efelsistik
efemerid
OBASTAN VİKİ
Efemer bitkilər
== Efemer bitkilər == Efemerlər - müxtəlif fəsilələrdən olan birillik çöl və səhra bitkiləridir. Onların bütün həyat tsikli çox qısa dövr ərzində bitir. Erkən yazda Orta Asiya səhralarının gilli torpaqlarında rütubət yetərincə olduğu vaxtda efemerlər çox cəld böyüyür və 5-6 həftə ərzində çiçəkləyib toxumda əmələ gətirirlər. Bu bitkilər "quraqlıqdan" qaçırlar. 400 minə yaxın efemer bitki məlumdur. Onlar çox kiçik boyu, kiçik yarpaqları, zəif inkişaf etmiş kök sistemi ilə fərqlənirlər. Onlarin bəziləri 1-2 sm ölçüdə olduqda toxum verir. Yağıntılar çox olan illərdə efemerlərin hündürlüyü 25-30 sm-ə, xaççiçəklilərdə isə - 50 sm çatır. Orta Asiyanin səhraları üçün efemerlərin əhəmiyyəti böyükdür - onlarla vəhşi və ev heyvanları - otyeyən heyvanlar qidalanır. Efemerlər çox sürətlə artır və yazda çəmənlərdə bitkilərin inkişafına imkan verməyən sıx ot örtüyünü əmələ gətirirlər.
Efemer çay
Efemera
Efemera (ingiliscə: Ephemera) gündəlik həyata aid olan və “trivia” (əhəmiyyətsiz əşyalar) olaraq ifadə edilə bilən qısa ömürlü kiçik və müvəqqəti sənədləri ifadə edən termindir. Efemeraları yığanlara “efemeraçı” və ya “efemera kolleksiyaçıları” deyilir. Bu söz qədim yunan dili mənşəlidir və “bir gündən çox yaşamayan” mənasını verən “ephemeron” sözünün cəm formasıdır. Etimoloji olaraq, Qədim Yunan dilindən tərcümədə ephēmerón (εφημερόν) “Bir günlük həyatı olan May böcəyi” mənasını verən bir sözdür. Bu sözdən yaranmış ephēmerós (εφημερός) sözünün tərcüməsi “gündəlik”, ēméros (ἡμέρος) isə “gün” deməkdir. Bu iki sözün birləşməsindən yaranan və ingilis dilinə daxil olan “efemera” (ephemera) isə bu dildə qısa ömürlü şeyləri, qalıcı olmayan nəşrləri təsvir etmək üçün istifadə olunur. Bu materiallar yığılmaq məqsədi ilə istehsal olunmayan, qısa ömürlü olan və başlanğıcda çox dəyər daşımayan, lakin sonradan bəzi kolleksiyaçılar tərəfindən kolleksiyaya çevrilən “əhəmiyyətsiz” məhsulların ümumi adıdır. Bu məhsullara adətən çap materialları daxildir. Bu efemera məhsullarının arasında məktəb diplomları, hesabat kartları, avtobus və kino biletləri, lotereya biletləri, idman və mərc kuponları, qəzet nüsxələri, təbliğat broşüraları, məktublar, vizit kartları, restoran menyuları, mülkiyyət sənədləri, notarius sənədləri, bank qəbzləri, şokolad və saqqızlardan çıxan kartlar, siqaret kağızları, afişalar, pasportlar, fotoşəkillər, açıqcalar, toy dəvətnamələri kimi gündəlik həyatın təfərrüatlarını sənədləşdirən materialları saymaq olar. Bu gün şəxsi kolleksiyaçılardan başqa, böyük milli kitabxanalar və muzeylərdə tarixin müəyyən sahəsinə işıq sala bilən efemera kolleksiyalarının yığılması işində maraqlıdırlar.
Efemerid vaxtı
Efemerlər
Efemerlər (yun. ephemeros- birgünlük) — səhra, yarımsəhra, bozqır və Düzənlik sahələrin ekoloji şəraitinə uyğunlaşmış, vegetasiya dövrü qısa olan birillik bitkilər qurupu. Yazda və payızda torpaqda nəmlik çox olduqda efemerlər çiçəkləyir və toxum verir, quraqlıq düşdükdə isə quruyub sakitlik mərhələsinə keçir. Belə həyat tərzi olanların kserofit hala keçməsinin qarşısını alır. Ona görə də efemerlər mezofit və ya ksero-mezofit qrupa daxil olur. == Efemer qrupları == Efemerlər iki qrupa bölünür: Tipik efemerlər. Tipik efemerlərin (tipik mezofitlər) toxumu yazda cücərir və vegetasiyasını 1,5-2,5 ay ərzində başa çatdırır. Qış efemerləri. Qış efemerlərinin toxumları payızda cücərdiyi üçün vegetasiya dövrü uzun çəkir (bütün qışı və yazın əvvəli). Efemerlərin təsərrüfat əhəmiyyəti böyükdür.
Efemeroidlər
Efemeroidlər — illik vegetasiyanı qısa müddətə (payızdan yaza kimi) başa vuran və yerüstü hissəsi yayda quruyub məhv olan çoxillik ot bitkiləri qrupu. == Ümumi məlumat == Yeraltı hissəsi (kök yumruları, soğanaq və kökümsov) ilin çox hissəsini sakitlik halında keçirir və bir neçə il qalır. Quraqlıq efemeroidləri səhra, yarımsəhra və bozqırlarda bitərək, həmin regionlarda otlaqların əsas yem bitkidir. Efemeroidlərə həm də kifayət qədər rütubətli meşə və subalp (alp) zonalarında rast gəlinir. Onlar əsas meşə və subalp bitkiləri inkişafa başlayanadək öz vegetasiyasını tamamlayır. Bütün Efemeroidlər vegetativ çoxalır. Onların əksəriyyəti otlaq yemi kimi təsərrüfat əhəmiyyətinə malikdir, həmçinin dekorativ gülçülükdə istifadə edilir (lalə, nərgiz və digər zanbaqkimilər). Zəfəran bitkisi də Efemeroidlərə aiddir.
Efemeroidlər dəstəüstlüyü

Digər lüğətlərdə