. (rus. овраг, ing. gulch, gully, ravine) Yarğanlar əsasən kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız hala salır.
Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir. Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır.
Yanıx
Yanıx, Nşxark — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «yanmış, susuz, quru yer» mənasında işlənən yanıx sözü əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. Kənddə 1873 - cü ildə 194 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildən 360 nəfər, 1914 - cü ildə 730 nəfər, 1916-cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 66 nəfər azərbaycanlı, 1926-cı ildə 37 nəfər azərbaycanlı, 163 erməni yaşamışdır. Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, 1923-1925-cı illərdə köçürülmüşdür.
Yağış
Yağış, yağmur və ya yağıntı – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısı. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır. Yağışın intensivliyi fərqli ola bilər, yüngül çiskinlərdən güclü leysanlara qədər. Yağışdan sonra ortaya çıxan xoş torpaq qoxusuna petrikor deyilir. Yağış çirkləri və allergenləri yuyaraq havanı təmizləyir. Bir çox Yerli amerikan qəbilələri quraqlıq zamanı yağış ruhlarını çağırmaq məqsədilə ənənəvi rituallar keçirirlər. Dünyanın ən yağışlı yeri Hindistanda ildə orta hesabla 467,4 düym yağış alan Mavsinram (Mawsynram) kəndidir. Ən quraq yer isə Çilidəki Atakama səhrasıdır, burada bəzi ərazilərə yüz illərdir yağıntı düşmür.
Güvən Yalçın
Güvən Yalçın (türk. Güven Yalçın; 18 yanvar 1999, Düsseldorf) — "Beşiktaş"da hücumçu mövqeyində çıxış edən Türkiyə futbolçusu. == Klub karyerası == === Bayer Leverkuzen === Güvən Yalçın 2006-cı ildə 7 yaşında olarkən "Bayer Leverkuzen" komandasının futbol məktəbinə qəbul edilmiş və orada oynamağa başlamışdır. 2016-cı ildə "Bayer Leverkuzen" U-17 komandası ilə Almaniya çempionluğu yaşamışdır. 26 qarşılaşmada vurduğu 12 qol ilə komandasının çempionluğunda pay sahibi olmuşdur. 2016–2017-ci illər mövsümündə "UEFA Gənclər Liqasında" 6 qarşılaşmada forma geyinmişdir. === Beşiktaş === ==== 2018-2019-cu illər mövsümü ==== 27 iyul 2018-ci ildə Türkiyə Super Liqasında çıxış edən klublardan olan "Beşiktaş"a transfer edilmişdir. Yeni komandasında ilk oyununa "UEFA Avropa Liqası"nın təsnifat mərhələsində oynadıqları "Partizan" klubuna qarşı matçda çıxmışdır. 29 sentyabr 2018-ci ildə "Kayserispor" ilə oynanan qarşılaşmanın son dəqiqələrində Rikardo Kuarejmanın yerinə meydana daxil olaraq ilk liqa oyununa çıxmışdır. == Milli komanda karyerası == 2020-ci ildə keçiriləcək olan futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsində Türkiyə milli futbol komandasının Albaniya və Moldova milliləri ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə baş məşqçi Şənol Günəş tərəfindən daxil edilmişdir.
Kəmalə Yanson
Kəmalə Yanson və ya Kəmalə K. Jansson (tam adı: Kəmalə Rafiq qızı Kərimova-Yanson; 18 aprel 1971, Bakı) — azərbaycanlı dekorativ-tətbiqi sənəti ustası, rəssam. Azərbaycan Rəssamlar İttifaqının üzvü (2011-ci ildən) == Həyatı == Kəmalə Rafiq qızı Kərimova 18 aprel 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildən İsveçdə yaşayır. İsveç vətəndaşı ilə ailə qurduqdan sonra Yanson (isv. Jansson) soyadını qəbul etmişdir. == Təhsili == Orta təhsilini Bakı şəhərində — əvvəlcə 172 nömrəli məktəbdə, daha sonra isə 254 nömrəli məktəbdə almışdır. 1986–1989-cu illərdə Bakı şəhəri 84 nömrəli Orta Texniki Peşə Məktəbində "Çini və saxsı məmulatların rəngkarlığı" ixtisası üzrə ixtisaslaşmışdır. 2011–2014-cü illərdə İsveçin Onge əyalətindəki BOBERG Gimnaziyasında İsveç dili üzrə oxumuşdur. 2012–2013-cü illərdə İsveçin Frensta əyaləti Olsta kollecində moda-dizayn sahəsi üzrə təhsil almışdır. 2017–2018-ci illərdə İsveçin Onge əyalətindəki Komvux təhsil mərkəzində tərcüməçilər üçün İsveç dili üzrə təkmilləşdirmə kursu keçmişdir.
Angina
Tonzillit və ya angina (lat. angina – sıxılma, boğma, boğulma) — boğazgəlmə, badamcıqların və boğaz limfaidlərinin iltihablı kəskin infeksion xəstəliyi.Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. == Əlamətləri == Geniş yayılmış kəskin yoluxucu-allergik xəstəlik. Törədiciləri: streptokokk, stafilokokk və s. Uşaqlar və gənclərdə xüsusilə tez-tez baş verir. Xəstəliyin bir neçə forması mövcuddur: kataral, follikulyar, fibrinoz, fleqmonoz, lakunar, və s. Ən yüngül forması kataral anginadır. Bu zaman badamcıqlar qırmızı olur, bir qədər şişir; dil isə quru və ərplə örtülü olur. əsnəyin selik örtüyü qızarır, boğaz gicişir və quruyur, udqunduqda ağrı olur. Yaşlı adamlarda temperatur çox artmır, uşaqlarda isə 39–40°C-yə qədər yüksəlir.
Basqın
Canqır
Canqır (fars. جانقور‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndin ətrafı bağlarla əhatə olunub. Kənddə Pəhləvilər dövründə Rza şah üçün iqamətgah da inşa olunmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 916 nəfər yaşayır (223 ailə). Kənd əhalisi Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Daşqın
Daşqın — çayların su rejimində hər il təkrar olunan dövr. Qarın və buzların əridiyi, yağışın ən çox yağdığı vaxtda olur. Çayların suyunun artması, səviyyəsinin qalxması, yatağın tamamilə su altında qalması, bəzən də sahilləri basması ilə səciyyələnir. Çayların illik axımının 60-80%-ə qədəri daşqın dövrünə düşür. Daşğınlara nə səbəb olur Soyuq damla: yer səthinin istiliyi dənizlərə nisbətən daha soyuq olduqda baş verir. Bu fərq, böyük bir isti və nəmli havanın atmosferin orta və üst qatlarına qədər qalxmasına, leysan yağışlarına səbəb olur və nəticədə daşqınlar ola bilər. İspaniyada payızdan bəri baş verən illik bir fenomendir. Monzon: musson ekvatorial kəmərin yerdəyişməsi nəticəsində yaranan mövsümi bir küləkdir. Bunun səbəbi suyunkından daha sürətli olan yerin soyumasıdır. Beləliklə, yayda yer səthinin istiliyi okeandan daha yüksəkdir və bu da yer üzündəki havanın sürətlə yüksəlməsinə və fırtına yaratmasına səbəb olur.
Hanqıl
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır. == Koreya yazısı == Koreya dilində mətnlərin yazılışında istifadə olunan fonetik hərfi-hecalı yazı. Koreyada bir neçə yazı sistemindən istifadə olunmuşdur. 1444-cü ildə hökmdar Böyük Seconun təşəbbüsü ilə hazırlanmış və 1446-cı ildən dövlət əlifbası kimi (çon əlifbası adlandırılmışdır) təsdiqlənmişdir. Müasir Koreya əlifbası 40 qrafemdən ibarətdir.
Manqan
Manqan (Mn) – D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri cədvəlində 25-ci element. Batareyalarda depolarizator olaraq və şüşə üzərində dəmir çirkliliyi səbəbiylə yaranan yaşıl rəngi yox etmək üçün istifadə edilir. Ametist daşının rəngini verən də maqneziumdur. Polad və batareya istehsalında, dəmiryolu xəttlərinin və kassaların istehsalında, həmçinin keramika sənayesində istifadə edilir. Güclü bir oksidləşdirici olan permanqanat (MnO4), əczaçılıq işlərində kəmiyyət təhlillərdə istifadə edilir. Canlılar üçün əhəmiyyətli bir əsər element olan manqan, xüsusilə heyvanlarda B1 vitamini istifadəsində rol oynayır. Bitkilərdə manqanın miqdarı 0,001-0,01% (kütlə ilə) olur. Manqanın xeyli hissəsini bəzi pas göbələkləri, su qozu, su gülü, Leptothrix, Crenothrix növündə bakteriyalar və bəzi diatoma yosunları (Cocconies) özlərinə toplayır. Manqan bəzi fermentləri aktivləşdirir, fotosintezdə və C, B, E vitaminlərinin sintezində iştirak edir, şəkərlərin miqdarının artmasına və onların yarpaqlardan axmasına kömək edir, bitkilərin böyüməsini və toxumaların yetişməsini sürətləndirir. Amma, manqan qeyri-bərabər paylanır, məsələn, üzümün gövdələrinin 100q quru maddəsində o, 191 mq-a yaxın, köklərdə 130mq, giləmeyvələrdə 70mq-a yaxın olur.
Nankin
Nankin — Çin Xalq Respublikasının şəhəri. 2014-cü ildə Yeniyetmələrin II Yay Olimpiya Oyunları Nankin şəhərində keçirilmişdir.
Nargin
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Panjin
Panjin (çin. 碱蓬草) — Çində qeyri-adi qırmızı çimərlik. Panjin Qımızı sahil — Panjin şəhərinin 30 kilometr cənub-qərbində, Liaohe çayı deltasında yerləşir. Çinin ən məşhur çimərliyidir. Rəngin səbəbi isə dayaz sahildə yaşayan qırmızı yosunların(lat. Rhodophyta rhydos-qırmızı , Fitos bitki) ifraz etdiyi maddələr — "floridean" və purpur bakteriyalarıdır. Ətrafdakı alaq otları aprel-may aylarında inkişaf edir və yosunlar maddələrini ifraz edənə kimi yaşıl olurlar. Payızda isə artıq sahil qan qırmızısına boyanır sonsuz qırmızı xalça ilə örtülür. Panjin Qırmızı sahili bir çox təşkilatlar tərəfindən qorunur və bura yalnız VİP turistlər girib tamaşa edə bilər.
Qaçqın
Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Yeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür. 1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml 1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir.
Syanqan
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Tanqıt
Tanqıt — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda 190 nəfər əhali yaşayır.
Çanqan
Çanqan (çin. 长安, Cháng'ān, Sabit Sülh) ― Çinin Sian şəhərinin tarixi adı. Şəhər Yanşao mədəniyyəti dövründə salınmışdır. E.ə. IX əsrdən bəri 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. Şəhərin şimalında, Çin imperatoru Sin Şi Xuandi tərəfindən tikilmiş bir kurqan və böyük bir məqbərə var. Tan sülaləsi dövründə şəhərin ərazisi daha da genişləndi. Bəzi şəhərətrafı ərazilər də şəhər ərazisinə daxil edilmişdir. Suy sülaləsi və Tan paytaxtı olan Çanqan Min sülaləsi dövründə səkkiz dəfə böyüyüb. Bu artımla Çanqan dünyanın ən böyük və ən sıx şəhərlərindən birinə çevrildi.